Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   2   3   4   5   6   7   8   9   10   ...   28

H

İFƏ



15

•  Gövdənin  üzərində  və  altında 

olan  xətlər  “kölgə”  adını  daşıyır.  Onlar 

müəyyən bir müddət ərzində maksimum 

və minimum qiymətləri göstərir. 

Alış - satış sifarişləri bir-birinə ən yaxın 

olan satıcı və alıcı qiymətləri cədvəlləridir. 

Adətən,  bunlara  “stəkan”  deyilir.  Burada 

yalnız alış - satış təklifləri göstərilir. Sifariş 

stəkanı  aşağıdakı  kimi  formalaşır:  birjaya 

əməliyyat  aparmaq  üçün  alqı-satqı 

forması  vasitəsilə  növbəti  əməliyyatın 

əsas parametrlərini (qiyməti, miqdari və s.) 

göstərən ərizə göndərilir. Ərizə mübadilə 

prosesinə  daxil  edildikdən  sonra,  əks 

sifariş  üçün  axtarış  başlayır  və  belə  bir 

sifariş tapıldıqda əməliyyat yerinə yetirilir,  

əks  halda  (əgər  heç  kim  elan  edilən 

qiymətə  alqı/satqı  aparmaq  istəməsə) 

ərizə  ya  ayrıca  olaraq  sifariş  stəkanında 

qeydə alınır, ya da eyni qiymətli stəkana 

yazılır. 

Sifarış  stəkanından  istifadə  edərək 

verilən kriptovalyuta spredini hesablamaq 

olar.

İri  sifarışləri  izləmək  zəruridir,  onlar 



kursun  hərəkətinə  böyük  təsir  göstərir: 

iri alış sifarişinin qiyməti bazar qiymətinə 

yaxındırsa,  məzənnənin  böyüməsi 

və  əksinə,  iri  satış  sifarişi  mövcud 

olarsa, məzənnənin enməsi baş 

verə bilər.



Passiv  və  aqressiv 

sifarişlər

Statik olaraq bir-birinə yaxın qiymətlər 

baxımından  yerləşdirilən  sifarişlər  passiv 

hesab  edilir,  yəni  onlar  hərəkət  etmir  və 

müəyyən  bir  səviyyəni  qoruyub  saxlayır. 

Bazar  güclü  müqavimət  (və  ya  dəstək) 

səviyyəsinə  yaxınlaşdıqda  birja  stəkanı 

passiv sifarişlərlə dolur və bazar mübarizəsi 

nəticəsində  müqavimət    (və  ya  dəstək) 

səddini ya aşır, ya da qiymət ondan geri 

sıçrayır.

Dərhal yerinə yetirilən sifarişlər aqressiv 

sayılır,  yəni  alış/satış  cari  qiymətlərlə  baş 

verir – bu sifarişlər bazarı hərəkətə gətirir 

və sifariş daha iri olarsa, məzənnə o qədər 

yüksək  (alış  zamanı)  və  ya  aşağı  (satış 

zamanı) olar.

Dəstək və müqavimət səviyyələri

Bunlar, qrafikdə qiymətlərin minimum 

(dəstək  səviyyəsi)  və  maksimumları 

(müqavimət  səviyyəsi)  üzrə  çəkilən 

xətlərdir.  Dəstək  səviyyəsi  verilən 

qiymətlərə uyğun iri alış sifarişləri vasitəsilə 

yaradılır. Əgər məzənnə enərsə, yəni satış 

üçün  iri  sifarişlər  olarsa,  onda  qiymət  iri 

alış sifarişin qiymətinə düşdükdə, bu sifarış 

tam  və  ya  qismən  (məhsul/kriptovalyuta 

qarşılığında  pul  təklif  edənlərin  sayından 

asılı  olaraq)  yerinə  yetirilir  ki,  bu  da 

məzənnəni  qaldırır.  Yeni  zirvədə  satıcılar 

məhsullarını/kriptovalyutalarını  yenidən 

satırlar və məzənnə təkrar iri alış sifarişi baş 

verməyənə qədər enir.

Ticarətin  həcmi  müəyyən  bir  vaxt 

aralığında 

aparılan 

əməliyyatların 

dəyərini fiat pullar və ya qiymətli kağızlar 

şəklində əks etdirən bir rəqəmdir. Ticarət 

həcminə  dair  məlumatların  təhlili  üç 

istiqamətə:  şaquli  həcmin  təhlilinə,  üfüqi 

həcmin  təhlilinə  və  klaster-analizə  ayrılır. 

Kriptovalyuta  birjalarında  çox  zaman 

şaquli həcm təhlilindən istifadə olunur.

Şaquli həcm qiymət  qrafikinin altında 

yerləşən    bağlanmış  sazişlərin  sütunlar 

şəklində miqdarını əks edən verilənlərdir. Bu 

sütunlar  terminalda  göstərilən  müddətdə 

yerinə  yetirilmiş  əməliyyatların  sayına 

uyğundur  (məsələn,  saat  (gün)  qrafikində 

hər  sütun    bir  saat  (gün)  ərzində  neçə 

kriptoəməliyyatın  keçirilməsi  haqqında 

informasiyanı  əks  edəcək).  Histoqramda 

göstərilən əməliyyatlar sayını təhlil edərək 

istifadəçilərin müəyyən qiymət səviyyəsinə 

marağını təyin etmək olar.

Nəticə

Bazar  alınan  bitcoin-lərin  qiymətinin 

satılanlarla  müqayisədə  daha  yüksək 

olması səbəbindən böyümür. Hərəkət bu 

və  ya  digər  istiqamət  üzrə  aqressiyadan 

asılıdır.  Bazarda  alış/satış  qiymətlərinə 

əhəmiyyət  verməyən  aqressiv  alıcıların 

sayı üstünlük təşkil edərsə, onlar mövcud 

qiymətlərlə  dərhal  yerinə  yetiriləcək 

sifarişləri təqdim edəcəklər. 




H

İFƏ



16

NE

C

Ə

 TƏ

YİN

 

OL

U

NU

R

?

BİT

COİ

N-

I

N M

ƏZ

Ə

NN

ƏS

İ 

Heç də hələ sonadək lazımi  

elmi təhlilə gətirilməmiş 

bitcoin hadisəsi özündə 

kifayət qədər qeyri-

müəyyənlik elementləri 

daşısa da, spekulyativ effekt 

baxımından olduqca cəlbedici 

cazibədar qüvvə təsiri 

bağışlayır. 



M

 

üasir  cəmiyyətdə  kriptovalyutanın  yaranmasının 



qnesioloji  kökləri,  bizcə  “Homo  -  ekonomicus”un 

azadlıq  və  sərbəstlik  düşüncələrində  axtarılmalıdır. 

Bu  ideologiyanın    arxasında  “bizim  iqtisadi  əlaqələr  və 

ilişgilərimiz  arasında  heç  bir  vasitəçiyə  (  bank,  dövlət  və  s.) 

ehtiyac yoxdur” fəlsəfəsi durur.

Məqalənin  adında  qoyulmuş  sualdan  kənarlaşmamaq 

üçün  vurğulayaq  ki,  blokçeyn  prosesində  bitcoin  kodunun 

yaradıcısı  S.Nakamoto  özü  kriptovalyutanın  mayninqini 

(yəni  texnoloji  hasilatını)  qızıl  mədənlərində  çıxarılan  xırda 

külçələrə  bənzətmişdir.  Əgər  bu  belədirsə,  onda  rəqəmsal 

pulların da maya dəyəri və dəyərinin  olması fikri heç bir şübhə 

doğurmamalıdır.  Bitcoin-in  yüksək  kompyuter  proqramları 

texnologiyalarının məhsulu olması tərəfini araşdırmadan ( və ya 

i.e.d., prof. NİZAMİ XUDİYEV




Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə