Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə102/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   94   95   96   97   98   99   100   101   102

230 
 
Bəs  Katilina  təqsirkar  bilinsə  və  sürgünə  göndərilsə,  necə  olacaqdır? 
Romadakı  qulların  da  hər  biri  bilir  ki,  bu  adam  öz  doğma  bacısının  da  məşuqu 
olmuşdur. Tsitseron deyirdi ki, şansa malik olan bir adam kimi onun özü Katilinanı 
əzəcəkdir. Onu məhkəmədə udmaq, səsvermədə udmaqdan asan olacaqdır.  
Tsitseron  qəflətən  elan  etdi  ki,  o,  Katilinanı  müdafiə  edəcəkdir:  «Mən 
cəhənnəmin  bu  ən  qara  şeytanını,  əgər  onun  vəkilə  ehtiyacı  olsa,  müdafiə 
edəcəyəm».  Bu  sözlərə  təəccüblənənlərə  isə  belə  cavab  verirdi:  «Mən  yeni 
adamam  və  konsul  olmağı  axtarıram.  Bura  da  Romadır.  Burada  özümdən  başqa, 
heç kəs mənə kömək etməcəyəkdir. Roma filosofların əsərindəki hansısa mücərrəd 
yer deyildir, onun şərəfi zibil çayının üstündə qurulmuşdur. Beləliklə, mən əgər bu 
zəruri olsa, Katilinanı müdafiə edəcəyəm və sonra mən onu bacardığım qədər tez 
şəkildə  məğlub  edəcəyəm.  O  da  eyni  şeyi  mənə  qarşı  edəcəkdir.  Bu,  bizim 
yaşadığımız dünyadır».  
Proses özünün müxtəlif səhnələrindən keçməli idi, jüri seçilmişdi. İyulun 
son  həftəsində  mühakimənin  başlanması  qərara  alınmışdı.  Katilina  Tsitserondan 
xahiş  etdi  ki,  onu  müdafiə  etsin.  Tsitseron  dedi:  «Və  beləliklə,  balıq  qarmağa 
düşmüşdür». Bu vaxt Terentsiya doğum ərəfəsində idi, ərinə dedi ki, özünə kəniz 
tutsun. 
Tsitseron zəhləsi getdiyi iki nəfəri nəzərdə tutaraq deyirdi ki, Romanın 
ən  yaxşı  ailələri  arasında  qarşılıqlı  nikahlar  bu  iki  əclafı  meydana  gətirmişdir. 
Onlar Katilina və gənc Klodidir. 
Katilina  Tsitseronu  sakitləşdirmək  üçün  dedi  ki,  sən  fikir  vermə,  jüri 
barədə özüm qayğı göstərəcəyəm. O, isə bildirdi ki, bir müdafiəçi vəkil kimi sənə 
deyirəm  ki,  səni  ittiham  edəni  öldürsən,  bu,  çox  ciddi  səhv  olacaqdır.  Həm  də  o 
düşünürdü  ki,  ancaq  bu  cütlüyün  işləri  yaxşı  getsə,  biri  digərinin  ardınca  öz 
düşmənlərini öldürəcəkdir.  
Terentsiya  doğurdu.  Tsitseron  Tulliya  anadan  olanda  təşvişdən 
qurtulmaq üçün evdən getmişdi. İndi isə dostlarına məktubla bildirdi ki, sizə xəbər 
verməyi özümə şərəf duyuram ki, mən kiçik bir oğulun atası oldum. Terentsiya da 
yaxşıdır. 
O, elə bir günü arzulayırdı ki, nə vaxt konsul olacaqdır. Pıçıltı ilə dedi: 
«O vaxt sən konsul Mark Tulli Tsitseronun oğlu Mark Tulli Tsitseron olacaqsan. 
Görürsən, necə səslənir?» 
Katilina  həmin  gün  Tsitseronu  gözləyirdi.  Onun  oğlu  olduğunu 
eşitmişdi. Əlini hərarətlə sıxmaqla onu təbrik etdi.  
Onlar bir-birinə vəhşi heyvanlar kimi baxırdılar, sürünən ilanlar kimi bir-
birinə dolaşırdılar. O, sənədləri qutuya qoyub Katilinaya qaytardı: «Mən qorxuram 
ki, onları qəbul edə bilmərəm».  
Katilina:  
– Çünki sən vəkilimsən və vəkillər haqq ala bilməzlər.  
Tsitseron:  
– Mən gəlmişəm, sənə deyim ki, sənin vəkilin olmaq istəmirəm. Çünki 
sən əvvəldən təqsirkarsan. Sən pozulmusan, hələ bütöv başqa şeylər də vardır. Sən 
qabaqcadan  hökmü  satın  almısan  və  mən  bu  oyunda  iştirak  etmək  istəmirəm  ki, 


231 
 
sənin bir hissən olan özümü, həm də başqalarını  – arvadımı, qardaşımı, indi daha 
vacib  olan  oğlumu,  çünki  o,  hələ  nəyisə  anlamaq  üçün  kifayət  olan  yaşa  malik 
deyildir, – inandıra bilmərəm. 
Katilina dedi:  
–  Sən  düşünürsənmi  ki,  bunun  mənim  üçün  heç  bir  nəticəsi 
olmayacaqdır,  lakin  özün  üçün  hansısa  nəticəsi  olacaqdır?  Bu,  mənim  üçün 
əhəmiyyət  kəsb  etmir  ki,  kim  mənim  vəkilim  olacaqdır.  Mənim  üçün  heç  nə 
dəyişmir.  Mən  bəraət  alacağam.  Lakin  sən  isə  indi  mənim  dostluğumun  əvəzinə 
mənim düşmənçiliyimə malik olacaqsan. 
 Tsitseron çiyinlərini çəkdi:  
–  Mən,  əgər  bu  qaçılmazdırsa,  bəzi  adamların  düşmənçiliyinə  malik 
olmağı seçirəm. Mən buna dözəcəyəm. 
Katilina  və  Tsitseron  bir-birlərinə  sadəcə  arxalarını  çevirdilər,  bu, 
ənənəvi olaraq düşmənçilik siqnalı demək idi. 
 
 
Katilinanın məhkəməsi. Tsitseron yeni kampaniyaya başlayır 
 
Tsitseronun  həyatının  qayğılı  dövründə  Katilinaya  düşmən  olmaqdan 
peşman  olmuşdu.  O,  və  Katilina  birlikdə  konsul  ola  bilərdilər,  bu  vaxt  onun  ali 
imperium barədəki arzusu puç olacaqdı.  
Katilina  məhkəməyə  ənənəvi  olaraq  köhnə  aristokrat  mühafizəçiləri 
Katul,  Hortensi,  Lepid  və  yaşlı  Kurio  ilə  gəldi.  Jüri  rüşvət  almışdı,  lakin 
Katilinanın  Afrikadakı  davranışı  barədəki  məlumatlar  onları  xeyli  silkələmişdi. 
Klodi Katilinadan və onu dəstəkləyənlərdən gələn zərbədən qorxub, şəhəri tezliklə 
tərk etmiş, uzaq Qalliyaya qaçmışdı. 
Tsitseron göz yaşları içərisində Terentsiyaya, Tulliyaya və Marka əlvida 
deyib, öz böyük kampaniyasını aparmaq üçün Şimala yollandı. O, Flamini yolu ilə 
gedirdi. Demosfen kimi öz nitqini yaxşılaşdırmaq üçün ağzına daşlar qoyub, çıxışa 
başlamasını nümayiş etdirməyə cəhd edəndə, özünə gülürdü. Tsitseron böyük şəhər 
barədə deyirdi ki, «Roma çaylarla və ya dağlarla və ya hətta dənizlərlə müəyyən 
olunmur;  Roma  qan,  irq  və  ya  din  məsələsi  də  deyildir;  Roma  idealdır.  Roma, 
bəşəriyyətin  on  min  illər  boyu,  bizim  əcdadlar  həmin  dövrdə  dağlardan  enib, 
qanunun qaydası altında icmalar şəklində necə yaşamağı öyrənmişdilər, azadlıq və 
qanunun  ən  yüksək  təcəssümü  idi.  Hər  bir  adam  öləndən  əvvəl  bir  dəfə  Romanı 
görməlidir».  
Epikurianlar  heç  də  ümumən  dəyişilmiş  ağıla  malik  deyildilər.  Onlar 
dəbdəbəli  həyatı  axtaranlar  kimi,  əslində,  həqiqi  mənada  yunanların  ataraxia 
adlandırdıqları qarışıqlıqdan azadlıq axtaranlar idilər. 
Tsitseron  güman  edirdi  ki,  Krass  Katilinaya  səs  verəcəkdir.  Attik  ona 
etiraz edib bildirdi ki, «O, onlara arxalanır. Sən bilirsən, mən nə deyirəm. Onları 
maliyyələşdirir. Onlar bütün seçkini satın almaqla, Lentul kimi hərəkət edirlər.» 


232 
 
Məlum  idi  ki,  Hibrida  və  Katilina  –  həmin  məxluqlar  hər  bir  normal 
şəkildə  keçən  seçkilərdə  namizəd  olmayacaqlar.  Sezara  gəldikdə  isə  o,  Krassın 
pullarından istifadə edir.  
 
Tsitseron ümidlərlə yaşayır 
 
Tsitseron  tələ  barədə  düşünüb,  onu  tapdı.  O,  öz  düşmənlərini  də 
dəyişməli oldu. Fiqulun qanun layihəsinə düzəliş verməyi təklif etdi: «Xahiş edən 
hər bir adam və ya xahiş etmək imkanı axtaran və ya zəmanət vermək səbəbi tapan 
hər bir vətəndaşdan ibarət olan seçicilər, pul ilə səs verdiklərinə görə onillik sürgün 
cəzasına layiq görülməlidir».  
Tsitseron fatalist idi: «Əgər sənə istədiyini versən, sən it olacaqsan». O 
bilirdi  ki,  8  min  səs  ona  20  milyon  sestertsiyə  başa  gələcəkdir.  Krass  20  milyon 
xərcləməyəcəkdir  ki.  sadəcə  mənim  ümidlərimi  pozsun.  O,  yalnız  nəhəng  gəlir 
götürmək naminə 20 milyon pul qoya bilər. 
Ən  ağır  olan  anlarda  Tsitseron evinə qayıdanda  küçədəki  tərəfdarlarına 
qapısını  bağlayır  və  nəhayət,  Tulliya  ilə  oynamağa  cəhd  edirdi.  Hətta  bu  vaxt 
Terentsiya  aşağı  düşüb,  balaca  Markı  ona  göstərirdi  ki,  artıq  körpə  kiçik 
addımlarını atmağı öyrənmişdir. 
 
 
Sezar  və  Krassın  Romaya  ağalıq  etmək  iddiaları  (b.e.ə.  68–64-cü 
illər)  
 
Katilinanın evində Krass oturmuş, Sezar isə ayaq üstə dayanmışdı. Krass 
danışığın  başa  çatdığını  elan  etdi.  O  dedi:  «Biz  yenidən  görüşəndə,  bizim  və 
Romanın taleyi həmişəlik dəyişilməlidir». Lakin Sezar və Krassın qəsdi bir neçə ay 
ərzində dörd hissəyə bölünməli idi. Onlar dövlətə nəzarəti ələ keçirmək məqsədini 
güdməklə, ümumi seçkini yoxa çıxarmaq istəyirdilər. Bütün işləri komissiya idarə 
edəcəkdir.  Təkcə  iki  konsula  deyil,  həm  də  bütün  on  tribuna,  üstəlik,  iki  pretora 
malik olacaqlarını düşünürdülər. Rüşvət toplayanlar xəbər verirdilər ki, işlər yaxşı 
gedir. Bu, əslində, dövlət çevrilişi demək idi. Krassın və Sezarın başçılığı altında 
bu  komissiya  ölkənin  əsl  ağası  olacaqdı,  konsullar  və  digər  magistratlar  sadəcə 
olaraq sıfıra bərabər olacaqdılar.  
Terentsiya  ərinə təklif  edirdi ki, onlara  qarşı  mübarizəyə  başçılıq  etsin. 
Axı bu qadın nəsil özəyinə görə aristokrat idi: «Sən nəsə etməlisən. Sən bunun baş 
verməsinə sadəcə imkan verməməlisən». Tsitseron arvadına dedi ki, «Mənim əziz 
Terentsiyam, aristokratlar da sənin kimi düşünürlər. Onlar heç vaxt bunu müdafiə 
etməyəcəklər». Ona görə də Tsitseron onların yanına gedib deməli idi ki, Krass və 
Sezarın nə etmək istədikləri budur, mənə dəstək verin və mən çalışacağam ki, bunu 
dayandırım. 
Tsitseron  Krassla  görüşəndə,  ondan  gözlərini  çəkib  dedi:  «Bu  adam 
kübar ailədə doğulmuşdur, rüşvətlə rüşvətin özü barədəki qanun layihəsini kənara 
atdırmışdı.  O,  indi  belə  niyyətdədir  ki,  rüşvətlə  konsul  seçilsin,  özü  də  özü  yox, 


233 
 
ondan  asılı  olan  iki  adam  –  Hibrida  və  Katilina  seçilsinlər.  Onlardan  biri  səfeh, 
digəri isə dəlidir.»  
Katilina  Tsitserona  dedi  ki,  mən  bəraət  almışam,  Tsitseron  bu  sözə 
güldü:  «Bəraət  almısan,  sən?  Bəraət  almısan?  Sən  özünü  hər  cür  seksual 
eybəcərliklə  və  pozğunluqla  biabır  etmisən.  Sən  öz  əllərini  qətlə  yetirdiklərinin 
qanına  bulamısan,  öz  müttəfiqlərini  qarət  etmisən.  Sən,  ilk  olaraq,  bir  qızı 
pozduqdan sonra onun yaşlı anasına evlənmisən. Bəraət almısan? Sən onda ancaq 
təsəvvür  edə  bilərsən  ki,  Roma  cəngavərləri  yalançılar  olmalıdır.  Belə  ən  böyük 
şərəfi olan şəhərin sənədli şəhadətləri onda saxtadır. Ey bədbəxt insan, belə qərarla 
sən  bəraət  aldığına  baxma,  yalnız  onu  düşün  ki,  hansısa  daha  bir  qorxulu  cəza 
vardır». 
Katilina  hədyanlıq  etmək  istədikdə,  konsul  liktorları  tərəfindən 
sakitləşdirildi. Dostları – onların arasında Krass və Sezar da var idi, – dartıb, onu 
yerində oturtdular.  
 
 
Tsitseron gərgin mübarizədə konsul seçilir 
 
Tsitserona rəqibi Hortensinin reaksiyasından başqa, bir şey qalmamışdı. 
Lukull  Roma  divarının  arxasında  özünə  böyük  mavzoley  tikdirmişdi.  Hortensi 
utancaq  şəkildə  irəli  gəlib,  Tsitseronu  Lukulla  təqdim  etdi.  Lukull  onun  əlini 
sıxmaya bilərdi, çünki onun xoşlamadığı Pompeyin pərəstişkarı olduğunu bilirdi. 
Katul  hirslə  dedi  ki,  «Mənim  oxuduğum  düz  imiş,  cinayətkar  qəsdin 
nəticəsi  kimi  dövlətə  vətəndaş  təhlükəsi  törədilirmiş.  Mən  oxuduğum  əgər  saxta 
imişsə, bu, bizim tarixdə olan ən əxlaqsız bir saxtakarlığ idi. Katilina dəlisov idi, 
bunu hamı kifayət qədər bilirdi. Lakin o, düzgün və nəcib romalıdır».  
Tsitseron dedi: «Katul, mən sizdən, sizin hamınızdan heç nə istəmirəm 
və  əgər  sizin  hamınız  məni  təhqir  etsəniz  də,  mən  sizə  xeyirli  axşam  arzu 
edəcəyəm. Dövlətə cinayətkar qəsdin nəticəsi kimi vətəndaş müharibəsinin təhlükə 
törətdiyi barədə oxuduğun saxtadırsa, bu, bizim tariximizdə ən pis saxtakarlıqdır. 
Öz payıma mən inanmıram ki, o, düzdür, çünki mən inanmıram ki, belə xəbəri sağ 
olan əl icra edə bilər.»  
Lukull  ona  dedi:  «Tsitseron,  geri  qayıt.  Mən  məmnunam.  Xəbər 
yerlidir».  Katul  isə  dedi  ki,  mən  indiyə  qədər  inanmamışam.  Hortensi  buna  belə 
cavab verdi. «Onda qoy səni bir adi sözlə inandırım. Sezar. Sezar Krassın qızılı ilə, 
onun arxasında həm də iki konsul və ön tribun durur».  
Çox  sayda  namizədlərin  olması  və  onların  arasında  düşmənçilik 
Tsitseronu  Senatda  Katilinaya  və  Hibridaya  hücum  etməyə  məcbur  etdi. 
Aristokratlar o saatca, Tsitseronu dəstəklədilər.  
Tsitseron  onun  arxasında  möhkəm  duranlara  görə  daim  atlı(Romadakı 
patritsi təbəqələrindən biri) idi. Üstəlik, onu pompeyçilər və aşağı sinifdən olanlar 
dəstəkləyirdilər. Günorta namizədlərə verilən səslər məlum olduqda, Tsitseron 81 
senturi  səsi ilə  Katilinadan  və  Hibridadan  2–3  dəfə irəlidə idi.  Digər üç namizəd 
birlikdə 16 səs toplamışdılar.  


234 
 
Finalda  seçkinin  nəticəsi  elan  olunduqda  Tsitseron  193  senturi  səsi 
toplamışdı. Bu, Hibridanınkından iki dəfə, Katilinanınkından üç dəfə çox idi.  
Beləliklə,  Mark  Tulli  Tsitseron  42  yaşında,  Roma  konsulluğunun  ali 
imperium-una nail oldu və onu senturilərin yekdil səslə seçməsi daha təəccüblü idi.  
Tsitseron  evində  təşkil  olunan  məclisdə  dedi:  «Mən  söz  verirəm  ki, 
Krassa və Sezara, tribunlara qarşı, əgər onlar özlərinin torpaq islahatı layihəsinin 
dərc etsələr, müxalifətə başçılıq edəcəyəm».  
Sonra  o,  gülümsünərək  əlavə  etdi:  «Həyat  elmi,  qalxan  problemlərlə 
sövdələşməkdir.  Bu  uzaq  gələcəkdə  onları  həyacanlandırmaqla,  birinin  könlünü 
viran  qoymaqdan  daha  yaxşıdır.  Mən  inanıram  ki,  biz  öz  əmimiz  oğlu  Lutsinin 
xatirəsinə  tost  deyəcəyik.  Konsulluq  barədə  ilk  dəfə  söhbət  gedəndə,  o,  burada 
onun  bünövrəsində  dayanmışdı  və  bu  günü  görməyi  çox  arzu  edirdi».  O,  öz 
qədəhini qaldırdı. Lutsi vaxtilə ona demişdi: «Sözlər, sözlər. Onların vasitəsilə icra 
edilən yalanların heç bir sonu yoxdur» 
 Öz  konsulluğu  dövründə  Tsitseron  Katilina  qəsdini  yatırtdığına  görə 
nəhəng  siyasi  zəfər  qazandı.  Buna  görə  o,  sonralar  sürgün  olunsa  da,  həmin 
sürgündən  böyük  ehtirama  layiq  görülməklə  qayıtmışdı.  Lakin  vaxtilə  “Vətənin 
atası” adlandırılan bu böyük şəxsiyyətin siyasi təsiri artıq zədə almışdı.  
 
SON 
Oktyabr 2017-ci il 
 
 
 
 
 
 
TELMAN ORUCOV 
 
Uzun illər zəhmətinin apogeyi 
 
Şəxsiyyətinə hörmət bəslədiyim, ədəbi yaradıcılığını (jurnalist fəaliyətini 
də  bura  daxil  edirəm)  lap  çoxdan  böyük  maraqla  izlədiyim  Əli  İldırımoğlunu  öz 
yaxınları,  dostları  və  pərəstişkarları  yaxınlaşan  yubileyi  münasibəti  ilə  təbrik 
edirlər və mən də bu sevincli hisslərədən kənarda qalmaq istəməzdim. Yubilyara 
ən xoş sözlər ünvanlanır, onlar həqiqəti ifadə etdikdə isə, paxılların münasibətinin 
izləri də bu qiymətə elə bir təsir göstərə bilmir. Təbiət mənzərəsinin gözəlliyi ona 
laqeydlik göstərənlərin hisslərindən heç də yara almır, çünki bu gözəlliyi ən mahir 
rəssam  -  təbiətin  özü  yaratmışdır.  Yaradıcı  insanların  da  həyatı  daim  müşahidə 
altında  olur,  ona  rəğbət  bəsləyənlər,  hətta  pərəstiş  edənlər  olduğu  halda,  onların 
sayının çoxluğu qarşısında tək-tək bəyənməmək, qəbul etməmək və ya inkar halları 
əslində  elə  bir  əhəmiyyət  kəsb  etmir.  Axı  zövqləri  bir  universal  nəcib  qəlibə 
salmaq da mümkün deyildir. Bəsit, vulqar zövqlər yalnız öz xüsusiyyətinə uyğun 
olnaları  məqbul  dəyərlər  cədvəlinə  daxil edir  (Şekspir  “yaddaş  cədvəli”  ifadəsini 


235 
 
işlədirdi)  və  layiq  hesab  etmədiklərini  isə  özlərinin  aqnostika  məhbəsində  “cəza 
çəkməyə” göndərirlər. 
Əli  İldırımoğlu  jurnalistikanın  dərəli-təpəli  yolu  ilə  uzun  müddət 
addımlayıb, yaxşı ad qazandıqdan sonra ədəbi yaradıcılığa keçmiş və artıq yazıçı 
şöhrətinin  şərəfli  daşıyıcısına  çevrilmişdir.  Onu  həm  yazıçı,  həm  də  jurnalist 
adlandırılar. Bu titullar onun adı yanında təbii səslənir. Lakin, mən onu bütövlükdə 
“ədəbi  istedad  sahəsinin  zəhmətkeşi”  adlandırardım.  İnadkar  zəhməti  hesabına 
onun  istedadı  uzun  müddət  ərizndə  çiçəklənməkdə,  bar  verməkdə  davam  edir  və 
onun bu sahədəki məhsuldarlığına isə hətta cavan ədiblər də həsəd apara bilərlər. 
Son  25  ildə  o,  bir-birinin  ardınca  çox  sayda  romanlarını  və  povestlərini  çap 
etdirmişdir. 
 Persiyanın  Persepolisdəki  (Bisütun  dağındakı)  Nəqşi-  Rüstəmdə  çar  I 
Daranın  sərdabəsi  üzərində  yazılmışdı  ki,  Allah  ona  iki  xüsusi  keyfiyyət  –
müdriklik və fəallıq vermişdir. Əli İldırımoğlu isə bu keyfiyyətlərlə yanaşı həm də 
zəngin bədii təxəyyülə malikdir. Trubadurlar Orta əsrlərdə poeziyaya canlı hisslər 
axını  gətirdiyi  kimi,  Əli  müəllim  də  ölkəmizdə  mövcud  olan  kənd  nəsrinə  yeni 
hava,  yeni  nəfəs  gətirmişdir.  Onun  romanlarında  kənd  həyatının  isti,  doğma 
nəfəsini  hiss  edirsən.  Orada  təsvir  edilən  obrazlar  bizi  patriarxal,  ancaq  saf 
mənəviyyatla  qidalanmış  cəmiyyətin  qaydalrını,  orada  baş  verən  hadisələri 
duymaq,  təhlil  etmək  və  qiymətləndirmək  məkanına  istiqamətləndirir.  Onun  öz 
rəncbər  atası  haqqındakı  hekayəti  mərdlik  rəmzi  sayılan  əyalətdə  yaşayan  kəndli 
kişilərin  ümumi  obrazını  şəks  etdirən  abidəyə  bənzəyir.  Bu  abidə  əsl  ehtiram 
obyekti  olduğundan,  hətta  zamanın  dağıdıcı  təsirinə  məruz  qalsa  da,  öz 
kristallığını,  qranitliyini  qoruyub  saxlayır,  keçmişdən  boylansa  da,  bizim 
mənəviyyat dünyamıza işıq salan ulduza bənzəyir. Yazıçı heç də mumiyalar sərgisi 
təşkil  etmək  mqəsədini  güdmür,  canlı,  ölməz  obrazlar  qalereyası  yaratmaq 
qayğısına qalır və buna əsasən nail olur.  
Əli  İldırımoğlu  haqqında  çoxlu  elmi,  təhlili  məqalələr  yazılmış,  onun 
yaradıcılığı  diqqətdən  kənarda  qalmamışdır.  Oxucuları  arasında  isə  xalq 
kütləsindən olanlar, sadə insanlar çoxluq təşkil edir. Onlar bu kitablardan öz ata-
babalarının bəlkə də yaddaşlardan silinməyə üz qoyan xatirələrini axtarır və onları 
tapdıqda müəllifə rəğbətlə dolu hisslər bəsləyirlər.  
XIV əsrdə yazıb, yaratmış və Renessansa öz əsərləri ilə cığır açan böyük 
italyan  şairi  Petrarkanı  Aristoteli  öyrənənlər  bəyənməyib,  onu  “yaxşı  adam..., 
ancaq savadsız və faktiki ollaraq səfeh adlandırırdılar”. Petrarkanın yeganə günahı 
onda  idi  ki,  o,  Aristotelə  aid  edilənlərdən  daha  çox,  məsləkinə  yaxın  olan 
xristianlığın doqmatlarına, müddəalarına inanırdı. Petrarkanı həmin təhqir edənlər 
toza çevrilmişlər, dahi şair isə artıq yeddi əsrdir ki, minnətdar oxucularının könlünə 
hakim kəsilməkdə davam edir. 
Kənd prozasının nümunələrinə ağız büzənlər də vardır, özünü “müasir” 
hesab edən bu adamlar  əcdadlarının  adətlərinə,  ənənələrinə də  laqeydliklə,  bəzən 
hətta istehza ilə yanaşdırlarından Əli İldırımoğlunun romanlarına da arxaik həyat 
təriznin  təbliğ  vasitəsi  kimi  baxırlar.  Böyük  rus  yazıçısı  A.İ.Gertsen  yazırdı  ki, 
“Ruslar  içqıranda  turş  kələm  iyi  verir”,  bizim  kökünə  naxələf  çızan,  millətin 


236 
 
“çürük dişini” andıran bəzi adamlarımız isə gəyirəndə ağızlarından şotland viskisi 
iyinin gəlməsi ilə qürrələnirlər. Hansısa kiçik bir budaq quruyursa, günahı ağacın 
kökündə  axtarmaq  ağılsızlıqdır.  Yazıçının  əsərləri  isə,  bizə,  xüsusən  Şərq 
xalqlarına  xas  olan  bir  qaydanı  -  nəslin  mənşəyinə,  əcdadlara  böyük  hörmət 
bəsləmək lüzumunu təlqin edir. Əgər millət yaşayırsa, onun əcdadları da, ənənələri 
də  yaşayır  və  onlar  heç  də  unutqanlıq  dənizinin  dibində  qərar  tutmamalıdır. 
Psevdomüasirlik  adətən  tez  sıradan  çıxır,  tarix  isə  özünün  mütləq  üstünlüyünü 
qoruyub saxlayır.  
Əli  İldırımoğlu  yaradıcılığında  olduğu  kimi,  həyata  bəslədiyi 
münasibətdə  də  öz  riqorizmi  ilə  seçilir.  Onun  inamı  sarsılmazlıq  mineralını  yada 
salır  və  bu  keyfiyyətində  o,  Babil  qülləsi  qurcularının  cəsarətini  xatırladır.  O, 
doğma xalqına xəyanət etmiş qonşu etnosdan olanların nankorluğuna dözə bilmir, 
erməni qatı millətçilərini real faktlar əsasında ifşa edir. Axı onlar yazıçı hələ uşaq 
olarkən,  onun  doğma  kəndini  yandırmışdılar.  XX  əsrin  sonunda  isə  bu  azğınlıq 
daha  böyük  miqyas  almışdır.  Yazıçı  torpaqlarımızın  erməni  işğalında  olmasını 
dözülməz  bir hal kimi  təsvir  edir və bu ləkənin  tezliklə silinəcəyinə  böyük ümid 
bəsləyir. 
Əli  İldırımoğlu  “inqlab”  ruhu  ilə  yaşayan  az  saydakı  fərdləri  də  qəbul 
etmir,  onlar  hakimiyyəti  ələ  keçirmək  xatirinə  istənilən  əcnəbiyə  qulluq 
göstərməyə,  xalqı  bir  daha  ağır  sınaqlara  sövq  etməyə  hazırdırlar.  Bircə  şeydə 
təsəlli  tapır  ki,  xalq  bu  saxta  “fırtına  quşlarına”  inanmır  və  onalrın  uydurma 
bəyanatlarını  və  çağırışlarını  ümidsizlikdən  yaranan  haray  kimi  qəbul  edir.  Axı 
xalqımız ən azı İslam dininə keçəndən sonra, hətta yadlara da “salam” sözü, “sizə 
sülh olsun” diləyi ilə müraciət edir. Ancaq bəzi adamlarımızın bu müraciətə dirsək 
göstərməklə  cavab  verməsi,  dincliyi,  sabitliyi  qəbul  etməməsi  yazıçının  səmimi 
kədərinə səbəb olur.  
Əli İldırımoğlu real həyat həqiqətlərini təsvir edir. O, virtual aləmdə də 
nə  Dante  kimi  Beatriçaya,  nə  də  Petrarka  kimi  Lauraya  vurulmamışdır.  Onun 
pərəstiş  mehrabı  Azərbaycan  kəndidir,  onun  insanlarıdır.  Kimsə  onu  köhnəliyə 
pərəştişdə ittiham edə bilər, bu, daha çox həmin adamın dar idrakından irəli gəlir, 
onun qnoseoloji səhvi hesab edilməlidir.  
Əli İldırımoğlunun yubileyi əslində onun ədəbi yaradıcılığındakı zəfərinə 
həsr olunmuşdur, bu yaradıcı insan ömrünün ixtiyar çağında da yorulmaq bilmir, 
ən  uca  zirvələrə  dırmaşmaqda  davam  edir.  Zirvəni  fəth  etməyə  çalışanlar  isə  öz 
məqsədlərinə heç vaxt xilaf çıxmırlar. Yazıçı bir əsrə yaxınlaşan illərlə vidalaşır, 
ancaq  onun  öz  apogeyinə  çatan  zəhmətinə  qiymət  verdikdə,  gərginliyinə, 
müəmmalarına görə bu illərin əsrə bərabər olduğu qənaətinə gəlirsən. 
Yaşlı  adamların  nailiyyətlərindən  söhbət  gedərkən,  Şərq  ölkələrində 
uğurlu  övladların,  nəvələrin,  nəticələrin  olması  da  onların  aktivinə  yazılır.  Lakin 
unutmaq olmaz ki, yaradıcı insanların öz qələminin gücü ilə həyat enerjisi verdiyi 
övladları  –  qəhrəmanları  da  mövcuddur.  Balzak  “İnsan  komediyası”nda  3  min, 
Marsel  Prust  yeddi  seriya  romanında  2  min,  Mikelancelo  Vatikanın  Sikstin 
kapellasındakı  məşhur  “Qiyamət  günü”  freskasında  300  obraz  yaratmışdır.  Əli 
İldırımoğlunun  personajlarının  sayı  dəqiq  bilinməsə  də,  onlar  ən  azı  iri  bir  türk 


237 
 
tayfasını təşkil edərdi. Bu tayfa nə osmanlılar, nə Əmir Teymur, nə də Babur kimi 
hərbi yürüşlər etməmiş, şəhərlər almamış, ərazilər işğal etməmişdir. Lakin bu tayfa 
daha böyük qələbəsi ilə öyünə bilər – insan könülləri adlanan hədsiz, hüdudsuz bir 
səltənəti  fəth  etmişdir.  Qoy  qocaman  yazıçı  gizli  bir  ağrı  ilə  ötüb  keçən  ömrünə 
nəzər salarkən, bu qalibiyyətli ordusunun zəfərləri ilə iftixar hissi keçirdiyi anları 
da unutmasın.  
 
 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə