- 1 -
Kosmik fəaliyyət daxilində kosmik turizmin
hüquqi tənzimlənməsinin bəzi məsələləri
h.e.d., prof. Quliyev İbrahim Oruc oğlu
Xəlilov Zafiq Zakir oğlu
Milli Aviasiya Akdemiyası
Məqalədə beynəlxalq kosmos hüququnda
kosmik turizmin hüquqi tənzimlənmə məsələlərinin
əsas mahiyyətinin müəyyən edilməsi, bu sahədə
mövcud hüquqi kateqoriyaların nəzəri şərhi və
dövlətdaxili qanunvericilik aktlarının müqayisəli
təhlili, kosmik turistlərin hüquqi statusu ilə əlaqəli
problemlər və qeyd olunanlarla bağlı hüquqi
tənzimlənmə perspektivləri göstərilərək müəyyən
təkliflər verilmişdir.
Açar sözlər: “kosmik fəaliyyət”, “kosmik
turizm”, “kosmik turist”;
Qeyd etməliyik ki, bununla bağlı əsas
məsələlər ”Beynəlxalq kosmos hüququnda kosmik
turizmin hüquqi tənzimlənmə perspektivləri” adlı
elmi məqalədə şərh edilmişdir. Burada da, eyni
zamanda xüsusi önəmli məqamlar ön plana
çəkilərək mühüm təkliflər verilmişdir.
Ümumilikdə, kosmik fəaliyyət dedikdə isə
kosmik məkan, Ay və digər səma cisimlərinin
istifadəsi və tədqiqatı ilə əlaqəli iş aparılması
sahəsində istənilən fəaliyyət başa düşülür [5; 164].
- 2 -
Kosmik
fəaliyyət
aşağıdakıları
özündə
birləşdirir:
-
kosmik texnikanın, kosmik materialların və
kosmik texnologiyanın və kosmik fəaliyyətlə
əlaqəli digər xidmətlərin yaradılması və
istifadəsi;
-
müvafiq dövlətin komik məkanın istifadəsi
və
tədqiqatı
sahəsindəki
beynəlxalq
əməkdaşlığı;
Qeyd etməliyik ki, kosmik fəaliyyət bir qayda
olaraq lisenziyalaşdırılır. Kosmik infrastruktura
olmadan kosmik fəaliyyətin reallaşdırılması qeyri-
mümkündür. Bu səbəbdən də bir çox dövlətlərin
“Kosmik fəaliyyət haqqında” qanununda kosmik
infrastrukturaya daxil olan təsisatlar əsaslı şəkildə
qeyd olunur. (Məsələn Rusiya Federasiyasının
“Kosmik fəaliyyət haqqında” Qanunun 18-ci
maddəsində kosmik infrastrukturanın anlayışına yer
verilmişdir) [8; 9-14].
Kosmik uçuş zamanı ekipaj üzvlərinin və digər
iştirakçıların hüquqi vəziyyəti (Kosmik turistlərin
hüquqi statusu). Yuxarıda vurğuladığımız kimi
kosmik turizmin hüquqi tənzimlənmə məsələlərinin
konkret olaraq hansı hüquq sahəsinə (beynəlxalq
kosmos hüququ və beynəlxalq turizm hüququ) aid
olması bu gün hüquq ədəbiyyatında ortaya çıxan
mühüm hüquqi müzakirələrdən biri hesab olunur.
Eyni zamanda kosmik turistlərin (və ya Kosmosa
səyahət məqsədi ilə gedən turistlərin) hüquqi
- 3 -
statusunun müəyyənləşməsi məsələləri də bu
baxımdan həm beynəlxalq kosmos hüququ həm də,
beynəlxalq turizm hüququ daxilində ümumnəzəri
müddəalarla nəzərdən keçirilməlidir. Beynəlxalq
hüquq sahəsində turistlərin hüquqi statusunun
müəyyən edilməsi məsələləri vacib rol oynayır.
Turistlərin hüquqi statusundan danışarkən, ilk
növbədə, “turist” məfhumunun mənası izah
olunmalı, ona aid edilən şəxslərin dairəsi müəyyən
edilməlidir. “Turist” terminin üzə çıxarılmasında
hüquq normaları (beynəlxalq və ya milli) vacib rol
oynadığına görə onların təsbit olunduğu aktların
təhlil
edilməsi
bu
nöqteyi-nərədən
zəruri
əhəmiyyətə malikdir. 1954-cü il tarixli “Turistlər
üçün gömrük güzəştləri haqqında” Konvensiyanın
1-ci maddəsi də turist kimi adətən yaşadığı dövlət
istisna
olmaqla,
Konvensiyanın
digər üzv-
dövlətinin ərazisində istənilən 12 aylıq dövr ərzində
24 saatdan az, 6 aydan çox olmayan müddətdə
(immiqrasiya etmək istisna olmaqla) qanunla icazə
verilmiş əsaslar – turizm, əyləncə, idman,
sağlamlıq, ailə vəziyyəti, təhsil, dini ziyarət və ya
işgüzar məqsədlərlə qalan şəxsləri müəyyən edir [4;
72]. Hesab edirik ki, bu tərif turist statusunun əldə
edilməsi ilə bağlı zaman meyarının dəqiq
hüdudlarını təsbit etmişdir. Lakin bir məsələ də
nəzərə alınmalıdır ki, indiki halda reallaşdırılma
ərəfəsində olan kosmik turizm nöqteyi-nəzərindən
bu tərifdə yalnız dövlət və dövlətin ərazisi kimi
- 4 -
məkanın qeyd olunması düzgün deyil. Burada
dövlətin ərazisi ilə bərabər yer məfhumunun qeyd
olunması daha məqsədəuyğundur.
“Turist” termininin müəyyənləşdirilməsində
müvafiq dövlətdaxili qanunvericilik aktları da
özünəməxsus rol oynayır. Məsələn, Azərbaycan
Respublikasının 4 iyun 1999-cu il tarixli “Turizm
haqqında” Qanununun 1-ci maddəsində turist
sayılması üçün şəxsin müvafiq terminin tətbiq
dairəsinə aid edilməsi - istirahət, sağlamlaşdırma,
tanış olma, idraki (tarix və mədəniyyət
sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə
borclarının icra edilməsi istisna olmaqla), idman və
dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli
fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12
ayadək müddətdə müvəqqəti olması tələb olunur
[1]. Qeyd edək ki, milli qanunvericilik aktında
məkan anlamında ölkə ilə bərabər yer məfhumu da
nəzərə alınmışdır. Müəyyən dəyişikliklərlə bu
səpkili müddəalar Rusiya, Ukrayna, Qazaxıstan,
Özbəkistan və s. kimi dövlətlərin müvafiq
qanunvericilik aktlarında da təsbit olunmuşdur.
Turistlərin
hüquqi
statusunun
müəyyənləşdirilməsi ilə bağlı məsələlər özündə,
həmçinin onların müxtəlif sferada mövcud olan
hüquq və vəzifələrini də birləşdirir. Həmin hüquq
və vəzifələr müxtəlif beynəlxalq sənədlərdə və milli
qanunvericilik aktlarında təsbit edilmişdir. Burada
əsas sənəd qismində Ümumdünya Turizm
- 5 -
Təşkilatının VI sessiyasında qəbul olunmuş 1985-ci
il tarixli Turizm Xartiyası və Turist Məcəlləsi çıxış
edir. Sənədin belə adlandırılmasında başlıca
məqsəd müvafiq sahədə dövlətlərin və turistlərin
hüquq və vəzifələrin ayrıca şəkildə ifadə
olunmasıdır. Ona görə də, Turizm Xartiyası turizm
və onun inkişafı ilə bağlı birbaşa dövlətlərə
münasibətdə normaları müəyyən etsə də, Turist
Məcəlləsi sırf turistlərin hüquqi statusunun
müəyyənləşdirilməsi baxımından zəruri müddəaları
özündə əks etdirir. Belə ki, göstərilən Məcəllənin
müddəaları turistlərin davranışlarına münasibətdə
nəzərdə tutulan vəzifələrin həyata keçirilməsinə
istiqamətlənmişdir [4; 83].
Turistlərin hüquq və vəzifələri, həmçinin,
dövlətdaxili qanunvericilik aktlarında da ehtiva
olunmuşdur. Nümunə qismində “Turizm haqqında”
Azərbaycan Respublikası Qanununun 6-7-ci
maddələrini göstərmək olar.
Ümumilikdə yuxarıda turistlərin hüquqi statusu
ilə bağlı beynəlxalq hüquqi aktların əsas
müddəaları şərh edilmişdir. Lakin kosmik
turistlərin hüquqi statusunun müəyyən olunması
üçün kosmik məkanın özünəməxsus cəhətləri ilə
əlaqədar bəzi fərqli məqamları özündə ehtiva
etdiyini nəzərə alaraq bu məsələnin beynəlxalq
kosmos hüququ çərçivəsində araşdırılması daha
məqsədəuyğundur. Bu nöqteyi-nəzərdən kosmik
turistlərin hüquqi statusunun müəyyənləşməsi
- 6 -
məsələləri ayrı-ayrı dövlətlərin “Kosmik fəaliyyət
haqqında” qanunları, mühüm beynəlxalq hüquqi
aktlar və qeyd olunanlara əsasən gələcəkdə qəbul
olunacaq komik turizmim hüquqi rejimini müəyyən
edən beynəlxalq müqavilə çəçivəsində şərh
edilmişdir.
Kosmik turizmin inkişafa başladığı indiki
dövrdə kosmik səyahətlərdə iştirak edən şəxslərin
hüquqi statusu ilə bağlı müəyyən problemlər yarana
bilər. Bu status tam mənada professional
kosmonavtların statusu ilə uyğun gəlmir. Bu gün
beynəlxalq kosmik turizmin hüquqi rejimi lazımi
səviyyədə tənzimlənmədiyi üçün 22 aprel 1968-ci il
tarixli “Kosmonavtların xilas edilməsi haqqında
Saziş” həm professional kosmanavtlara həm də
kosmik
turistlərə aid olunur. Ümumiyyətlə
kosmonavt – kosmik uçuşlarda kosmik gəminin
komandiri və ya ekipaj üzvü qismində iştirak edən
şəxsdir. 1967-ci il “Kosmos haqqında” müqaviləyə,
habelə “Kosmonavtların xilas edilməsi haqqında
Saziş”-ə və Ay haqqında Sazişə əsasən,
kosmonavtlar “bəşəriyyətin elçiləri” kimi nəzərdən
keçirilir. Qeyd olunan beynəlxalq müqavilələr
dövlətlərin üzərinə kosmonavtlarla əlaqəli bir çox
hüquq və vəzifələr qoymuşdur. Göründüyü kimi
kosmonavtla kosmik turistlərin hüquqi statusu
arasında kəskin fərqlər mövcuddur. İndiki halda
kosmik turistlərin hüquqi statusu hər hansı
beynəlxalq hüquqi aktla tənzimlənmədiyi üçün
- 7 -
“Kosmonavtların xilas edilməsi haqqında Saziş”-in
şərtləri tam mənada kosmik turistlərə də şamil
olunur. Məlum olduğu kimi, müasir elmi-texniki
inkişaf nəticəsində kosmosla bərabər Antarktidaya
da, turizm məqsədləri ilə səfərlərin reallaşdırılması
üçün şərait yaranmışdır. Müəyyən hüquqşünas
alimlərin fikrincə, Antarktika və kosmik məkan
ümumi istifadə ərazisinə çevrildiyindən və onların
rejimi
universal
beynəlxalq
müqavilələrlə
tənzimləndiyinə görə bu ərazidən istifadə forması
kimi yerdəyişmə forması universal səviyyədə
nizama salınmalıdır. Hal-hazırda antarktik turizm
bir neçə ümumi xarakterli beynəlxalq normativ
sənədlərlə tənzimlənib. [6; 61]. Ancaq kosmik
turizm isə heç bir universal və regional normativ-
hüquqi aktla tənzimlənməmişdir. Onu da qeyd
etməliyik ki, kosmik turizmin heç bir normativ-
hüquqi aktla tənzimlənməməsinə baxmayaraq bu
turizm növü hal-hazırda qüvvədə olan beynəlxalq
hüquqi-aktların heç biri ilə qadağan edilmir. Qeyd
etməliyik ki, məqalənin əvvəlində vurğuladığımız
kimi,
bu
gün
kosmik
turizm
planlarını
reallaşdırmaq ərəfəsində olan bir çox şirkətlər hər
biri ayrılıqda özünəməxsus şərtlər müəyyən edib
sadəcə qısa treyninq vasitəsi ilə vətəndaşları bu
uçuşa dəvət edirlər. Bu baxımdan kosmik turizmin
hüquqi rejiminin tənzimlənməsi üçün bu sahədə
mütləq mənada vahid beynəlxalq səviyyəli hüquqi
akt qəbul olunmalıdır. Belə bir beynəlxalq-hüquqi
- 8 -
akt ilk növbədə bu sferada fəaliyyət göstərən bütün
şirkətlər üçün vahid qəbul olunmuş qaydalar
müəyyən edə bilər. Hal-hazırda bir çox dövlətdaxili
normativ aktlarda bu məsələyə (kosmik turizm)
xüsusən də “Kosmik fəaliyyət haqqında” olan
qanunlar çərçivəsində yer verilmişdir. Ancaq qeyd
etməliyik ki, bu sahədə beynəlxalq sazişin olması
ümumilikdə dünya dövlətləri üçün etalon rolunu
oynayacaq. Ən əsası məhz bu sazişlə hansı
şəxslərin kosmik uçuşda iştirak etməsi və ya bu
uçuşda iştirak edə bilməyən şəxslərin dairəsi
konkret olaraq müəyyən ediləcək. Bu səpkili
sazişdə xüsusi bölmə məhz kosmik turistlərin
hüquq və vəzifələrinə həsr oluna bilər. Bu bölmədə
kosmik
turistlərin
həyat
və
sağlamlığının
qorunması, bununla bağlı zəruri halda ilk andan
turistlərə təxirəsalınmaz tibbi yardım göstərilməsi,
digər bu kimi məsələlər nəzərdə tutula bilər. Qeyd
edək
ki,
turizm
sahəsində
turistlərin
təhlükəsizliyinin təmin olunması həmişə əsas
diqqət mərkəzindədir. Bu baxımdan qəbul olunacaq
sazişdə həm də kosmik turizmin reallaşdırılması
çərçivəsində kosmik turistlərin təhlükəsizliyinin
təmin olunması ilə bağlı dövlətlərarası əməkdaşlıq
məsələlərinə xüsusi yer ayrılmalıdır. Bununla
yanaşı,
turistlərin
səyahət
zamanı
şəxsi
təhlükəsizlik qaydalarına əməl olunması kimi
öhdəliklər xüsusi bölmə şəklində də, təsbit oluna
bilər. Belə saziş nəticə etibarilə kosmik turistlərin
- 9 -
hüquqi statusunu və ümumilikdə kosmik turizmin
hüquqi rejimini müəyyən edəcək.
Əksər ölkələrdə kosmik turist və ekipaj
üzvlərinin hüquqi statusu həmin ölkələrin “Kosmik
fəaliyyət haqqında” qanunu və dövlətlərin kosmik
agentlikləri və ya bu sahədə mövcud olan müvafiq
təşkilatları arasında ikitərəfli müqavilələri ilə
müəyyən olunur. Məsələn, Rusiyanın “Kosmik
fəaliyyət haqqında” Qanununun 20-ci maddəsinə
əsasən Kosmik uçuşda iştirakla bağlı istək bildirən
və müəyyən olunmuş peşəkarlıq və tibbi tələblərə
cavab verən RF-nin vətəndaşları kosmik uçuşun
həyata keçirilməsi və hazırlığına müsabiqə əsasında
seçilirlər. Bir çox dövlətlərdə kosmonavtların
hazırlıq qaydası, idarə edilən kosmik obyektlərin
ekipajının formalaşdırılması və uçuş proqramının
təsdiq olunması, habelə kosmonavtların hüquq və
vəzifələri, onların əməyinin ödənilməsi və
professional fəaliyyətləri ilə əlaqədar digər şərtlər
həmin dövlətin qanun və normativ-hüquqi aktları
çərçivəsində müqavilələrə uyğun olaraq müəyyən
olunur [7; 38]. Kosmosa turizm məqsədilə
kommersiya xarakterli kosmik fəaliyyətin hüquqi
rəsmiləşdirilməsi üçün adətən kosmik turist,
vasitəçi və kosmik uçuşu reallaşdıracaq aidiyyəti
şirkət arasında müqavilə bağlanılır. Qeyd olunan
şəkildə bağlanılan müqavilələrin ümumi qaydası,
əsas şərtləri və bütövlükdə nümunəvi forması da
məhz kosmik turizmlə əlaqədar qəbul olunacaq
- 10 -
vahid beynəlxalq hüquqi aktda mütləq surətdə öz
əksini tapmalıdır. Bununla əlaqəli olaraq 1970-ci il
Səyahətlər üçün müqavilələr üzrə Beynəlxalq
Konvensiyanın mühüm müddəalarına da istinad
edilə bilər.
Bununla yanaşı qeyd edək ki, Almaniya
Federativ Respublikasının 1979-cu il tarixli
“Turizm kontraktları haqqında” Qanunu turizm
şirkətlərinin məhkəmə qaydasında istehlakçılar
qarşısında cavab verməsi ilə bağlı münasibətləri
tənzim edir. Ümumiyyətlə beynəlxalq turizm
münasibətlərinin
tənzimlənməsində
məhkəmə
presedentləri də özünəməxsus şəkildə mühüm
əhəmiyyət kəsb edir. Müasir dövrdə kosmik turizm
planlarını reallaşdırmaq üzrə olan şirkətlərin sayı
artdıqca məhz belə turlarda iştirak edən şəxslərlə
imzalanan müqavilələrdə də bu səpkili müddəalar
ön planda olmalıdır. Bunun tətbiqi üçün ilk öncə
qeyd etdiyimiz qəbul oluncaq kosmik turizmin
hüquqi rejimini tənzimləyən beynəlxalq hüquqi
aktda bu növ turizmi həyata keçirəcək şirkətlərin
məhkəmə qaydasında istehlakçılar qarşısında cavab
verməsi ilə bağlı münasibətlər öz ifadəsini
tapmalıdır. Turizm sahəsində mövcud bir sıra
beynəlxalq müqavilələrin tələbləri məhz qəbul
oluna biləcək kosmik turizmin hüquqi rejimini
müəyyən edən beynəlxalq hüquqi aktda xüsusi
əsaslarla təsbit oluna bilər. 1954-cü ildə BMT
çəçivəsində işlənib hazırlanmış və qəbul olunmuş
- 11 -
Turistlər üçün gömrük güzəştləri haqqında
Konvensiyaya əsasən, turistlərin şəxsi istifadə
əşyalarının sırası müəyyən edilmişdir. Həm də bu
konvensiyanın turistlərin əl baqajında olan və sui-
istifadə halları üçün istifadəsinə icazə verilməyən
şəxsi istifadə əşyalarının müvafiq beynəlxalq-
hüquqi sənəddə göstərilən miqdarda ölkə ərazisinə
gətirilməsi halları təsbit olunmuşdur. Hesab edirik
ki, kosmik məkanda kosmik turistlərin istifadə edə
biləcəyi əşyaların siyahısı dəqiqləşdirilərək kosmik
turizmin hüquqi rejimini müəyyən edən beynəlxalq
hüquqi sənəddə mütləq qaydada öz əksini
tapmalıdır. Dünyada artıq kosmik turizmin aktual
olduğu bir dövrdə yuxarıda qeyd olunan
məsələlərin həlli xüsusilə vacibdir.
Məsələn, Rusiya Federasiyası Hökumətinin
“Federal Kosmik Agentliyin Əsasnaməsinin təsdiq
olunması haqqında” 26 iyun 2004-cü il 314 №-li
qərarı ilə Agentlik aşağıdakı məsələləri təşkil edir:
- Kosmonavtların seçilməsi və hazırlığı (m.
5.3.11.6 Əsasnamə);
- Kosmik fəaliyyət məsələləri ilə bağlı digər
dövlətlərin müvafiq təşkilatları və beynəlxalq
təşkilatlarla qarşılıqlı əlaqələrin yaradılması və
müəyyən
olunmuş
qaydada
beynəlxalq
müqavilələrin imzalanması; (m. 5.3.12 Əsasnamə);
- Kommersiya xarakterli beynəlxalq kosmik
proqram və layihələrin reallaşdırılması ilə bağlı
xarici partnyorlarla müəyyən olunmuş qaydada
- 12 -
müqavilələrin bağlanması; (m. 5.3.19 Əsasnamə)
[8; 9-14].
Yuxarıdakı misalda qeyd olunan məsələlərin o
cümlədən kosmik turizmlə bağlı vacib məqamların
gələcəkdə Azərbaycan Respublikasının Milli
Aerokosmik Agentliyinin həyata keçirdiyi mühüm
fəaliyyət istiqamətləri sırasına daxil olması
mütərəqqi hesab oluna bilər. Bununla bağlı qəbul
edilən "Azərbaycan Respublikasının 2008-2025-ci
illər üçün kosmik fəaliyyət konsepsiyası" və "Milli
Aerokosmik Agentliyin 2009-2013-cü illər üçün
inkişaf Proqramı"nı xüsusilə vurğulamalıyıq.
Hal-hazırda qüvvədə olan beynəlxalq və
ölkədaxili normativ aktların heç biri Kosmosda
göstərilən (xüsusən də kosmik turizmlə əlaqəli)
xidmətlərin vergi qaydaları və prinsiplərini nəzərdə
tutmayıb. Kosmik turizmin ilk reallaşdırıldığı
dövrdə turistik fəaliyyət xüsusən də kosmik turizm
lisenziyalaşdırılmamışdır. Demək olar ki, əksər
ölkələrdə
kosmik
turizm
hal-hazırda
lisenziyalaşdırılan fəaliyyət növünə aid deyil.
Kosmik turizm fəaliyyətinin lisenziyalaşdırılması
və Kosmosdakı xidmətlərin vergi qaydaları və
prinsipləri ilə bağlı beynəlxalq çərçivəli ümumi
xarakterli qaydalar qəbul olunacaq kosmik turizm
haqqında
beynəlxalq
hüquqi
aktda
təsbit
olunmalıdır.
Sığorta kosmik fəaliyyətin ayrılmaz tərkib
hissəsidir.
Məsələn,
Rusiya
Federasiyasının
- 13 -
“Kosmik fəaliyyət haqqında” Qanununun 25-ci
maddəsində qeyd olunur ki: “Kosmik texnikanı
istismar edən və ya sifariş əsasında kosmik
texnikanın yaradılması və istifadəsini həyata
keçirən təşkilatlar və vətəndaşlar kosmonavtların,
kosmik infrastruktur obyektinin işçilərinin həyat və
sağlamlığını həm də həyat və sağlamlığa və digər
şəxslərin əmlakına vurulan zərərə görə məsuliyyəti
qanunla müəyyən edilmiş qaydada mütləq olaraq
sığortalamalıdırlar. Məsələn, Rusiyada hal-hazırda
üçüncü şəxslər qarşısında mülki məsuliyyətin
mütləq sığortasını Federal Kosmik Agentlik həyata
keçirir [6; 65]. İndiki halda əksər ölkələrdə bir
qayda olaraq kosmik fəaliyyətlə bağlı sığorta haqqı
150 mln dollardan 500 mln dollara qədər müəyyən
olunur. Kosmik fəaliyyəti həyata keçirən təşkilatlar
və vətəndaşlar könüllü şəkildə kosmik texnikanı
(risklərlə
bağlı itkilər, kosmik texnikanın
zədələnməsi və s.) sığortalaya bilərlər. Hər hansı bir
dövlətin yurisdiksiyası altında kosmik fəaliyyəti
həyata keçirən xarici təşkilatlar və vətəndaşlar
kosmik texnikanı və ən əsası kosmik fəaliyyətlə
əlaqədar
riskləri
həmin
dövlətin
mülki
qanunvericiliyi (Mülki Məcəllə) ilə müəyyən
edilmiş qaydada sığortalıyırlar. Eyni qaydada
kosmik fəaliyyətin sığortası qaydası, onun təşkili,
həyata keçirilmə formaları, dəyən
zərərin
ödənilməsi, konkret məbləğ çərçivəsində sığorta
haqqı, kosmosa turistik səfərlərdə iştirak edən
- 14 -
vətəndaşların tibbi sığortalanmasının təşkili və
şərtləri və s. məsələlər gələcəkdə qəbul olunacaq
kosmik turizmin hüquqi rejimini müəyyən edən
beynəlxalq hüquqi aktda mütləq surətdə təsbit
olunmalıdır.
Ümumiyyətlə bu gün turizmin yeni növlərinin
(kosmik turizm) inkişafı və bu inkişafa uyğun
hüquqi islahatların reallaşdırılması turizm sahəsi
üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlardan o
cümlədən BMT-nin digər bu səpkili təşkilatlarından
daha çox asılıdır. Qeyd etməliyik ki, müvafiq
sferada yəni turizmin yeni növlərinin (kosmik
turizm)
hüquqi
tənzimlənməsi
baxımından
Ümumdünya Turizm Təşkilatı xüsusilə mühüm rol
oynayır. Lakin bununla bağlı onun beynəlxalq
hüquq yaradıcılığı prosesində iştirakı və imkanları
genişləndirilməlidir. Və ya kosmik turizmin hüquqi
rejiminin müəyyən olunması sahəsində intensiv
hüquqi islahatların reallaşdırılması baxımından
kosmik turizm sferasındakı hüquqi kateqoriyaları
şərh edərkən qeyd etdiyimiz kimi Kosmik məkan
üzrə beynəlxalq qurum yaradılmalıdır.
Kosmik fəaliyyət daxilində kosmik turizmin
hüquqi tənzimlənmə məsələləri ilə bağlı həyata
keçirilən sistemli analiz nəticəsində aşağıdakı elmi
nəticələr əldə olunub:
1)
Kosmik turizmin hüquqi rejiminin və kosmik
turistlərin hüquqi statusunun hər hansı
beynəlxalq hüquqi aktla tənzimlənməməsi ilə
- 15 -
əlaqədar olaraq bu sahədə mütləq mənada
vahid beynəlxalq hüquqi akt qəbul
olunmalıdır.
2)
Qəbul olunacaq kosmik turizm haqqında
beynəlxalq sazişdə hansı şəxslərin kosmik
uçuşda iştirak etməsi və ya bu uçuşda iştirak
edə bilməyən şəxslərin dairəsi konkret olaraq
müəyyən edilməlidir.
3)
Belə bir sazişdə xüsusi bölmə məhz kosmik
turistlərin hüquq və vəzifələrinə həsr
olunmalıdır. Bu bölmədə kosmik turistlərin
həyat və sağlamlığının qorunması, bununla
bağlı zəruri halda ilk andan turistlərə
təxirəsalınmaz tibbi yardım göstərilməsi,
digər bu kimi məsələlər nəzərdə tutula bilər.
4)
Qəbul olunacaq sazişdə həm də kosmik
turizmin reallaşdırılması çərçivəsində kosmik
turistlərin təhlükəsizliyinin təmin olunması
ilə
bağlı
dövlətlərarası
əməkdaşlıq
məsələlərinə xüsusi yer ayrılmalıdır. Bununla
yanaşı turistlərin səyahət zamanı şəxsi
təhlükəsizlik qaydalarına əməl olunması kimi
öhdəliklər xüsusi bölmə şəklində də, təsbit
oluna bilər.
5)
Kosmosa turizm məqsədilə kommersiya
xarakterli
kosmik
fəaliyyətin
hüquqi
rəsmiləşdirilməsi
üçün
bağlanılan
müqavilələrin ümumi qaydası, əsas şərtləri
və bütövlükdə nümunəvi forması da məhz
- 16 -
kosmik turizmlə əlaqədar qəbul olunacaq
vahid beynəlxalq hüquqi aktda öz əksini
tapmalıdır.
6)
Kosmik
turizmin
hüquqi
rejimini
tənzimləyən beynəlxalq hüquqi aktda bu növ
turizmi həyata keçirəcək şirkətlərin məhkəmə
qaydasında istehlakçılar qarşısında cavab
verməsi ilə bağlı münasibətlər təsbit
olunmalıdır.
7)
Mühüm
beynəlxalq
konvensiyaların
müddəalarına əsasən kosmik məkanda
kosmik turistlərin istifadə edə biləcəyi
əşyaların siyahısı dəqiqləşdirilərək qəbul
olunacaq kosmik turizmin hüquqi rejimini
müəyyən edən beynəlxalq hüquqi sənəddə
nəzərdə tutulmalıdır.
8)
Kosmik
turizm
fəaliyyətinin
lisenziyalaşdırılması
və
kosmosdakı
xidmətlərin vergi qaydaları və prinsipləri ilə
bağlı beynəlxalq çərçivəli ümumi xarakterli
qaydalar qəbul oluna biləcək kosmik turizm
haqqında beynəlxalq hüquqi aktda təsbit
olunmalıdır.
9)
Kosmik fəaliyyətin sığortası qaydası, onun
təşkili, həyata keçirilmə formaları, dəyən
zərərin
ödənilməsi,
konkret
məbləğ
çərçivəsində sığorta haqqı, kosmosa turistik
səfərlərdə iştirak edən vətəndaşların tibbi
sığortalanmasının təşkili və şərtləri və s.
- 17 -
məsələlər gələcəkdə qəbul olunacaq kosmik
turizmin hüquqi rejimini müəyyən edən
beynəlxalq hüquqi aktda mütləq surətdə
təsbit olunmalıdır.
10)
Kosmik turizmin hüquqi rejiminin
müəyyən olunması sahəsində intensiv hüquqi
islahatların
reallaşdırılması
baxımından
kosmik məkan üzrə beynəlxalq qurum
yaradılmalıdır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI:
1.
Azərbaycan
Respublikasının
“Turizm
haqqında” 4 iyun 1999-cu il tarixli Qanunu;
2.
Соглашение о спасании космонавтов,
возвращении космонавтов и возвращении
объектов, запущенных в космическое
пространство, 1968 года.
3.
Конвенция о регистрации объектов,
запускаемых в космическое пространство
(Нью-Йорк, 14 января 1975 года).
4.
Ə.İ.Əliyev, E.Aslanov, «Beynəlxalq turizm
hüququ» Bakı, 2012;
5.
И.Глебов
“Международное
право
:
словарь” (Дрофа) Москва, 2010;
6.
С.Малков, “Космическое право : курс
лекций” Москва, 2007;
7.
Батяев А.А. Комментарий к Закону РФ от
20 августа 1993 г. N 5663-1 "О
- 18 -
космической деятельности". - Система
ГАРАНТ, 2011 г.
8.
Е.Л.Писаревский:
Правовые
основы
космического туризма // Туризм: право и
экономика. - 2006. - N 2. - С. . 9-14.
9.
Н.Соколова,
“Туризм в Российской
Федерации : Правовое регулирование” :
учебное пособие; (Волтерс Клувер)
Москва, 2010;
Some issues of legal regulation of space tourism
within space activity
Annotation
Kuluyev İ.O., Prof Dr. of Law.
Khalilov Z.Z.,
National Aviation Academy
Keywords: « space activity», «space tourism»,
«space tourist»;
The offers related to definition of main essence
of legal regulation of space tourism in the
international space law, the theoretical comments of
current legal categories in this area and comparative
analysis of interior state legislative acts, problems
related to legal status of the space tourists and
perspectives of legal regulation on above-said are
stated in the article.
- 19 -
Некоторые вопросы правового
регулирования космического туризма в
рамках космической деятельности
Аннотация
д.ю.н., проф. Кулиев Ибрагим Орудж оглы
Халилов Зафиг Закир оглы
Национальная Академия Авиации
Ключевые
слова:
«космическая
деятельность», «космический туризм»,
«космический турист»;
В
статье
даны
указаны
и
даны
определенные предложения по определению
основной
сущности
вопросов
правового
регулирования
космического
туризма
в
международном
космическом
праве,
теоретическое комментарие правовых категорий
в этой сфере и сравнительный анализ
внутригосударственных законодательных акт,
проблемы связанные с правовым статусом
космических туристов и перспективы правового
регулирования в связи с вышеуказанными.
İmza: __________________________
Dostları ilə paylaş: |