Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

H

İFƏ



18

Hal-hazırda  elmi  ictimaiyyətdə  və  requlyator  maliyyə 

orqanlarında elektron pul və kriptovalyuta kimi anlayışların dəqiq, 

birmənalı izahı verilmir. Bir sıra hallarda bu anlayışlar eyniləşdirilir, 

digər hallarda bunların mahiyyət etibarı ilə fərqli anlayışlar olduğu 

bildirilir.

Qeyd  etmək  lazımdır  ki,  kriptovalyuta  bir  termin  kimi  son 

zamanlar meydana gəlmiş və Bitcoin kimi ödəniş vasitəsinin tətbiqi 

ilə əlaqədar daha geniş yayılmağa başlamışdır.

İstənilən kriptovalyuta vahidi (o cümlədən bitcoin) şifrələnmiş 

rəqəm,  hərf  və  nişanlardan  ibarət  koddur.  İnformasiya  - 

kommunikasiya texnologiyaları bu kodların və  deməli belə pulların 

miqdarını  məhdudlaşdırır.  Kriptovalyuta  heç  kimə  məxsus  deyil, 

heç kim tərəfindən idarə olunmur, heç nə ilə təmin olunmamışdır. 

Kriptovalyuta virtual ödəniş vasitəsi olduğundan, onun mübadilə 

məzənnəsi olur və bu məzənnə də virtual birjada müəyyən edilir. 

Virtual valyutaya tələb nə qədər yüksəkdirsə, onun məzənnəsi də 

daha baha olur.

Kriptovalyutadan bir qayda olaraq fiziki şəxslər, yəni istehlakçılar 

arasında borcların ödənişi zamanı istifadə olunur. Ödəniləcək borc 

məbləği,  borc  yarandıqdan  sonra  elektron  formada  komputerə 

daxil edilir və ödəniş həyata keçirilir.

Kriptovalyuta  müəyyən  tənzimlənən  emissiya  həcmində 

olmalıdır. Müasir kommunikasiya texnologiyaları kriptovalyutanın 

buraxılışının  tənzimlənən  olmasına  və  nəzarətdə  saxlanılmasına 

imkan  verir.  Kriptovalyuta  beynəlmiləl  xarakterli,  köçürmələrdə 

sürətli və münasib olmalıdır.

Elektron  pulların  və  kriptovalyutanın  tədavülü  xüsusi 

texnologiyalar tərəfindən ona görə get-gedə genişlənir ki, milli ödəniş 

sistemləri və dünya valyuta sistemi qlobal iqtisadi böhranlara məruz 

qalır, maliyyə sferasında kiber təhlükələr daha da artır. Bu səbəbdən də 

istehlakçılar, təsərrüfat subyektləri və ölkələr blokçeyn texnologiyalar 

tətbiq etməklə, elektron hesablaşma ödəniş sistemlərinin təşkilində 

qeyri-mərkəzləşdirilmiş yanaşmanı legitimləşdirmək marağındadırlar.

Lakin  kriptovalyutanın  tədavülünün  genişlənməsi  heç  də  kiber 

təhlükənin  və  çirkli  pulların  yuyulmasının  qarşısını  ala  bilmir,  əksinə 

bu təhlükələri bir qədər də artırır. Avropa İttifaqının kriptovalyutanın 

tətbiqinə  dair  Direktivlərində  kiber  təhlükələrə  və  çirkli  pulların 

yuyulmasına qarşı ciddi maddələr mövcuddur.

Kriptovalyuta  heç  bir  ölkədə  qanuni  ödəniş  vasitəsi  hesab 

edilmədiyindən,  birmənalı  olaraq  onun  qızıl-valyuta  ehtiyatlarına  daxil 

edilməsi aşağıdakı səbəblərə görə məqsədəuyğun hesab edilmir:

-kriptovalyutanın  fiziki  mövcudluğu  olmadığından  milli  valyutanın 

bütün funksiyalarını yerinə yetirə bilməməsi;

-vahid emissiya orqanının olmaması;

-Kriptovalyuta qızıl-valyuta ehtiyatlarına daxil edilməlidirmi?

Kriptovalyuta qızıl-valyuta ehtiyatlarına daxil edilməlidirmi?

-kriptovalyutanın virtual olması və onun mübadilə məzənnəsinin virtual 

birjada müəyyən edilməsi;

-kriptovalyutanın real təminatının olmaması;

-milli ödəniş sisteminə daxil edilməməsi.

Kriptovalyuta tədavülünün 

genişlənməsi milli ödəniş 

sistemlərinin və dünya 

valyuta sisteminin qlobal 

iqtisadi böhranlara məruz 

qalması ilə bağlıdır

Kriptovalyuta

Q

IZIL


-VALYUTA 

E

HT



İ

YATLARINA 

daxil edilm

ə

lidirmi?



i.e.d., prof. ƏVƏZ ƏLƏKBƏROV


H

İFƏ



19

Kriptovalyuta

Q

IZIL


-VALYUTA 

E

HT



İ

YATLARINA 

daxil edilm

ə

lidirmi?




H

İFƏ



20

KRİPTOVALYUTALAR YIĞIM 

VASİTƏSİ OLA BİLƏRMİ

KRİPTOVALYUTA İLƏ 

QAZANMAĞIN ÜÇ VARİANTI 

MÜMKÜNDÜR: MAYNİNQ, 

İNVESTİSİYA VƏ TREYDİNQ

K

riptovalyuta  pul  bazarına  yeni 



daxil  olduğundan  onun  imkanları 

haqqında birmənalı fikir söyləmək 

o qədər də asan məsələ deyil. Təbii 

ki, onun üstünlükləri, çatışmazlıqları, 

perspektivləri hər kəs üçün maraqlı ola bilər. 

Xüsusi  ilə  də  virtual  ödənişlərə  üstünlük 

verənlər  üçün.  Kriptovalyuta  2010-cu  ilin 

fenomenidir.  O  maliyyə  bazarında  elektron 

innovasiyanın  möcüzələrindən  sayıla  bilər. 

Bizim həyatımızda gözlənilmədən daxil olur 

və  həyatımızı  yeniləşdirərək  onu  daha  da 

maraqlı  edir.  Son  illər  dünyada  çox  ciddi 

maliyyə böhranı yaşandı. Böhran hətta inkişaf 

etmiş ölkələrin iqtisadyyatına sarsıdıcı zərbə 

vurdu.  ABŞ-ın  bu  böhrandakı  itkiləri  1,5  trl. 

dollar qiymətləndirilir. Bu cür hadisələr milli 

valyutalara təsirsiz ötüşmür.

Belə  bir  zamanda  elektron  ödəniş 

vasitələrindən  biri  olan  rəqəmsal  valyuta 

(kriptovalyuta)  yarandı.  Kriptovalyutanı 

heç  bir  ölkənin  valyutası  adlandırmaq 

olmaz.  Formalaşma  mərhələsində  olan  bu 

rəqəmsal,  virtual  valyutanın  çatışmazlıqları 

ilə  yanaşı  (risqin  səviyyəsinin  yüksəkliyi, 

kiberhücumların 

mümkünlüyü,hüquqi 

statusunun olmaması, kölgə iqtisadiyyatında 

iştirakçıların  öz  aralarında  hesablaşmada 

istifadə  imkanı  və  sair)  kifayət  dərəcədə 

üstünlükləri  var.  Hər  hansı  bir  dövlətin 

siyasətindən, qanunlarından, pul vahidindən 

asılı  deyil,  heç  bir  dövlət  tərəfindən 

tənzimlənmir,  milli  valyutalarda  baş  verən 

inflyasiyanın  təsirinə  məruz  qalmır.  Bütün 

bunlar  kriptovalyutanı  cəlbedici  edir. 

Kriptovalyutaların  əldə  edilməsi  prosesi 

mayninq adlanır. Bu zaman kriptoqrafiyadan 

istifadə  olunduğundan  valyuta  sözünün 

əvvəlinə “kripto” prefiksindən istifadə olunur. 

Hər  bir  kriptovalyuta  vahidi  ingilis  dilində-

i.e.d., prof. ÜMÜDVAR ƏLİYEV



Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə