113
Xarakterin strukturunda insanın başqa adamlarla, əməyə, özünə və
şeylərə (əşyalara) mü nasibətlərini bilavasitə ifadə edən xarakter əlamətləri
müəyyənedici rol oynayır.
Eyni bir xarakter əlamətinin müxtəlif adamlarda, müxtəlif çalarlarla təzahür
etməsinə bir amil də təsir göstərir: biz xarakter əlamətlərinin formalaşmasın
da temperamentin rolunu nəzərdə tuturuq. Adətən, temperamentin mühüm
xassələrindən biri – emosionallıq xarakterin strukturuna daxil olur. Hər bir
xarakter əlamətinin emosionallıq baxımından çalarları məhz bununla bağlıdır.
Lakin nəzərə almaq lazımdır ki, temperament tipləri xarakterin ancaq dina
mik xüsusiyyətlərinə təsir göstərir, onlar xarakter əlamətlərinin məzmununu
müəyyən etmir və edə də bilməz. Xarak terin məzmun baxımından bütün
xüsusiyyətləri sosial amillərlə müəyyən olunur. Xarakter ailədə, uşaq bağça
sında, məktəbdə, əmək kollektivlərində insanlarla birgə fəaliyyət və ünsiyyət
şərai tində formalaşır. Bu prosesdə tərbiyə ilə yanaşı, özünütərbiyə də mühüm
rol oynayır.
Özünütərbiyə yeniyetmə və gənclərin qiymətli xarakter əlamətləri haq
qında etalon və stereotipləri ilə bilavasitə bağlıdır. Psixoloji tədqiqatlar əsaslı
surətdə göstərir ki, insan özündə, birinci növbədə, yüksək qiymətləndirdiyi
keyfiyyətləri, o cümlədən xarakter əlamətlərini tərbiyə edir. Şagirdlər hansı
xarakter əlamətlərini yüksək qiymətləndirirlər? Onlar özlərində hansı xarak
ter əlamətlərini tərbiyə edirlər? Hər bir müəllim və tərbiyəçi böyük əhəmiyyətə
malik olan bu sualları psixoloji cəhətdən vaxtında və düzgün həll etməlidir.
15. Şəxsiyyət əmək və tədris kollektivlərində. Qrup və kollektiv
Psixologiyada qrup dedikdə tarixən müəyyən cəmiyyət çərçivəsində yaran
mış ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların
nisbətən sabit məcmusu nəzərdə tutulur. Hər bir qrupda fərdlərin birbiri ilə və
bütövlükdə cəmiyyətlə özünəməxsus qarşılıqlı rabitələri təcəssüm edirlər.
Qrup özünəməxsus sistemdir və müəyyən struktura malikdir. Qrupa daxil
olan hər bir adam onda müəyyən rol və vəzifə ifadə edir. Hər bir qrup özü
nün məqsədlərinə, normalarına, sərvət meyillərinə, sosial gözləmələrinə
və s. müvafiq olaraq, müxtəlif formalarda öz üzvlərinə nəzarət edir: onla
rı rəğbətləndirir və ya cəzalandırır. Qrup üzvləri müvafiq normaları və sərvət
meyillərini mənimsədikcə, sosialpsixoloji cəhətdən qrupun həyatında köklü
dəyişikliklər əmələ gəlir: qrup üzvlərində qrupa mənsubluq hissi – “biz” hissi
yaranır. Bunun psixoloji baxımdan ilk əlaməti ondan ibarətdir ki, qrupun hər
bir üzvü qrupun nailiyyətlərini öz nailiyyətləri, müvəffəqiyyətsizliyini isə öz
müvəffəqiyyətsizliyi hesab edir, onları öz şəxsi nailiyyəti və ya məğlubiyyəti
114
kimi yaşayır: birinci halda sevinir, ikinci halda kədərlənir və s., yəni qrup
doğma qrupa çevrilir. Qrup mahiyyət etibarilə, bu andan əsl qrup kimi fəaliyyət
göstərməyə başlayır.
16. Qrupların təsnifatı
Böyük qruplar bütövlükdə cəmiyyət (ölkə) miqyasında mövcud olan
adam ların məc musudur: siniflər, sosial təbəqələr, peşə qrupları, etnik birliklər
(millət, xalq, qəbilə), yaş qrupları (gənclər, təqaüdçülər və s.) böyük qrupla
ra misal ola bilər. Fərdlərin böyük qruplara mənsu biyyəti müəyyən obyektiv
əlamətlər əsasında təyin olunur.
Eyni bir müəssisə işçilərini, istehsal birliklərini və ərazi birliklərini (bir
kəndin, bir şəhərin, rayonun əhalisini) sosiologiyada orta və ya lokal qruplar
adlandırırlar. Lakin özünün strukturuna görə orta qrupların böyük qruplara
əsasən uyğun gəldiyini nəzərə alaraq, sosial psixologiyada onları xüsusi olaraq
ayırd etmirlər.
Kiçik qrupların üzvləri nəinki birbiri ilə müxtəlif formalarda gündəlik
ünsiyyət və rabitəyə girir, birbiri haqqında müəyyən təsəvvürə malik olurlar,
həm də onların arasında müəyyən qeyrirəsmi münasibətlər formalaşır. Başqa
sözlə, onlar kontakt (təmasda olan) qruplar kimi təşəkkül tapıb, inkişaf edirlər.
Bu xüsusiyyətlərdən heç biri böyük qruplar üçün səciyyəvi deyil.
İnkişaf etmiş qrupun ən yüksək forması kollektivdir. Kollektivin sosialpsi
xoloji tədqiqi sovet sosial psixologiyasının ən aktual problemi olmuşdur.
Hər bir kollektiv qrup hesab olunur. Hər bir qrup isə kollektiv deyildir. Kol
lektiv cəmiy yətin bir hissəsi olan, birgə fəaliyyətin ümumi məqsədlərinə tabe
olan insan qrupudur. Qrup, adamları yalnız cəmiyyət üçün tamamilə faydalı
fəaliyyət vəzifələri ətrafında birləşdirəndə kollektiv kimi formalaşır.
Əmək, uşaq, hərbi, idman və digər kollektivləri, habelə tədris müəssisələ
rində pedaqoji kollektivi və şagird kollektivini fərqləndirirlər. Onlardan hər
birinin özünəməxsus xüsusiyyətləri vardır. Kollektivlər eyni zamanda özlərinin
inkişaf səviyyəsi etibarilə birbirindən fərqlənir.
17. Liderlik problemi
Hər bir qrupun öz başçısı olur. Psixologiyada kollektivin idarə edilməsi
prosesində iki cəhəti – rəhbərlik və liderliyi fərqləndirirlər.
Rəhbərlik – nisbətən yüksək səviyyəli təşkilatlar tərəfindən rəsmi su rət
də təsdiq edilmiş əsasnamə çərçivəsində rəsmi səlahiyyətin tətbiqi yolu ilə kol