Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   2   3   4   5   6   7   8   9   ...   28

H

İFƏ



13

dəyişkənliyi  və  əməliyyat  həcmlərindəki 

artıma baxdıqda DASH, Monero və Ethereum 

kriptovalyutaların  son  dövrlərdə  ciddi  inkişaf 

etdiyini  qeyd  edə  bilərik.    Digər  tərəfdən, 

bitcoin valyuta digər kriptovalyuta növlərindən 

fərqli olaraq əksər valet, mübadilə və ödəmə 

xidmətləri  təklif  edən  şirkətlər  tərəfindən 

dəstəklənir.  Aşağıdakı  diaqramda  göstərildiyi 

kimi  qeyd  edilən  xidmətləri  təklif  edən 

şirkətlərin  98  faizi  bitcoini  və  33  faizi  isə 

kriptovalyutalara  sahibdirlər.  Digər 

bir  mənbəyə  əsasən  2016-cı  ildə 

dünya  üzrə  10  milyon  insan  bitcoin 

kriptovalyutasına  sahibdir.  Kembric 

Universiteti 

nəzdində 

aparılan 

araşdırmaya görə dünya üzrə 2.9 milyon 

ilə 5.8 milyon insan aktiv kriptovalyuta 

hesablarına  malikdirlər.  Qeyd  edilir  ki, 

bu  göstərici  2013-cü  ildən  etibarən 

sürətlə artmağa başlamışdır. 

Qeyd edilməlidir ki, kriptovalyuta mübadilələrində ən çox 

dəstəklənən valyuta növü ABŞ dolları, daha sonra isə avro və 

Böyük  Britaniya  poundudur.  Lakin,  2014-2016-cı  illərdə  Çin 

Yuanı qlobal bitcoin ticarətində ən çox istifadə edilən valyuta 

olmuşdur.  Lakin  2017-ci  ildə  Çin  Xalq  Bankın  kriptovalyuta 

tənzimləməsini  sərtləşdirdikdən  sonra  bu  göstəricidə  eniş 

müşahidə edilmişdir.

ethereum  kriptovalyutalarını  dəstəkləyir.    Həmin 

şirkətlərdən yalnız 26 faizi laytkoin kriptovalyutasını 

dəstəkləyir. 

Müxtəlif mənbələr kriptovalyutalardan istifadəni 

müxtəlif  həcmdə  təqdim  edirlər.  2016-cı  ildə 

Boston  Federal  Ehtiyatlarının  təqdimatına  görə 

ABŞ  istehlakçılarının  0,87  faizi,  yəni  2.8  milyonu 

Şəkil 2. Müxtəlif kriptovalyuta 

növlərinin bazar payları

Şəkil 4. Şirkətlərin 98 faizi bit-

koini dəstəkləyir

Şəkil 6. Çin yuanından istifadə 

2017-dən sonra önəmli 

dərəcədə azalmışdır

Şəkil 5. ABŞ dolları kriptovalyuta 

mübadilələrinin 65%-də dəstəklənir

Şəkil 3. Əsas kriptovalyutalar üçün 

gündəlik orta əməliyyat sayı

Bitkoin


Ethereum DASH Monero Laytkoin

Q1 2016


201 595 20 242

1582 579


4453

Q2 2016


221 018 40 895

1184 435


5520

Q3 2016


219 624 45 109

1549 1045

3432

Q4 2016


261 710 42 908

1238 1598

3455

Yan-Fev 


2017

286 419 47 792

1800 2611

3244



H

İFƏ



14

Kriptovalyuta birjasının 

M

EXANİZMİ


BİZİM İSTƏKLƏRİMİZDƏN ASILI OLMAYARAQ KRİPTOVALYUTA ARTIQ HƏYATIMIZA DAXİL 

OLUR. BU GÜN BİTCOİN HAQQINDA MƏLUMATI OLMAYAN İNSANA TƏSADÜF ETMƏK 

ÇƏTİNDİR. TƏBİİ HALDIR Kİ, BİR ÇOXLARI BUNUN ÜZƏRİNDƏ PUL QAZANMAĞI DÜŞÜNÜR. 

ƏN YAXŞI SEÇİM İSTİFADƏÇİLƏRİN KRİPTOVALYUTANI ALA VƏ YA BAŞQA BİRİLƏ MÜBADİLƏ 

EDƏ BİLƏCƏYİ BİRJANIN İŞƏ SALINMASIDIR. BUNU ETMƏK HEÇ DƏ ÇƏTİN DEYİL.

YAPON ŞAMLARI ŞƏKLİNDƏ TƏQDİM OLUNAN QRAFİK

R

əqəmsal  valyutanın  alışı,  satışı  və 



mübadiləsi üçün şəbəkədə  xüsusi 

birjalar  mövcuddur.  Kriptovalyuta 

və  fond  birjalarının  işlənməsinin 

əsas  prinsipləri  oxşardır,  lakin  onlar 

arasında müəyyən fərqlər də var, məsələn, 

kriptovalyutanın  “dəyişilmə  qabiliyyəti” 

-  səhmlər,  fyuçerslər,  fiat  pulları  və  s.  ilə 

müqayisədə  daha  yüksəkdir.  Bundan 

başqa  kriptovalyuta  birjalarında  hesablar 

anonimdir  və  dondurulmazdır,  ödəmələr 

qeyri-müəyyən müddətə dayandırıla və ya 

ləğv edilə bilməz.

Birjanın işə salınması düzgün proqram 

təminatının  seçimindən  başlayır.  Hazırda 

iki həftə ərzində birjanın işləməsinə imkan 

verən  hazır  və  daha  ucuz  SaaS-həllər 

mövcuddur. Lakin bu təsadüfdə platforma 

hər  tranzaksiyaya  görə  ödəməni  tələb 

edən təchizatçılara məxsus olaraq qalacaq, 

yəni birjanı təşkil edən şəxs artıq heç nəyə 

nəzarət  edə  bilməyəcək.  Daha  sonra 

birja  sahibləri  istifadəçilərin  pullarının 

təhlükəsizliyinin  təmininə  böyük  diqqət 

yetirməlidirlər.

Birjada pulun qazanılmasının bir neçə 

üsulu  var.  Onlardan  biri  adı  birjalarda 

olduğu  kimi  valyuta  məzənnələri 

fərqində  yaranan  ticarət  komissiyaları  ilə 

bağlıdır.  Digər  üsul  bitcoin  və  ya  token  

sahiblərindən  listinqə    görə  komissiya 

almaqdan ibarətdir. 

Birjanın növləri və komponentləri

Kriptovalyuta  birjalarının  aşağıdakı 

növləri vardır:

Satıcılar  və  alıcıları  birləşdirən  və 

xidmətlərinə görə ödəniş haqqı tələb edən 

ticarət meydançası;

Birbaşa  ticarət  üçün  nəzərdə  tutulan 

yer  –  bu  platforma    bir-biri  ilə  saziş 

bağlayan  istifadəçiləri  əlaqələndirir.  Belə 

platformalarda sabit məzənnə yoxdur.

Broker  –  kriptovalyutanın  qiyməti 

broker  tərəfindən  müəyyən  edilmiş  sayt. 

Kriptovalyuta brokerləri valyuta dilerlərinə 

bənzəyir.



Birjanın  saytı  bir  neçə  əsas 

komponentə malikdir: qrafik, alış - satış 

sifarişləri, əməliyyatlar tarixi, ticarətin həcmi.

Bu  komponentlərdən  hər  birini  daha 

ətraflı nəzərdən keçirək.

Qrafik  komponent  zaman  ərzində 

kriptovalyutanın  qiymətindəki  dəyişikliyi 

göstərir. Belə dəyişiklik “spred” (satış (ing. 

-  ask)  və  eyni  zamanda  alış  (ing.  -  bid) 

sifarişlərinin ən yaxşı qiymətləri arasındakı 

fərq) adlanır . 

Adətən, qrafik yapon şamları şəklində 

təqdim olunur.

 Yapon şamları müəyyən bir müddət 

ərzində  qiymət  hərəkətinin  təqdimetmə 

üsuludur, məsələn, bazarın əhval-ruhiyyəsi 

və  ya  bazarda  mümkün  dəyişikliklər 

haqqında  faydalı  məlumatların  təqdim 

edilməsində,  qiymət  hərəkətinin  xüsusi 

qrafik  üsulla  təmsil  edilməsində 

istifadə olunur. 

Bir  şam  müəyyən  bir 

müddət  ərzində  (adətən. 

bu müddət 10, 15 və ya 

30  dəqiqəni  əhatə 

edir) 

qiymətin 



(yuxarı  və  ya 

aşağı) hərəkətini göstərir, yəni  bir şamın 

yaradılmasına 10, 15 və ya 30 dəqiqə tələb 

olunur. Sonra növbəti şam formalaşmağa 

başlayır. 

Yapon şamı bir neçə komponentdən 

ibarətdir:

•  Şamın  gövdəsi.  Şamın  enli  hissəsi 

“gövdə”  adlanır,  birjanın  açılış  qiymətləri 

ilə  bağlanış  qiymətləri  arasında  qiymət 

aralılığını təqdim edir. Şamın gövdəsi qara 

və ya qırmızı olması o deməkdir ki, bağlanış 

qiyməti açılış qiymətindən azdır və şam bu 

halda “ayı şamı” adlanır. Şamın gövdəsi ağ 

və  ya  yaşıl  olarsa,  yəni  bağlanış  qiyməti 

açılış qiymətindən daha yüksəkdirsə, belə 

şam “buğa şamı” adını daşıyır. Kiçik gövdə 

ölçüsü  olan  yapon  şamları  “fırlanğıc”, 

gövdəsiz şamlar isə (bağlanış qiyməti açılış 

qiymətinə bərabərdir və ya çox yaxındır) 

“doci” adlanır.

r.f.d. ÜLVİYYƏ RZAYEVA




Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə