Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə16/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

31 
 
sənin  ürəyinə  malik  olacaqdır,  sənin  ahlarının  və  göz  yaşlarının  yeganə  səbəbi 
olacaqdır. Ondan başqa, heç nədə rahatlıq axtarma. Əgər sən özünü məndən azad 
edə bilməsən, mənimlə birgə yıxılacaqsan. Ancaq sən məni tərk et və Ondan yapış. 
Əgər sən Allahı məcbur etsən ki, səni tərk etsin, hökmən narahatlığa düşəcəksən. 
Lakin ona sədaqətli olsan, sən sevinc tapacaqsan. Maqdalina ağlayırdı ki, İisus onu 
tərk  etmişdir,  ancaq  Marta  dedi:  «Bax,  Allah  səni  çağırır».  Öz  borcunu  yerinə 
yetirmək üçün çalışqan ol, mərhəmətin çağırışına sədaqətlə tabe ol və İisus səninlə 
olacaqdır.  
Allah  bizim  xilasımızı  ürəkdən  istəyir.  Köhnə  Vəsiyyətdə  O,  qanun 
cədvəllərini yazmışdır, bununla o, bizdən tələb edir ki, Onun iradəsindən sonra biz 
öz  axtarışımızda  yolumuzu  azmayaq.  Bizim  zəifliyimizi  və  bacarıqsızlığımızı 
bildiyindən, o, öz iradəsini yerinə yetirməkdə bizə mərhəmət göstərir.  
Peyğəmbər demişdir: «Öz müqəddəslərinin ölümü Allahın nəzərində çox 
qiymətlidir». Onu açmaq çətindir ki, niyə onların ölümü günahkarlarınkından belə 
qəbul  edilən  olacaqdır.  Peyğəmbər  bu  barədə üç  şərt söyləmişdir:  birincisi, onlar 
Allahın  iradəsinə  sığınmışlar; ikincisi, onların  yaxşı  işlərinin davam  etməsidir  və 
axırıncı, onlar Şeytan üzərində zəfər çalmışlar.  
Özünü  Allahın  iradəsinə  itaətə  adət  etmiş  müqəddəs  adam  müqavimət 
göstərmədən  ölümə  tabe  olur.  O,  Hakimin  onu  mükafatlandırmasını  sevinclə 
gözləyir.  O,  bu  səfil  öləri  həyatla  xudahafizləşməkdən  qorxmur,  çünki  ölməz  bir 
xoşbəxtliyə başlayacaqdır.  
Müqəddəslər həmişə günahkarlarla müqayisədə belə üstünlüyə malikdir 
və  öz  Yaradanları  ilə  (Tanrı  ilə  –  tərcüməçi)  könüllərinin  birləşməsi  onlar  üçün 
iltifatdır.  
Eloiza, mən ümid edirəm ki, sən keçmiş həyatının qaydasızlıqlarına görə 
peşiman  olduqdan  sonra  «möminlərin  ölümü  ilə  öləcəksən».  Eşit,  Xilaskar  nə 
demişdir: «Mənim uşağım, özündən imtina et, öz Xaçını götür və mənim arxamca 
gəl». Eloiza, sən şübhə edirsənmi? Sənin belə zəif olan könlün sevinmirmi? Onun 
mərhəmətindən  xoşun  gəlmədiyinə  görə,  O,  səni  məzəmmət  edəcəkdir.  Sənə 
əzabları nümayiş etdirəcəkdir.  
Eloiza,  günahkarlar  üçün  cəza  hazırlanmışdır.  Mən  həmin  qorxulu 
əzabların  təsvirini  sənə  bildirməyə  cəsarət  etmirəm,  həmin  əzablar  təsvir  olunan 
hərəkətlərin nəticəsi olur. Onlar özlərini mənim təxəyyülümə təqdim edəndə mən 
dəhşətə gəlirəm. Yer üzərində gördüklərimiz od ancaq onların yandırdıqları odun 
kölgəsidir. Mənim Allahım, biz Səni incitməyə cəsarət edərikmi?  
Eloiza, məni tərk et, həm də həmişəlik öz ürəyindən də – bu, sənə verə 
biləcəyim ən yaxşı məsləhətdir. Nəhayət, sənin həyatın Xristə xoş gələn olsa, ölüm 
sənin  üçün  arzulanan  bir  şey  olacaqdır.  Sənin  ruhun  bədənini  sevinclə  tərk 
edəcəkdir  və  onun  uçuşu  birbaşa  göylərə  istiqamət  götürəcəkdir.  Onda  sən  öz 
Xilaskarının qarşısına əminlik qaydasında çıxacaqsan.  


32 
 
Eloiza, əlvida, bu, sənin əziz Abelyarının sonuncu məsləhətidir. Axırıncı 
dəfə qoy  İncilin  idarəetməsinə  əməl  etməyə  səni  inandırım.  Göylər  sənə  bir vaxt 
mənim  məhəbbətimlə  hissiyyatlı  olan  bir  ürək  bəxş  etmişdi,  indi  isə  o  mənim 
ciddi-cəhdimlə istiqamətlənməyə tabe olacaqdır. Səni sevən Abelyarın ideyası, ola 
bilər  ki,  daim  sənin  ağlında  olacaqdır,  indi  onu,  səhvindən  peşiman  olan  bir 
Abelyarın təsviri ilə dəyiş və sən öz xilasın üçün çoxlu göz yasları axıda bilərsən, 
necə ki, sən bunu bizim bədbəxtliklərimiz üçün etmişdin.  
 
 
 
Keşiş atanın xəyanəti oğlunu məhvə aparır 
 
İngilis  yazıçısı  Etel  Lilian  Voyniçin  XIX  əsrin  sonlarında  yazdığı 
«Ovod»  romanı  qısa  müddətdə  məşhurlaşmış,  rus  yazıçısı  F.M.Dostoyevskinin 
xristian  dinini  təbliğ  edən  əsərlərinə  kəskin  bir  cavab  kimi  meydana  çıxmışdı. 
Dostoyevski insanların xoşbəxtliyini xristian dininin zəfərində görürdü, Voyniç isə 
xristian  kilsəsinin  xalqa  deyil,  hakimiyyət  dairələrinə  qulluq  göstərməkdə,  zülmə 
qarşı  mübarizə  qüvvələrini  sarsıtmağa  cəhd  etməkdə  ittiham  edirdi.  Əsərin 
qəhrəmanı  Artur  –  Ovod  italyanların  Avstriya  ağalığına  qarşı  mübarizəsinə 
qoşulmaqla  yanaşı,  kilsəni,  din  xadimlərini  addımbaşı  ifşa  edir.  Axı  o,  özü  də 
keşişlərin xəyanətindən ağır əzablar çəkmişdi. Keşiş olan bioloji atasının və onun 
silahdaşının xəyanəti nəticəsində həbs olunmuş, sıralarında mübarizə apardığı gizli 
təşkilata  ağır  zərbə  dəymiş,  buna  öz  səhvinin  səbəb  olduğunu  anladıqda,  özünü 
intihar  edən  kimi  qələmə  verərək,  gizli  surətdə  İtaliyadan  Cənubi  Amerikaya 
qaçmışdı. Burada o, Dante cəhənnəminin doqquz dövrəsindən keçmiş, günlərlə ac 
qalmış, şəkər qamışı plantasiyalarında qul kimi işləmişdi.  
Romanın  «Ovod»  adını  müəllif  böyük  yunan  filosofu  Sokratın 
tarixçəsindən  götürmüşdü.  Afina  hakimiyyətinin  üzvləri  onların  qüsurlarına  qarşı 
çıxış  etdiyinə  görə  onun  ölüm  cəzasına  məhkum  olmasına  nail  olmuşdular. 
Məhkəmədə  müdafiə  qaydasında  çıxış  edən  Sokrat  özünü  Ovoda  –  mozalana 
bənzətmişdi. Mozalan tənbəl, yavaş tərpənən atı öz sancmaları ilə cana doydurur, 
onu  sürətlə  hərəkət  etməyə  məcbur  edir.  Sokrat  da  afinalılarla  belə  davranırdı. 
Romanın  qəhrəmanı  da  yunan  filosofu  kimi  öz  əqidəsinə  sədaqəti  ilə  fərqlənir. 
İngilis  Artur  Berton  ovod-mozalan  kimi  italyanların  yadellilərin  ağalığına  dözən 
əksər hissəsini Avstriya işğalçıları ilə mübarizəyə səsləyir.  
Artur  çox  gənc  yaşlarından  inqilabi  qrupa  qoşulur  və  oradakı  iştirakını 
universitetdəki sevimli müəllimi kimi Montanelliyə danışır. Keşiş öz doğma oğlu 
olan Arturu təhlükədən uzaqlaşdırmaq məqsədilə kilsədə tövbə etməsini məsləhət 
görür  və  Artur  onun  kolleqasına  öz  qısqanclığı  barədə  etirafını  söylədikdə, 
təşkilatın  rəhbəri  Covanni  Bollanın  adını  çəkir.  Axı  onların  hər  ikisi  mübarizə 
qrupunun üzvü olan gözəl Cemmaya vurulmuşdu. Çox keçməmiş həm Artur, həm 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə