Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

H

İFƏ



28

Kriptovalyutalar



VƏ MƏRKƏZİ

Banklar


dos. GƏRAY MUSAYEV 


H

İFƏ



29

E

lektron  pulun  və  onun  bir  növü  kimi  kriptovalyutaların 



istifadəsinin genişlənməsi onun gələcəkdə milli valyutalar 

qarşısında  alternativ  mübadilə  vasitəsi  kimi  inkişafını 

gündəmə  gətirir.  Hazırda  kripto  valyutalarla  aparılan 

əməliyyatın həcmi yüksək olmadığı üçün onların Mərkəzi Bank 

tərəfindən həyata keçirilən monetar siyasətə təsiretmə gücünün 

çox  zəif  olduğu  qeyd  olunsa  da,  gələcəkdə  müsbət  şəbəkə 

effektləri  nəticəsində  bu  kimi  alternativ  valyutaların  istifadə 

meylliyinin  artacağı,  bunun  nəticəsində  kriptovalyutaların  milli 

valyutaları  əvəzləyəcəyi  və  beləliklə  də  MB  tərəfindən  həyata 

keçirilən  monetar  siyasətin  iqtisadiyyata  təsiretmə  gücünün 

zaifləyəcəyinə və hətta itəcəyinə dair fikirlər səslənir.

Kriptovalyutaların istifadəsinin genişlənməsinin qısamüddətli 

faiz dərəcələrinə, pul aqreqatlarına, məcburi ehtiyat normalarına, 

senyoraj  gəlirlərinə,  pulun  dövretmə  sürətinə,  pul  tələbinə 

və  s.  təsir  etməsi  gözlənilir.  Ev  təsərrüfatı  tərəfindən  həyata 

keçirilən  gündəlik  əməliyyatlarda  kriptovalyutalardan  istifadə 

milli  valyutaya  olan  tələbi  azaldacaq,  bu  səbəbdən  pulun 

dövretmə  surəti  artırılacaq  və  beləliklə  mərkəzi  bankların  pul 

kütləsi  göstəricilərini  nəzarətdə  saxlaması  çətinləşəcəkdir. 

Milli valyutaya olan tələbin azalması Mərkəzi Bank balans 

həcmini daraldacaq və nəticədə Mərkəzi Bank açıq bazar 

əməliyyatları vasitəsilə qısamüddətli faiz dərəcələrinə 

təsir  gücünü  itirmiş  olacaqdır.  Bununla  yanaşı, 

vergi ödənişləri, kommunal xidmət ödənişləri 

və  bu  kimi  digər  ödənişlərin  bütövlükdə 

kriptovalyutalarla aparılması mümkün 

olduğu  zaman  real  iqtisadiyyatla 

əlaqələrin  güclənməsi  nəticə-

sində  kriptovalyutalar  qiymət 

sabitliyinə,  milli  valyutaya  olan 

tələbə, pulun dövretmə sürətinə, pul 

təklifinə və açıq bazar əməliyyatlarının 

effektivliyinə birbaşa təsir edəcəkdir.

Kriptovalyuta tətbiqinin maliyyə sabitliyinə 

də  mənfi  təsir  edəcəyi  qeyd  olunur.  Belə  ki, 

Mərkəzi  bankları  bu  sahədə  ən  çox  narahat  edən 

məsələlər kriptovalyuta məzənnələrində meydana gələn 

dalğalanmalar,  sistem  daxilində  saxtakarlıq  ehtimalları, 

öz  fəaliyyətlərində  kriptovalyuta  istifadəsini  genişləndirən 

müəssisələrdə  risk  meylliliklərinin  artması  və  kriptovalyuta 

sistemlərinin bank sistemini əvəzləməsi ehtimallarıdır.

Kriptovalyuta  məzənnələrində  dalğalanmaların  tez-tez 

baş  verə  biləcəyi  və  bunun  maliyyə  sabitliyinə  ən  çox  təsir 

edəcək  amil  olduğu  kriptovalyutalarla  bağlı  səslənən  mənfi 

fikirlər  arasındadır.  Elektron  şəbəkələrdən  geniş  istifadə 

etməklə  kriptovalyutalarla  əməliyyat  həcmini  artıran  şirkətlərin 

sayının  artması  kriptovalyutaların  məzənnə  dəyərini  artıracağı 

gözləniləndir.  Bu  səbəbdən,  kriptovalyuta  sistemləri  vasitəsilə 

həyata  keçirilən  əməliyyatların  pulla  ifadə  olunan  həcmi  və 

eyni  zamanda  öhdəlikəri  artdıqca  onun  kriptovalyutanın 

məzənnə dəyərində yaranan bir anlıq azalma maliyyə sabitliyinə 

təsir  edəcəkdir.  Eyni  zamanda  kriptovalyutaların  məzənnə 

dəyərindəki  azalmaların  kriptovalyutalarla  müdafiəsiz  mövqe 

seçimi edən maliyyə təşkilatlarının olması halında vəziyyəti daha 

da mürəkkəbləşəcəkdir.

Sistemin  real  rejimdə  fəaliyyət  göstərməsi  və  heç  bir 

cavabdeh  orqan  tərəfindən  nəzarətin  həyata  keçirilməməsi 

də  kriptovalyutalarla  bağlı  ehtiyatlı  yanaşmalara  əsas  verir. 

Kriptovalyutaların yuxarıda qeyd olunan mənfi təsirləri və Mərkəzi 

Bank tərəfindən həyata keçirilən monetar siyasəti təsirsiz edəcəyi 

ilə bağlı görüşlərlə yanaşı bunun əksini iddia edən görüşlər də 

az  deyil.  Kriptovalyutanın  nəğd  pulu  və  müddətsiz  depozitləri 

tam  mənada  əvəzləməsinin  mümkün  olmayacağı  və  belə  bir 

təhlükənin qabaqlayıcı tədbirlərlə qarşısının alınacağı düşüncəsi 

bu görüşlərin əsasını təşkil edir. Digər tərəfdən, kriptovalyutanın 

nəğd  pulu  əvəzləməsi  halında  da  Mərkəzi  Bankların  monetar 

siyasət alətlərində edəcəyi dəyişiklərələ monetar siyasəti davam 

etdirəcəyi də qeyd olunur.

Kriptovalyutanın rəsmi pul vahidi olmaması və kiçik həcmli 

ödəmələr  üçün  nəzərdə  tutulması  və  əksər  ölkələrdə  bank 

və  kredit  kartları  tətbiqlərinin  geniş  yayılmasından  dolayı  bu 

ödəmə vasitələrini tamamilə əvəzləməsi mümkün görünmür.

Müəyyən  ölkələrdə  Mərkəzi  Bankların  nəğd  pulun 

kriptovalyutalarla  əvəzlənməsinin  qarşısını  almaq  və  rəsmi 

valyutanın  iqtisadiyyatda  dəyər  ölçüsü  xassəsinə  malik  tək 

vasitə  olmasını  qorumaq  məqsədilə  kriptovalyutaların  milli 

valyuta  müqabilində  emissiya  edilməsini  və  tələb  olduğu 

hallarda milli valyuta vasitəsilə geri ödənməsini təmin edən 

tənzimləyici  qaydalar  müəyyənləşdirdikləri  müşahidə 

olunur.  O  da  qeyd  olunmalıdır  ki,  bu  cür  qanuni 

tələblərin qoyulmadığı ölkələrdə də kriptovalyuta 

emissiya  edən  maliyyə  təşkilatlarının  öz 

kreditqabiliyyətliliklərini 

artırmaq 

və 

ictimaiyyətin  bu  məhsullara  güvənini 



artırmaq məqsədilə tələb olunduğu 

hallarda  milli  valyuta  ilə  geri 

ödəmə  həyata  keçirilir.  Bəzi 

ölkələrdə 

kriptovalyuta 

emissiyası 

ilə 

məşğul 


olan  təşkilatların  geri  ödəmə 

tələblərini  qarşılamaq  məqsədilə 

yüksək  həcmdə  likvid  aktiv  tutulması 

kimi öhdəliklər tələb olunur. Eyni zamanda 

kriptovalyutaların  vergi  kimi  dövlət  büdcəsinə 

edilən  ödəmələrdə  istifadə  olunmasının  qəbul 

edilməməsi və oxşar öhdəliklərin milli valyuta vasitəsilə 

həyata keçirilməsi tələbi kriptovalyutaların milli valyutanı 

əvəzləməsini çətinləşdirir.

Qeyd  olunan  oxşar  tədbirlər  nəticəsində  kriptovalyutanın 

milli  valyutanı  tamamilə  əvəzləməyəcəyi  və  bu  səbəbdən 

Mərkəzi Bank balansının həcminin monetar siyasətinin həyata 

keçirilməsinə  təsir  edəcək  səviyyədə  daralmayacağı  fikri  irəli 

sürülür.  Eyni  zamanda,  kriptovalyuta  istifadəsinin  kütləvilik 

qazanmasının  müəyyən  vaxt  tələb  etdiyindən,  Mərkəzi 

Bankların bu tendensiyalar qarşısında lazımi tədbirlər görmək 

üçün  kifayət  qədər  vaxta  malik  olacaqları  və  istifadə  olunan 

monetar siyasət alətlərini adaptasiya edəcəkləri qeyd olunur.

Yuxarıda  qeyd  olunan  fikirlərdən  bu  qənaətə  gəlmək 

mümkündür  ki,  kriptovalyutaların  Mərkəzi  Bank  tərəfindən 

həyata  keçirilən  monetar  siyasətə  və  istifadə  olunan  alətlərin 

tətbiqinə  təsiri  birbaşa  bu  valyutada  aparılan  əməliyyatların 

həcmindən  asılıdır.  Kriptovalyutalarla  aparılan  əməliyyat 

həcmi  nəğd  pulla  və  ya  milli  valyuta  ilə  aparılan  əməliyyat 

həcmini keçəcəyi halda Mərzəki Bankın hazırki monetar siyasət 

alətlərindən istifadəsində çətinliklərin yaranması və onların təsir 

gücünün zəifləməsi gözlənilir.

KRİPTOVALYUTALARIN 

MİLLİ VALYUTALARI 

ƏVƏZLƏYƏCƏYİ VƏ MƏRKƏZƏ 

BANKLARIN MONETAR SİYASƏTİNİN 

İQTİSADİYYATA TƏSİRETMƏ GÜCÜNÜN 

ZƏİFLƏYƏCƏYİNƏ VƏ HATTA 

İTƏCƏYİNƏ DAİR FİKİRLƏR 

SƏSLƏNDİRİLİR



Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə