33
də Bolla həbs edilir. Həbsdən azad olan Artura keşişlə söhbətdə təşkilatı satdığı və
ona görə də həbs olunduqları aydın olur. Həm də bu vaxt o, Montanellinin oğlu
olduğunu öyrənir. (Britonların V-VI əsrlərdə yarıməfsanıvi kralı olmuş Arturun adı
da yəqin ki, uşağa bu biabırçılığı ört-basdır etmək üçün qoyulubmuş –məqalə
müəllifi). Ögey qardaşı ona ölən anasının keşişlə birgə imzaladığı ərinə ünvanlanan
etiraf məktubunu göstərir. Artur üstünə yağan bədbəxtliklərdən qaçmaq üçün
şlyapasını kanala atmaqla özünə qəsd etməsi səhnəsini yaradır və gəmi ilə Cənubi
Amerikaya yollanır. 13 il sonra İtaliyaya qayıdıb, Rivares adı altında yenə
mübarizəyə qoşulur, Avstriya işğalçılarına, katolik kilsəsinə, birbaşa yepiskop
Montanelliyə qarşı sərt məzmunlu pamfletlər yazır. İnqilabçı dəstə yeni qəsd
hazırlayır və onun icrasını Artur öz üzərinə götürür. Əməliyyat vaxtı isə həbs
olunur. Bioloji atası, Montanelli həbsxanada onun yanına gəlir, hər şeyi etiraf
etməsini məsləhət görür, onun xilas yolunu bunda görür. Lakin Artur atası
qarşısında sərt bir şərt qoyur. Keşiş öz Allahından üz döndərsə, ona oğul olacağına
razılıq verəcəyini deyir. Yepiskop ona nə qədər yalvarsa da, Artur öz tələbindən
dönmür. O, hərbi-səhra məhkəməsində mühakimə edilir və məhkəmənin hökmü ilə
güllələnir. Bu, həm də oğluna xəyanət edib, sonra isə dinə sədaqətinə görə ondan
imtina edən Montanellinin mənəvi və fiziki sonluğuna çevrilir.
Montanelli oğlunun qətlinə görə dəli olur, kilsəyə gələn dindarları adam
yeyənlər, meyitlə qidalanan quzğunlar adlandırır, onlara görə oğlunu qurban
verdiyindən şikayətlənir. O, dini rəmzi döşəməyə çırpıb sındırır. Bir neçə gün
sonra Lorentso Montanelli ürək partlamasından öldü.
Artur ilk dəfə keşişlər tərəfindən aldadılmaqla, öz mübarizə yoldaşlarına
xəyanətə yol vermişdi. Bu xəyanətin də bünövrəsini guya nəcib məqsəd naminə
birbaşa öz atası qoymuşdu. Ata ikinci dəfə yenə ona öz mübarizəsindən əl çəkmək
barədə yalvarırdı. Dinin aliliyinin öz xadimlərini kölə vəziyyətinə salması belə
qeyri-humanist, hər cür əxlaqdan kənar münasibətlərə və faciəvi hadisələrə gətirib
çıxarır. Bunun insanlığa zidd olduğunu duyanlar az sayda olsalar da, onlar hətta
Allaha qarşı da üsyana qalxmağa hazır olduqlarını bildirirlər. Axı çoxları
Bibliyadakı İov deyil ki, Allahın ona hər cür xəstəliklər və bədbəxtliklər
göndərdiyini bilə-bilə, ona sədaqət göstərməkdə davam etsin ki, nə vaxtsa Allah
onun sədaqətini, hər cür bəlalara etiraz etmədən dözdüyünü qiymətləndirəcək,
çəkdiyi əzablara görə mərhəmət göstərməklə onu lazım olduğundan artıq dərəcədə
mükafatlandıracaqdır. İnsanı taqətdən salan sınaq ağır olduğundan və onun
mükafatı böyük qiymətə başa gəldiyindən, belə mərhəmət nəticə etibarilə hətta öz
əhəmiyyətini, əslində mahiyyətini də itirir.
İnsanlar çox vaxt digərinə bəslədikləri ülvi hisslərini heç nəyə, hətta
hansısa bir müqəddəsliyə də qurban vermək istəmir, axı o, özünün məhz insana xas
olan təbiətinin qeyri-adi sevinc bəxş edən təntənəsinə, zəfərinə nail olmuş, fəth
etdiyi bu zirvəni axirət dünyasında vəd edilən hansısa Yelisey çölünə, cənnətə
dəyişmək istəmir. Real həyatda qədəm qoyduğu və cənnət meyvəsi hesab etdiyi
bəxt hədiyyəsi ilə o, xudahafizləşməlidir ki, həyatdan köçdükdən sonra hansısa bir
təxəyyül olunan cənnətdə, müqəddəsliyin mərhəməti və köməyi ilə məskunlaşa
34
bilsin. Axı heç kəs əlindəki arıquşunu göydəki durnaya dəyişmək istəmir, axı
ənginliklərdə pərvazlanan durnaya sahib olmaq olduqca müşkül məsələdir, əslində,
xəyaldan başqa bir şey deyildir. Kim Yer üzərində, şəxsi həyatında qazandığı
xoşbəxtliyi hansısa ehtimala qurban verməklə, o dünyadakı güman edilən və dini
rəvayətlərdən başqa, real olaraq heç nəyə əsaslanmayan cənnətlə dəyişməyə
razılaşar. Axı burada tələb olunan qurban elə bir nəcib məqsədə, mənəvi
fədakarlığa görə deyil, yalnız dinin irəli sürdüyü, obrazının da mövcud olmadığı
vədlərə əsaslanır. Bu vədlərin həyata keçməsi imkanları və vasitələri aydın
olmamaqla, hindlilərin ənənəsindəki adamın gələcək taleyində rol oynayacaq
karma kimi qeyri-müəyyənlik rəmzindən başqa bir şey deyildir. Dinin bir sıra
tələblərinə kor-koranə tabe olmaq ağıl, şüur köləliyinə yaxınlaşmağa bənzəyir.
Axirət dünyasına ifrat inam bəsləməklə, real həyatın real fərəhli cəhətlərini
kiçiltmək daha çox ağılın qüsurluluğundan və ya deformasiyaya uğramasından
xəbər verir.
Qaratikan quşunun intiharı
Avstraliya yazıçısı Kollin Makkalounun «Qaratikan quşu» əsəri həm
oxucuların, həm də Hollivudun çəkdiyi uğurlu kinofilm hesabına tamaşaçıların
böyük marağına səbəb olmuşdu. Roman keşiş Ralf ata ilə gənc qız Megginin
sönməz məhəbbətindən bəhs edir və bu cütlüyün taleyinə dinin ağır zərbə
vurduğunu göstərir.
11 yaşlı Meggi adlı qızcığazın valideynləri uşaqları ilə birlikdə XX əsrin
əvvəllərində Yeni Zelandiyadan Avstraliyaya, onun ziyadə isti guşəsi olan
Droqhedaya gəlirlər. Buradakı varlı qadın Meri Karson qardaşı Peddini öz yanında
yaşamağa və öz təsərrüfatında uşaqları ilə birlikdə işləməyə dəvət etmişdi. Dəniz
səyahətindən sonra ailə qatarla həmin əyalətə gəldi və Meggi burada ilk dəfə onları
vağzalda qarşılayan keşişi gördü. Qızcığazin özü də ilk baxışdan Ralf atanın çox
xoşuna gəlmişdi.
65 yaşlı varlı qadın olan Meri Karson cavan, qəddi-qamətli keşişə
vurulmuşdu, onu ələ keçirmək istəyirdi. Həm də yaxşı bilirdi ki, başqaları kimi,
Ralf da onun özünə deyil, puluna ehtiram bəsləyir. Qadın Ralfa, onu
şirnikləndirmək üçün minik atları və avtomobil bağışlamışdı. Keşiş bu cəhənnəm
timsalı olan, tozu, milçəyi və qızmar istisi ilə şöhrət tapmış Droqhedaya yepiskopu
təhqir etdiyinə görə gəlib düşmüşdü. Qadın inanırdı ki, o, gələcəkdə kardinal
olacaqdır. Ralf isə belə möcüzənin baş verəcəyinə inanmırdı. Keşiş həm də öz
davranışı ilə regionda yaxşı nüfuz qazanmışdı.
Malikanə sahibi olan qadın öz şəhvət istəyinə nail olmaq üçün hər şeyə
əl atırdı, bəzən keşişə hiddətlənib acı sözlər də işlədirdi. Bir dəfə ona demişdi ki,
Dostları ilə paylaş: |