Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

H

İFƏ



26

A

LTCOİN 

 



K

RİPTOVALYUTA

 

E

KOSİSTEMİ



Necə işlədiyini tam anlamasalar belə, çox insan 

Bitcoin-i  bir  az  da  olsa  bilir.  Bununla  yanaşı, 

kriptovalyutalarla məşğul olmağa başlayanda, 

altcoin  kimi  tanınan  yüzlərlə  növ  kripto  pul 

vahidi olduğunu öyrənmək mümkündür. 

A

ltcoinlər, kripto pul mühitinin maraqlı bir istiqamətidir, ancaq hər kəs üçün deyil. 



“Altcoin”  sözü  “Bitcoinin  alternativi”  sözünün  qısaldılmasıdır  və  Bitcoin  istisna 

olmaqla  digər  bütün  kripto  pul  vahidlərini  açıqlayır.  Altcoinlər,  Bitcoinin  variantları 

adlandırılır,  çünki  altcoinlər  ən  azı  bir  Bitcoin  komponentini  dəyişdirməyi  və  ya 

yaxşılaşdırmağı ümid edirlər.

Yüzlərlə  altcoin  var  (Coinmarketcap,  bu  material  yazılarkən  1097  ədəd  altcoin 

punktlar üzrə sadalayırdı) və hər keçən gün daha artır görünür. Çoxu Bitcoin-in əməliyyat 

sürəti, kommutasiya üsulu və ya hash alqoritmi kimi yalnız kiçik bəzi xassələrini dəyişdirir. 

Bu coinlərin çoxu uzun müddət ayaqda qala bilməz. İlk altcoinlərdən biri olan Litecoin 

istisnadır. Bitcoindən fərqli bir hash alqoritmi istifadə etməklə yanaşı Litecoin, çox daha 

yüksək pul vahidi sayına malikdir. Bu səbəblə Litecoin özünü “Qızıl Bitcoin qarşısında 

gümüş” kimi təqdim edir.

Bununla yanaşı, bəzi altcoinlər, Bitcoin-in təqdim etmədiyi bəzi faydalı xüsusiyyətlərlə 

sınaqlar apararaq yeniliklər yaradır. Məsələn, Darkcoin tamamilə anonim əməliyyatlar 

üçün bir platforma yaratmağa ümid edir; Bitshares, özünü “Wall Street-in ədalətli 

bir  versiyası”  kimi  təsvir  edir  və  Ripple  istifadəçilərin  pul  vahidləri  ilə  asanlıqla 

ödəniş etmək üçün istifadə edəcəkləri bir protokol kimi xidmət verir. Hətta 

Counterparty və Mastercoin kimi bəzi altcoin ekosistemlər, platformalarını 

təminat almaq üçün Bitcoin blok zəncirini istifadə edir.

2011-ci  ilin  aprelində  qurulan  Namecoin  ilk  altcoindi. 

i.f.d. SEVDA  HACIZADƏ

Coinmark

et

cape görə t



op 5 alt

coin


 


H

İFƏ



27

Namecoin,  eyni  zamanda  pul  vahidi  olaraq  funksiya 

görsə də, sahə adı qeydiyyatını (domain registration) 

mərkəzsizləşdirərək internet senzuranı daha çətin hala 

gətirmək istəyir.

Yuxarıda altcoin nədir, nə deyil ki, qısaca toxunduq. 

İndi altcoin-ləri haradan əldə edib ona baxaq.

Bitcoində  olduğu  kimi,  altcoin  əldə  etmək  üçün 

də  müxtəlif  yollar  var.  Altcoin  almaq  üçün  ən  sadə 

yol onları mal və ya xidmət üçün ödəniş kimi qəbul 

etməkdir. Bunu etməklə məşğul olmaq üçün bacarıq 

mərkəzini, işinizi reddit tərzli saytlarda nümayiş etdirən 

bir reklam hazırlamaq olar.

Həmçinin kriptovalyuta birjalarında altcoinlər üçün 

də ticarət edə bilər. Bir çox birja, Bitcoin-i vasitəçi kimi 

istifadə edir (bir neçəsinin qiymət cütlərinin olmasına 

baxmayaraq), hazırda bitcoin pul yoxdursa altcoin-lər 

üçün  ticarət  aparmazdan  əvvəl  satın  alınmalıdır.  Ən 

çox  ticarət  keçirilən  birjaların  bəziləri  BTER,  Bittrex, 

Mintpal, Cryptsydir.

Bir çox altcoin, coinin genişləndirilməsini artırmaq 

və  yeni  istifadəçiləri  öz  icmalarına  cəlb  etmək  üçün 

hədiyyə  verməyə  də  sponsor  olurlar.  Pul  azdırsa  və 

ya yaxşı satma qabiliyyətləri yoxdursa, pul qazanmaq 

üçün ecazkar bir yoldur.

Kriptovalyuta kriptoqrafik texnologiya ilə qorunan 

rəqəmsal  bir  valyutadır.  Bu  pul  vahidlərinin  heç  bir 

fiziki  analoqu  yoxdur,  onlar  yalnız  virtual  məkanda 

mövcud  olurlar.  Kağız  pullardan  rəqəmsal  pulların 

tək  fərqi  odur  ki,  birincini  əlinizə  ala,  cibinizə  qoya 

bilərsiniz.  Kağız  puldakı  kimi  burda  da  seriya  olur. 

2140-cı  ilə  qədər  “Bitcoin”  21  milyon  ədəd  istehsal 

olunacaq. Hazırda bu rəqəm 16 milyondur və ondan 

5 milyonu itirilib. Dünya əhalisinin sayını nəzərə alsaq, 

tələb və təklifə əsasən demək olar ki, kriptovalyutaların 

sayı  gələcəkdə  artacaq.  “Efirium”  isə  limitsiz  şəkildə 

istehsal olunacaq. Kriptovalyutaların sahibi yoxdur, hər 

kəs istehsal edə bilər. Siz kompüterinizin yaddaşından 

istifadə edərək, yeni dijital pul istehsal edə bilərsiniz. 

Ancaq bu, o demək deyil ki, siz istədiyiniz qədər istehsal 

edə bilərsiniz. Bunun bir alqoritmi, qaydası var. Buna 

nəzarət edən təşkilatlar çalışırlar ki,  rəqəmsal valyutanı 

hər zaman dəyərdə saxlasınlar. Hər kəs öz valyutasını 

çap  edə  bilər,  ancaq  bunun  üçün  milyonlarla  pul 

lazımdır.  İnsanlar  da  dəyəri  100  milyondan  çox  olan 

valyutalara etibar edir”...

Termin Forbes jurnalında 2011-ci ildə nəşr olunan 

Bitcoin  sisteminin  “Kriptovalyuta”  (Kriptoqrafik 

valyuta)  haqqında  məqalə  dərc  olunduqdan  sonra 

müəyyən edilmişdir. Bitcoin-in müəllifi başqaları kimi, 

“elektron  pul”  terminindən  istifadə  edirdi.  Müxtəlif 

kriptovalyutaların  verilməsi  üçün  müxtəlif  üsullar 

tətbiq olunur: mayninq, forjinq və ya ICO.

Bitcoin-i  bəzi  mütəxəssislər  gələcəyin  pul 

vahidi  kimi  qiymətləndirirlər.  Bəziləri  Bitcoin-in  ölkə 

iqtisadiyyatının  inkişafına  mənfi  təsir  edəcəyinə 

diqqət  çəkməyə  çalışır.  Mübahisələr  isə  hələ  ki, 

bitmir.  Araşdırmalardan  müəyyən  edilmişdir  ki, 

bitcoin-in müsbət tərəfləri var. Ancaq mənfi tərəfləri 

daha  çoxdur.  Bitcoin-çilər  bu  sistemin  uğurunu 

onunla  əlaqələndirirlər  ki,  artıq  bank  erası  bitib  və 

bank sistemini əvəz edəcək tək sistem məhz Bitcoin 

olacaqdır. Ümumiyyətlə bank sisteminin çökdüyünü və 

bankçılıq erasının bitdiyini iddia etmək obsurd bir fikir 

və ya absurd mövqedir.

Kriptovalyutanın  iqtisadi  mahiyyəti  və  hüquqi 

vəziyyəti  müzakirə  olunur.  Ölkədən  asılı  olaraq 

kriptovalyutalara ödəniş vasitəsi, müəyyən bir məhsul 

kimi  baxılır  (məsələn,  bank  institutlarında  onlarla 

əməliyyatların  aparılmasına  qadağa),  dövriyyədə 

məhdudlaşa bilirlər.

İnkişaf etmiş və inkişafa meylli olan ölkələr artıq öz 

milli  koinlərinin  istehsalına  başlanılması  mərhələsinə 

qədəm  qoyublar.  Yaponiya  kimi  güclü  iqtisadi 

dayaqlara  malik  dövlət  bütünlüklə  kriptovalyutaya 

keçid etmək əzmindədir və artıq bu proses demək olar 

yekun mərhələyə yönəlib. Avropa ölklərinin bəzisində 

koin  banklar  və  marketlər  fəaliyyətə  başlayıb.  Qeyd 

edək ki, Azərbaycanda da milli kriptovalyutanın ərsəyə 

gətirilməsinin  zəruriliyi  barədə  fikirlərə  rast  gəlinir. 

Araşdırmalarımız  nəticəsində  məlum  olub  ki,  bu  il 

sentyabrın  30-dan  etibarən  Azərbaycanın  internet 

məkanına  AzKoin.az  adlı  sayt  daxil  olub.  Saytın  giriş 

hissəsində açıq və aydın şəkildə yazılıb: “Azərbaycanda 

ilk  kriptovalyuta  –  Azcoin”.  Saytın  yaradıcıları  əsas 

məqsəd kimi aşağıdakı qeydləri yerləşdiriblər:

“Qloballaşan  dünyada  insanların  rifahının 

yaxşılaşdırılması,  yeni  zamana  sərhədsiz  və 

məhdudiyyətsiz daxil olmaq, məişət sahəsində həyata 

keçirilən  əməliyyatların  sürətləndirilməsi,  lokal  və 

qlobal səviyyədə elektron, simsiz və optik şəbəkələrlə 

hiper mübadilələr etmək”.

Azcoin  adlı  milli  kriptovalyutanın  yaradılması 

prosesinə start verildiyini deməyə əsas verən qeydlər 

isə  bunlardı:  “Digər  kriptovalyutalardan  fərqli  olaraq, 

AzCoin  Azərbaycan  dövlətçiliyinə,  onun  inkişafına 

xidmət  etmək  və  xalqımızın  qloballaşan  rəqəmsal 

dünyaya inteqrasiyasını təmin etmək üçün yaradılır”.




Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə