Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə91/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   87   88   89   90   91   92   93   94   ...   102

208 
 
Böyük  kütlə  məhkəmə  iclasının  başlanmasını  gözləyirdi.  Romalılar  məhkəməyə 
«tribunale» deyirdilər. Tsitseron müdafiə üçün sonuncu çıxışını etməli idi. Kifayət 
qədər  nəzərlər  ona  dikilmişdi.  Əgər  o,  jürini  inandırmaqda  uğursuzluğa  uğrasa, 
oğlan ata qatili kimi məhkum ediləcəkdi. Çılpaq soyundurulub qana bulaşana qədər 
qamçılanacaq  və  sonra  isə  it,  xoruz  və  gürzə  ilə  birlikdə  kisəyə  salınıb  ağzı 
tikiləcək və həmin kisə Tibr çayına atılacaqdı.  
Tsitseron  müttəhimin  dayısının  yanında,  müdafiə  üçün  nəzərdə  tutulan 
skamyada  oturmuşdu.  O,  müşahidəyə  dalıb  fikirləşdi  ki,  «Biz,  həqiqətən  də, 
bəraətə nail olmalıyıq, bu vaxt Popillini it, xoruz və gürzə ilə birlikdə ağzı tikilmiş 
kisədən  azad  edəcəyik.  O,  müştərisinin  təqsirkar  olub-olmadığına  görə  heç  vaxt 
təşviş  hissi  keçirmirdi,  bu,  məhkəmə  üçün  idi.  O,  ən  yaxşı  olan  saydığı  bir  işi 
görmək  istəyirdi,  həm  də  Popilli  Layen  lovğalana  bilərdi  ki,  onların  nəsil 
şəcərəsindən  dörd  nəfər  konsul  çıxmışdır,  onun özü  də nə  vaxtsa bu vəzifə üçün 
mübarizəyə başlasa, onlar ona dəstək verməyə borclu idilər.  
Tsitseron  qullarına  dedi  ki,  özlərini  narahatlıqdan  qorumaq  üçün  çıxıb 
getsinlər,  özü  isə  burada  kifayət  qədər  yaxşı  çıxış  etmək  istəyirdi.  O,  öz 
müştərisinə tərəf nəzakətlə əyilib dedi:  
– Günaydın, Popilli, mən inanıram ki, biz tezliklə, bunu həll edəcəyik.  
Sonra qulu Tirona tərəf dönüb dedi:  
–  Mənim  sənə  daha  mühüm  tapşırığım  var.  Qeyd  dəftərçəni  mənə  ver. 
İstəyirəm ki, sən Senat binasına gedəsən, orada baş məmuru tapasan və görəsən ki, 
bu  günorta  buradakı  qaydaya  təsir  etmək  üçün  belə  bir  kağızı  əldə  etmək  şansı 
varmı? O, sürətlə yazdı: «Bizim siciliyalı dostumuza heç nə demə. Böyük təhlükə 
vardır. Biz ehtiyatla hərəkət etməliyik, əlverişli vaxt gələndə addım atmalıyıq». 
O,  kağızda  yazmışdı:  «Bu  binanın  rəyi  elədir  ki,  əyalətdə  qadağan 
olunan  ağır  cəza  ilə,  adamların  özü  məhkəmədə  iştirak  etmədən,  onları  ittiham 
etsin».  Beləliklə,  o,  öz  böyük  rəqibinə  axırıncı  çağırışını  etmək  istəyirdi.  Bu, 
əslində, müharibə bəyannaməsi idi.  
Celli  Publikola  noyabr  ayı  üçün  sədrlik  edən  konsul  idi.  O,  köhnə 
məktəbə məxsus olan səfeh hərbi komandan idi. O, filosofları heç sevmirdi.  
Məhkəmədə Tsitseron artıq çıxışına başlamışdı. O deyirdi ki, əgər gənc 
Popilli  bəraət  alsa,  öz  ömrünün  qalan  hissəsini hərbi  xidmətə  həsr  edəcəkdir.  Bu 
vaxt  ittihamçı,  jüri  və  həm  də  onun  öz  müştərisi  bütünlüklə  təəccüb  içərisində 
idilər. Bu sadəcə hiyləgərlik idi. Böyük vəkil planlaşdırılmış digər çıxışa malik idi.  
Bu,  təbii  bir  şeydir  ki,  heç  də  bütün  siyasətçilər  böyüklüyə  nail  ola 
bilmirlər.  O  vaxt  Senatda  işlərini  davam  etdirən  600  adamdan  yalnız  8-i 
məhkəmələrdə sədrlik etmək üçün hər il pretor seçilə bilərdi və onların yalnız ikisi 
konsul  imperium-u  (hakimiyyətini)  əldə  etmək  üçün  daha  uzağa  gedə  bilərdi. 
Başqa sözlə, bu sayda adamların yarısından çoxu Senatdan kənarda, ümumiyyətlə, 
heç  bir  vəzifəyə  seçilə  bilməzdi.  Onlar  aristokratlar  olmaqla  «pedarii»  –  öz 
ayaqları ilə səs verənlər adlanırdılar. Həm də bu vətəndaşlar respublikanın onurğa 
sütunu – bankirlər, biznesmenlər və İtaliyanın hər tərəfindən olan torpaq sahibləri 
idilər; varlı, nəzakətli və vətənpərvər adamlar idilər. Tsitseron kimi, onlar çox vaxt 
«yeni adamlar» olmaqla, öz nəsillərində ilk dəfə olaraq Senata seçkini udmuşdular.  


209 
 
Qədim ənənəyə görə, bu, sonra da davam etdirilirdi. Senatın qapıları açıq 
saxlanılırdı  ki,  xalq  müzakirələri  eşidə  bilsin.  Celli  çıxışında  cəbhəni  tərk  edən 
ordu komandirləri haqqında danışırdı. Bütün üç cəbhədən gələn xəbərlər yaxşı idi. 
Cənubi İtaliyada çox varlı Mark Krass,- o, bir dəfə lovğalanmışdı ki, nə qədər ki, 
təkcə öz gəliri hesabına 5 min nəfərdən ibarət legion saxlaya bilir, heç kəs onunla 
müqayisədə  özünü  varlı  adlandıra  bilməz,  -  Spartakın  qul  üsyanını  böyük 
qəddarlıqla yatırtmışdı. İspaniyada Böyük Pompey 6 illik vuruşdan sonra qiyamçı 
orduların  axırıncısını  məhv  etmişdi.  Kiçik  Asiyada  Lutsi  Lukull  çar  Mitridat 
üzərində  şərəfli  qələbəyə  sevinirdi.  Onların  məlumatları  oxunduqda  hər  birinin 
müdafiəçiləri  qalxıb  öz  patronunun  nailiyyətlərini  tərifləyirdi.  Onun  rəqiblərinin 
etdiklərinə isə heç əhəmiyyət vermirdilər.  
Krass  Pompeyə  nifrət  edirdi  və  Pompey  öz  legionları  ilə  gəlib  çıxana 
qədər bütöv etimadı qazanmaq  üçün  Spartakı tam  məğlub  etməyi  qərara almışdı. 
Pompey  də  Krassa  nifrət  edirdi  və  Spartakın  sonunun  şərəfini  özü  qazanmaq 
istəyirdi. Buna görə o, triumf xalatı qazana bilərdi. Pompey sonda gəlib Spartakın 
ordusunun  qalıqlarını  məhv  etməsi  ilə  lovğalanıb  deyirdi  ki,  «alağı  kökündən 
yalnız  o  çıxartdı».  Krassla  Pompeyin  hər  ikisi  həm  də  Lukulla  nifrət  edirdilər. 
Çünki o, daha cazibədar komandaya malik idi.  
Tsitseron Senatda çıxış etməyə başladı, o, çox sakit və əvvəlində utancaq 
şəkildə danışırdı. Çalışırdı ki, dinləyicilər qulaqlarını ona diksinlər: 
 – Şərəfli üzvlər, ordudakı bizim adamların hesabatını müqayisə etdikdə, 
hansını ki, biz eşitdik, mən bərkdən deyəcəyim kiçik bir şeydən qorxuram.  
Bu vaxt onun səsi yüksəldi:  
– Lakin əgər bu nəcib evdə artıq qulaqların günahsız insanın şikayətini 
eşitməyəcəyi  bir  vaxt  gəlib  çatsa,  onda  onların  bütün  cəsarətli  işləri  qiymətsiz 
olacaqdır və bizim əsgərlər əbəs yerə qan axıtmalı olacaqlar.  
Onun yaxınlığındakı skamyalardan razılıq pıçıltıları eşidildi.  
–  Bu  səhər  mənim  evimə  tam  günahsız  olan  bir  adam  gəlmişdi,  ona 
bizim  sıradan  olan  birinin  münasibəti  o  qədər  biabırçı,  elə  dəhşətli  və  qəddar 
olmuşdur ki, allahlar özləri də bunu eşitsələr, ağlamalı idilər. Mən bu yaxınlaradək 
bədbəxt,  düzgün  idarə  olunmayan  və  düzgün  qiymətləndirilməyən  Siciliya 
əyalətində yaşayan və Termedən olan Stenini nəzərdə tuturam.  
«Siciliya» sözü eşidildikdə Hortensi yüngül qaydada yerində fırlandı. O, 
Tsitserondan  gözünü  çəkmədən  dönüb  Kvintlə  pıçıldaşmağa  başladı.  Axırıncı 
Metell qardaşlarının yaşca böyüyü idi.  
Tsitseron  öz  iri  addımları  ilə  irəliləyərək  (uğurlu  bir  qaydada)  hədəfi 
vururdu. Molonun yanından qayıtdıqdan sonra, onun, Demosfenin müəllifi olduğu 
«çatdırmaq, çatdırmaq, çatdırmaq» resepti Tsitseronun ağlında möhkəm qalmışdı. 
O,  çox  sayda  saatlarını  teatrda  keçirmişdi,  aktyorların  metodlarını  öyrənmişdi  və 
pantomima, parodiya (təqlid) etmək üçün xeyli ustalıq əldə etmişdi. Azacıq səsini 
qaldırmaqdan  və  jestdən  istifadə  etməklə,  özünün  istədiyi  xarakterdə  olan 
çıxışlarını şüurlara həkk etdirməyi bacarırdı.  
Tsitseron deyirdi:  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə