Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə8/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   102

15 
 
səviyyə hesab edirəm. Mən Yer üzünün Kralının qanuni arvadı olmaqdansa, sənə 
itaət  göstərməyimlə  daha  xoşbəxt  idim.  Var-dövlət  və  dəbdəbə  isə  heç  də 
məhəbbətin lətafəti deyildir. 
Məhəbbət  deyil,  ancaq  var-dövlətə  sahib  olmaq  arzusu  qadını  əfəllərin 
ağuşuna atır. Heyranlıq deyil, yalnız ambitsiya belə nikahları meydana gətirir. Mən 
inanıram  ki,  onlar  həqiqətən  də  bu  yolu  seçməklə  müəyyən  şərəf  və  fayda  əldə 
edirlər, lakin heç vaxt düşünə bilmərəm ki, bu yol vurğunluq ittifaqının həzzlərinə 
malik  olmaq  yoludur,  uzun  müddət  ayrı  şəkildə  mövcud  olmuş  ürəklərin  axırda 
birləşməsi vaxtı onların zərif və heyranedici sevincləri hiss etmələridir. Belə nikah 
şəhidləri  daim  böyük  talelərə  malik  olmağı  istədikləri  halda,  onu  itirdiklərini 
düşünərək vərəmləyirlər, solurlar. Arvad görür ki, ər onun malik olduğundan daha 
varlıdır  və  ər  isə  arvadın  ondan  daha  yaxşı  paya  sahib  olduğu  qənaətinə  gəlir. 
Məhz  muzdluya  xas  olan  andları  onların  peşmançılığına  səbəb  olur  və  bu 
peşmançılıq  da  nifrət  yaradır.  Tezliklə  onlar  ayrılırlar  və  ya  bunu  arzu  etməyə 
başlayırlar. Qızıl üçün narahat istək və işgəncə verən ehtiras məhəbbətin özündən 
deyil, saxta məhəbbət yolu ilə digər fayda əldə etmək  məqsədini  güddüyünə görə 
onları cəzalandırır. 
Mən  inandırılmışam  ki,  bir-birlərini  sevən  iki  fərdin  ittifaqı  əsl 
azadlıqdır,  onlar  gizli  meyilləri  ilə  birləşmişlər  və  biri  digərinin  ləyaqətlərindən 
məmnundur. Onların ürəkləri doludur və başqa bir ehtiras üçün burada yer yoxdur: 
onlar sevinc həzzinə görə daim sakit yaşayırlar.  
Bir  vaxt  var  idi  ki,  biz  bir-birimizin  ləyaqətlərinə  inanan  cütlük  idik. 
Mən  sənin  ağlına  əmin  olmaya  bilərdimmi?  Hansı  ölkə,  hansı  şəhər  sənin  onun 
sakini olmağını arzulamazdı? 
Sənin  bizim  cinsin  məhəbbət  düşkünlüyünü  çox  cəlb  edən  nüfuzun, 
sənin  havan,  sənin  davranış  qaydan,  ağlının  itiliyini  ifadə  edən  gözlərindəki işıq, 
sənin çox asan və bəlağətli  dediklərin, bütün məsələlərə razı qalmağı təmin edən 
cavabı verən danışığın, qısaca deyilsə, hər şey sənin xeyrinədir. Bu məsələdə sən 
digər  alimlərdən  fərqlənirsən,  onlar  bütün  biliklərinə,  hazırcavablılıqlarına 
baxmayaraq,  qadını  fəth  edə  bilən  danışıq  aparmaq  qabiliyyətinə  malik  deyillər. 
Qadın  isə  daha  az  beyin  payına  malikdir  (Bu  sözləri  Eloizanın  özünə  aid  etmək 
böyük ədalətsizlik olardı – tərcüməçi). 
Mənə həsr etdiyin kiçik nəğmə, hər şeyin ən kiçik eskizi min gözəlliyə 
malik  olmaqla,  dünyada  sevgililər  qalana  qədər  uzun  müddət  yaşamağa  qadir 
olacaqdır (Məgər Eloizanın öz məktubunda ifadə etdiyi hisslər də uzun əsrlər boyu 
yaşamağa  qadir  deyilmi?  –  tərcüməçi).  Bu  nəğmələr  mənə  ünvanlansa  da,  digər 
qadınların  da  şərəfinə  oxunacaqdır.  Onların  seçimi  və  təbii  ifadələri  sənin 
məhəbbətindən  danışmaqla,  digərlərinə  də  öz  ehtiraslarını  bəyan  etməyə  kömək 
edəcəkdir. 
Çox  sayda  qadın  sənin  mənə  bəslədiyin  hisslərin  özləri  üçün  olmasına 
iddia etdilər və öz gözəlliklərini qiymətləndirməkdə bu, onlara köməklik göstərdi. 
Mən  çoxlarının  sənin  ehtirasın  üçün  ah  çəkdiklərini  görmüşəm.  Digərləri  isə 


16 
 
ümidsizlikdən  və  paxıllıqdan  məni  qınayırlar  ki,  sənin  ağlının  bəxş  etdiklərindən 
başqa,  mənim  heç  bir  məlahətim  yoxdur  və  ya  sənin  sevgilin  olmaqdan  başqa 
onlardan da heç bir üstünlüyüm yoxdur. Mən düşünürəm ki, öz ləyaqətlərinə görə 
sənə borclu olmaqla yanaşı, xüsusən xoşbəxtəm ki, sənin kimi sevgilim vardır və 
həzz alan bir adama vurulduğuma görə bundan gizli qaydada həzz alırdım, bu vaxt 
o,  məni  öz  məşuqəsi  kimi  ilahə  səviyyəsinə  qaldırırdı.  Mənə  ünvanladığın  bütün 
tərifləri  sevinclə  oxudum  və  necə  az  şeyə  layiq  olduğumu  ifadə  etmədən,  sənin 
yazdığın  kimi  bircə  ona  inanıram  ki,  sənə  həzz  verdiyimə  daha  çox  əmin 
olmalıydım.  
Həmin xoşbəxt vaxt haradadır? Mən öz sevgilimə ağı deyirəm və mənim 
bütün  sevincim  keçmişin  ağrılı  xatirəsindən  başqa  bir  şey  deyildir.  Mən  onu 
sevirdim;  mənim  məhəbbətim  onun  cinayəti  və  cəzalandırılması  üçün  bir  səbəb 
oldu.  Gözəlliyim  ilk  dəfə  onu  heyran  etdi.  Bir-birimizdən  həzz  almaqla  biz 
sakitliyin  və  xoşbəxtliyin  ən  parlaq  günlərindən  keçdik.  Əgər  o,  cinayət  idisə, 
həmin  cinayətə  mən  hələ  də  vurulmuşam.  İradəmin  əleyhinə  olandan  savayı, 
mənim heç bir peşmançılığım yoxdur, ona görə də mən indi günahsız olmalıyam. 
Onlar öz kor qəzəbləri ilə gecə yatan vaxtı sənə zorakılıq şəklində olan bir sürpriz 
verdilər. Onda sənin Eloizan harada idi? Mən öz sevgilimi müdafiə etsəydim, necə 
şad  olardım.  Öz  həyatımın  bahasına  da  olsa,  səni  zorakılqdan  qoruyardım. 
Məhəbbət məni burada titrədir və hətta sözlərdən də mülayim şəkildə məhrum edir. 
Sən bilirsən ki, sənin biabır olmağından başqa heç nə məni həyəcanlandıra bilməz. 
Bədbəxt Eloiza! Bundan uzaqlaşmaq arzusu sənə xoş ola bilərdi. Sənə təklif edilən 
əli uzaqlaşdıra biləndə, sən buxur yandırdın, o vaxtdan sənin ürəyin boşaldı və tabe 
oldu.  Ancaq  sən  özünü  həsr  etdiyin  və  qurban  verdiyin  vaxtdan  tərk  olundun  və 
yaddan  çıxdın.  Ürəyin  də  fatehin  ehtiramını  qazanmaq  üçün  belə  tezliklə  təslim 
olmuşdu.  (Abelyara  müraciətlə-tərcüməçi)  Ancaq  mən  indiyədək  sənin  tərəfindən 
sevilmək  istəyimi  gizli  surətdə  qoruyub  saxlayıram.  Sən  isə  məktubunda 
bütünlüklə  mənim  olduğuna  etiraz  edirsən.  Mən  özümü  sənə  təklif  etdim,  sən 
mənim  ürəyimə,  mən  isə  səninkinə  malik  oldum;  heç  nəyi  geri  istəmə.  Haqq 
qaydasında sənə məxsus olan ehtirasımı daşımağa da borclusan.  
Sən  həm  də,  nəhayət,  məni  sevməyini  dayandırmağa  borclusan.  Məni 
niyə  tərk  edəndə  aldatmadın?  Sən  ən  azı  ölən  ehtiras  barədə  zəif  bir  işarə 
versəydin,  mən  bu  aldadılmadan  xoşlanardım.  Səni  görməyi  ciddi  qaydada 
arzulayıram,  lakin  bu,  qeyri-mümkündür.  Mənim  bütün  arzularım  ürəyin  diktə 
etdiyi belə məktublardır, onları da əl kifayət qədər sürətlə yaza bilməz. Mən özümü 
necə də aldadırdım ki, sən bütünlüklə mənimkisən və çalışırdım ki,  həmişə sənin 
qanunlarının altında yaşayım. Yalnız ölüm mənə bunları tərk etdirməyə qadirdir və 
onda  mənim  külüm  burada  rahatlıq  tapacaq  və  sənə  sonuncu  itaətimi  və  həsr 
olunmağımı göstərmək üçün sənin külünün gəlməsini gözləyəcəyəm.  
Mən  indi  buradayam  və  burada  da  qalacağam.  Bura  bədbəxt 
məhəbbətimin  və  qəddar  qohumumun  məni  məhkum  etdiyi  yerdir.  Allaha 
nişanlanmış adamların arasında (Rahibələr özlərinin İisusa nişanlandıqlarını iddia 
edirlər  –  tərcüməçi)  mən  isə  kişiyə  nişanlandım.  Mən  insan  arzusunun  quluyam. 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə