SƏ
H
İFƏ
11
kriptovalyuta bazarında qiymət köpüyü yaranmışdır.
Möhtəkirlik 1200$-a qədər kriptovalyutanın dəyərini
artırmışdır. Alış bitincə bu qiymət köpüyü dağılmış və məzənnə
bir neçə dəfə aşağı düşmüşdür. Hal-hazırda bitcoin artıma
doğru gedir bu iştirakçılar arasında yüksək tələblə əlaqəlidir.
Bitcoinin digər ödəniş vasitələrindən fərqliliyi və investisiya
möhtəkirlik məqsədli üstünlükləri aşağıdakılardır:
1. Möhkəm emissiya – kənardan ona nəzarət etmək
mümkün deyil;
2. Qiymət dəyişikliyi – yəni valyuta iqtisadi-siyasi
faktorlardan asılı deyil, tələb və təklifin əsasında formalaşır.
Bitcoinlərin riskli tərəfləri var. Burada risk mənbəyi
bitkionlərin mübadilə servislərinin etibarlığına bağlıdır.
Bitcoinin qiyməti bu il 500%-dən çox artaraq, qızıl, birja
indeksləri və əmlak kimi investisiya alətlərini geridə qoyub.
Dünya İqtisadi Forumunun (DİF,WEF) “Blok Zəncirinin
(blockchain) Potensialını Fərq Etmək”adlı hesabatındakı
məlumata istinadən 2008-ci ildə qlobal iqtisadi böhranın
ardından Satoshi Nakamoto adlı bir şəxs tərəfindən elektron
pul sistemi qurulub.
“Rəqəmsal pul”, “kripto valyuta” kimi adlarla da işlədilən
virtual pulların ənənəvi pullardan əsas fərqi, hökümətlər
tərəfindən idarə edilməməsidir.
Hesabata görə, dünya miqyasında 900-ə yaxın virtual pul
var. Bunlar arasında Bitcoin 106 milyard dolların üzərindəki
bazar dəyərilə birinci yerdədir. Bitcoin bu il 500%-dən çox
artım göstərərək, qızıl, birja, əmlak kimi investisiya alətlərinin
önünə keçib.
Bitcoinin ardınca 29.2 milyard dollarlıq bazar dəyərilə
Ethereum və 7.8 milyard dollar ilə Ripple gəlir.
Daha əvvəl Çin, Rusiya, Vyetnam kimi ölkələr virtual pullara
dair qaydalar yaradaraq, bəzi qadağalar qoyarkən, bu addımlar
virtual pulların ucuzlaşmasına səbəb olmuşdur.
Sonuncu dəfə dünyanın ən böyük birja əməliyyatçısı ABŞ-
ın CME Group şirkəti bu ilin dördüncü rübündə Bitcoin ilə
fyuçers əməliyyatlarına başlamağı planlaşdırdığını və lazımi
tənzimləyici qurumların rəyini gözlədiyini bildirmişdir. Bu
xəbərin ardından Bitcoin 5 faiz dəyər qazanıb.
Artıq bəzi müsəlman ölkələrində kriptovalyuta birjası
qurulur, o cümlədən BƏƏ, Küveyt, Bəhreyn və Səudi
Ərəbistanda “” İndoneziyada “Bitcoin” və Malaziyada
“Coinbox” fəaliyyətə başlayıb.
Lakin, müsəlmanları ən çox narahat edən xüsusiyyət
kriptovalyutanın vahid tənzimləyicisinin olmasıdır.
Bank tərəfindən nəzarət olunur. Kurs məzənnəsi
ölkənin siyasi-iqtisadi vəziyyətinə görə formalaşır.
Bitcoinlərin ənənəvi tənzimlənmə sisteminə heç bir
aiddiyatı yoxdur, onu maliyyə piramidası kimi qəbul
edirlər.
Bitcoin sistemi insanların inamından asılıdır. Əgər
insanlar arasında bu valyutaya tələb və inam varsa
bu valyuta dövriyyədə istifadə olunur.
Bundan başqa, bitcoin sistemi təhlükəsizlik
əsasında çalışır və burada pulun yığımı etibarlıdır.
Bitcoin valyutasının emissiyası aktiv istifadəçilərin
sayına bağlıdır. Nə qədər çox tranzaksiya həyata
keçirilirsə o qədər də dəyər artır. Bununla bağlı
söyləmək lazımdır ki, bir neçə il bundan öncə
SƏ
H
İFƏ
12
Bugün qlobal kriptovalyuta bazarında ticarət
edilən yüzlərlə kriptovalyuta mövcuddur. Lakin
ilk mərkəzləşməyən kriptovalyuta 2009-cu ilin
yanvarında təqdim edilən bitcoindir. Mövcud
olan müxtəlif kriptovalyuta növləri arasında
innovasiya tətbiqi cəhətdən fərqliliklər vardır.
Kriptovalyutaların əksəri bitcoin valyutanın və ya
digər əsas kriptovalyutaların müxtəlif formalarıdır.
Bu kriptovalyutalar “altcoin” adlanaraq daha az
innovasiya ilə xarakterizə olunurlar.
2016-cı ilin əvvəli ilə müqayisədə kriptovalyutaların
cəmi bazar kapitallaşmasının həcmi üç dəfə artaraq
2017-ci ilin ortalarında 27 milyard dollara çatmışdır.
Burada daha böyük pay innovativ kriptovalyutalara,
daha az pay isə altcoin-lərə aiddir.
Baxmayaraq ki, bitcoin hələ də bazar payına
görə dominant kriptovalyutadır, digər kriptovalyuta
növlərinin də tədricən bazar payları genişlənir.
2015-ci ilin martında bitcoin bazar kapitallaşması
ümumi bazarın 86 faizini əhatə edirdisə, 2017-ci ilin
martında bu pay 72 faizə qədər azalmışdır. Ethereum
şəbəkəsinin təqdim etdiyi “ether” (ETH) ikinci ən böyük
bazar kapitallaşmasına malik kriptovalyutadır. 2016-
cı ildə 10 faizlik bazar payına malik bu kriptovalyuta
2017-ci ildə 16 faizlik paya sahib olmuşdur. Son üç
ildə bazar payı ciddi şəkildə eniş göstərən isə “ripple”
kriptovalyutası 2017-ci ildə 1 faizlik paya sahibdir
(2015-ci ildə isə 8 faiz). Ümümi bazar kapitallaşma
həcmi nisbi olaraq stabil qalan kriptovalyuta növü
laytkoindir (2015-ci ildə 2 faiz, 2017ci ildə 1 faiz).
Qeyd olunan kriptovalyutalardan əlavə olaraq digər
kriptovalyutalar qrupunun isə 2015-ci ildəki 3 faizlik
bazar payı 2017-ci ildə 6 faizədək artmışdır.
Hər kriptovalyuta növü üzrə gündəlik əməliyyatları
nəzərdən keçirdikdə bitcoin kriptovalyutanın
müqayisədə çox daha artıq istifadə edildiyini görə
bilərik. İkinci ən çox istifadə edilən isə “Ether”
kriptovalyuta növüdür. Digər kriptovalyuta növlərinin
tranzaksiya həcmi isə bitcoin və ether kriptovalyutalar
ilə müqayisədə xeyli aşağıdır. Lakin laytkoin (litecoin)
kriptivalyutanı çıxmaq şərtilə, 2016-cı ilin sonlarından
etibarən qeyd edilən valyutaların əksəriyyətinin
tranzaskiya həcmində artım müşahidə edilir. Bu
baxımdan Monero və DASH kriptovalyutalarındakı
yüksəliş daha sürətlidir.
Təqdim olunan məlumatlardan göründüyü kimi
Bitcoin hələ də kriptovalyuta bazarında ən önəmli
component kimi qalmaqdadır. Ancaq qiymət
ƏHLİMAN ABBASOV
Şəkil 1. Kriptovalyuta bazar kapitallaşması
25 milyard dolları keçmişdir
bitkoin
digər
kriptovalyutalar