24
qorusun. Əvəzində bizi ayırdılar. Sən mühazirələr oxumaqla məşğul olanda, mən
sənə qulaq asıb, monastıra getdim. Burada da bütün günümü sənin barəndə
fikirləşməkdə keçirdim. Bu birgə cəza bizi haqlayanda və sən barbar adamın bütöv
qisasının obyektinə çevriləndə daha az təqsirkar idin. Mən bədbəxtəm, səni məhv
etdim və sənin bütün bədbəxtliklərinin səbəbi oldum. Bizim cins tərəfindən hissi
oyadılan böyük adam üçün bu necə təhlükəlidir! Bizim bütün lətafətlərimizin
əksinə, o, elə bil ki, körpəliyindən həssas ürəyindən yaralanmağa borclu imiş.
Mən uzun müddət bəzi şeylərə yaxın idim və belə qənaətə gəldim ki,
ölüm gözəllikdən daha az təhlükəlidir. Bu, azadlığın gəmi qəzasıdır, məhvedici
tələdir, ondan azad olmaq da qeyri-mümkündür. Bu, ilk kişini göylərin onu
yerləşdirdiyi şərəfli mövqedən başı aşağı yuvarlayan qadın idi. Bu qadın onun
xoşbəxtliyində iştirak etmək üçün yarandığı halda, onun məhvinin yeganə səbəbi
oldu. Samsonun (Bibliyadakı həmin yəhudi qəhrəmanı filistimli qadın Dəliləyə
sevgisinə görə məhv olunmuşdu – tərcüməçi) şərəfi, onun ürəyi əgər Dəlilənin
məlahətləri ilə sınağa çəkilməsəydi, necə də parlaq idi. Qadın onu filistimlilərin
silahlarına qarşı silahsız etməklə, düşmənlərinə satdı. Qadının tərk-silah etdiyi bu
adam orduların qalibi idi, lakin düşmənlərinin məkr körfəzcikləri onun könülünə
soxuldu. Qadınlarla yaxınlıqdan şadlanmağı bacaran Solomon ( İsrailin b.e.ə. X
əsrdəki məşhur çarı, Yerusəlimdə dini ibadət üçün olan tarixi məbəd Solomon
məbədi adını daşıyırdı –tərcüməçi) Allahı sevindirməyi tərk etdi. O, özünün
tikdirdiyi mehrablar qarşısında səcdə qılmağını atdı, bütlərə ətirli buxur yandırdı.
Eyni şeytan ruhu Eloizanı da Abelyarı məhv etmək üçün alətə çevirdi.
Ancaq mən sənin bədbəxtliklərinin heç də könüllü olaraq səbəbi olmadım. Mən
səni satmadım. Lakin mənim dəyişilməyən qalmağım və məhəbbətim səni məhv
etdi. Əgər mən səni daim sevməklə cinayət işlətmişəmsə, mən buna görə tövbə edə
bilmərəm. Mən sənin sevginə tezliklə əmin olduqda qorxumu azaltdım. Öz
nəhayətsiz ehtiramıma səni inandırmaqdan başqa, mənim heç bir niyyətim yox idi.
Özümü bütünlüklə məhəbbətimə qurban verdim. Əgər məni dayandırmağa qadir
olan hansısa bir xəbərdarlıq olsaydı, bu, heç
şübhəsiz, mənim məhəbbətim olardı.
Mənim hələ də sevinclə yada saldığım həmin həzzlərin xatirəsini göz
yaşlarım yuya bilsəydi, necə də xoşbəxt olardım. Ən azı, səni məhkum etməyə
cəhd etsəm də, mən Allahın acığını soyuda bilmərəm.
Cinayəti söndürmək üçün cəzanı çəkmək kifayət deyildir. Biz
gördüyümüz çox sayda adam öz səhvlərini etiraf etmişdir. Sonra isə yeni həzzlər
onları öz təsiri altına almışdır. Ürəyin tövbə etməsi dilin etiraflarını müşayiət
etməyə borcludur, ancaq bu, çox nadir hallarda baş verir. Səni sevməklə çoxlu
həzzlər aldımsa, hiss edirəm ki, mən özümün əksinə tövbə edə bilmərəm. Sakit
gecələrimdə mənim ürəyim ən böyük qayğıları dayandıran bir yuxuya dalmalı
olduğu halda, mən öz ürəyimin illüziyalarından uzaqlaşa bilmirəm. Mən xəyal
edirəm ki, hələ də əziz Abelyarımlayam. Mən onu görür, onunla danışır, onun
cavablarını dinləyirəm. Mən sənin düşmənlərinə qarşı çıxıram, yazıq gələn şəkildə
ağlayıram və bəzi anlarda, göz yaşları içərisində də oyanıram. Hətta müqəddəs
yerlərdə, mehrab qarşısında da bizim məhəbbətimizi daşıyıram, şirnikləndirici