Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

H

İFƏ



41

Ağıll


ı kon

trak


tların

İŞLƏ


MƏS

İ ÜÇ


ÜN 

ŞƏR


TLƏ

R

ELEKTR



ON İMZA

 • A


ÇIQ

, QEYRİ-MƏRK

ƏZL

ƏŞMİŞ 


VƏ ETİB

ARLI 


VERİL

ƏNL


ƏR 

BAZASI • QEYRİ

-MƏRK

ƏZL


ƏŞDİRİLMİŞ MÜHİT

 • DƏQİQ R

ƏQƏMS

AL VERİL


ƏNL

ƏR

şərtlərinin  yerinə  yetirilməsini  avtomatik  təmin  edir.  Ağıllı 



kontraktlar ilk dəfə 2013-cü ildə Ethereum layihəsində tətbiq 

edilməyə başlamışdır.

Kriptoqrafiyaya  əsaslanan  “ağıllı  kontraktlar”  hüquqa 

əsaslanan  ənənəvi  müqavilələrə  nisbətən  daha  yaxşı 

təhlükəsizliyi təmin edir və köçürmə xərclərini azaldır. Ənənəvi 

müqavilələrdən fərqli olaraq “ağıllı kontraktlar” şərtlərin qeyri-

müəyyən izahı riskini aradan qaldırır.

Bu proqram müəyyən anda kontraktın şərtlərinin yerinə 

yetirilməsini  təsdiq  edir  və  göstərilən  aktivin  razılaşan 

tərəflərdən birinə keçməsini təmin edir. Bütün bu müddətdə 

sənəd mərkəzləşməmiş reyestrdə saxlanılır və çoxaldılır. Bu da 

onun etibarlığını təmin edir və tərəflərin razılaşma şərtlərinin 

dəyişməsinə imkan vermir.

Ağıllı kontraktlar bir çox sahələrə tətbiq  edilir (logistika, 

menecment, hüquq və s.). Ağıllı kontraktlar sərbəstlik, şəffaflıq, 

etibarlılıq,  təhlükəsizlik,  yüksək  sürət,  qənaət,  dəqiqlik  kimi 

üstünlüyə malikdir.

Ağıllı kontraktların çatışmazlıqları da var: kod korlana bilər, 

kontraktlar dövlət tərəfindən tənzimlənmir və köçürmələrdən 

vergi məsələləri açıq qalır. Bu, tam siyahı deyil.

Ağıllı kontraktların işləməsi üçün müəyyən şərait olmalıdır:

1.  geniş  yayılmış  elektron  imza  üsullarından  istifadə 

edilməsi;

2. kontraktların tərəflərinə tranzaksiyanı yerinə yetirmək 

üçün  açıq,  qeyri-mərkəzləşmiş  və  inanılmış  verilənlər 

bazasının olması. Burada insan amili tam aradan qaldırılır 

(Bitcoin-də blokçeyn);

3. ağıllı kontraktın icrası mühitinin qeyri-

mərkəzləşdirilməsi (Ethereum, Codius, 

Counterpartu);

4. 

rəqəmsal 



v e r i l ə n l ə r i n 

mənbələrinin 

d ə q i q 

olması.


Ağıllı kontraktları emal edən blokçeynlər aşağıdakılardır:

- Bitcoin: baxmayaraq ki, Bitcoin-in sənədlərin emalında 

bəzi  məhdudiyyətlərə  malikdir,  lakin  valyuta  prosesində    o 

idealdır.

- Ethereum: açıq blokçeyn-platformasıdır, ağıllı kontraktlar 

üçün daha münasibdir. İstənilən proqramı tərtib edə biləsiz, 

lakin  platformanın  hesablama  resursları  üçün  ödəniş  ETİ 

sikkəsi ilə olmalıdır.

-  Side  Chains  mexanizmi:  kontraktların  emalı  zamanı 

sərhədləri genişləndirən blokçeynlərdir. Sadçeynlər Bitcoin ilə 

birlikdə işləyirlər.

-  NXT:  məhdud  sayda  ağıllı  kontraktlar  nümunəsi 

olan  kütləvi    və  ya  açıq  blokçeyn-platformasıdır.  O,  smar-

kontraktlara istifadə edilə bilən bir neçə şablondan ibarətdir. 

Müstəqil proqramlaşdırmaya imkan vermir. Yalnız orda 

olan kodlardan istifadə edilməlidir.

Ağıllı  kontraktlar    və  virtual  valyutalar 

iqtisadiyyatın bütün sahələrində geniş 

istifadə olunur və yüksək tələbə 

malikdir. 




H

İFƏ



42

Kriptovalyuta  bütün  tranzaksiyaların  maksimum 



təhlükəsizliyini  təmin  etmək  üçün  kriptoqrafiya  və 

mərkəzləşdirilməmiş  nəzarət  tətbiq  edən  rəqəmsal 

aktivdir.  Bu  sistemlərin  fəaliyyət  göstərməsi  blokçeyn 

texnologiyasına  əsaslanır.  Tranzaksiyalar  haqqında 

informasiya  adətən  şifrələnmir  və  açıq  formada  təqdim  olunur. 

Tranzaksiya  blokları  zəncirinin  bazasının  dəyişilməzliyini  təmin 

etmək  üçün  kriptoqrafiyanın  elementlərindən  (açıq  açar  sistemi 

əsasında rəqəmsal imza, ardıcıl heşlənmə) istifadə edilir.

Blokçeyn  hallarının  inkişafına  investisiya  qoyan  maliyyə  və 

hökumət  müəssisələrinin  sayı  artdıqca  rəqəmsal  valyutalar  və 

blokçeyn texnologiyasının potensial rolu elektron ticarət və geniş 

rəqəmsal iqtisadiyyatda daha çox aktual mövzuya çevrilir. 

Elektron ticarət əksər hallarda elektron ödəmələrin aparılması 

üçün  etibarlı  vasitəçi  rolunda  çıxış  edən  maliyyə  müəssisələrinə 

söykənir. Bu cür sxem bir çox tranzaksiyalar üçün yaxşı işləyir, lakin 

onun əsasında müəyyən problemlərə səbəb olan inam durur. İnama 

deyil, kriptoqrafiyaya əsaslanan ödəniş sistemi zərurəti yaranır ki, 

istənilən iki iştirakçıya heç bir vasitəçi olmadan pul köçürmələrini 

birbaşa həyata keçirməyə imkan versin.

Bir qədər yaxın keçmişə nəzər salaq. 09.01.1988-ci il tarixində 

“The Economist” jurnalının üz qabığında dollar da daxil olmaqla 

yanan milli valyutaların külündən qalxan  Feniks (Phoenix) quşunun 

təsviri  və  “Yeni  dünya  valyutasına  hazır  ol”  cümləsi  verilmişdir. 

Feniks  quşunun  boynundakı  sikkənin  üzərində  isə  “Ten  Phoenix 

2018” yazılmışdır. Bu üz qabığı jurnalda dərc olunan “Get ready for 

the Phoenix” adlı məqalə ilə əlaqədar idi. Məqalədə qeyd edilirdi 

ki, 30 ildən sonra bir çox ölkələrin əhalisi ödəmələri eyni valyuta ilə 

edəcəklər. Bəlkə də bütün bunlar kriptovalyutalar haqqında 30 il 

əvvəl bizə göndərilən bir ismarıc idi.

Bitcoin və digər alternativ kriptovalyutaların meydana gəlməsi 

son  illər  ərzində  qlobal  elektron  ticarətin  real  fenomenlərindən 

biri  olmuşdur.  Başlanğıcda  sırf  şəxsdən-şəxsə  mexanizmi  olan 

kriptovalyutalar daha çox onlayn pərakəndə ticarətçilər tərəfindən 

satınalma variantları kimi təklif olunurdu. 

Kriptovalyuta  vahidi  –  bu,  kompüterdə  mürəkkəb  riyazi 

hesablamalar nəticəsində ortaya çıxan bir koddur. Bitcoin kodunun 

ilk versiyasını Satoşi Nakamota adlı bir şəxs yaratdı. Lakin bu ad 

daha çox insan və ya insan qrupuna aid təxəllüsdür, çünki müəllif 

öz şəxsiyyətini məxfi saxlamaq istəyib.

Juniper Research tərəfindən aparılan son bazar araşdırmalarına 

əsasən  2019-cu  ilin  sonuna  qədər  dünyada  aktiv  bitcoin 

KRİPTOVALYUTALAR VƏ 

ELEKTRON TİCARƏT

Elektron ticarət və kriptovalyuta  

“Yeni iqtisadiyyatı” yaratmaq üçün  

bir araya gətirilir 

RƏNA HÜSEYNOVA 



Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə