- 76 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
gəlmə olduqları barədə saxta tarixi paradiqmaya uyğun gəlmir.
Həm də müasir
Ermənistanın əski türk torpaqlarında süni şəkildə yaradıldığını göstərir. Bu,
həm də hay-erməni etnosunun qədim tarixə malik olması tezisinin uydurma
bilgilər üzərində qurulduğunu və heç bir tarixi sübutu olmadığını göstərir.
Antik Armeniya ölkəsinin tarixinin bugünkü hay-erməni etnosu ilə tarixi
bağları mövcud deyildir. Bugünkü hay-erməni etnosu qriqorian xristianlığını
qəbul etmiş çeşidli millətlərə mənsub fərdlərin nəticələridir. Yəni, bugünkü
hay-ermənilər prozelitik (dönmə) millət kimi təşəkkül tapmışlar. O da orta
əsrlərin son dönəmində.
Arpaçay adı orta əsr erməni mənbələrində də vardır. Məsələn, Zəkəriyyə
Kanakertsi
(1627-1699-cu illər) Osmanlı ordusunun bölgəyə yürüşünü təsvir
edərkən yazır ki,
“Arpaçayın yanında yerləşmiş qoşun üzvlərinin bəziləri
istirahət edir, bəziləri çayda çimir, bəziləri isə atlarına qulluq edərək
qayğısız gün keçirirdilər”.
116
116
Закарий Канакерци. Хроника. Москва, 1969
- 77 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
VII iddia
“Ermənilər xristianlığı həvarilərdən qəbul etmişlər”
Еrməni saxtakarlığının təməl formulunu coğrafi mənsubiyyət
(erməni) və
etnik mənşə
(hay) terminlərinin, hər biri fərqli zaman və məkan çərçivəsində
olan “xristian ermənilər” və “xristian Ermənistan” anlayışlarının məqsədli,
“konspirativ” qaydada birləşdirilməsi təşkil edir - söyləsək, yanılmarıq.
Belə bəraət xarakterli cəhdlərin
birində qeyd edilir ki, “
xristian dininin
təşəkkül tapdığı dövrdə erməni tarixçiləri Qriqori və Trdatın parlaq
obrazlarını yaratmaqla ermənilərin təfəkküründə yeni inancın öz yerini
möhkəmləndirməsinə çalışmışlar. Bu isə daxili qarşıdurmaların və
xarici təhlükələrin artdığı şəraitdə ölkənin müstəqilliyinin mənbəyi olan
ideyanın - xristian ideologiyasının yaradılmasına yönəldilmişdi”.
117
Odur
ki, saxtakarlığı əsaslı şəkildə təkzib edərkən ilk növbədə həmin anlayışlar
arasında xronoloji, coğrafi və etnoloji sərhəd qoyaraq, üç suala cavab axtarmağa
çalışaq: ermənilər və konkret olaraq haylar xristian dinini nə vaxt qəbul
etmişdilər?
Ermənistan
(coğrafi məkan, Parfiya dövlətinin bir vilayəti) nə vaxt və
kim tərəfindən xristianlaşdırılmışdı? Erməni kilsəsi nə vaxt formalaşmışdı?
Əvvəlcə, guya eramızın IV əsrində baş vermiş hadisəyə - “301-ci ildə
Ermənistan dövlətinin xristianlığı qəbul etməsinə” dair dini-siyasi mifi nəzərdən
keçirək. İctimai rəydə formalaşmış təsəvvürlərin əksinə olaraq, həmin dövrdə
“müstəqil Ermənistan dövlətinin” mövcudluğuna dair iddialar da erməni
saxtakarlığının bariz nümunələrindən biridir.
“Armina”
(ərəb. “Ərməniyyə”)
adlanan coğrafi ərazi Parfiya dövlətinin əyalətlərindən biri olmuş və etnik
rəngarəngliyi ilə seçilmişdi. Burada parf və yəhudilər,
assurlar və türklər,
yunanlar, eləcə də haylar yaşayırdılar. Onların bir çoxu öz etnik inanclarını
unutmuş, Parf səltənətinin dominant dininin və mədəniyyətinin təsiri altında
olmuşdular. Əlbəttə, əyalət əhalisinin “kütləvi şəkildə” xristianlığı qəbul etməsi
onların İsa Məsihə olan sevgilərindən, bu dinin ehkamlarını şüurlu şəkildə
dərk etmələrindən irəli gəlmirdi. Burada siyasi səbəblər teoloji mahiyyəti
üstələmişdi. Elə Armina əhalisi də Romaya loyal münasibət bəsləyirdi. Parf
dövləti ilə daim ziddiyyətdə olan Roma İmperiyası strateji əhəmiyyət daşıyan
və “mübahisəli ərazi” sayılan Arminanı ələ keçirmək niyyətindən daşınmamışdı.
Roma dəfələrlə buna cəhdlər etsə də, uğur qazana bilməmişdi. Bütün bunlardan
sonra dinc və daha səmərəli üsulu - mərkəzlə əyalət arasında
dini-mənəvi
117
Акопян П., Ващева И. “Знаковые персонажи в “Истории Армении” Агатангелоса (Григорий и Трдат)”,
Вестник Нижегородского университета им. Н.И. Лобачевского, 2012, №3
- 78 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
bağları qırmaqla Armina əhalisini Romanın təsiri altına salmaq yolunu seçdi. Və
bu zaman siyasi intriqalar səhnəsinə yeni personaj – etnik parf, coğrafi mənşə
baxımından arminalı olan Anak oğlu Suren – yepiskop Maarifçi Qriqori
(Qriqor
Parsav/Fars) nüfuz etdirildi.
Bir qədər də “Anak” androniminin etimologiyası haqqında. Erməni dilində
bu adın izahı yoxdur. Lakin qədim türk dillərinin lüğət tərkibinə əsasən, onun
bir neçə məqbul variantı vardır. Məlumdur ki, əski türklərdə qurd/canavar
(börü, mamu, mamuk, aşina və s.) totemi ilə yanaşı, köpək kultu da olmuşdu.
Bu söz qədim qıpçaqlarda – Volqaboyunda, Mərkəzi Asiyada və
bəzi Şərqi Sibir
xalqlarında nəslin ulu əcdadı sayılan totem canlının, köpəyin sakral adlarından
biri idi. Məsələn, “ku-anak” kəlməsi başqırd və tatar dillərində “totem it”,
“müqəddəs küçük” anlamlarını verirdi,
118
“qızıl taylak”
(qırmızı köpək) isə
qədim qırğızların ulu əcdadı sayılırdı. Tobol tatarlarında və noqaylarda isə
“Ağköbek”
(Ağ köpək) mifoloji əcdad sayılırdı. Elə “noqay” etnonimi də
“köpək” kimi yozulur. Qədim bulqar-tatarlarda oğlan uşağının qoçaq, sağlam
böyüməsi üçün ona qıpçaqların totem saydıqları canlının – köpəyin adlarından
birini vermək adəti var idi. Beləliklə, həmin dövrlərdə “it” anlamını verən
“Köpək”, “Köçek”, “Kübək”, “Kançık”, “Noqay”, “Əger”, “Ənçek”, “Qanık”, “Yıt”,
“Barak”, o cümlədən “Ənək/Anak” andronimləri və etnonimləri yaranmışdı.
Tatarıstan Respublikasının Aktanış və Sarman rayonlarında “Anak” kənd adları
indiyədək qalmaqdadır.
119
Bu baxımdan, “Kitabi-Dədə Qorqud” eposunda
iç oğuzların qıpçaqları “köpək” adlandırmalarına təkcə təhqir kontekstindən
yanaşılmamalıdır. Qeyd edək ki, Azərbaycan dilində “köpək oğlu” ifadəsinin
bu
gün də həm mənfi
(söyüş), həm də müsbət
(alqış) anlamlarda işlədilməsi
oğuzların qurda, qıpçaqların isə köpəyə olan inancları arasında ziddiyyətlərin
dövrümüzə gəlib çatan işartılarıdır. Hunların inancları içərisində də köpək
kultu olmuşdur və bu canlı yalnız keşikçi, köməkçi deyildi. Qədim hun
məzarlarında insan qalıqları ilə yanaşı, it sümükləri də aşkar olunmaqdadır.
Onu da əlavə edək ki, “anak” kəlməsi tədricən köpək kultu çərçivəsindən çıxsa
da ilkin semantikasını nisbətən də olsa, qoruyub-saxlamışdır. Bu söz Osmanlı
türkcəsində həm də “cazibədar”, “yaraşıqlı gənc”, bəzi hallarda “abidə”, “heykəl”
anlamlarında işlədilir. Azərbaycan dilində isə ona fonetik baxımdan yaxın olan
“ənik” sözü “yırtıcı heyvan balası”nı ifadə edir.
Adından və etnik
mənşəyindən göründüyü kimi, Suren hay deyildi, hətta
xristian dinini qəbul etdikdən sonra da milli mənşəyini dəyişməmişdi. Atası
118
Татарские, тюркские, мусульманские мужские имена. Словарь терминов. http://dic.academic.ru/dic.
nsf/personal/personal_names/7585/КУГАНАК
119
Саттаров Г. Древне-тюркские имена, имеющие отношение к тотемным верованиям. “Исемең матур
кемнәр куйган” — Казань: Татар.кн.изд-во, 1989