Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə9/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

17 
 
Dini icmanın başında mən təkcə Abelyara vuruldum. Mən necə də  monstram! Ey 
Allah! Məni maarilfləndir, mən etiraf edirəm ki, günahkaram, lakin öz günahlarıma 
görə ağlamaqdan uzağam, yalnız öz sevgilim üçün ağlayıram.  
Xeyirxah  Allah!  Bütün  bunlar  nədir?  Mən  səhvlərimə  görə  özümü 
danlayıram,  səni  isə  öz  səhvlərinə  və  niyyətinə  görə  ittiham  edirəm.  Mən  köhnə 
ehtirasın  qəlbinə  hakim  kəsildiyinin  gücünü  daha  möhkəm  hiss  edirəm.  Mən 
hisslərimə məğlub oldum. Məhəbbət mənim ağlımı narahat etdi və iradəmi pozdu 
(Sonra Abelyara müraciət qaydasında yazır – tərcüməçi). Mən qərara gəlmişəm ki, 
səni daha sevməyim, məni sənə bağlayan zəncirləri qırıb dağıtmağa çalışanda mən 
özümü  aldatdım  və  bütün  cəhdlərim  sənə  daha  sıx  bağlanmağıma  xidmət  etdi. 
Yazığın  gəlmək  xatirinə  bədbəxtə  kömək  et  ki,  öz  arzularından  imtina  etsin  – 
özündən və bu mümkünsə, hətta səndən imtina etsin! 
Əgər  sən  sevgili  bir  atasansa,  məşuqənə kömək  et,  uşağa  təskinlik  ver. 
Əgər sən mənim xahişimi yerinə yetirsən, mən dindarlığımı davam etdirəcəyəm.  
Mən burada məktubu yekunlaşdırmağı düşünürdüm, lakin bu vaxt sənin 
əleyhinə  şikayətlənirəm  ki,  ürəyimi  boşaldım  və  sənə  bütün  paxıllıqları  və 
məzəmmətləri danışım.  
Mən Göylərə yalvarıram ki, sən mənim üstümdə belə hakimiyyətə malik 
olmayasan, hətta burada da mən səni dünyada heç vaxt sevmədiyin kimi sevirəm. 
Mənim  22  yaşım  var  idi,  burada  başqa  kişilər  də  mövcud  idi.  Mən  isə  sevgilim 
Abelyardan  məhrum  oldum  və  indi  mən  özümü  qadın  monastırında  diri-diri 
basdırıram. Mən ötüb keçən gözəlliyimin bu qalıqlarını, bu dul qalmış gecələri və 
darıxdırıcı günləri sənə görə qurban verirəm. Onlara sahib ola bilmədiyin vaxtdan 
Göylərə  təklif  etmək  üçün  onları  sənin  üstündən  götürürəm,  heyif  ki,  belə  olur! 
Lakin  bu,  mənim  ürəyimin,  mənim  günlərimin,  mənim  həyatımın  ikinci  dərəcəli 
qurban verilməsidir.  
Mən qətiyyətsiz olsam da, indiyədək səni sevirəm, lakin artıq heç nəyə 
ümid  bəsləmirəm.  Mən  sevgilimi  itirsəm  də,  məhəbbətimi  indiyədək  qoruyub 
saxlayıram. Mənim ürəyim həbsimdən heç də daşa dönməmişdir. 
Hə,  Abelyar,  mən  burada  daşıdığım  zəncirlərə  and  içirəm,  onların 
çəkisini azalt, onları mənim üçün dözülməli olan et.  
Qoy  biz  şərqilərimizi  və  himnləri  oxumağı  tərk  edək.  Qoy  biz 
ürəklərimizi Allaha doğru qaldıraq, lakin onun mərhəməti üçün biz həm də heç bir 
vasitəyə malik deyilik.  
Allah  özünün  yaratdığı  böyük  adamların  ürəyi  üzərində  xüsusi  hüquqa 
malikdir. Mərhəmət anı gəlib çatana qədər mənim barəmdə düşün, – məni unutma, 
– məhəbbətimi, sədaqətimi və daimiliyimi xatırla. Məni öz məşuqən kimi sev; öz 
uşağın,  öz  bacın,  öz  arvadın  kimi  əzizlə!  Yaddan  çıxarma  ki,  mən  hələ  də  səni 
sevirəm və həm də mübarizə aparıram. Mən dəhşətli hisslər içərisində titrəyirəm və 
ürəyim  indi  dediyimə  qarşı  üsyan  qaldırır.  Mən  yazdığım  kağızı  göz  yaşları  ilə 


18 
 
isladıram,  uzun  məktubumu  səni  arzulamaqla,  əgər  sən  də  bunu  arzu  edirsənsə, 
bitirirəm. Həmişəlik xudahafiz! 
 
 
II məktub. Abelyardan Elonzaya 
 
Mən  təsəvvür  edə  bilsəydim  ki,  sənə  yazılmamış  məktub  sənin  əlinə 
düşəcək,  onda  mən  daha  da  ehtiyatlı  olardım  ki,  səndə  bizim  keçmiş 
bədbəxtliklərimizin  xatirəsini  yenidən  oyatmayım.  Mən  özümün  təhqir 
olunmaqlarım  seriyasını  dostuma  yazmağı  rəva  gördüm  ki,  başına  gələn  itki  ona 
daha az təsir göstərsin. Əgər mən sənin özünə yazsaydım, axıtdığın göz yaşlarını 
qurutmaq niyyətini güdərdim. Mən öz dərdimi səninki ilə qarışdırmağı və ürəyimi 
sənin  qarşında  açmağı  nəzərdə  tutardım.  Qısası,  bütün  öz  narahatlıqlarımı  və 
könlümün  sirrini  sənin  gözlərin  qarşısında  açardım,  axı  onları  dünyanın  qalan 
hissəsindən  gizlətmişdim.  İndi  sən  məni  öz  qərarlarımın  əleyhinə,  birbaşa  onlara 
əks olanları açmağa məcbur edirsən.  
Bizim  üzərimizə  düşən  əzablar  düşüncəsində  bu  həqiqətdir  və  bunu 
müşahidə  etdikdə,  bizim  vəziyyətimizdə  heç  bir  dəyişiklik  gözlənilmir.  Bizi 
şirnikləndirməklə  çiçək  açan  həmin  günlərimiz  indi  keçmişdə  qalmışdır.  Ancaq 
ağlımızdan  onların  xatirəsini  ağrılı  cəhdlərlə,  bütün  əlamətləri  ilə  pozmaqdan 
başqa, heç nə özünü xatırlatmır. Mən fəlsəfədə və dində mənə olan təhqirə dərman 
tapmağı  arzulayıram.  Məhəbbətdən  özümü  müdafiə  etmək  üçün  sığınacaq 
axtardım. Mən özümə söz verdim ki, səni unudacağam və hələ də bu barədə səni 
sevmədən  düşünə  bilmirəm.  Faydasız  cəhdlərdən  sonrakı  vaxtdan  özümü 
inandırdım  ki,  bu  fövqəl  təsir  edən  narahatlıq  yalnız  özümü  azad  etmək  üçün 
mübarizə  aparmaqdan  ötəridir.  Bu,  kifayət  qədər  olan  müdriklik  hamıdan  onu 
gizlətmək üçün idi, ancaq sən məni utandırdın və özümün də necə zəif olduğumu 
bildim.  
Mən bir düşmən kimi səndən qaçmaq niyyəti ilə xeyli məsafədə səndən 
uzaqlaşdım.  Ancaq  hələ  də  ağlımda  səni  dayanmadan  axtarıram.  Mən  sənin 
obrazını  öz  xatirəmdə  səsləyirəm.  Müxtəlif  növ  təşvişlərlə  mən  özümə  xəyanət 
etdim,  həm  də  özümə  zidd  çıxdım.  Mən  sənə  nifrət  edirəm!  Mən  səni  sevirəm! 
Biabırçılıq  hər  tərəfdən  mənə  təzyiq  edir.  Bu  an  qorxuram  ki,  sənin 
duşundüyündən  də  daha  laqeyd  görünəcəyəm  və  həm  də  öz  narahatlığımı  açıb 
göstərməklə  biabır  olmuşam.  Sən  görürsən  ki,  mən  necə  bir  qarmaqarışıq 
vəziyyətdəyəm, özümü necə məzəmmət edir və necə əzab çəkirəm. O vaxtdan ki, 
mən  məhəbbət  barədə  heç  nəyə  ümid  etmirəm,  din  mənə  əmr  edir  ki,  ləyaqətin 
arxasınca  gedim.  Lakin  məhəbbət  mənim  təxəyyülüm  və  özümə  münasibətim 
üzərində  keçmiş  həzzləri  ilə  öz  ağalığını  saxlayır.  Xatirə  indi  məşuqəmin  yerini 
tutur. Hətta səhralarda da, harada ki, göydən üzərimizə şeh düşmür, ancaq biz artıq 
sevməməyə borclu olduğumuzu sevirik.  



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə