SƏ
H
İFƏ
15
• Gövdənin üzərində və altında
olan xətlər “kölgə” adını daşıyır. Onlar
müəyyən bir müddət ərzində maksimum
və minimum qiymətləri göstərir.
Alış - satış sifarişləri bir-birinə ən yaxın
olan satıcı və alıcı qiymətləri cədvəlləridir.
Adətən, bunlara “stəkan” deyilir. Burada
yalnız alış - satış təklifləri göstərilir. Sifariş
stəkanı aşağıdakı kimi formalaşır: birjaya
əməliyyat aparmaq üçün alqı-satqı
forması vasitəsilə növbəti əməliyyatın
əsas parametrlərini (qiyməti, miqdari və s.)
göstərən ərizə göndərilir. Ərizə mübadilə
prosesinə daxil edildikdən sonra, əks
sifariş üçün axtarış başlayır və belə bir
sifariş tapıldıqda əməliyyat yerinə yetirilir,
əks halda (əgər heç kim elan edilən
qiymətə alqı/satqı aparmaq istəməsə)
ərizə ya ayrıca olaraq sifariş stəkanında
qeydə alınır, ya da eyni qiymətli stəkana
yazılır.
Sifarış stəkanından istifadə edərək
verilən kriptovalyuta spredini hesablamaq
olar.
İri sifarışləri izləmək zəruridir, onlar
kursun hərəkətinə böyük təsir göstərir:
iri alış sifarişinin qiyməti bazar qiymətinə
yaxındırsa, məzənnənin böyüməsi
və əksinə, iri satış sifarişi mövcud
olarsa, məzənnənin enməsi baş
verə bilər.
Passiv və aqressiv
sifarişlər
Statik olaraq bir-birinə yaxın qiymətlər
baxımından yerləşdirilən sifarişlər passiv
hesab edilir, yəni onlar hərəkət etmir və
müəyyən bir səviyyəni qoruyub saxlayır.
Bazar güclü müqavimət (və ya dəstək)
səviyyəsinə yaxınlaşdıqda birja stəkanı
passiv sifarişlərlə dolur və bazar mübarizəsi
nəticəsində müqavimət (və ya dəstək)
səddini ya aşır, ya da qiymət ondan geri
sıçrayır.
Dərhal yerinə yetirilən sifarişlər aqressiv
sayılır, yəni alış/satış cari qiymətlərlə baş
verir – bu sifarişlər bazarı hərəkətə gətirir
və sifariş daha iri olarsa, məzənnə o qədər
yüksək (alış zamanı) və ya aşağı (satış
zamanı) olar.
Dəstək və müqavimət səviyyələri
Bunlar, qrafikdə qiymətlərin minimum
(dəstək səviyyəsi) və maksimumları
(müqavimət səviyyəsi) üzrə çəkilən
xətlərdir. Dəstək səviyyəsi verilən
qiymətlərə uyğun iri alış sifarişləri vasitəsilə
yaradılır. Əgər məzənnə enərsə, yəni satış
üçün iri sifarişlər olarsa, onda qiymət iri
alış sifarişin qiymətinə düşdükdə, bu sifarış
tam və ya qismən (məhsul/kriptovalyuta
qarşılığında pul təklif edənlərin sayından
asılı olaraq) yerinə yetirilir ki, bu da
məzənnəni qaldırır. Yeni zirvədə satıcılar
məhsullarını/kriptovalyutalarını yenidən
satırlar və məzənnə təkrar iri alış sifarişi baş
verməyənə qədər enir.
Ticarətin həcmi müəyyən bir vaxt
aralığında
aparılan
əməliyyatların
dəyərini fiat pullar və ya qiymətli kağızlar
şəklində əks etdirən bir rəqəmdir. Ticarət
həcminə dair məlumatların təhlili üç
istiqamətə: şaquli həcmin təhlilinə, üfüqi
həcmin təhlilinə və klaster-analizə ayrılır.
Kriptovalyuta birjalarında çox zaman
şaquli həcm təhlilindən istifadə olunur.
Şaquli həcm qiymət qrafikinin altında
yerləşən bağlanmış sazişlərin sütunlar
şəklində miqdarını əks edən verilənlərdir. Bu
sütunlar terminalda göstərilən müddətdə
yerinə yetirilmiş əməliyyatların sayına
uyğundur (məsələn, saat (gün) qrafikində
hər sütun bir saat (gün) ərzində neçə
kriptoəməliyyatın keçirilməsi haqqında
informasiyanı əks edəcək). Histoqramda
göstərilən əməliyyatlar sayını təhlil edərək
istifadəçilərin müəyyən qiymət səviyyəsinə
marağını təyin etmək olar.
Nəticə
Bazar alınan bitcoin-lərin qiymətinin
satılanlarla müqayisədə daha yüksək
olması səbəbindən böyümür. Hərəkət bu
və ya digər istiqamət üzrə aqressiyadan
asılıdır. Bazarda alış/satış qiymətlərinə
əhəmiyyət verməyən aqressiv alıcıların
sayı üstünlük təşkil edərsə, onlar mövcud
qiymətlərlə dərhal yerinə yetiriləcək
sifarişləri təqdim edəcəklər.
SƏ
H
İFƏ
16
NE
C
Ə
TƏ
YİN
OL
U
NU
R
?
BİT
COİ
N-
I
N M
ƏZ
Ə
NN
ƏS
İ
Heç də hələ sonadək lazımi
elmi təhlilə gətirilməmiş
bitcoin hadisəsi özündə
kifayət qədər qeyri-
müəyyənlik elementləri
daşısa da, spekulyativ effekt
baxımından olduqca cəlbedici
və cazibədar qüvvə təsiri
bağışlayır.
M
üasir cəmiyyətdə kriptovalyutanın yaranmasının
qnesioloji kökləri, bizcə “Homo - ekonomicus”un
azadlıq və sərbəstlik düşüncələrində axtarılmalıdır.
Bu ideologiyanın arxasında “bizim iqtisadi əlaqələr və
ilişgilərimiz arasında heç bir vasitəçiyə ( bank, dövlət və s.)
ehtiyac yoxdur” fəlsəfəsi durur.
Məqalənin adında qoyulmuş sualdan kənarlaşmamaq
üçün vurğulayaq ki, blokçeyn prosesində bitcoin kodunun
yaradıcısı S.Nakamoto özü kriptovalyutanın mayninqini
(yəni texnoloji hasilatını) qızıl mədənlərində çıxarılan xırda
külçələrə bənzətmişdir. Əgər bu belədirsə, onda rəqəmsal
pulların da maya dəyəri və dəyərinin olması fikri heç bir şübhə
doğurmamalıdır. Bitcoin-in yüksək kompyuter proqramları
texnologiyalarının məhsulu olması tərəfini araşdırmadan ( və ya
i.e.d., prof. NİZAMİ XUDİYEV