ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə26/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   22   23   24   25   26   27   28   29   ...   95

- 70 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
dolayısı ilə partların və Arsaki sülaləsinin də türk mənşəli olmalarının daha 
bir təsdiqidir. Bu Arsaki sülaləsi də tarixi bilgilərə görə, Armeniyaya dörd yüz 
ildən artıq bir dövrdə hökmranlıq etmişdi. Buraya hind mətnlərindəki saklarla 
partların türk olduqlarını göstərən faktları da əlavə etsək, tarixi perspektiv daha 
da aydınlaşar. Bundan başqa, yuxarıda da bildirildiyi kimi, erməni salnaməçiləri 
həmçinin partlarla türklərin eyni nəsildən olduqlarını bir neçə dəfə qeyd 
etmişlər. 


- 71 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
VI iddia
Antik yunan salnamələrində adı keçən “Arpasu” 
hidronimi erməni dilindədir
Türk dilində olan “su” termini hələ əski türkcə mətnlərdə işlədilmiş və 
çayların, göllərin, dənizlərin, digər su hövzələrinin adında yer almışdır.
101
 Bizə 
məlum olan ən əski mətnlərdə “su” sözü coğrafi adlarda hidroformant kimi çıxış 
edir. Buna misal olaraq kökü türklərin şanlı vəziri Tonyukukun xatirəsinə həsr 
edilmiş runik yazılı daş kitabədə olan Anısu çayının adını çəkmək olar.
102
 Bu gün 
də geniş türk dünyası coğrafiyasında 
su hidroformantı Ağsu, Qarasu, Muradsu, 
Yincisu, Sarısu, Qızılsu, Batmansu, Koysu və d. çay adlarında iştirak edir. Bəzən 
də 
su hidroformantı türk coğrafiyasında bulaqların və mineral qaynaqların 
adlarında əks olunmuşdur. Məsələn, Turşsu, Temirsu 
(Jeleznovodsk), Kızılsu 
(Türkmənbaşı) və s. 
Maraqlı və vacib fakt ondan ibarətdir ki, bu türk hidroformantı Homerdən 
başlayaraq bir çox antik yunan salnamələrində, tarixi və coğrafi əsərlərdə 
göstərilən çay adlarında da özünü büruzə verir. Homerin yaşadığı dövr bugünkü 
rəsmi akademik tarixşünaslığa görə, eramızdan əvvəl VIII əsr kimi qəbul 
olunur. Lakin antik yunan salnaməçilərinin qeydlərinə əsasən, Homer Troya 
savaşlarından təxminən 100 il sonra dünyaya göz açmışdı. Troya savaşları artıq 
akademik tarixçilər tərəfindən də qəbul edilmiş qədim dövrə aid hadisələrdir 
və təxminən eramızdan əvvəl XII-XIII əsrlərə aid edilir. Bu tarixi faktı diqqətə 
aldıqda, antik yazarlara əsasən, Homer eramızdan əvvəl təxminən XI əsrdə 
yaşamış və ölməz “İliada” və “Odisseya” əsərlərini qələmə almışdı. Onun 
“İliada”sında Qərbi Anadoluda yerləşən Qarqar dağının ətəyindəki Karesu, 
Aksu kimi “su” hidroformantı daşıyan hidronimlər yer almışdı. Bu coğrafi 
adlar və türkcə “su” hidroformantı daha sonra Ptolomey, Strabon və digər antik 
salnaməçilərin də əsərlərində qeyd olunmuşdu. Antik yunan yazarlarından 
başqa “su” hidroformantı bəzi qədim Assur yazılarında Azərbaycan coğrafiyası 
ərazisində qeydə alınmış çay adlarında da özünü göstərir.    
Ən qədim tarixi qaynaqlarda Azərbaycan və digər coğrafi bölgələrdə adı 
çəkilən bəzi çay adlarında türkcə “su” hidroformantı vardır. Bu tarixi faktlar 
təəssüf ki, rəsmi tarixçilər tərəfindən diqqətə alınmamışdır. Halbuki, qədim 
101 
 Древнетюркский словарь, АН СССР. Ленинград,1969
102 
 Hüseyn Namik Orhun. Eski türk yazitlari. İstanbul, 1936


- 72 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
mənbələrdə göstərilən türkcə coğrafi adlar tarixin şahididir və o bölgələrdə hələ 
qədim dövrlərdən bəri ana dili türkcə olan tayfa və xalqların məskunlaşmasının 
birbaşa sübutudur. Qaynaqlarda adı çəkilən bu çay adları Qafqaz, Anadolu, 
Orta Asiya və Şərqi Avropa bölgələrinə aiddir. 
Qeyd edək ki, qədim dövrlərdə şəhər və yaşayış məntəqələrinin adları zaman-
zaman dəyişikliklərə uğramışdı. Bir çox hallarda hakim sülalələr dəyişdikcə, ya da 
ərazilər başqa dövlətlər tərəfindən zəbt edildikcə hökmdarlar tərəfindən çoğrafi 
məntəqələrin də isimləri yeni adlarla əvəzlənmişdi. Qəsbkarlar, işğalçılar, ya 
da yeni hökmdarlar yaşayış məntəqələrinin adlarını tez-tez dəyişirdilər. Lakin 
çay adları çox nadir hallarda dəyişkənliyə məruz qalırdı. Birincisi, ona görə 
ki, çay hövzələri bir 
neçə ölkə və dövlətin 
ərazisini əhatə edirdi. 
İkincisi isə, qədim 
dövrlərdə bir çox 
çaylar həm də ölkələr, 
vilayətlər arasında 
hüdud və sərhəd 
funksiyasını daşıyırdı. 
Bu səbəblərdən çay 
adlarını dəyişmək bir 
çox hallarda lazımsız 
həm də məntiqsiz 
idi. 
”Arpasu” çay adı bir neçə antik mənbədə xatırlanır. Lakin bu günə qədər 
gəlib çatmış qaynaqlar arasında ilk olaraq bu hidronim qədim yunan tarixçisi 
və dövlət adamı Ksenofontun 
(eramızdan əvvəl V-IV əsrlər) “Anabazis” əsərində 
qeyd olunmuşdu. Ksenofontun bu əsəri tarixi ədəbiyyatda həm də “On minlərin 
yürüşü”, ya da “On minlərin geri çəkilməsi” kimi də tanınır. Onun əsərində Arpasu 
çay adı Cənubi Qafqazdakı Arpaçaya aiddir. Coğrafiyaçılar bilirlər ki, Cənubi 
Qafqaz bölgəsində Arpasu-Arpaçay adında iki çay mövcuddur. Bu çayların hər 
ikisi Araza axıb tökülür. Adətən, onları bir-birindən ayırmaq üçün “Naxçıvan 
Arpaçayı” və “Qars Arpaçayı” hidronimləri işlədilir. Qars Arpaçayı qərbdə, 
Naxçıvan Arpaçayı bir az şərqdə yerləşir. Ksenofontun əsərində göstərilən 
Arpasu Qərbi Arpaçaya aiddir. Bu çay hazırda Türkiyə və Ermənistan arasında 
sərhəd funksiyası daşıyır. Sovet dövründə bu çayın adı ermənilər tərəfindən 
dəyişdirilərək “Axuriyan” adlandırılmışdı. Halbuki, çar Rusiyası dövrünün arxiv 
Arpa çayı (Arpasu)


- 73 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sənədlərində qərbdəki su axarı “Kiçik Arpaçay”, şərqdə olanı isə “Şərur Arpaçayı” 
kimi qeyd olunmuşdu. Məsələn, 1835-ci ildə Sankt-Peterburqda çapdan çıxmış 
“Zaqafqaziya coğrafiyasının statistik təsviri“ toplusunda bildirilir: “
Araz çayı 
erməni vilayətinin Qars Paşalığı ilə sərhədində Kiçik Arpaçayı, Abaran 
və Erivan nahiyələrində isə, Naxçıvan və Erivan nahiyələrinin hüduduna 
yaxın olan Şərur Arpaçayını qəbul edir...”.
103
 1836-cı ildə Sankt-Peterburqda 
nəşr olunmuş “Qafqazın o tayındakı Rusiya ərazilərinin icmalı”nda Arpaçayın 
türkcə etimologiyası da göstərilmişdir: 
“Arpaçay tatarca (Azərb. türkcəsində) 
“arpalı çay” anlamına gəlir. Və İrana XVII əsrdə səyahət etmiş Turneforun 
verdiyi məlumatlara görə, çayın yuxarı axarında yabanı şəkildə bitən arpa 
kollarına görə bu adı almışdır. Halbuki, indiki dövrdə orada artıq arpa 
bitmir”.
104
 
Görünür, gerçəkdən də nə zamansa bu bölgədə yabanı şəkildə çoxlu 
miqdarda dənli bitkilər bitirdi. Bu bölgələri gəzmiş ispaniyalı səyahətçi və 
səfir Rui Qonzales de Klavixonun verdiyi məlumata görə, 
“Arazın yuxarı 
hövzələrində sanki səpilmiş kimi hər il öz-özünə çoxlu miqdarda çovdar 
bitir”
105
. Turnefor və Rui Qonzalesin verdikləri məlumatdan isə aydın olur ki, 
Arazın qolları olan hər iki Arpaçayın adı buralarda yabanı şəkildə bol miqdarda 
bitən dənli bitkilərə görə türkcə “arpa” sözündən alınmışdır.
Professor Jozef Pitton de Turnefor (
1656-1708-ci illər) Paris Akademiyasının 
üzvü və Qafqazın florasını tədqiq edən ilk Qərb tədqiqatçısı idi. Anadolu və 
Qafqaza səyahətində bu bölgələrin bitki aləmini incələmiş və kitabında təsvir 
etmişdi. Təbii ki, botanika üzrə alim öz təsvirlərində səhvə yol verə bilməzdi. 
Ona görə də Arpaçayın yuxarı hövzəsində yabanı şəkildə bitən arpa barədə 
onun verdiyi bilgilərə güvənmək olar. “Levanta səyahət” kitabında Turnefor hər 
iki Arpaçay barədə məlumat vermişdi. Onun əsərində bu çayların adı Arpagi, 
Arpajo və Arpasou kimi göstərilir.
106
 Qars Arpaçayını o, Osmanlı və Səfəvi 
dövlətləri arasında sərhəd çayı kimi qeyd edir. Yuxarıda qeyd olunduğu kimi, bu 
çay indi də Türkiyə və Ermənistan arasında sərhəd funksiyasını yerinə yetirir. 
“Qafqazın o tayındakı Rusiya ərazilərinin icmalı“ kolleksiyasında da bu çayın 
sərhəd rolu daşıdığı göstərilmişdir: 
“Axaltsix Paşalığındakı Arpa gölündən 
mənbəyini alan və qədim yazarlar tərəfindən Arpazus, ya da Qarpazu kimi 
103 
 Орест Евецкий. Статистическое описание Закавказского края. Санкт-Петербург, 1835, часть I
104 
 Обозрение Российских владений за Кавказом (в статистическом, этнографическом, топографическом 
и финансовом отношениях). Часть IV. Санкт-Петербург, 1836 
105 
 Руи Гонзалес де Клавихо. Дневник путеществия ко двору Тимура в Самарканд в 1403-1406 гг. Санкт-
Петербург, 1881
106 
 M. Tournefort. Voyage in to Levant. Vol III. London, 1747


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə