Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə96/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   92   93   94   95   96   97   98   99   ...   102

218 
 
bizim  respublikamızın  vəziyyəti  elədir  ki,  vicdanlı  adam  indi  ədalətin  keşiyində 
dayanmalıdır.  Sizin  hamınız  məni  tanıyırsınız,  mənim  nəyə  inandığımı  da 
bilirsiniz.  Mən  öz  əlimdə  məhkəmədə  ittiham  etmək  sənədinə  –  postulatus-a 
malikəm, biz vəkillər onu belə adlandırırıq. Və mən buradayam ki, Qay Verresin 
ağır cinayətlərinə və xətalarına görə onu məhkəməyə gətirmək niyyətimi icra edim. 
O,  bunları  Siciliyada  qubernator  olarkən  etmişdir.  Əgər  o,  məhkum  olsa, 
oğurladıqlarını  geri  qaytarmayacaqdır.  O,  bir  vətəndaş  kimi  yalnız  bütün  mülki 
hüquqlarını itirəcəkdir. Onun yeganə seçimi sürgün və ya ölüm olacaqdır. O, küncə 
sıxılmış heyvan kimi vuruşacaqdır. Bu, uzun sürən çətin döyüş olacaqdır, heç bir 
səhvə yol vermədən və nəticədə hər şey başlanacaqdır, – mən vəzifə axtarmıram, 
mənim  ümidim  gələcəyədir.  Mənim  əvvəllər  qazandığım  reputasiya  və  onu  əldə 
etmək üçün çəkdiyim zəhmət mənə əsas verir ki, möhkəm ittiham irəli sürüm və 
inanıram ki, haqq qalib gələcəkdir.  
Hortensi  məhkəməyə  məlumat  verdi  ki,  Verresin  Sesili  tərəfindən 
ittiham edilməsinə heç bir əsas yoxdur və o, heç bir səbəb verməmişdir. Tsitseronla 
qardaşı  Kvint  bildirdi  ki,  Hortensi  məhkəmənin  işini  poza  bilməz,  çünki  Roma 
məhkəməsi dünyada ən yaxşı sistemdir. Tsitseron razılaşmadı:  
–  Bu  şüarları  sən  hardan  tapmısan?  Dayə  kitablarındanmı?  Sən  güman 
edirsən  ki,  Hortensi  iyirmi  il  ərzində  məgər  yaxşı  rol  oynamaqla  Roma 
məhkəməsində ağalıq etməmişdirmi?  
Dan  yeri  ağaranda  Tsitseron  buz  kimi  soyuq  suda  çimdi  ki,  özünü 
canlandırsın və qayğıkeşliklə paltarını geyindi. Sonra o, məhkəməyə yollandı. 
Rəqabət aparan iddiaçılara iki kürsü qoyulmuşdu. Sesili artıq oturmuşdu. 
Tsitseron  içəri  girəndə  ona  fikir  vermədi.  Hakim  qaydaya  riayət  etməyə  çağırdı. 
Tsitseron tam sakitləşməni gözləyib, yavaş-yavaş çıxış etməyə başladı. Qeyd etdi 
ki, əvvəllər heç vaxt ittihamçı kimi çıxış etməmişdir. «Mən nə edirəmsə, öz ölkəm 
naminə edirəm». O, Verresə tərəf əlini uzadıb dedi: 
–  Burada  tamahkarlıqda,  həyasızlıqda  və  əxlaqsızlıqda  tayı-bərabəri 
olmayan insan monstrı oturmuşdur. Əgər mən bu adamı ədalətə gətirsəm, o, bunu 
etdiyimə görə məndə hansısa bir cəhət tapa bilər. Bütün ədalət və müqəddəs olanın 
adına  de  ki,  indiki  vaxtda  mən  ölkəm  üçün  daha  yaxşı  xidmət  etmək  üçün  nə 
etməliyəm?  
Verres  başını  silkələyirdi.  Tsitseron  ona  bir  müddət  nifrət  dolu  nəzərlə 
baxıb, jüriyə tərəf döndü:  
–  Qay  Verresə  qarşı  ittiham  odur  ki,  üç  ilə  bərabər  olan  bir  müddət 
ərzində  o,  Siciliya  əyalətini  viran  qoymuşdur,  –  o,  Siciliya  icmalarını  soymuş, 
siciliyalıların  evlərini  boş  qoymuş  və  Siciliya  məbədlərini  qarət  etmişdir.  Bütün 
Siciliya bir səslə deyə bilər ki: «Bütün qızıl, bütün gümüş, bütün gözəl şeylər nə 
vaxtsa mənim şəhərlərimdə, evlərimdə və məbədlərimdə idi, onların hamısını sən 
Verres qarət etdin və məndən oğurladın; və indi bu hesaba görə, qanuna müvafiq 
olaraq bir milyon sestertsiyə bərabər məbləğ üçün mən səni məhkəmədə mühakimə 
edirəm.»  Bu  sözlər  bütün  Siciliya  üçün  tam  mütləq  xarakter  daşıyırdı.  Əgər  o, 
vahid səslə danışa bilsəydi, ancaq bunu təəssüf ki, edə bilmir, o, məni seçərdi ki, 
bu məsələdə onun vasitəçisi olum. 


219 
 
O, nitqinə davam etdi:  
–  Hər  kəs  bilir  ki,  mənim  həyatım  Forum  və  qanun  məhkəmələri 
ətrafında cəmlənmişdir. Professiyamın tələb etdiyi kimi öyrənirəm və çətin bir işi 
görürəm.  
Sonra o, Verresin vəkilinə üzünü tutub dedi:  
–  Sesili, sən  heç  nəsən və  sən heç nəyə  bel bağlamırsan.  Hortensi  səni 
məhv edəcəkdir. Lakin o, heç vaxt öz ağlı ilə məni sındıra bilməyəcəkdir.  
O, Hortensiyə tərəf baxıb istehza ilə alçaltmaq qaydasında ona təzim etdi 
və dedi:  
-Mən  bu  centlmenin  hücum  metodları  ilə  tanışam.  Mən  ona  ciddi 
xəbərdarlıq edirəm.  Əgər mən işlə əlaqədar çıxış edirəmsə, heç bir səbəb yoxdur 
ki,  çox  sayda  adam  elə  bir  ciddi  təhlükə  olmadan  məhkəmənin  rüşvət  aldığını 
düşünsün.  
Rüşvətin yada salınması kiçik səs-küy qaldırdı. Tsitseron ritorika çəkici 
ilə  öz  opponentlərinə,  dəmirçi  sobada  dəmiri  döyən  kimi  zərbə  endirirdi.  O, 
Verresi korrupsiyasına görə darmadağın etmişdi.  
O, jüriyə müraciət etdi:  
–  Əgər  siz  Kvint  Sesiliyə  üstünlük  versəniz,  mən  daha  yaxşı  adam 
tərəfindən  udulduğumu  düşünəcəyəm.  Lakin  Roma  düşünə  bilər  ki,  mənim  kimi 
vicdanlı,  ciddi  və  enerjili  ittihamçı  arzu  etdiyinə  nail  olmadı  və  senatorların 
özlərinin  də  arzu  şəklində  bildikləri  olmadı.  Centlmenlər,  baxın  ki,  bu,  baş 
verməsin. 
Bu vaxt bərkdən alqış səsləndi və çıxış üçün Sesilinin növbəsi gəldi. O, 
ləyaqətdən heç də bütünlüklə xali deyildi. Ritorika müstəvisində Tsitseron ona çox 
böyük  hesabla  qalib  gəlmişdi.  Jürinin  səsvermə  növbəsi  gəldi  və  məhkəmə 
məmuru  qutu  ilə  durmuşdu  ki,  səsləri  yığsın.  Tsitseronun  sonralar  dediyi  kimi, 
bilirdi ki, o, uduzmuşdur. O, ən azı, möhkəm düşməni olan 32 senatoru və onların 
dostlarının  yarısına  qədərini  tanıyırdı.  Katul  lövhəyə  nişan  vurdu  və  onu  hər  iki 
tərəfdən olan adamlara göstərib, sonra qutuya atdı. Tsitseron hələ də heykəl kimi 
sakit idi. Bütövlükdə, 14 adam Tsitseronun xeyrinə səs verdi, 13 nəfər isə Sesiliyə 
səs vermişdi, beş nəfər bitərəf qalmışdı. 
Mark  Tulli  Tsitseron  jürinin  qərarı  ilə  Qay  Verresin  işində  xüsusi 
ittihamçı (nominis delator) təyin edildi. Tamaşaçılar əl çalanda Hortensi və Verres 
yerlərində  dinməz  oturmuşdular  Tsitseronun  sonradan  təəccübünə  səbəb  olan 
qaydada məlum oldu ki, öz qələbəsinə görə ancaq Katula borcludur. Bu çətin adam 
olan  qoca  senator  kiminləsə  yaxınlığına  baxmayaraq,  beyninin  sümüyünə  qədər 
vətənpərvər  idi,  ona  görə  də  onun  rəyi  belə  hörmət  qazanmışdı.  Öz  kürəkəni 
Hortensiyə ailə borcu, təbii ki, onu Tsitserona səs verməkdən çəkindirməyə sövq 
edə  bilərdi.  Bu  amilə  baxmayaraq,  o,  bitərəf  qalmışdı  və  həmçinin  kimə  səs 
vermək lazım olduğunu bilməyənlərin dördü də ona qoşulmuşdu.  
«Qaban  ovçusuna»  bəziləri  minnətdar  olsalar  da,  Tsitseron  bu  vaxt 
Siciliyaya  öz  ekspedisiyasını  hazırlayırdı.  Verresin  rəsmi  kağızları  məhkəmə 
tərəfindən möhürlənmişdi. Tsitseron Senat qarşısında təklif etdi ki, qubernator son 
üç ilin hesablarını təqdim etsin.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə