Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə11/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   102

21 
 
sönən  kimi  görünür.  Təkcə  Allahın  bizə  rəqib  olduğu  bir  vaxtda  biz  heç  nədən 
qorxmamalıyıq.  Mən,  hətta  ona  dua  ilə  müraciət  etməyə  cəsarət  etdim  ki,  səni 
mənim  gözlərimdən  uzaqlaşdırsın.  Allah  mənim  xahişimi  və  duamı  rədd  etdi  və 
məhəbbətimin  yaşaması  hesabına  əzab  çəkmək  yolu  ilə  mənim  cəzamı  davam 
etdirdi. Beləliklə, mən sənin andlarına bənzər təqsiri daşıyıram və həyatımın bütün 
günlərində işgəncəyə məruz qalmalıyam.  
Hər  ikimiz  məhəbbət  təqsirinin  qurbanları  kimi  görünməklə,  bu 
məhəbbət  bizim  əsl  adətlərimizdə  isə  təhqir  kimi  görünür  və  bizim  bir-birimizə 
vurğunluğumuz  pozğunluqdur,  bunlar  məni  dəhşətə  gətirir  və  titrəməyə  məcbur 
edir.  
O vaxta qədər ki, mərhəmət tərəfindən bizə işıq salınır, biz deyə bilərik 
ki, məhəbbət zəhərdir və sərxoşluqdur.  
Allah  öz  varlığı  ilə  adamlara  onların  bədbəxtliklərini  yumşaltmaq  üçün 
ənam  verə  bilər.  Mən  sənə  yazdım,  sən  isə  mənə  heç  bir  cavab  vermədin,  onda 
sənin  ürəyin  bağlı  imiş,  lakin  sənin  ərinin  bu  bağının  qapısı  indi  açılmışdır.  O, 
(Allahı nəzərdə tutur – tərcüməçi) oradan çəkilmişdir ki, səni tək qoysun. Səndən 
uzaqlaşmaqla O, səni mühakimə etmişdir. Onu geri çağır və çalış yenidən Onu əldə 
edəsən. Biz Allahın köməyinə malik olmalıyıq, bununla biz öz zəncirlərimizi qıra 
bilərik.  Biz  özümüzü  azad  etmək  üçün  çox  dərin  məhəbbətdəyik.  Biz  həmişəlik 
gənc olmamağımıza görə təskinlik tapmalıyıq. Bizdən sonra kimlər ki, belə hərəkət 
edəcəkdir,  onlar  özlərini  az  təqsirkar  hesab  edəcəklər.  Biz  tövbəsi  gecikən 
cinayətkarlarıqdır,  qoy  bunu  səmimi  etiraf  edək.  Gəl,  biz  etdiyimiz  şər  işləri  nə 
qədər  mümkünsə,  düzəldək  və  qoy  cinayətlərimizə  şahid  olan  Fransa  bizim 
tövbəmizdən  heyrətlənsin.  Qoy  biz  ürəklərimizdən  gələn  bu  qurbanı  verməklə 
xəcalətdən  qızaraq  və  ağlayaq.  Əgər  bu  zəif  başlanğıclarda,  ey  Allah,  bizim 
ürəklərimiz bütünlüklə Səninki deyilsə, qoy onlar ən azı nə etmək lazım olduğunu 
hiss etsinlər.  
Eloiza,  özünü  dərin  kök  salmış  ehtirasın  biabırçı  qalıqlarından  azad  et. 
Yadda  saxla  ki,  Allahdan  başqa  hansısa  digər  biri  barədə  ən  az  düşüncə  belə, 
zinakarlıqdır. Mən xaç altında deyil, məhəbbət altında itaətdə idim. Mənə yazığın 
gəlsin  və  özünü  də  azad  et.  Allahdan  qorx,  bununla  öz  zəifliklərindən  azad  dola 
bilərsən. Onu sev, bununla sən ləyaqətlərində irəliləyə bilərsən.  
Dini cəmiyyətin başında qul olma və digər kraliçalar üzərində idarəetmə 
hüququna malik olanda birinci növbədə özünü idarə etməyi öyrən. Ən azı, sən öz 
hisslərinin  üsyanına  görə  utan.  Dünyada  əbəs  yerə  keçirdiyin  həyatının  bütün 
anlarına və həzzə görə tövbə et, onları məndən də tələb et.  
Mən  həqiqətən  sənin  müəllimin  idim,  lakin  bu,  təkcə  günahı  öyrətmək 
idi. Sən məni atan adlandırırsan. Əvvəllər bu titula mənim hansısa bir iddiam var 
idi.  Nəyinsə  qarşısını  aldığıma  görə  buna  layiq  idim.  Mən  sənin  qardaşın  idim, 
lakin  bu  günaha  bənzərlik  idi  və  bu  ehtiramı  mənə  gətirdi.  Mən  sənin  ərin 
adlanıram,  lakin  bu,  ictimai  mərəkədən  sonra  oldu.  Əgər  sən  məktubunda  məni 
şərəfləndirir  və  öz  ehtirasını  tərifləyirsənsə,  onları  qarala,  at  kənara  və  yerlərinə 


22 
 
qatil,  əclaf  və  düşmən  sözlərini  qoy,  çünki  o,  sənin  şərəfinə  qarşı  qəsd  düzəltdi, 
sənin sakitliyini pozdu və sənin günahsızlığına  xəyanət etdi. Qeyri-adi mərhəmət 
aktı ilə sən xilas ola bilərsən.  
Məhəbbət sözündən fərqli olaraq, dünya sözünü tələffüz etmək min dəfə 
asandır.  Mən  məhəbbət  adlanan  bu  aldadıcı,  dinsiz  sözə  nifrət  edirəm.  Mən  o 
barədə daha düşünmürəm, lakin mənim sərgərdan ürəyim hələ də əbədi olaraq səni 
axtarır və səni itirməyimin ağrısı ilə doludur. Sənin ürəyini ələ keçirmək üçün son 
dünyəvi  cəhdlərimi  xatırla.  Mənim  nəzərdə  tutduqlarımı  və  səninlə  olmağımı 
əzizləyirdim.  
Elə adamlar vardır ki, onları Allah əzab verməklə xilas edir. Qoy, sənin 
dualarının  bəhrəsi  mənim  xilasım  olsun.  Qoy,  mən  sənin  göz  yaşlarına  və  sənin 
müqəddəslik  nümunənə  borclu  olum.  Allah,  mənim  ürəyim  Sənin  yaratdığının 
məhəbbəti ilə doludur. Sənin əlin, bu lazım olanda, Səndən başqa, məndən bütün 
məhəbbətləri boşalda bilər. Eloizanı sevmək, əslində, onu tərk etməkdir. Mən bu 
qərara  gəlmişəm,  bu  məktub  mənim  son  səhvim  olacaqdır.  Əlvida.  Əgər  mən 
burada ölsəm, göstəriş verəcəyəm ki, mənim cəsədim Parakletdəki evə (Eloizanın 
olduğu  yeri  nəzərdə  tutur  –  tərcüməçi)  aparılsın.  Sən  məni  bu  vəziyyətdə 
görəcəksən, səndən heç də göz yaşları tələb etmirəm, çünki bu, artıq gec olacaqdır. 
Yaxşı  olar  ki,  mənim  üçün  indi  ağlayasan  və  məni  yandıran  odu  söndürəsən. 
Mənim  ölümüm  sənə  bəlağətlə  deyəcəkdir  ki,  sən  bir  kişini  sevəndə,  həqiqətən, 
igid  olmusan.  Mən  ümid  edirəm  ki,  sənin  iradən  bu  öləri  həyatı  başa  çatdıranda 
qərara gələcəkdir ki, mənim yanımda dəfn olunasan. Sənin soyuq küllərin o vaxt 
heç nədən qorxmayacaqdır və  mənim  sərdabəm  isə  daha  zəngin, həm  də  məşhur 
olacaqdır.  
 
 
 
III məktub. Eloizadan Abelyara 
 
Səndən  aldığım  məktubu  səbirsizliklə  oxudum;  bütün  bədbəxtliklərimə 
baxmayaraq,  mən  nəsə  bir  rahatlıq  arqumentləri  tapmağa  heç  də  ümid  etmirdim. 
Lakin  sevgililər  özlərinə  işgəncə  verəndə  necə  də  səmimi  olurlar.  Niyə  sən 
Eloizanın adını Abelyarınkından qabaqda qoyursan? Bu, yeganə bir addır ki, – ata 
və ər adı – səbirsiz gözlərim yalnız onu axtarır.  
Bunları xoşbəxtliyimi viranəyə döndərən qəddar taledən əvvəl sən mənə 
ünvanlamışdınmı? Mən görürəm ki, sənin ürəyin məni tərk etmişdir. Sən məni tərk 
etmək  qəddarlığına  maliksənmi?  Bundan  qorxu  mənim  ürəyimə  xəncər  soxur. 
Qəddar Abelyar! Sən mənim göz yaşlarımı dayandırmağa borclusan, ancaq əksinə, 
sən onları sel kimi axmağa məcbur edirsən.  
Sənin ölümündən sonra mənim sənin külünə qayğı göstərməyimi və ona 
axırıncı borcumu verməyimi arzu edirsən. Heyif! Sən bunu mənə necə yaza bildin? 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə