97
dan, nəzakət, çalışqanlıq, dəqiqlik, mütəşəkkillik, intizam, ədəb, diqqətcillik,
ünsiyyətçillik və s. Lakin hər bir gələcək işçidən vicdan, məsulliyət və peşə
karlıq kimi ən vacib xüsusiyyətlər tələb olunur.
4. Peşə-etik metodların formalaşması
Peşəetik metodları şərti olaraq aşağıdakı qruplara bölmək olar:
1) Əsas rol təhsilə verilir (“təlim”, “müəyyən seminar məşğələlərin aparıl
ması”, “xüsusi kurslar”, “diskussiyalar”);
2) Ailə institutunun rolu (“ailə tərbiyəsi”, “uşaqlıqdan düzgün aparılan
tərbiyə”);
3) Etika prinsiplərini, həmçinin peşə kollektivləri formalaşdıra bilər
(“prak tik tə lim”, “nümunə əsasında tərbiyə”, “müəllim və şagird arasında
huma nist və demokratik müna sibət”);
4) Mənəvi özünütərbiyənin rolu (“öz biliyini artırma”, “inadkarlıq”).
Peşə etikası – peşə mədəniyyətinin tərkib hissəsi kimi çıxış edir. Onun for
malaşmasına nitq və təfəkkür mədəniyyəti çox böyük təsir göstərir.
5. Peşə etikası və peşə mədəniyyətinin formalaşmasının etapları
Peşə etikası və peşə mədəniyyətinin formalaşması bir neçə etapdan ibarət
dir:
I etapda – öz peşəsinə olan marağın artması nəzərə çarpır. Bu, laboratoriya
larda təşkil olun muş tanışlıq və oyun şəklində keçirilən məşğələlər zamanı əldə
olunur.
II etapda – şəxsiyyətin hər hansı fəaliyyət növünə olan intellektualyaradı
cı fəallığı for ma laşır. Bu, didaktik oyunların, təlimyaradıcı məsələlərin həlli
prosesində əldə olunur.
III etapda – şagirdlərin ünsiyyət mədəniyyəti, peşəkarlıq fəallığı artır. Bu
daha çox istehsalat təcrübəsi keçirilərkən özünü büruzə verir. Təcrübə proq
ramlarında həmçinin təşkilatlar tərə findən qəbul olunmuş müəyyən davranış
qaydaları da öz yerini tutur.
98
IV HİSSƏ
PSİXOLOGİYA ELMİNİN MÖVZUSU VƏ
VƏZİFƏLƏRİ
1. Psixologiya elminin predmeti
Psixologiya termini yunan sözü olub,
psyuxe
– ruh, ruhi aləm,
loqos – bilik, öy rənmək, elm
sözlərindən əmələ gəlmişdir, mənası “psixika haq
qında elm” deməkdir. Psixologiya termini elmin
predmetini dəqiq ifadə edir: psixologiya – psixika
haqqında elmdir.
Psixologiyanın predmetini başa düşmək üçün
biz əvvəlcə əsas anlayışla – psixika anlayışı ilə
tanış olmalıyıq. Psixika anlayışına nələr daxildir?
Psixika nədir? Lakin bu tanışlıqdan öncə gəlin
psixologiya elminin yaranma tarixinə nəzər salaq.
2. Psixologiya elminin tarixindən
Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şək
lində ilk dəfə Aris totelin (eramızdan əvvəl IV əsr) “Ruh haqqında” adlı məş
hur traktatında şərh olunmuşdur. Trak tatın adına diqqət etsək, görərik ki, o,
psixologiya deyil, “ruh haqqında” adlanır. Bu, təsadüfi deyildir. Uzun müddət
(XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə (və ilahiyyata) aid
fənn hesab olunmuşdur. Avropa ədəbiyyatında bəzən onu mental (“mental” –
latın sözü olub, psixi olan deməkdir) fəlsəfə, ruhiyyət adlandırmışlar. XVIII
əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında
işlənməmişdir.
Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Vol
fun (16791754) 1734cü ildə “Empirik psixologiya” və “Rasional psixologi
ya” adlı kitabları nəşr olunandan sonra məlum olmuşdur.
XVIII əsrin sonu XIX əsrin əvvəllərindən başlayaraq, psixologiya termini
Amerika, Avropa və rus ədəbiyyatında vətəndaşlıq hüququ qazanmış və böyük
əhəmiyyət kəsb etmişdir.
“Düşünən adam”.
Heygəltaraş Roden.
99
Azərbaycanda psixologiya termini XIXXX əsrin əvvəllərində rus psi
xoloqlarının əsərləri vasitəsilə işlənməyə başlanmışdır. Azərbaycan psi
xologiya elmində öz sözlərini demiş alimlər sırasında F.İbrahimbəyovun,
Ə.Əlizadənin, M.Həmzəyevin, Ə.Bayramovun, R.İbrahim bəyo vanın adlarını
çəkmək olar.
3. Psixi hadisələr
Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər:
1.
Psixi proseslər;
2.
Psixi hallar (və
ya psixi halətlər, vəziyyətlər);
3.
Psixi xassələr (və ya xüsusiyyətlər).
Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak
proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi
proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir. Başqa
sözlə, psixi proseslər özləri də üç yarım qrupa bölünür: idrak prosesləri, hissi
proseslər və iradi proseslər.
Psixi hadisələrin ikinci qrupunu təşkil edən
psixi hallar və ya vəziyyətlər
də müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s.
psixi hallara misal ola bilər.
Psixi xassələr də psixologiya elminin kateqoriyaları içərisində mühüm
yer tutur. Tem pe rament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsa
nın onun üçün səciyyəvi olan əqli keyfiyyətlərini (ağlın tənqidliliyi və ya
müstəqilliyini), emosional xassələrini (tez özündən çıxma, emosionallıq) və s.
də psixi xassələrə aid edilir.
Psixi proses termini psixi faktın dinamikasını nəzərə çarpdırır. Məsələn:
Anar ayağını yün gülcə əzmişdi. Ağrı duyğusu əmələ gəlmişdi və ayağının ağrı
sı davam edirdi. Amma bir müddət keçdik dən (1 saat, 1 gün, ya 12 gündən)
sonra bu kəsildi.
Psixi halət termini psixi faktın nisbi davamlılığını bildirir. Məsələn: 1314
yaşlı məktəbli şagird oğlan küçədə şit hərəkətlər edirdi. Birdən əmisinin o biri
səkidən keçdiyini görüb, tez özünü yığışdırdı. Ancaq əmisinin onu gördüyünü
hiss etmişdi. Oğlanın qanı qaralmışdı və bu hal onda bir neçə gün davam etmişdi.
Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun
şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir.
Məsələn: iki şagirdə məktəbin həyətyanı sahəsində işləmək tapşırılmışdı.
Şagirdlərdən
biri tənbəl, digəri əməksevər idi. Biri oturduğu yerdən ayağa qalx
maq istəmir, o biri isə işdən doymurdu. Yaxud biri sakit, digəri isə coşqun idi,
biri
ünsiyyətcil, digəri isə qaradinməz idi.