Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə85/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   81   82   83   84   85   86   87   88   ...   102

196 
 
(«Ali»)  və  44-cü  ildə  Sezarın  qətlindən  sonra  başa  çatdırılmış  «Tusculanae 
disputationes»  («Tuskulan  disputları»),  «De  natura  deorum»  («  Allahların  təbiəti 
haqqında») və «De officiis» («Borc barədə») əsərləri daxildir.  
Tsitseron Sezarın 15 mart 44-cü ildə qətl qəsdinə cəlb edilməmişdi və o, 
öldürüləndə Tsitseron heç Senatda da olmamışdı. 17 martdakı Senatda isə ümumi 
amnistiyanın  lehinə  danışdı,  lakin  həmin  vaxt  özünün  fəlsəfi  əsərlərini  yazmağa 
qayıtdı.  Bu  vaxt  o,  Afinada  oxuyan  oğlunun  onun  yanına  gəlməsinə  sevinirdi. 
Avqustun  sonunda  isə  Romaya  qayıtdı  və  onun  14  Filippika  nitqləri  (onlar 
Demosfenin Makedoniyalı II Filipp əleyhinə çıxışlarının – «filippikaların» təqlidi 
kimi  belə  adlanırdı)  Mark  Antoniyə  qarşı  idi.  Onlardan  birincisi  44-cü  ilin  2 
sentyabrında  səslənmişdi,  sonuncusunu  isə  43-cü  ilin  21  aprelində  etmişdi.  Bu, 
onun yenidən cəsarətlə siyasi səhnəyə qayıtmasının əlaməti idi. Onun bu dövrdəki 
siyasəti  mümkün  olan  hər  şeyi  etmək  idi  ki,  Sezarın  götürmə  oğlu  Oktaviandan 
istifadə etsin. Onun kamil bacarığını o, ciddi surətdə qiymətləndirmirdi və Senatın 
kompromissə  güclü  meyil  etməsinin  əksinə,  onun  Antoniyə  qarşı  müharibə  elan 
etməsinə  çalışırdı.  Antoni  isə  Sezarın  ölümündən  bilavasitə  sonra  hadisələrə 
nəzarət  edirdi  və  bu  vaxt  Sizalpin  Qalliyasında  Sezarın  qatillərindən  birinin 
arxasına düşmüşdü. 
Oktavianın  Romaya  yürüşü  ona  konsulluğunu  saxlamağa  imkan  verdi. 
Tsitseronun  bədbəxtliyinə  səbəb  olan,  onun  dediyi  «bu  gənc  adam  təriflənəcək, 
hörmətə  sahib  olacaq  və  sonra  onları  itirəcəkdir»  sözləri  Oktavianın  diqqətindən 
kənarda  qalmadı.  Oktavian,  Antoni  və  Lenid  Triumviratı  oktyabrın  axırında 
formalaşmışdı  və  tezliklə  Tsitseronun  edam  edilməsi  üçün  onun  axtarılmasına 
başlandı. O, əsir götürüldü və 7 dekabrda Qeta yaxınlığında öldürüldü. Onun başı 
və  əlləri  rostra  üzərində  qoyuldu,  bu  isə,  Romadakı  Forumda  natiqlər  üçün  olan 
platforma idi. 
Tsitseronun siyasətdəki işi daim öz opponentləri tərəfindən inkar edilir, 
dostları  tərəfindən  isə  onun  ləyaqətləri  şişirdilirdi.  Kübar  əcdada  malik  olmayan 
yeni adam kimi o, heç vaxt Optimatlar dairəsinin aparıcı şəxsləri tərəfindən qəbul 
edilməmişdi. 63-cü ildən sonrakı öz siyasi bədbəxtliklərinin ardınca ona qısqanclıq 
göstərilir,  bəzən  də  möhkəm  xarakterə  malik  olmadığına  görə  onunla 
razılaşmırdılar.  Pompeylə  siyasi  ittifaqa  girməyə  ləngidiyindən  o,  heç  vaxt  buna 
nail  ola  da  bilmədi.  O,  respublikanı  qoruyub  saxlamaq  üçün  başqalarından  daha 
çox kompromissə getməyə hazır idi, lakin özünün «De Republica» əsərində onu da 
qəbul edirdi ki, respublika hökuməti güclü fərdin iştirakını tələb edir. Misal üçün, 
idealizə olunan Pompey kimi, qoy bu fərd də stabilliyi təmin edə bilsin.  
Lakin  o,  Roma  respublika  inzibatçılığına  xas  olan  zəifliyə  də  elə  bir 
diqqət  vermirdi.  Bu  administrasiya  rüşvətxorluğu  yoxlamaq  barədə 
qanunvericilikdə  nəsə  etməkdə  uğursuzluğa  düçar  oldu.  Romadakı  qanuna  və 
qaydaya  dəstək  vermək  üçün  elə  bir  mexanizm  yox  idi.  Onun  63-cü  ildə 
«Concordia ordinium» konsepsiyasını qəbul etmək barədə müraciəti Optimatlar və 
Populyarlar arasında razılığın olmaması ucbatından real problemlər cərgəsinə daxil 
edilmədi.  


197 
 
Tsitseronun  Terentsiyaya  82-ci  ildə  evlənməsi  – bu qadın varlı  olmaqla 
yanaşı,  yaxşı  tərbiyə  görmüşdü,  –  79-cu  ildə  qızı  Tulliyanın,  65-ci  ildə  isə  oğlu 
Markın  dünyaya  gəlmələri  ilə  nəticələndi.  O,  Terentsiyanı  46-cı  ilin  əvvəlində 
boşadı  və  15  yaşlı  Publiya  adlı  qıza  onun  puluna  görə  evləndi.  Çox  sevdiyi  qızı 
Tulliya  üç  dəfə  ərə  getməklə,  45-ci  ilin  fevralında  öldü.  Bundan  azacıq  sonra 
Tsitseron özünün ikinci arvadını da boşadı.  
Onun  qardaşı  və  cavan  qohumu  45-ci  ildə  ikinci  triumviratdan  sonra 
tərtib  edilən  proskriptsiya  siyahısına  (onu  ilk  dəfə  diktator  Sulla  tətbiq  etmişdi) 
görə  öldürüldülər.  Onun  o  qədər  sevmədiyi  oğlu  Mark  qaçıb  Filippidə  vuruşdu. 
Sonralar gənc Mark Oktavianla barışdı və 30-cu ildə konsula çevrildi.  
Vəkillərə  rəmzi  haqdan  artıq  pul  almaq  qadağan  olunduğu  halda, 
Tsitseronun  pulu  məhkəmələrdən,  çox  hallarda  minnətdar  müştərilərin  irsindən 
gəlirdi. Onun bədxərcliyi, xüsusən çox sayda villalara malik olması pula görə daim 
davam edən çətinliklərinin yaranmasına səbəb olurdu.  
Tsitseronun  yaradıcılığında  epistolyar  janr  da  xüsusi  yer  tutur. 
Tsitseronun  b.e.ə.  67-ci  ildən  43-cü  ilə  qədər  olan  məktublarından  900-ə  qədəri 
bizim  dövrə  gəlib  çatmışdır.  Onlardan  835-ni  o,  özü  yazmışdır,  46-nı  dostlarına, 
maliyyə sahəsindəki məsləhətçilərinə və naşirlərinə, 419-u 94 sayda olan müxtəlif 
dostlarına,  tanışlarına  və  qohumlarına  ünvanlanmışdı.  Antik  dövr  üçün  müasir 
sayılan  məktubların  çoxu  bizə  gəlib  çatmamışdır.  Məktubların  bir  hissəsi 
Tsitseronun  ölümündən  sonra  siyasi  səbəblərə  görə  məhv  edilmişdi.  Onun 
Oktavianla məktublaşmasından da heç nə qalmamışdır. Onun daha ehtiyatsız olan 
və özünün düşüncələrini açıb göstərən məktubları Attikə və Kvintə ünvanlanmışdı. 
Bu məktublarda o, Attikə çox sayda yunan zərb-məsəllərini misal çəkir. 45-ci ildə 
özünün  bəzi  məktublarını  dərc  etdirmək  ideyası  Tsitserona  hakim  kəsildi.  Bu 
məktublar dəqiq qaydada yazılmış, yaxşı dilə malik olmaqla, heç şübhəsiz, nümunə 
kimi  seçilmişdi.  Lakin  bu  məktublar  Tsitseronun  sağlığında  nəşr  olunmamışdı, 
onlardan  çoxu  dostlarına  kömək  göstərməsi  barədə  əyalət  qubernatorlarına  olan 
xahişlərdən ibarət idi.  
Belə  məktublar  qədim  dünyanın  başqa  heç  bir  yerində  mövcud 
olmadıqarından,  əsas  tarixi  mənbələr  hesab  olunur.  Onlar  çox  hallarda  dəqiq 
tarixləri göstərir, həm də Sezarın vətəndaş müharibəsi barədəki icmallarını gözdən 
salmaq üçün istifadə edilə bilərdi. Həmin hadisələr barədə xəbər verəndə, o, təbii 
ki,  kifayət  qədər  obyektiv  deyildir  və  özünə  qarşı  etibarı  yüksəltmək  üçün  o, 
keçmiş hadisələri düzgün yada salmamaqla yanaşı, onları həm də düzgün olmayan 
qaydada təsvir etməyi də bacarmamış deyildi.  
Tsitseron  Latın  poeziyasında  bir  şair  kimi  də  tanınır,  onun  poeziyaya 
töhfəsi nisbətən kiçik olsa da, bu sahənin özündə də heç də hesaba alınmayan bir 
şəxsiyyət  deyildi.  Onlardan  məlum  olan  ən  yaxşı  poemalar  fraqmentlər  şəklində 
bizim  dövrə  gəlib  çatsa  da,  «Onun  konsulluğu  haqqında»  və  «Onun  həyatı  və 
zamanları haqqında» əsərləri özünü tərifləməyə həsr olunduğuna görə antik dövrdə 
tənqidə  məruz  qalmışdı.  O,  şeirdə  hekzametr  üslubunu  xeyli  yaxşılaşdırmışdı, 
sətrin  sonunda  iki  və  ya  üç  hecalı  sözlərdən  istifadə  etməyə  üstünlük  verirdi.  O, 
şeirdə  öz  dövrünün  müasir  meyillərinə  heç  də  rəğbət  bəsləyən  deyildi.  Onun 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə