Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə92/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   88   89   90   91   92   93   94   95   ...   102

210 
 
–  Steni  sadəcə  oğrudan  deyil,  bizdən  himayə  güdür,  o  adamlardan  ki, 
onlar oğruları cəzalandırmağı nəzərdə tuturlar.  
Bu sözləri deyəndən sonra o, çıxışını qurtardı. Hortensi isə uca səslə öz 
çıxışına başladı:  
– Senatorlar, biz burada kifayət qədər uzun müddət oturmuşuq. Bu nəcib 
binada  bir  nəfər  opportunizm  toxumu  səpmək  istəyir.  Bizim  qarşımızda  qeyri-
müəyyən hərəkətlər edilir və bu, bircə adama aiddir. Bizcə, heç bir təklif verilmədi 
ki,  nəyisə  müzakirə  edək.  Biz  əmin  ola  bilmərik  ki,  eşitdiyimiz  həqiqətdir.  Qay 
Verres – bu qaydanın böyük üzvü özünü müdafiə etmək imkanına malik olmadan 
ittihama məruz qaldı. Mən tələb edirəm ki, elə bu dəqiqəcə iclas bağlansın.  
Hortensiyə aristokratlar əl çaldılar. Tsitseron yerindən qaxdı:  
–  Senator,  görünür,  qeydi  oxumamışdır.  Qay  Verres  barəsində  hansısa 
bir xatırlama vardırmı? Mən Senatdan xahiş etmirəm ki, Qay Verres haqqında səs 
versin. Bu, Qay Verresin özünün olmadığı vaxt heç də düzgün mühakimə olmazdı. 
Qay  Verres  burada  yoxdur  ki,  özünü  müdafiə  etsin.  İndi  biz  bu  prinsipi  qoyduq, 
Hortensi  onu  mənim  müştərim  üzərinə  də  şamil  edəcəkdirmi  və  razılaşacaqdırmı 
ki,  onun  özü  olmadığı  yerdə  o,  mühakimə  edilsin  və  ya  aristokratlar  üçün  bir 
qanun, qalan adamlar üçün tam başqa qanun vardırmı?  
Qapı ağzındakı kütlə sevinclə qışqırırdı. Tsitseron sakitliyi bərpa etmək 
üçün tezliklə əlini qaldırdı:  
– Çox yaxşı. O vaxtdan ki Hortensinin obyektləri orijinal hərəkətlərinin 
qeyri-müəyyənliyinə  yönəlmişdir,  qoy  biz  heç  bir  şübhə  etməyənləri  çərçivəyə 
salaq.  Mən  düzəliş  təklif  edirəm:  «Haradasa  özü  olmadan  Steni  ittiham  edilirsə, 
razılaşırsınız ki, onun özü olmayanda bu, onun üzərində aparılan heç bir mühakimə 
deyildir  və  əgər  hər  hansı  belə  bir  mühakimə  artıq  baş  vermişdirsə,  o  da  hüquqi 
qüvvəsi olmayan sayılsın». Və mən deyirəm: «Gəlin indi buna səs verək və Roma 
Senatının ən  yüksək ənənələrində günahsız  adamı  çarmıxa  çəkmək  kimi  ölümcül 
cəzadan xilas edək!» 
Konsul ayağa qalxıb dedi:  
– Təklif edilmişdir. Başqa hansısa bir üzv danışmaq istəyirmi? 
Katul ayağa qalxıb dedi: 
– Mən inanıram ki, çıxış etməliyəm. Bəli, mən inanıram ki, bəzi şeyləri 
deməliyəm. Mən danışacağam, – deyə o, təkrar etdi, – və mənim birinci deyəcəyim 
odur  ki,  bu  gənc  adam  –  o,  Tsitserona  işarə  etdi,  –  Roma  Senatının  ən  yüksək 
ənənələri  barədə  heç  nə  bilmir,  ona  görə  də  o,  belə  düşünür  ki,  heç  bir  senator, 
onun sifəti istisna olmaqla, digərinə hətta hücum edə bilməz. Mən düşünürəm ki, 
köhnə  dövrün  müdrik  adamı  demişdir:  «İrsiyyətin  bir  untsiyası  ləyaqətin  bir 
funtuna bərabərdir».  
Bu  sözə  aristokratlar  gülüşdülər.  Tsitseronun  gələcək  düşməni  Katilina 
ona işarə edərək, barmaqlarını boğazının yarımdairəsinə çəkdi. Tsitseron qərənfil 
kimi qızarsa da, özünə nəzarətini saxladı. Hətta azacıq gülümsədi də. Serci Katilina 
dedi:  
 -  Mən ilk  dəfə bu  evə  girəndə  Klavdi  Pulxer  və Mark  Perperna  konsul 
idilər.  


211 
 
Aydın  idi  ki,  Hortensi  və  onun  dostları  sessiyanın  qalan  hissəsində 
danışmaq  istəyəcəklər  ki,  Tsitseronun  təklifinin  səsə  qoyulmasının  qarşısını 
alsınlar.  Tsitseron  ayağa  durdu  ki,  qayda  barədə  öz  təklifini  versin,  lakin  konsul 
Celli  ona  söz  vermədi  və  tribuna  hələ  də  Katula  məxsus  idi.  O,  dişi  canavarın 
Romulu əmizdirdiyi vaxtdan virtual olaraq əyalət hökumətinin tarixindən danışdı. 
Onun  atası  da  həmçinin  konsul  olmuşdu,  ağac  kömürünün  tüstüsündən  qeyri-adi 
bir  qaydada,  otaqda  çabalamaqla  ölmüşdü.  O,  hansısa  bir  yekuna  gəlib  çıxdıqda, 
tribuna  indi  də  Kvint  Metellin  ixtiyarına  verildi.  Tsitseron  yenidən  ayağa  qalxıb 
söz istəsə də, çoxluğun iradəsi ilə məğlub edildi. Metell pretor rütbəsində idi, əgər 
o, yol verməsə, Tsitseronun çıxış etməyə hüququ da yox idi və ona görə də belə bir 
imkanı heç vermədi də. Tsitseron toqasını çıxarıb atmaqla, müəyyən bir təhlükədə 
idi və nəhayət, təslim olub, yerinə oturdu. 
Lampa  ilə  işıqlandırılmağa  icazə  verilmədiyindən,  noyabr  ayının 
qaranlığında  Senat  kabusların  parlamentinə  bənzəyirdi.  Metelldən  sonra 
Hortensiyə  söz  veriləndə  hamı  bilirdi  ki,  o,  saatlarla  danışa  bilər.  Artıq  hər  kəsə 
aydın idi ki, müzakirə qurtarmışdır və Celli tezliklə binanı boşaltdıracaqdır.  
Hamı  Senat  binasını  tərk  edəndə  təkcə  Tsitseron  arxa  skamyalardan 
birində oturmuşdu. Sonra o, sifətini itirməmək xatirinə Hortensi və başqa bir qoca 
senatorla söhbət etməyə başladı. Bu qoca adam Verresin atası idi. O, vəd etdi ki, öz 
oğluna  məktub  yazacaq  və  əgər  biz  məsələnin  yenidən  Senata  gətirilməməsi  ilə 
razılaşsaq,  onu  məcbur  edəcəkdir  ki,  ittihamını  dayandırsın.  Yazıq  Steni  bunu 
eşitdikdə,  bir  qədər  yüngülləşdi.  O,  minnətdarlıq  hissindən  ölə  bilərdi.  Tsitseron 
ona dedi ki, «Əslində mən bir şeyə nail olana qədər hələ öz minnətdarlığını saxla. 
O,  yalnız  məktub  yazmağı  vəd  etdi,  budur,  onun  dediyi  hər  şey.  Bu,  heç  də 
qarantiya  deyildir».  Steni  isə  ona  dedi  ki,  yaxşı,  sən  təklifi  qəbul  edəcəksənmi? 
Tsitseron yavaş-yavaş başını silkələdi. Bircə o variantı seçəcəkdir ki, Verres kimi 
cinayətkarla  ittifaqa  girməsin.  Verresdən  isə  o,  nəhəng  məbləğdə  pul  ala  bilərdi. 
Onu da bilirdi ki, Verresin müdafiəsinə təkcə Hortensi qatılmayacaqdır. Deyirdi ki, 
onlar hamısı bir yerdədir. Metell qardaşları və əsl aristokratların hamısı. Əgər pul 
əldə  etmək  olmasa,  onlar  özlərindən  başqa  kiməsə  kömək  göstərmək  üçün 
barmaqlarını da tərpətməzlər. Katul qızıla həris bir adamdır. O, Kapitoli təpəsində 
on  ildir  ki,  çox  iri  bir  bina  tikdirir,  bu  bina  Yupiterin  məbədindən  iri  olmaqla, 
özünə həsr olunmuş bir kilsə olacaqdır.  
Tsitseronun  qulu  Tiron  Milli  Arxivə  gedib,  orada  senator  Tsitseronun 
adından Verresin hesablarının göstərilməsini xahiş etdi. Arxivin işçisi əvvəlcə dedi 
ki,  o,  Tsitseron  barədə  heç  vaxt  eşitməmişdir,  sonra  əlavə  etdi  ki,  bina  artıq 
bağlıdır.  Tsitseron  öz  quluna  əsəbiliyini  gizlətməyi  öyrətmişdi.  Arxiv  Katulun 
mülkiyyəti idi, ona və onun klanına həsr olunmuş məbəd idi. Binanın üstündə də 
onu  Katulun  tikdirdiyi  yazılmışdı və  portalın  yanında  onun  fiziki ölçüsündə  olan 
heykəli qoyulmuşdu. Ancaq heykəldə o, Senatdakı canlı Katuldan bir qədər cavan 
və qəhrəman görkəmində təsvir edilmişdi.  
Mari  və  Sulla  arasındakı  Vətəndaş  müharibəsində  aristokratlar  qələbə 
çaldıqdan sonra öz düşmənlərindən qisas almağa başladılar. Katulun gənc protejesi 
Serci Katilina onun düşməni olan populist pretor Qratidianı tutub, onu Katulun ailə 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə