Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə88/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   84   85   86   87   88   89   90   91   ...   102

202 
 
məhrum edirdi. Xroniki yuxusuzluq və qidanı pis həzm etməsi onun üstünə düşən 
bəlalar sırasına əlavə olunmuşdu.  
Siyasətdə yüksəlmək üçün o, professional köməyə möhtac idi. Ona görə 
də  müəyyən  vaxtını  Romadan  kənarda  keçirməyi  qərara  aldı,  həm  öz  beynini 
təzələmək, həm də ritorika sahəsində aparıcı müəllimlərdən məsləhət almaq üçün – 
onların da çoxu Yunanıstanda və Kiçik Asiyada yaşayırdı, – səyahətə çıxdı.  
 
 
Molonun natiqlik məktəbi 
 
O,  Brundiziya  limanına  gəlib  çıxdı  və  oradan  gəmi  ilə  Yunanıstana 
üzməyə  başladı.  Bu  vaxt  Servili  Vatia  və  Klavdi  Pulxer  konsulluq  edirdilər. 
Romanın əsasının qoyulmasından isə 674 il keçirdi. Sonralar güclü təsir bağışlayan 
Tsitseron bu vaxt heç kəs deyildi. Doğrudan da, o, məşhurlaşanda, ən kiçik küçədə 
də gəzinəndə tanınmamış qalmırdı.  
O,  ilk  olaraq  Afinaya  gəldi,  burada  Akademiyada  fəlsəfəni  öyrənməyə 
çalışırdı.  O,  mühazirələri  dinləmək  üçün  mühazirə  zallarına  gedirdi.  Hətta  qulu 
Tironu da fəlsəfəni öyrənməyə sövq etmək istəyirdi ki, uzun səyahət vaxtı onunla 
bu  mövzuda söhbət edə bilsin.  Daha  çox  Askolonlu  Antioxu dinləməyə  üstünlük 
verirdi.  Stoitsizmin  üç  baza  prinsipini  –  ləyaqət  xoşbəxtlik  üçün  kifayətdir, 
ləyaqətdən başqa heç nə yaxşı deyildir və emosiyalara inanılmamalıdır, – ilə tanış 
oldu.  Bu,  üç  sadə  qayda  idi  və  adam  yalnız  onlara  əməl  etsə,  dünyanın  bütün 
problemlərini  həll  edə  bilərdi.  Buna  baxmayaraq,  Tsitseron  çox  hallarda  bu 
məsələlər  barədə  müzakirəyə  girişirdi.  O,  altı  ay  Antioxla  qaldı  və  sonra  əsl 
səyahət niyyəti ilə yola düşdü.  
Həmin  dövrdə  ritorikanın  başlıca  məktəbi  Asiya  metodu  adlanırdı.  Bu, 
dəqiq, elə bil ki, çiçəklərlə bəzənmiş bəlağətli kəlmələrlə və ritmlərlə dolu natiqlik 
üslubu idi. Romada onun aparıcı nümunəsi Kvint Hortensi idi. O, həmin dövrün ən 
məşhur  natiqi  olmaqla,  ayaq  üstündə  dayanıb  cürbəcür  hərəkətlərə  maraq 
göstərdiyindən, onun ləqəbi «Rəqs edən Ustad» idi. Tsitseron öz gözləri ilə onun 
hərəkətlərini  görəndən  sonra  Hortensinin  bütün  müəllimlərini  axtarmağa  başladı, 
həmin adamlar öz üslublarına həm də həzz elementləri əlavə etmişdilər. Tsitseron 
onların hər biri ilə həftələrlə vaxt keçirdi, onların metodlarını o vaxta qədər səbirlə 
öyrəndi ki, nəhayət, hiss etdi ki, bunlara artıqlaması ilə yiyələnmişdir. 
Sonra  o,  Rodosda  Apollon  Molonun  məktəbinə  daxil  olmağı  qərara 
aldığından  oraya  yollandı.  Molon  onu  dəniz  sahilində  gözləyirdi.  Molonun  özü 
vəkil  idi,  Roma  məhkəmələrində  parlaq  çıxışlar  etmişdi,  hətta  Yunanıstandakı 
Senata  müraciət  etməkdən  ötrü  Romaya  dəvət  olunmuşdu.  Bu,  eşidilməmiş  bir 
şərəf  idi.  Bundan  sonra  o,  Rodosdakı  istirahətinə  qayıtmış  və  özünün  ritorika 
məktəbini açmışdı. Onun natiqlik nəzəriyyəsi Asiyatikə tam əks olmaqla, formaca 
sadə  idi:  o  qədər  də  çox  hərəkət  etmə,  başını  düz  saxla,  hədəfi  vur,  dinləyiciləri 
güldür,  onları  ağlat  və  bu  vaxt  sən  onların  rəğbətini  qazanacaqsan  və  tez  yerinə 
otur. Molon deyirdi: «Heç nədən asılı olmayaraq, göz yaşından daha tez quru». Bu, 


203 
 
Tsitseronun  öz  zövqündən  çox  uzaq  olsa  da,  o,  özünü  bütünlüklə  Molonun 
himayəsinə həvalə etdi.  
Molonun birinci hərəkəti ona axşamlar bərk bişmiş soyutma  yumurtanı 
ançous  sousu  ilə  yedirtmək  idi.  Tsitseron  bu  şam  yeməyini  bitirəndə,  buna  görə 
şikayətlənsə də, bir qədəh keçi südü içirdi. Müəllimi ona deyirdi ki, «cavan oğlan, 
sən  möhkəm  olmalısan».  «Heç  bir  qüdrətli  olan  nəyinsə  səsi,  heç  vaxt  kövrək 
qamışın səsinə çatmır». Bu sözlər ona necə təsir etmişdisə, həmin gecə Tsitseron 
çox yaxşı yatdı.  
Dan  yeri  söküləndə  isə  müəlliminin  nəzarəti  altında  bədən  tərbiyəsi 
təcrübələri  başlanırdı.  Molon  deyirdi:  «Forumda  danışmaq  cığırdakı  at  çapmaqla 
müqayisə  edilə  bilər.  O,  dözümlülük  və  güc  tələb  edir».  Molon  ona  deyirdi  ki, 
ayaqlarını aralı qoy, sonra belini iyirmi dəfə əy ki, ayağının hər iki tərəfindən yerə 
toxunasan.  Sonra  onu  beli  üstə  uzandırırdı.  Qolları  bu  vaxt  başının  arxasında 
birləşməli idi və ayağını tərpətmədən təkrarən oturmağı tələb edirdi. Digər idman 
hərəkətlərini  də  etdirirdi.  Belə  rejimə  davam  etməklə  yanaşı,  ona  hər  gün  nəsə 
əlavə olunurdu ki, bu məşqlərin təsiri artsın. Tsitseron bundan sonra, adətən, yaxşı 
yatırdı.  
Sonra deklamasiya məşqləri başladı. Molon onu şəhərdən kənara çıxarıb, 
günortanın qızmar istisində onu tapşırdığı hissələri əzbər söyləməyə məcbur edirdi. 
Adətən, bu mühakimə səhnəsi idi və ya Menanderdən qalmışdı. – fasilə vermədən 
təpəyə  qalxmaq,  bu  vaxt  kərtənkələlər  onun  ayaqlarının  altından  qaçırdı,  yalnız 
zeytun  ağaclarının üstündəki  cırcıramaların  aram  verməyən  səsi gəlirdi.  Bu  yolla 
Tsitseron öz ağ ciyərlərini möhkəmləndirirdi və sadəcə bircə nəfəs aldıqdan sonra 
daha çox söz deməyi öyrənməklə, bunu bütünlüklə bir adətə çevirə bilsin.  
Günortadan  sonra  Molon  onu  dəniz  kənarındakı  çimərliyə  aparırdı.  80 
yard  addımlayıb  (bu,  insan  səsinin  çata  bildiyi  ən  uzaq  məsafə  idi),  onu  dənizin 
dalğalarının  şırıltısına  və  başqa  heç  bir  səs-küyə  məhəl  qoymaqdan  uca  səslə 
danışmağa məcbur edirdi. O deyirdi ki, bu ona bərabərdir ki, açıq havada üç min 
adam  mızıldanır  və  ya  Senatdakı  müzakirələrdə  bir  neçə  yüz  adam  anlaşılmayan 
bir  qaydada  danışır.  Molon  böyük  Demosfeni  xatırlamağı  məsləhət  görürdü.  O 
demişdi: «Natiqlikdə yalnız üç şey vacibdir: (Fikrini-müəllif) çatdırmaq, çatdırmaq 
və  yenə  də  çatdırmaq».  Demosfen  natiqi  öz  fikrini  dinləyicilərə  aydın  şəkildə 
çatdırmağı nəzərdə tuturdu. Bu  böyük natiqin özü  yüngül bir qaydada  pəltək  idi. 
Auditoriyanı o, küləyin sürətlə əsməsinə bənzədirdi. Bu, yeganə fərasətdir ki, onu 
susdurasan.  Molon  deyirdi:  «İndi  sən  sahildə  o  məsafəyə  qədər  uzaqlaş  ki, 
çalışasan mən səni eşidim». 
Sonra  Molon  başqa  məsləhətlərini  verirdi,  bir  təcrübədən  digərinə 
keçirdi.  O  deyirdi  ki,  natiq  boynunu  əyməməlidir,  barmaqlarını  bir-birinə 
keçirməməlidir,  çiyinlərini  çəkməməlidir.  Əgər  natiq  öz  barmaqlarını  jest  üçün 
istifadə  etməlidirsə,  çalışmalıdır  ki,  orta  barmağı  baş  barmaqdan  uzağa  əysin  və 
digər üç barmağını uzatsın. Natiq təkcə o vaxt nəyisə rədd edirsə, gözlər daim jest 
istiqamətinə yönəlməlidir.  
Nəyisə yazmağa icazə verilmirdi, çünki heç bir natiq mətndən oxumaqla 
və ya qeydləri ilə məsləhətləşməklə layiqli ad qazanmağı arzulamamalıdır. Molon 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə