Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə86/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   82   83   84   85   86   87   88   89   ...   102

198 
 
Homerdən və yunan dramaturqlarından etdiyi tərcümələrin fraqmentləri də salamat 
qalmışdır.  
Lakin Tsitseron natiqlik sahəsində öz dövründə özünə bərabər olan başqa 
birisini tanımırdı. Axı o, siyasətdə və qanun məhkəmələrində öz reputasiyasını bir 
natiq  kimi  qazanmışdı.  Məhkəmələrdə  o,  müdafiə  məqsədilə  iştirak  etməyə 
üstünlük verirdi, ancaq onun Verresə qarşı istintaqı ən məşhur hadisələrdən biri idi. 
Əsasən, öz emosional gücünə görə o, axırda danışmağı sevirdi. Təəssüf ki, heç də 
müdafiə etdiyi işlərin hamısında o, Verresə olan hücumunda olduğu kimi, mənəvi 
cəhətdən sağlam sayıla bilən münasibət nümayiş etdirmirdi. Onun dövründə Roma 
natiqləri dolğun, rəngarəng və möhtəşəm üsluba malik olanlara  – «asiyalılara» və 
birbaşa sadə üsluba malik olan «attiklərə» bölünürdü. Birincilərə Kvint Hortensi, 
ikincilərə isə Yuli Sezar və Mark Brut daxil idi.  
Tsitseron  isə  özünün  hansısa  bir  məktəbə  məxsus  olmasından  və  ona 
meyil  etməkdən  imtina  edirdi.  O,  rodoslu  Molon  tərəfindən  natiq  kimi  tərbiyə 
olunmuşdu.  Molonun  isə  üslubu  eklektik  idi  və  o  inanırdı  ki,  natiq  müxtəlif 
üslubları qarışdırmalı və onlardan istifadə etməlidir.  
Tsitseron  auditoriyaya  müraciət  etməyə  bənzər  bir  qaydada  ritmlərin 
öyrənilməsinə  yaxınlaşırdı,  xüsusən  cümləni  və  ya  kəlməni  vurğulayırdı.  Onun 
ritorikası  bu  sənətin  formalarının  qarışığı  idi  və  auditoriyanın  qulaqları  bu 
effektlərə  uyğun  olaraq  özünü  sazlayırdı.  Onun  58  çıxışı  bizim  dövrə  gəlib 
çatmışdır,  onlardan  da  bəzisi  tam  şəkildə  saxlanmamışdır.  Bəzi  çıxışları  dərc 
edilməkdən  ötrü  təftişə  məruz  qalmışdır.  Onlardan  ən  mühümü  «Pro  Milone» 
çıxışıdır.  Tsitseronun  orijinal  çıxışı  bu  vaxt  uğursuz  oldu  və  o,  çıxışını  yenidən 
yazıb  Marsiliyada  (Marseldə)  sürgündə  olan  Milona  göndərdi  (Milon  yolda 
sözləşdiyi  Klodini  öldürmüşdü,  o,  Tsitserona  yaxın  olmaqla,  onun  sürgündən 
qayıtmasına  köməklik  göstərmişdi.  Klodi  isə  məşhur  vəkil  senatorun  qəddar 
düşməni  idi).  Bir  qayda  olaraq,  Tsitseronun  dərc  etdirdiyi  çıxışları  orijinaldan 
fərqlənirdi.  
Tsitseron özünün «Brutus»-unda bir natiq kimi öz silahını təsvir edir,  – 
bura  fəlsəfəyə  əsaslanmaq,  ədəbiyyatı,  qanunları,  tarixin  anbarını  bütünlüklə 
bilmək,  opponentin  qollarını  sarımaq  və  jürinin  gülməsinə  imkan  verməmək 
bacarığı  daxildir.  Xüsusi  işdə  ümumi  prinsipləri  çıxışın  əsasına  qoymaq 
qabiliyyəti, geri çəkilməkdən istifadə etmək, acıq və ya yazıq gəlmə emosiyalarını 
qaldırmaq  gücü,  bilavasitə  mahiyyət  nöqtəsinə  öz  intellektini  yönəltmək  bacarığı 
ritorika  cəbbəxanasının  vacib  vasitələridir.  Bunlar  heç  də  ədalətsiz  mənzərə 
deyildir.  
Tsitseron  «Pro  Archia»  nitqində  deyirdi:  «Bu  növləri  (ədəbiyyatı  və 
fəlsəfəni) öyrənmək gənc adamın qidasıdır, yaşlı adamın əyləncəsidir, uğura aludə 
olmaq,  düşmənçiliklə  barışmaqdan  imtina  etməkdir.  İctimai  zərər  görmədən 
şadlanmaqdır, istər xaricdə, istərsə də ölkənin daxilində olsun, gecələr bizim daimi 
sirdaşımızdır».  Onun  yumoru  da  Stoiklərin  ən  yaxşı  zarafatlarına  bənzəyirdi.  Bir 
qətl  mühakiməsindəki  nitqi  barədə  Tsitseron  sonralar  lovğalanmışdı  ki,  «jüri 
üzvlərinin gözünə kül üfürmüşdü».  


199 
 
Biri  anonim  əsərdə  yazılırdı  ki,  «Tsitseron  yayılan  böyük  yanğın  kimi 
xətt  üzrə  uzağa  və  eninə  gedir  və  fırlanır;  onun  daxili  odu  aşıb-daşır  və  sönmək 
bilmir; o, müxtəlif intensivlikdə müxtəlif nöqtələrdən istifadə edir və yanacağa bel 
bağlayaraq onu qidalandırmaqda davam edir». Onun natiqlik uğurları, nobilitetein 
“yeni adama” (“homo novus”) müqavimət göstərməsinə baxmayaraq, ona yolu öz 
siyasi fəaliyyəti üçün təmizlədi.  
O,  latın  dilindəki  yazını  bütünlüklə  inqilabiləşdirmişdi.  O,  «dövrü» 
üslubun  əsl  yaradıcısı  idi.  Onun  üslubunda,  əslində,  Avropa  Renessans  üslubu 
formalaşmışdı.  Tsitseronun  pərəstişkarı  olan  Kvintilian  bəyan  edirdi  ki,  onun  adı 
natiqliyin  sinonimidir  və  tarixçi  Livi  yazırdı  ki,  ikinci  Tsitseron  onu  adekvat 
qaydada tərifləməyə ehtiyac duyacaqdır. 
Təsadüfi deyildir ki, Böyük Britaniyanın XVIII əsrdəki görkəmli siyasi 
xadimi, Yeddiillik müharibədəki (1756-1763-cü illər) qələbənin təşkilatçısı Böyük 
Uilyam  Pitt  daim  qızıl dilli  Tsitseronu  oxuyurdu, həm  də  onun  öz düşmənlərinə, 
əleyhdarlarına payını qəzəblə verməsiinə vurulmuşdu. Böyük Pitt özü də İcmalar 
Palatasında  ən  məşhur  natiq  kimi  şöhrət  tapmışdı,  təsadüfi  deyildi  ki,  onu  “əsl 
romalı” adlandırırdılar.  
Tsitseron  ədəbiyyat  nəzəriyyəsinə  əhəmiyyətli  dərəcədə  təsir 
göstərmişdi.  B.e.ə.  55-ci  və  46-cı  illəri  arasında  o,  natiqlik  prinsipi  və  praktikası 
üzərində  mühüm  müşahidə  apardı.  Bu  məsələyə  «De  oratore»,  «Brutus»  və 
«Orator»  əsərlərini  həsr  etdi.  Onun  məsələyə  geniş  yanaşması  klassik  prinsipləri 
ilhamlandırdı.  
O  deyirdi  ki,  nitqin  məqsədi  üç  amildən  ibarətdir:  nitq  təlimatverici, 
cəzbedici və emosional olmalıdır. Birincisi üçün xeyli yaxşı saxlanmış ağıla malik 
olmalısan;  ikincisi  üçün  asiyalıların  ekzotisizmi  ilə  attikistlərin  parlaqlığı 
arasındakı  tarazlıq  düşüncəsinə  malik  olmaq  lazımdır.  Üçüncüsü  üçün  isə 
psixologiyanın  başa  düşülən  sağlamlığına  malik  olunmalıdır.  Böyük  nitq  təbii 
qabiliyyətin, məntiqin və sağlam liberal təhsilin kombinasiyasından meydana gəlir.  
Tsitseron  həm  də  görkəmli  filosof  idi.  O,  Epikurian  filosofu  Fedrin  və 
Larissalı akademik Filonun rəhbərlikləri altında təhsil almış və beləliklə, fəlsəfənin 
dörd  başlıca  məktəblərindən  üçünə  bütünlüklə  əsaslanmaq  imkanı  qazanmışdı. 
Epikurianizmi  o,  rədd  edirdi,  baxmayaraq  ki,  onun  dostu  Attik  bu  məktəbin 
pərəstişkarı olaraq qalırdı.  
Tsitseron  özünü  akademik  (Platonun  Akademiyasının  məzunu  kimi 
nəzərdə tutulur)  adlandırırdı,  ancaq  başlıca  olaraq onun  bilik  nəzəriyyəsini tətbiq 
edirdi,  onda  olan  dəqiqliyə  üstünlük  verirdi.  Bu  yolla  o,  özünün  əsərlərindəki 
ziddiyyətlərə haqq qazandırırdı. Etikada o, daha çox doqmatizmə meyil edirdi və 
ona  görə  stoiklər  ona  maraq  göstərirdilər.  Lakin  o,  öz  nüfuzu  üçün  stoiklərin 
arxasında  olan  Sokrata  nəzər  yetirirdi.  Ömrünün  çox  hissəsində  o,  dinə 
münasibətdə  aqnostik  olaraq  qalmışdı.  Lakin  45-ci  ildə  qızı  öləndən  sonra  dərin 
dini təcrübəyə malik olmuşdu. O, adətən, yazırdı ki, ateistdir. 
Tsitseron  54-cü  ildən  əvvəl  fəlsəfəyə  dair  ciddi  şəkildə  nəsə  yazmırdı, 
bu, onun üçün asan olmayan siyasi atəşkəs dövrü idi. Bu vaxt o, «De Republica»nı 
yazmağa başladı. Sonra isə «De legibus» əsərini yazdı. Bu əsərində o, yunan siyasi 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə