tərəfindən zorla təcrid edilmiş gənc dövlətə dünya siyasətində böyük nailiyyət
qazanmağa imkan verən Genuya konfransıdır.
Beləliklə, iqtisadi diplomatiya sahəsində danışıqlar prosesi, onların get-
gedə böyük siyasi və iqtisadi vəzifələrin yerinə yetirilməsi vasitəsinə çevrilməsi
ilə əlaqədar olaraq, perspektiv və ümidverici istiqamətdir.
Bu baxımdan danışıqların elmi dərk olunması vəzifəsinin adekvat yerinə
yetirilməsi üçün həmin prosesin yaxşı təşkil olunmasının mümkün sxemləri
yaxud matrisi barədə məsələ qarşıya çıxır. Tədqiqatların beynəlxalq
praktikasında bu məsələ «beşüzvlü» təhlil sxemi vasitəsilə həll olunur. Nətieədə
danışıqlar prosesi barədə geniş miqyaslı təsəvvür yaranır. Təhlilin «beşüzvlü»
sxeminə aşağıdakılar daxildir:
•
danışıqların iştirakçıları;
•
danışıqların strukturu, danışıqlar predmetinin gündəlikdə əks olunması,
danışıq iştirakçıları arasında fikir ayrılıqlarının strukturu;
•
ayrı-ayrı iştirakçıların danışıqları apanna strategiyası, onların məqsədləri
və buna nail olunması vasitələri, danışıqların aparılmasında üstünlük verilən
metodlar;
•
danışıqlar prosesi, onun məzmunu, təklif olunan strategiyalar və qarşıya
qoyulan problemlərin həlli yolları, prosesin dinamikası və mərhələləri;
•
danışıqların başa çatması, onların fonnalarınm nəticəsi, həyata
keçirilməsi.
Gördüyümüz kimi, təhlilin göstərilən sxemi universal olsa da, kifayət
qədər konkretdir. Danışıq iştirakçılarının təsviri, onların resursların, mürəkkəb
məsələlərin həllinə, o cümlədən həmin danışıqların predmetinə münasibəti,
qərarların qəbul olunmasının struktum, qüvvələrin yerləşdirilməsi, danışıq
apanuaq səlahiyyəti verilən şəxslər - bütün bunlar diplomatik və elmi təhlilin
əlifbasına aiddir. Bu hərəkətlər danışıqların iştirakçıları yaxud danışıqları
müşahidə edənlər tərəfindən həmişə (demək olar ki, həmişə) yerinə yetirilir.
Həll olunan problemin strukturu, onun gündəlikdə əks olunması,
gündəliyin hər bir bəndi üzrə tərəflərin mövqeyi, onların maraqları və imkanları,
çoxtərəfli danışıqlar apanidıqda isə başqa iştirakçıların mövqeyi və qüvvələrin
yerləşməsi, mümkün koalisiyalar - bütün bunlarda xüsusi məxfilik yoxdur. Bu
məsələlərlə həmişə mütəxəssis-praktiklər və nəzəriyyəçilər məşğul olmuşlar və
buna dair külli miqdarda məlumat tapmaq mümkündür.
İştirakçıların danışıqları apanuaq strategiyasının, onların maraqlarının.
103
ənənələrinin, müxtəlif məktəblər çərçivəsində baxışlarının, habelə mənafelərinə
toxunulan siyasi dairələrin, dəvət edilmiş mütəxəssislərin və təhlil mərkəzlərinin
təhlili sxemin daha böyük maraq doğuran və nisbətən az tədqiq olunmuş
hissəsidir. Bütün bunlar əvvəllər öyrənilsə də, müasir dövrdə siyasi proseslərin
aşkarlığının artması, siyasi təhlil üçün şəraitin yaxşılaşması əlavə imkanlar
yaradır və perspektivlər açır. Eyni fikri danışıqların aparılması prosesi haqqında
da demək olar; onun öyrənilməsi danışıqlar haqqında əhəmiyyətli əlavə
informasiya əldə etmək imkanı verdiyi üçün mütəxəssislərin diqqətini nisbətən
yaxın dövrdə, 1970-1980-ci illərdə cəlb etməyə başlamışdır.
Danışıqların nəticələrinə, onların yerinə yetirilməsinə və bütün əlaqədar
problemlərin həllinə gəldikdə isə burada müxtəlif danışıqların nəticələrinin bir-
birindən asılılığı, yəni bir razılaşmanın yerinə yetirilməsinin digər danışıqlarda
həmrəyliyin əldə edilməsi üçün şərt olması kimi həlqə aşkarlanmışdır. Belə
hallarda əlavə olaraq verifıkasiya və monitorinq problemləri meydana çıxır.
Onların yerinə yetirilməsi danışıqlar üzrə qərarların qəbul olunmasının ayrılmaz
hissəsinə çevrildiyinə görə çox zaman razılıq əldə olunması prosesini
mürəkkəbləşdirir.
Sonuncu qeyd isə danışıqların elmi cəhətdən öyrənilməsi barədədir.
«İqtisadi danışıqlar» və onların vasitəsilə həll olunan problemlərin sayı sürətlə
artır. Beynəlxalq maliyyə dayanıqlığına nail olmaq üçün danışıqlar yolu ilə əldə
edilən qərarların əhəmiyyəti artır. Danışıqların müvəffəqiyyətsizliyi artıq ayrıca
götürülmüş bir ölkənin iflası ilə deyil, bununla bağlı olaraq müzakirə edilən bir
çox məsələlərə zərbə vurulması ilə nəticələnir. Buna görə də müasir beynəlxalq
danışıqların sistemli xarakteri, onların qarşılıqlı əlaqədə, kompleks şəklində
olması barədə danışmaq zərurəti yaranır.
«İqtisadi danışıqlar Məcəlləsinin» yaradılmasının vacibliyi. Danışıqların
sistemliliyi haqqında məsələnin qaldırılması danışıqlar problematikasmm, onun
müasir beynəlxalq danışıqlarda yerinin, mübahisəli problemlərin həlli üsullarının
və metodlarının daha dərindən və sistemli tədqiqinə yol açır. Bu, ilk növbədə,
mövcud olan və yaradılan danışıq rejimlərinin (məsələn, ÜTT tipli), onların
danışıqlar prosesinin inkişafına təsirinin öyrənilməsi; münaqişələrin həlli
cəhdlərindən onların resurs, hüquqi və infonnasiya bazaları da daxil olmaqla,
hərtərəfli müzakirəsinədək mübahisəli problemlərin qoyuluşuna yeni
yanaşmadır. Nəhayət, bu danışıqların aparılmasının və başa çatdırılmasının daha
səmərəli və münasib formalarını nəzərdə tutan, universal qaydalar və
104
prosedurlar toplusu şəklində olan vahid «danışıqlar Məcəlləsinin»
yaradılmasıdır'.
Əgər bütün bu məsələlər müəyyən dərəcədə keçmişdə öyrənilmiş və indi
də öyrənilirsə, onların mühüm əhəmiyyət kəsb edən bir çox məqamları kölgədə
qalır, aparıcı ölkələrdə nəşr edilən dərsliklərdə isə bunun üstündən sükutla keçilir
(bir növ beynəlmiləl bürokratiya həmrəyliyində ifadə olunur). Bu zaman aşağıda
göstərilən bir sıra ümumi şərtlər dairəsi nəzərdə tutulur:
•
ölkənin bütün idarələri və vəzifəli şəxsləri tərəfindən həyata keçirilən
ümumi siyasətin, xarici iqtisadi strategiyanın vəhdəti. Danışıqlar zamanı yüksək
vəzifəli şəxs dövlətin ümumi xəttindən kənara çıxan nə isə söyləyirsə, nəinki
ümumi strategiya, həmçinin dövlət, onun hakim dairələri nüfuzdan düşür.
Danışıqların konkret məqsədlərinə nail olunması böyük problemə çevrilir;
•
həm xarici siyasi və xarici iqtisadi komplekslərdə, həm də icra və
qanunvericilik hakimiyyətləri daxil olmaqla, daxili siyasətdə dövlətin yüksək
ixtisaslı kadrlarla təmin olunması. Siyasət və iqtisadiyyat arasında get-gedə
güclənən əlaqələr dövlətin idarə olunmasının ali eşelonlarında işləmək qabiliyyəti
olan insanların seçilməsini tələb edir;
•
həyata keçirilən siyasətin, ölkənin bütövlükdə müasir dünyada,
regionlarda, dost alyanslarda və bloklarda gücünün və imkanlarının aydın
təsəvvür olunmasının zəruriliyi. Ölkənin siyasəti, onun xarici iqtisadi əlaqələri
haqqında real təsəvvürlər olmadan aparılan danışıqlar, «başqa» tərəfin danışıqlar
üzrə tərəfdaşının nəyə nail olmaq istədiyini başa düşməməsi nəticəsində
uğursuzluğa düçardır.
Dərin biliklərə və yüksək əqli inkişafa əsaslanan peşəkarlıq rəsmi
nümayəndə heyətlərinin gündəlik fəaliyyətinə də, keçirdiyi görüşlərdə
beynəlxalq iqtisadi problemlərlə qarşılaşan siyasətçiyə də, sıravi mütəxəssisə də
baza qismində lazım olan keyfiyyətdir.
«Beynəlmiləl bürokratiya həmrəyliyi». Bu təzahür sonuncu onilliklərdə
nəzərə çarpmağa başlamışdır. O, beynəlxalq münasibətlərin ən müxtəlif
səviyyələrində və ən müxtəlif fonnalarda mövcuddur:
•
müharibə və sülh problemlərinin, insan hüquqlarının və təhlükəsizliyin
təmin olunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların işində;
•
dövlətlərin iqtisadi problemlər üzrə səlahiyyətli nümayəndələrinin
KpeMeHtoK B.
V
KƏS
.
COM
.
C. 64.
105
Dostları ilə paylaş: |