ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə27/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   23   24   25   26   27   28   29   30   ...   95

- 74 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
adlandırılan Kiçik Arpaçayın yatağı Erivan vilayətinin qərb tərəfindədir 
və onu Qars Paşalığından ayırır”.
107
 Turneforun verdiyi məlumatlardan 
aydın olur ki, onun dövründə Arpaçay yerli əhali tərəfindən həm də Arpasu 
kimi adlandırılmışdı. Bu da öz növbəsində əhəmiyyət kəsb edir. Onun bölgəyə 
səyahəti isə 1700-1702-ci illərə təsadüf edir. Deməli, hələ o illərdə yerli əhali 
arasında çayın adı Ksenofontun kitabında göstərildiyi kimi tələffüz edilirdi. 
Ksenofont da öz növbəsində şübhə qalmayacaq şəkildə skitlər diyarından keçən 
bu çayın transkripsiyasını Arpasu 
(Αρπασον) kimi qeyd etmişdi.Turnefordan 
daha öncə Arpaçay barədə digər fransız səyahətçisi Jan Batist Tavernye (
1605-
1689-cu illər) də məlumat vermişdi. Onun yazdıqlarına əsasən, “Arpasu Araza 
tökülən və qarların əridiyi mövsümdə keçilməsi mümkün olmayan böyük 
çaydır”.
108
 
Əslində, Arpaçayın adının xalq arasında “Arpasu” şəklində tələffüzü hələ XIX 
əsrdə dərc edilmiş qaynaqlarda da qeyd olunur. Ümumiyyətlə, bu çayın Arpasu 
şəklində adına son dönəm orta əsrlərdə yaşamış bir neçə avropalı səyyah və 
mütəxəssisin kitabında rast gəlinir. Məsələn, italiyalı səyyah Gemelli Karyeri 
(1651-1725-ci illər) yazır ki, “Arpasu öz mənbəyini Minqrel dağlarından 
alır və Qarsın digər çayları ilə qarışır”.
109
 Fransalı tarixçi, dilçi və Oksford 
Universitetinin müəllimi Piter Edmund Loran 
(1796-1837-ci illər) tarixi 
coğrafiyaya həsr olunmuş geniş tədqiqatında qeyd edirdi ki, 
“Araza tökülən 
və Türkiyə ilə İran arasında sərhəd rolunu oynayan Arpasus çayını indiyə 
qədər Arpasu adlandırırlar”.
110
 Tarixçi və dilçi alimin bu qeydi və təsbiti çox 
mühüm əhəmiyyət kəsb edir. İngiltərəli yazar Kliment Kartvell 
(1743-1808-
ci illər) yazır ki, “Arpasu İran hüdudlarında axan çaydır və İrəvanla Tavr 
arasında yerləşmişdir”.
111
 Digər ingiltərəli ensiklopediyaçı alim Abraham 
Rees (
1743 –1825-ci illər) öz 45 cildlik ensiklopediyasında bu məlumatı təkrar 
edir.
112
 
Antik yunan tarixçisi Ksenofonta gəlincə, onun “Anabazis” əsəri 
Kunaks döyüşü (
eramızdan əvvəl 401-ci il) ilə əlaqəli qələmə alınmışdı. Bizi 
maraqlandıran məqam həmin dövrdə bölgəni gəzən Ksenofontun türkcə çay 
adını qeyd etməsidir. Çayın adı onu göstərir ki, o dövrdə Arpaçay ətrafında türk 
107 
 Обозрение Российских владений за Кавказом (в статистическом, этнографическом, топографическом 
и финансовом отношениях). Часть IV. Санкт-Петербург, 1836
108 
 Jean-Baptiste Tavernier. The six vojages of John Baptista Tavernier. Loybdon, 1678
109 
 Gemelli Careri. Turquie. Ganeau, 1719
110 
 Peter Edmund Laurent. An introduction to the study of ancient geography. Oxford, 1830
111 
 Clement Cruttwell. The new universal gazetter, or geographical dictionary. Vol I. Dublin, 1800
112 
 Abraham Rees. The cyclopaedia; or universal dictionary of arts, sciences and literature. Vol II. London, 1819-1820


- 75 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
dilini daşıyan tayfalar məskunlaşmışdılar. Böyük ehtimalla bunlar Ksenofontun 
adını çəkdiyi skiflər idi.  Ksenofontun əsərlərini rus dilinə tərcümə edən 
antik tarix üzrə mütəxəssis professor M.İ.Maksimovanın 
(1885-1973-cü illər) 
bildirdiyinə görə, skiflər artıq Ksenofontun zamanında Trabzondan Qafqazın 
içinədək şəhər və yaşayış məntəqələrinə sahib çıxmışdılar.
113
 Ksenofontun 
verdiyi məlumata əsasən, Arpasu çayı skifləri xalub tayfalarından ayırırdı. 
Əslində, xalublar da skif tayfaları idi. Onların bir adı tibaren, digər adlarından 
biri isə qarqar idi. Xalub-qarqarlar antik əsərlərdə həm də Alazan skifləri kimi 
tanınırdılar. Onlar “qarqar” kimi tanınan Qafqaz Albaniyası xalqlarından biri 
olmuşlar. Qarabağda axan Qarqar çayı da bu tayfanın adı ilə bağlıdır. 
Bütün bu qeydlərdən sonra təbii olaraq belə bir sual doğur. Necə olur 
ki, günümüzün antik tarix üzrə mütəxəssisləri Ksenofontda adı çəkilən 
Arpasu çayının türkcə etimologiyasını sezmədilər? Məsələnin bu baxımdan 
araşdırılması müəyyən saxtakarlıq səylərini də üzə çıxarır. Belə ki, SSRİ 
dönəmində antik tarix üzrə mütəxəssislər Ksenofontun Arpasu axarını Qərbi 
Arpaçayla deyil, Qara dənizə tökülən Çorox çayı ilə eyniləşdirirdilər. Halbuki, 
antik qaynaqlarda Çorox çayı “Akampsis” adlanırdı. Lakin Avropada bir çox 
peşəkar alim Ksenofontun adını çəkdiyi Arpasu çayının qərbi Arpaçayla 
eyni olduğuna əmindirlər. Məsələn, ingilis tarixçisi, tanınmış kartoqraf, tarixi 
coğrafiya üzrə bir çox elmi əsərin müəllifi Con Entoni Kramer 
(1793-1848-ci 
illər) “Kiçik Asiyanın coğrafi və tarixi təsviri” əsərində qeyd edir ki, Araza tökülən 
Arpasu ilə Ksenofontun kitabında göstərilən Arpasu eyni çaydır.
114
 Digər ingilis 
kartoqrafı Aaron Arrousmit 
(1750–1823-cü illər) də “Qədim coğrafiyanın 
qrammatikası” əsərində Arpasu ilə Araza tökülən Arpasu çaylarının eyni su 
axarı olduğunu əminliklə qeyd edir.
115
Qərbi Arpaçayın adını Axuriyan kimi dəyişdirərkən erməni xadimləri 
növbəti dəfə bölgədəki türk tarixinin izlərini silməyə cəhd etmişlər. Qeyd 
edək ki, bölgədə antik dövrə aid türkcə etimologiyası olan digər coğrafi adlar 
da mövcud idi. Bu coğrafi adlar akkad və antik qaynaqlarda təsbit olunmuşdur. 
Bəziləri hətta klassik erməni mətnlərində də vardır. Bu coğrafi adların hər birinə 
ayrıca material həsr olunmalıdır. Lakin qədim dövrə aid türkcə toponimlərə 
rəğmən bölgədə qaynaqlarda 1,5-2 min illik tarixə malik hay-erməni dilində 
bircə dənə olsun coğrafi ada rast gəlinmir. Bu tarixi gerçəklik türklərin bölgəyə 
113 
 М.И.Максимова. Ксенофонт - Aнабасис. Под редакцией академика И.И.Толстого. АН СССР. Москва-
Ленинград, 1951
114 
 John Antony  Cramer . A geographical  and  historical  description or Asia Minor.  2 cilddə. Oxford University 
Press, 1832. Vol I.
115 
 Aaron Arrowsmith. A grammar ancient geography. London, 1832


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə