21
sönən kimi görünür. Təkcə Allahın bizə rəqib olduğu bir vaxtda biz heç nədən
qorxmamalıyıq. Mən, hətta ona dua ilə müraciət etməyə cəsarət etdim ki, səni
mənim gözlərimdən uzaqlaşdırsın. Allah mənim xahişimi və duamı rədd etdi və
məhəbbətimin yaşaması hesabına əzab çəkmək yolu ilə mənim cəzamı davam
etdirdi. Beləliklə, mən sənin andlarına bənzər təqsiri daşıyıram və həyatımın bütün
günlərində işgəncəyə məruz qalmalıyam.
Hər ikimiz məhəbbət təqsirinin qurbanları kimi görünməklə, bu
məhəbbət bizim əsl adətlərimizdə isə təhqir kimi görünür və bizim bir-birimizə
vurğunluğumuz pozğunluqdur, bunlar məni dəhşətə gətirir və titrəməyə məcbur
edir.
O vaxta qədər ki, mərhəmət tərəfindən bizə işıq salınır, biz deyə bilərik
ki, məhəbbət zəhərdir və sərxoşluqdur.
Allah öz varlığı ilə adamlara onların bədbəxtliklərini yumşaltmaq üçün
ənam verə bilər. Mən sənə yazdım, sən isə mənə heç bir cavab vermədin, onda
sənin ürəyin bağlı imiş, lakin sənin ərinin bu bağının qapısı indi açılmışdır. O,
(Allahı nəzərdə tutur – tərcüməçi) oradan çəkilmişdir ki, səni tək qoysun. Səndən
uzaqlaşmaqla O, səni mühakimə etmişdir. Onu geri çağır və çalış yenidən Onu əldə
edəsən. Biz Allahın köməyinə malik olmalıyıq, bununla biz öz zəncirlərimizi qıra
bilərik. Biz özümüzü azad etmək üçün çox dərin məhəbbətdəyik. Biz həmişəlik
gənc olmamağımıza görə təskinlik tapmalıyıq. Bizdən sonra
kimlər ki, belə hərəkət
edəcəkdir, onlar özlərini az təqsirkar hesab edəcəklər. Biz tövbəsi gecikən
cinayətkarlarıqdır, qoy bunu səmimi etiraf edək. Gəl, biz etdiyimiz şər işləri nə
qədər mümkünsə, düzəldək və qoy cinayətlərimizə şahid olan Fransa bizim
tövbəmizdən heyrətlənsin. Qoy biz ürəklərimizdən gələn bu qurbanı verməklə
xəcalətdən qızaraq və ağlayaq. Əgər bu zəif başlanğıclarda, ey Allah, bizim
ürəklərimiz bütünlüklə Səninki deyilsə, qoy onlar ən azı nə etmək lazım olduğunu
hiss etsinlər.
Eloiza, özünü dərin kök salmış ehtirasın biabırçı qalıqlarından azad et.
Yadda saxla ki, Allahdan başqa hansısa digər biri barədə ən az düşüncə belə,
zinakarlıqdır. Mən xaç altında deyil, məhəbbət altında itaətdə idim. Mənə yazığın
gəlsin və özünü də azad et. Allahdan qorx, bununla öz zəifliklərindən azad dola
bilərsən. Onu sev, bununla sən ləyaqətlərində irəliləyə bilərsən.
Dini cəmiyyətin başında qul olma və digər kraliçalar üzərində idarəetmə
hüququna malik olanda birinci növbədə özünü idarə etməyi öyrən. Ən azı, sən öz
hisslərinin üsyanına görə utan. Dünyada əbəs yerə keçirdiyin həyatının bütün
anlarına və
həzzə görə tövbə et, onları məndən də tələb et.
Mən həqiqətən sənin müəllimin idim, lakin bu, təkcə günahı öyrətmək
idi. Sən məni atan adlandırırsan. Əvvəllər bu titula mənim hansısa bir iddiam var
idi. Nəyinsə qarşısını aldığıma görə buna layiq idim. Mən sənin qardaşın idim,
lakin bu günaha bənzərlik idi və bu ehtiramı mənə gətirdi. Mən sənin ərin
adlanıram, lakin bu, ictimai mərəkədən sonra oldu. Əgər sən məktubunda məni
şərəfləndirir və öz ehtirasını tərifləyirsənsə, onları qarala, at kənara və yerlərinə