Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə13/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   102

25 
 
həzzlərə malik olduğumuza ağı deyirəm, onları itirdiklərimə görə ah çəkirəm. Mən 
ilk  dəfə  sənin  öz  ehtirasını  bəyan  etdiyin  və  ölənə  qədər  məni  sevəcəyinə  and 
içdiyin  vaxtı  və  yeri  xatırlayıram  (çünki  sevgililər  heç  nəyi  unutmurlar).  Sənin 
sözlərin, andların mənim ürəyimdə dərin şəkildə nəqş edilmişdir. Sənin adın hətta 
mənim  dodaqlarımdadır.  Sənin  bədəninin  cəzası  könlünün  məhvedici  yaralarını 
sağaldır. Düşmən qisas aldı, müdrik həkim sənin həyatını xilas etmək üçün xeyli 
ağrı  tətbiq  etdi.  Mən  min  dəfə  səndən  də  yazıq  vəziyyətdəyəm,  çünki  mübarizə 
aparmaq  üçün  min  ehtirasa  malikəm.  Özümü  müdafiə  etməkdə  isə  böyük 
çətinliklərim var.  
Mənim ehtiraslarım  üsyandadır. Mən başqalarına başçılıq edirəm, lakin 
özümü idarə edə bilmirəm. Adamlar məni tərifə layiq qaydada mühakimə edirlər, 
lakin  Allahın  qarşısında  təqsirim  vardır.  Onun  hər  şeyi  görən  gözlərindən  heç  nə 
gizli  qalmır  və  onun  gözləri  hər  şeyi  yarıb  keçməklə  görür,  ürəyin  bütün 
sirrlərindən  agah  olur.  Mənim  ürəyim  insan  məhəbbəti  ilə  doludur,  rahibələri  isə 
öyrədirəm ki, yalnız Allahı sevsinlər.  
İki  şeyi  ayırmağa  cəhd  etmək  əbəsdir,  mömin  olmayanlar  təqsirkar 
olmalıdır  və  kim  ki,  ləyaqətə  yaxınlaşmağa  gecikirsə,  onlar  həmin  ləyaqətdən 
təcrid  olunurlar.  Mənim  düşüncəmin  qarışıqlığında  Allahı  provokasiya  etməkdən 
daha  çox  o  adamı  təhqir  etməkdən  qorxuram  və  Ona  (Allaha  –  tərcüməçi)  xoş 
olmaqdan daha çox sənə xoş olmaq istəyirəm. Mənə xoş gələn hər şeydən özümə 
xətər  toxundururam.  Mən  özümü  diri-diri  basdırıram.  Özümü  göz  yaşları  ilə, 
kədərlərlə qidalandırıram. Mənim saxta möminliyim başqaları kimi, səni də uzun 
müddət  aldatdı.  Sən  özünü  inandırırdın  ki,  mən  bütünlüklə  öz  borcuma  həsr 
olunmuşam, ancaq mənim məhəbbətdən başqa bir işim yox idi.  
Ürəyimizdəki  gizli  surətdə  qalxan  məğrurluq  bizi  kor  edir  və  yarımçıq 
sağalmış yaralarımızı bizdən gizlədir. Şirniklənmə ümid verməklə bizi aldadır və 
eyni zamanda bizi məhv edir. 
İnsan  ürəyi  bir  labirintdir,  onu  kəşf  etmək  çox  çətindir.  Sənin  mənim 
barəmdə etdiyin təriflər mənə daha təhlükəlidir, çünki məhz onları mənə bəxş edən 
bir  şəxsi  mən  sevirəm.  Sənə  bir  oxucu  kimi  həzz  verməyi  daha  çox  arzulayıram, 
həm  də  mənə  aid  etdiyin  ləyaqətə  inanmaq  istəyirəm.  De  ki,  bizim  ləyaqətimiz 
zəifliyimizə  əsaslanır  və  onlar  yalnız  daha  böyük  çətinliklərlə  mübarizə  aparan 
adamları taclandırır. 
Lakin mən qələbə hədiyyəsi olan tacı axtarmıram, mən ancaq təhlükədən 
uzaqlaşmaqla  məmnun  olacağam.  Bu  döyüşdə  qalib  gəlməkdənsə,  asan  yolu 
tutmaq daha asandır. Burada şərəfin bir neçə dərəcəsi vardır və mən ən yüksəyinə 
nail  olmaq  iddiasında  deyiləm.  Mən  onları  böyük  cəsarət  sahibləri  üçün  güzəştə 
gedirəm, onlar çox vaxt qalibiyyətli olurlar. Mən qorxuya üstün gələ bilən qələbəni 
axtarmıram.  Gəmi  qəzasından  qaçmaq  və  nəhayət,  limana  çatmaq  mənim  üçün 
kifayət  qaydada  olan  bir  xoşbəxtlikdir.  Göylər  mənə  əmr  edir  ki,  sənə  olan 
məhvedici  məhəbbətdən  imtina  edim,  lakin  eh!  Mənim  ürəyim  heç  vaxt  onunla 
razılaşmağa qadir olmayacaqdır. Xudahafiz. 


26 
 
 
 
IV məktub. Elonzadan Abelyara 
 
Əziz  Abelyar!  Yəqin  ki,  gözləyirdin  ki,  laqeydliyinə  görə  səni  ittiham 
edəcəyəm.  Sən  mənim  son  məktubuma  cavab  vermədin  və  Göylər  indi  mənim 
olduğum  şəraitdə  dərdimi  yüngülləşdirməyəcəkdir,  çünki  sən  özün  də  xəyanət 
etdiyim  ehtirasa  görə  mənə  çox  laqeydlik  göstərirsən.  Nəhayət,  Abelyar,  sən 
Eloizanı  həmişəlik  itirmisən.  Bütün  andlara  baxmayaraq,  səndən  başqa  heç  nəyin 
və həm də səndən başqa kiminsə məni əyləndirməsi barədə hətta düşünə bilmirəm. 
Mən səndən bu fikirlərinə görə uzaqlaşdım ki, səni yaddan çıxarım. Sənin sevgilin 
barədəki  heyranedici  ideyana  bir  dəfə  vuruldum,  ancaq  mənim  xoşbəxtliyim  baş 
tutmayacaqdır. 
Abelyarın  əziz  obrazı!  Sən  artıq  mənim  arxamca  gedə  bilməyəcəksən, 
artıq mən səni xatırlamıram. Ey heyranedici həzzlər; Eloiza sizdən uzaqlaşmışdır, 
siz isə mənim işgəncə verənim oldunuz. Sən heç vaxt təsəvvür etmirdin ki, Eloiza 
dəyişilən  ola  bilər.  O,  sənə  belə  güclü  meyl  edən  vaxtdan,  əvvəlcədən  bu  qərara 
gəldi ki, sən ondan sonra hansı bir Zamanın gələcəyini bilmirsən. Lakin aldanma, 
mən  sənə  öz  saxtalığımızı  açıram,  baxmayaraq  özümü  inandırıram  ki,  məni 
məzəmmət etmək əvəzinə, sən sevinc yaşları axıdacaqsan. Sən biləcəksən ki, təkcə 
sənin Allahın Eloizanı səndən aldı. Təsəvvür edə bilərdinmi ki, hansısa bir adamın 
səni mənim ürəyimdən çıxarması mümkündür? Sən düşünə bilərdinmi ki, xeyirxah 
və  oxumuş  Abelyarı  Allahdan  başqa  kimsə  qurban  getməli  olan  bir  təqsirkara 
çevirə  bilər?  Allah  belə  böyük  işə  nail  olmaq  və  ona  son  qoymaqdan  ötəri  öz 
imkanından  istifadə  etdi.  Sən  son  məktubunu  mənə  göndərəndən  bir  neçə  gün 
sonra  mən  qorxulu  şəkildə  xəstələndim.  Həkimlər  mənim  öləcəyimi  güman 
edirdilər.  Mən  özüm  də  qəti  şəkildə  ölümümü  gözləyirdim.  Bu  vaxt  mənim 
əvvəllər daim günahsız görünən ehtirasım gözümdə cinayət kimi göründü. Xatirəm 
həyatımın  bütün  son  hərəkətlərini  sədaqətlə  mənə  nümayiş  etdirdi  və  sənə  etiraf 
edirəm  ki,  mənim  hiss  etdiyim  ağrı  yalnız  sənə  olan  məhəbbətim  üçün  idi. 
İndiyədək mənim uzaqdan gördüyüm ölüm bu vaxt mənə bir günahkara gələn kimi 
özünü  göstərdi.  Mən  Allahın  qəzəbindən  ölümcül  qorxmağa  başladım.  Abelyar, 
qısası, ağlımın əzab çəkdiyi bütün peşmançılığı təsəvvür et və o vaxt sən mənim 
dəyişilməyimə təəccüblənməyəcəksən.  
Mən  bu  divarlar  arasında  bağlanandan  sonra,  bizim  bədbəxtliklərimizə 
ağlamaqdan başqa heç nə etmirəm. Bu monastır mənim qışqırığıma səs verir və elə 
bil  ki,  bir  bədbəxt  adam  əbədi  qul  olmağa  məhkum  edilmişdir,  mən  günlərimi 
kədərlə  keçirirəm.  Allahın  mənim  üçün  mərhəmətli  qaydada  nəzərdə  tutduğunu 
icra  etmək  əvəzinə,  mən  ona  olan  andlarımı  pozuram.  Mən  bu  müqəddəs 
sığınacağa dəhşətli həbsxana kimi baxıram və Allahın boyunduruğunu iradəmdən 
kənar qaydada daşıyıram. Tövbə həyatı ilə özümü təmizə çıxarmaq əvəzinə, mən 
öz məhkumluğumu möhkəmləndirirəm. Bu, necə də məhvedicidir. Lakin Abelyar, 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə