Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   2   3   4   5   6   7   8   9   ...   28

H

İFƏ



9

ötürülməsi mümkün deyil 

• elektron pul sistemlərini qoruyan kriptoqrafik mühafizə vasitələrinin 

uğurlu istismarının uzun tarixi hələ ki, yoxdur 

•  nəzəri  olaraq  maraqlı  şəxslər  ödəyənlərin  şəxsi  məlumatlarını  və 

bank  sistemindən  kənar  elektron  pulların  dövriyyəsini  izləməyə  səy 

göstərə (cəhd edə) bilərlər 

•  təhlükəsizlik  (oğurluqdan,  saxtalaşdırmadan,  nominalın 

dəyişdirilməsindən və s. qorunma) geniş dövr etmə və problemsiz tarix ilə 

təsdiq ediməyib, nəzəri olaraq, mühafizə texnologiyalarının kifayət qədər 

kamil olmamasını istifadə edərək innovativ metodlar vasitəsi ilə elektron 

pulları oğurlamaq olar.

Son  illərdə  özəl  pul  olan  kriptovalyutaların  populyarlığının  artması 

dollar sisteminin böhranı ilə əlaqələndirilə bilər. 

Özəl  pullar  çox  vaxt  iqtisadi  böhranlar  şəraitində  pul  aclığı  zamanı 

yaranır. Böyük depressiya dövründə Avstriyanın Verql şəhərində 1932-ci 

ildə dövriyyəyə buraxılan Qezell pulları, 2008-ci il böhranından sonra ABŞ-

da bəzi şəhərlər tərəfindən buraxılan pulları misal göstərmək olar. 

Hal-hazırda  da  kriptovalyutaların  populyarlığının  artması  dollar 

sisteminin  böhranı  nəticəsində  yaranan  pul  qıtlığını  aradan  qaldırmaq 

cəhdləri ilə əlaqədardır. Dollar sisteminin böhranı isə milli pul olan ABŞ 

dollarının dünya pulu rolunun oynaması nəticəsində yaranan ziddiyyətlə 

bağlıdır. Belə ki, ABŞ-da daxili iqtisadi problemləri həll etmək üçün Federal 

Ehtiyat Sistemi faiz dərəcəsini qaldırdıqda Çin, Hindistan, Türkiyə, Braziliya 

və sair ölkələr dolların ölkədən axını ilə üzləşmiş, bu da həmin ölkələrdə 

milli valyutaların dəyərsizləşməsinə gətirib çıxarmışdır. 

Dollar sisteminin böhranı dünya ticarətində dollardan imtina prosesini 

gücləndirir. Bir çox ölkələr, o cümlədən Çin, Rusiya, Hindistan beynəlxalq 

ticarətdə dollardan imtina etmək niyyətlərini elan etmişlər. 

Dollar  sisteminin  böhranının  əlamətlərindən  biri  də  özəl 

kriptovalyutaların inkişafıdır. 2017-ci il sentyabrın sonlarında BVF-nin icraçı 

direktoru

 Kristin Laqardın 

institutları zəif və milli valyutaları qeyri-sabit olan 

ölkələrə dollar əvəzində kriptovalyutalardan geniş istifadə etmək çağırışı 

diqqətəlayiqdir. O, həmçinin demişdir ki, özəl  kriptovalyutalar riskli və 

qeyri-dayanıqlı  olduqda  Mərkəzi  Banklar  da  qanuni  rəqəmsal  valyuta 

buraxa bilər. Bununla əlaqədar qeyd etmək olar ki, Çin, Böyük Britaniya, 

Rusiya,  Kanada,  İsvec  və  digər  ölkələr  dövriyyəyə  rəsmi  kriptovalyuta 

buraxmaq niyyətində olduqlarını elan etmişlər.  

Kriptovalyutaların bazar kapitallaşması cari ilin 25 oktyabr tarixində 

www.coinmarketcap.com  saytına  istinadən  164  mlrd.  ABŞ  dollarını 

üstələmişdir. Bu 2016-cı ilin noyabr ayında olan kapitallaşmadan 11,6 dəfə 

çoxdur. 


Göründüyü  kimi  kriptovalyutaların  dəyəri  artmaqdadır.  Buna 

baxmayaraq  kriptovalyutaların  hüquqi  tənzimlənmə  məsələləri  hələ  də 

qeyri-müəyyən olaraq qalır. 

Kriptovalyutanın  hüquqi  mahiyyəti  məsələsi  hüquqi  tənzimləmənin 

məqsədlərindən  asılıdır.  Məsələn,  vergiqoyma  məqsədləri  üçün 

kriptovalyuta  gərək  əmlak,  əmtəə,  borsa  aktivi  qismində  qəbul  edilsin. 

Maliyyə bazarında innovasiyaların stimullaşdırılması üçün isə gərək ödəniş 

vasitəsi qismində qəbul edilsin.



Kriptovalyutanın hüquqi tənzimləmə vəzifələri aşağıdakılardır:

• Kriptovalyutanın əmlak dövriyyəsi obyekti kimi hüquqi rejimin təsis 

(təyin) edilməsi

• Kriptovalyutaların əmlak dövriyyəsi iştirakçılarının hüquqi statusunun 

müəyyən edilməsi

•  Kriptovalyuta  ilə  tranzaksiyaların  (əqdlərin)  təhlükəsizliyinin  təmin 

edilməsi

• Əmlak dövriyyəsi ilə bağlı iştirakçıların hüquqlarının qorunması

• 

Vergiqoyma modelinin (üsulun) seçimi 



və əsaslandırılması.

Kriptovalyutanın  hüquqi  tənzimlənməsi 

konsepsiyasının  formalaşdırılması  üçün  xarici 

təcrübələrin  təhlili  və  ümumiləşdirilməsi, 

tənzimləmə  modellərinin  tərtib  edilməsi 

(formalaşdırılması)  və  hüquqi  tənzimləmə 

modelinin seçimi və əsaslandırılması vacibdir.

Son  olaraq  qeyd  edək  ki,  kriptovalyuta 

bazarının  inkişafı  üçün  mülayim  mühitin 

yaradılması lazımdır. Bu mülayim mühit heç də 

vergiqoymanın tətbiqini və ÇPYQM (çirkli pulların 

yuyulmasına qarşı mübarizə)  qanunvericiliyinin 

genişləndirilməsini istisna etmir. 

Əlavə olaraq qeyd edək ki, kriptovalyutaların 

tətbiqi Azərbaycanın əsas ticarət tərəfdaş ölkələrlə 

idxal-ixrac əməliyyatlarının məhz bu valyutalarla 

aparılması perspektivlərini gücləndirir. 

Hesab  edirik  ki,  özəl  kriptovalyutalar  yaxın 

gələcəkdə rəsmi kriptovalyutalarla əvəz olunacaq, 

növbəti  mərhələdə  regional  kriptovalyutalar 

yaranacaq  və  sonda  bu  proses  qlobal  vahid 

pulun buraxılışı ilə nəticələnəcəkdir.




H

İFƏ



10

Müasir zamanda internetin qlobal xarakter daşıdığı bir dövrd

ə

 virtual 



öd

ə

m



ə

 sisteml


ə

rinin t


ə

tbiqi qaçınılmazdır. 

i.e.d., prof. ZAHİD M

ƏMMƏDOV


V

irtual  (rəqəmsal)  valyutanın  bir  növü  olan 

kriptovalyutanın 

yaradılması 

və 

nəzarəti  



kriptoqrafik  metodlara  əsaslanır.  Bitcoinin  uçotu 

mərkəzləşdirilməmiş  şəkildə  aparılır  və  bu  sistemin 

istifadəsi    məhdudlaşdırma  sistemi  ilə  tənzimlənir.  

Əməliyyat  (tranzaksiya)  haqqında  informasiya  adətən 

şifrələnmir  və  ictimaiyyət  tərəfindən  açıq-aydın  əldə 

oluna bilir.

Əməliyyatlar zəncirinin məlumat bazasının sabitliyini 

təmin etmək üçün  kriptoqrafiya elementindən istifadə 

olunur.

Hal-hazırda  bitkoinin  hüquqi  statusu  və  iqtisadi 



mahiyyəti  haqqında  müzakirələr  aparılır.  Ölkədən  asılı 

olaraq  ödəmə  vasitəsi  olan  bitcoinlər,  xüsusi  məhsul 

hesab  olunur  habelə  dövriyyədə  məhdudiyyətləri 

mövcuddur (məsələn, kredit təşkilatlarında bitcoinlər ilə 

aparılan valyuta əməliyyatlarına qoyulmuş qadağalar). 

Bitcoinlərin  emissiyası üçün bir çox metodlar tətbiq 

olunur: mayninq, forjinq və ya İCO.

Hər  gün  bitcoinlərin  populyarlığı  artır  və  hətta  ən 

iri  banklar  dövriyyədə  rəqəmsal  hesab  vahidlərinin 

tətbiqinin  bir  addımlığındadır.  Beləki,  MDB  ölkələri  və 

Avropa üçün bütün dünyada dövr edən pul axınlarının 

idarə  edilməsinin  mümkünsüzlüyü  kimi  bir  neçə 

maneələr mövcuddur. Özəlliklə, İngiltərə Bankı bəyanat 

vermişdir  ki,  bitcoinin  məşhurluğu  artdıqca  Mərkəzi 

Bank inflasiyanı idarə olunması üzərində səlahiyətini itirir. 

Digər pul-kredit institutları da bu fikri dəstəkləyirlər. 

Rusiyada  və  MDB  ölkələrində  virtual  valyuta  olan 

bitcoinin  statusu  (vəziyyəti)  müəyyənləşdirilməmişdir. 

Beləki,  istifadəsinə  icazə  birbaşa  yoxdur  və  ya  qadağa 

da  mövcud  deyildir.  Bu  bitcoionin  rəsmi  dövriyyəyə 

buraxılması zamanı iqtisadi situasiyalara nəzarətin qeyri-

mümkünlüyü və iqtisadi proqnozların nəticə verməyəcəyi 

ilə yanaşı bu valyutanın mərkəzləşdirilməməsi və onun 

axınına  nəzarət  edə  biləcək  bir  qurumun  olmaması  ilə 

əlaqədardır. Bununla çətin riyazi alqoritmlərə əsaslanan 

sistem məşğul olur.

Anonimlik,  komissiyanın  mövcud  olmaması,  rahat 

istifadə  mümkünlüyü,  qiymətlərin  yüksək  dəyişkənliyi 

və  digər  üstünlüklər  baxımından  bitcoin  tərs  emissiya 

Bitcoinin emissiya 

 

M

EXAN



İ

ZM

İ



funksiyasına malikdir. Ənənəvi baxımdan emissiya – bu yeni pul 

vahidlərinin dövriyyəyə buraxılmasıdır. 

Bitcoin  sistemində  monetar  bazanın  tənzimlənməsi  ilə 

məşğul  olan  mərkəzləşdirilmiş  aparat  mövcuddur.  Onun  əsas 

funksiyası emissiyaya insan amilinin müdaxiləsinə qarşı qoruyucu 

tədbirlərin təmin edilməsindən  ibarətdir. Bütün istehsal prosesi 

kriptoqrafik alqoritm tərəfindən idarə olunur, hansı ki, növbəti 

funksiyaları yerinə yetirir:

-  Müddəti  müəyyənləşdirmək  dedikdə  pul  vəsaitlərinin 

meydana çıxması vaxtı və sayı nəzərdə tutulur.

-  Mərkəzi  aparatın  qaydalarına  uyğun  olmayan  sikkələrin 

sayını artırmaq cəhdlərindən qorunmaq.

Bitcoin  valyutanın  məzənnəsi  tələb  və  təklif  əsasında 

formalaşır  və  kotirovkanı  dəyişmək  üçün  süni  pul  kütləsini 

yaratmaq mümkün deyil. 

Bitcoin emissiyası nədir və onun nəticələri nədən ibarətdir?

-  İstifadəçi  hər  dəfə  yeni  blok  tapan  zaman  bitcoinlərin 

buraxılışı baş verir. Bu bloklar 1 MB-la məhdudlaşan və 10-15 

dəqiqə  müddətində  yaradılan  tranzaksiyalardan  ibarətdir  (1 

saatı 6 ədəddən çox olmamaqla). Bir blokda buraxılan sikkələr 

həndəsi  proqres  üzrə  azalma  mahiyyətinə  malikdir:  dörd  ilə 

uyğun hər növbəti vaxt kəsiyində 50% azalma. Alqoritm dəqiq 

qrafikə bölünür. 

Məlumdur  ki,  Mərkəzi  Bank  tərəfindən  buraxılan  pulların 

dəyəri öncədən müəyyənləşdirilir. Hətta əksər hallarda onların 

likvidliyi qızıl aktivlərlə möhkəmlənir. Pulun emissiyasına Mərkəzi 




Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə