ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə28/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   24   25   26   27   28   29   30   31   ...   95

- 76 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
gəlmə olduqları barədə saxta tarixi paradiqmaya uyğun gəlmir. Həm də müasir 
Ermənistanın əski türk torpaqlarında süni şəkildə yaradıldığını göstərir. Bu, 
həm də hay-erməni etnosunun qədim tarixə malik olması tezisinin uydurma 
bilgilər üzərində qurulduğunu və heç bir tarixi sübutu olmadığını göstərir. 
Antik Armeniya ölkəsinin tarixinin bugünkü hay-erməni etnosu ilə tarixi 
bağları mövcud deyildir. Bugünkü hay-erməni etnosu qriqorian xristianlığını 
qəbul etmiş çeşidli millətlərə mənsub fərdlərin nəticələridir. Yəni, bugünkü 
hay-ermənilər prozelitik (dönmə) millət kimi təşəkkül tapmışlar. O da orta 
əsrlərin son dönəmində.
Arpaçay adı orta əsr erməni mənbələrində də vardır. Məsələn, Zəkəriyyə 
Kanakertsi 
(1627-1699-cu illər) Osmanlı ordusunun bölgəyə yürüşünü təsvir 
edərkən yazır ki, 
“Arpaçayın yanında yerləşmiş qoşun üzvlərinin bəziləri 
istirahət edir, bəziləri çayda çimir, bəziləri isə atlarına qulluq edərək 
qayğısız gün keçirirdilər”.
116
116 
 Закарий Канакерци. Хроника. Москва, 1969


- 77 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
VII iddia
“Ermənilər xristianlığı həvarilərdən qəbul etmişlər”
Еrməni saxtakarlığının təməl formulunu coğrafi mənsubiyyət 
(erməni) və 
etnik mənşə 
(hay) terminlərinin, hər biri fərqli zaman və məkan çərçivəsində 
olan “xristian ermənilər” və “xristian Ermənistan” anlayışlarının məqsədli, 
“konspirativ” qaydada birləşdirilməsi təşkil edir - söyləsək, yanılmarıq. 
Belə bəraət xarakterli cəhdlərin birində qeyd edilir ki, “
xristian dininin 
təşəkkül tapdığı dövrdə erməni tarixçiləri Qriqori və Trdatın parlaq 
obrazlarını yaratmaqla ermənilərin təfəkküründə yeni inancın öz yerini 
möhkəmləndirməsinə çalışmışlar. Bu isə daxili qarşıdurmaların və 
xarici təhlükələrin artdığı şəraitdə ölkənin müstəqilliyinin mənbəyi olan 
ideyanın - xristian ideologiyasının yaradılmasına yönəldilmişdi”.
117
 Odur 
ki, saxtakarlığı əsaslı şəkildə təkzib edərkən ilk növbədə həmin anlayışlar 
arasında xronoloji, coğrafi və etnoloji sərhəd qoyaraq, üç suala cavab axtarmağa 
çalışaq: ermənilər və konkret olaraq haylar xristian dinini nə vaxt qəbul 
etmişdilər? Ermənistan 
(coğrafi məkan, Parfiya dövlətinin bir vilayəti) nə vaxt və 
kim tərəfindən xristianlaşdırılmışdı? Erməni kilsəsi nə vaxt formalaşmışdı?
     
Əvvəlcə, guya eramızın IV əsrində baş vermiş hadisəyə - “301-ci ildə 
Ermənistan dövlətinin xristianlığı qəbul etməsinə” dair dini-siyasi mifi nəzərdən 
keçirək. İctimai rəydə formalaşmış təsəvvürlərin əksinə olaraq, həmin dövrdə 
“müstəqil Ermənistan dövlətinin” mövcudluğuna dair iddialar da erməni 
saxtakarlığının bariz nümunələrindən biridir. 
Armina”  (ərəb. “Ərməniyyə”) 
adlanan coğrafi ərazi Parfiya dövlətinin əyalətlərindən biri olmuş və etnik 
rəngarəngliyi ilə seçilmişdi. Burada parf və yəhudilər, assurlar və türklər
yunanlar, eləcə də haylar yaşayırdılar. Onların bir çoxu öz etnik inanclarını 
unutmuş, Parf səltənətinin dominant dininin və mədəniyyətinin təsiri altında 
olmuşdular. Əlbəttə, əyalət əhalisinin “kütləvi şəkildə” xristianlığı qəbul etməsi 
onların İsa Məsihə olan sevgilərindən, bu dinin ehkamlarını şüurlu şəkildə 
dərk etmələrindən irəli gəlmirdi. Burada siyasi səbəblər teoloji mahiyyəti 
üstələmişdi. Elə Armina əhalisi də Romaya loyal münasibət bəsləyirdi. Parf 
dövləti ilə daim ziddiyyətdə olan Roma İmperiyası strateji əhəmiyyət daşıyan 
və “mübahisəli ərazi” sayılan Arminanı ələ keçirmək niyyətindən daşınmamışdı. 
Roma dəfələrlə buna cəhdlər etsə də, uğur qazana bilməmişdi. Bütün bunlardan 
sonra dinc və daha səmərəli üsulu -  mərkəzlə əyalət arasında dini-mənəvi 
117 
 Акопян П., Ващева И. “Знаковые персонажи в “Истории Армении” Агатангелоса (Григорий и Трдат)”, 
Вестник Нижегородского университета им. Н.И. Лобачевского, 2012, №3


- 78 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
bağları qırmaqla Armina əhalisini Romanın təsiri altına salmaq yolunu seçdi. Və 
bu zaman siyasi intriqalar səhnəsinə yeni personaj – etnik parf, coğrafi mənşə 
baxımından arminalı olan Anak oğlu Suren – yepiskop Maarifçi Qriqori 
(Qriqor 
Parsav/Fars) nüfuz etdirildi. 
Bir qədər də “Anak” androniminin etimologiyası haqqında. Erməni dilində 
bu adın izahı yoxdur. Lakin qədim türk dillərinin lüğət tərkibinə əsasən, onun 
bir neçə məqbul variantı vardır. Məlumdur ki, əski türklərdə qurd/canavar 
(börü, mamu, mamuk, aşina və s.) totemi ilə yanaşı, köpək kultu da olmuşdu. 
Bu söz qədim qıpçaqlarda – Volqaboyunda, Mərkəzi Asiyada və bəzi Şərqi Sibir 
xalqlarında nəslin ulu əcdadı sayılan totem canlının, köpəyin sakral adlarından 
biri idi. Məsələn, “ku-anak” kəlməsi başqırd və tatar dillərində “totem it”, 
“müqəddəs küçük” anlamlarını verirdi,
118
 “qızıl taylak” 
(qırmızı köpək) isə 
qədim qırğızların ulu əcdadı sayılırdı. Tobol tatarlarında və noqaylarda isə 
“Ağköbek” 
(Ağ köpək) mifoloji əcdad sayılırdı. Elə “noqay” etnonimi də 
“köpək” kimi yozulur. Qədim bulqar-tatarlarda oğlan uşağının qoçaq, sağlam 
böyüməsi üçün ona qıpçaqların totem saydıqları canlının – köpəyin adlarından 
birini vermək adəti var idi. Beləliklə, həmin dövrlərdə “it” anlamını verən 
“Köpək”, “Köçek”, “Kübək”, “Kançık”, “Noqay”, “Əger”, “Ənçek”, “Qanık”, “Yıt”, 
“Barak”, o cümlədən “Ənək/Anak” andronimləri və etnonimləri yaranmışdı. 
Tatarıstan Respublikasının Aktanış və Sarman rayonlarında “Anak” kənd adları 
indiyədək qalmaqdadır.
119
 Bu baxımdan, “Kitabi-Dədə Qorqud” eposunda 
iç oğuzların qıpçaqları “köpək” adlandırmalarına təkcə təhqir kontekstindən 
yanaşılmamalıdır. Qeyd edək ki, Azərbaycan dilində “köpək oğlu” ifadəsinin 
bu gün də həm mənfi 
(söyüş), həm də müsbət (alqış) anlamlarda işlədilməsi 
oğuzların qurda, qıpçaqların isə köpəyə olan inancları arasında ziddiyyətlərin 
dövrümüzə gəlib çatan işartılarıdır. Hunların inancları içərisində də köpək 
kultu olmuşdur və bu canlı yalnız keşikçi, köməkçi deyildi. Qədim hun 
məzarlarında insan qalıqları ilə yanaşı, it sümükləri də aşkar olunmaqdadır. 
Onu da əlavə edək ki, “anak” kəlməsi tədricən köpək kultu çərçivəsindən çıxsa 
da ilkin semantikasını nisbətən də olsa, qoruyub-saxlamışdır. Bu söz Osmanlı 
türkcəsində həm də “cazibədar”, “yaraşıqlı gənc”, bəzi hallarda “abidə”, “heykəl” 
anlamlarında işlədilir. Azərbaycan dilində isə ona fonetik baxımdan yaxın olan 
“ənik” sözü “yırtıcı heyvan balası”nı ifadə edir. 
Adından və etnik mənşəyindən göründüyü kimi, Suren hay deyildi, hətta 
xristian dinini qəbul etdikdən sonra da milli mənşəyini dəyişməmişdi. Atası 
118 
 Татарские, тюркские, мусульманские мужские имена. Словарь терминов. http://dic.academic.ru/dic.
nsf/personal/personal_names/7585/КУГАНАК
119 
Саттаров Г. Древне-тюркские имена, имеющие отношение к тотемным верованиям. “Исемең матур 
кемнәр куйган” — Казань: Татар.кн.изд-во, 1989


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə