Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

H

İFƏ



38

dövründə - kapital və istehsal gücü, postmodern dövründə isə 

hakimiyyətin  mənbəyi  informasiya  resursları  və  biliklər,  əlaqə 

strukturları  və  şəxsi  əlaqələr  (“sosial  şəbəkələr”)  olur.  Əvvəlki 

texnoloji  inkişaf  zamanı  sivilizasiya  tərəfindən  məlumatlar 

mübadiləsinin inkişaf etmiş və kifayət qədər sürətli şəbəkəsinin 

yaradılması  səbəbindən,  maşınlar  (ötürücülər)  arasında  olan 

məlumat mübadiləsinin həcmi insanlar arasında olan məlumat 

mübadiləsindən  daha  çox  olan  növbəti  mərhələyə  keçmək 

mümkün  oldu.  Gözlənilir  ki,  artıq  2020-ci  ilə  30  milyarddan 

artıq  qurğular  İnternetə  qoşulmuş  olacaq.  Maşınlar,  cihazlar, 

sensorlar,  şəbəkələr  və  bütöv  idarəetmə  sistemləri  bir-biri  ilə 

“ünsiyyətə”  başlayır.  Bütün  bunlar  yeni  “rəqəmsal”  qitəsində 

mənimsəməyi  mümkün  olan  yeni  inkişaf  resursları  yaradır. 

Üstəlik, bu “rəqəmsal” qitəsində valyuta bazarı yaranıb və sürətlə 

inkişaf  edir.  Söhbət  kriptovalyutalardan  və  elektron  pullardan 

gedir. Bu aspektdə biz bir qədər ətraflı dayanmaq istərdik.

PUL KONTURLARI

Fiat  olmayan  ödəniş  vasitələrin  inkişaf  təkamülü  iki 

kateqoriyaların yaradılmasına gətirib çıxarıb: kriptovalyutalar və 

elektron pullar. Kriptovalyutalar spekulyativ əməliyyatların təşkili 

məqsədilə buraxılır, əslində yeni forex, və heç bir təminata malik 

deyillər, elektron pullar isə konkret emitentin simasında təmin 

edilirlər.  Bu  qismində  korporasiylar,  yerli  hakimiyyət  orqanları 

çıxış edir, məsələn, şəhər və milli hökumətlər. Bununla yanaşı, 

elektron pullar adi fiat pullardan bir sıra mühüm fərqlərə malik 

ola  bilərlər.  Məsələn,  onlar  müəyyən  müddətə  yerləşdirilə  və 

fiat pulların cəmi bir və ya bir neçə funksiyalarını özünə daxil 

edə bilərlər. Təsadüfi deyil ki, ilk kriptovalyuta - bitcoin 2009-

cu ildə dövriyyəyə gəlir. Biz xatırlayırıq ki, heç cür başa çatmaq 

istəməyən dünya maliyyə böhranı 2008-ci ildə başlayıb. Bu günə, 

dünya bank sahəsi və bir çox hökumətlər borclar ilə həddindən 

artıq  yükləndiyi  anda,  iqtisadi  fəallığın  stimullaşdırılmasına 

yönəldilmiş adi tədbirlər səmərəli olmur, yalnız borcların daha da 

artmasına səbəb olur. Azərbaycan ilə bağlı halda, iqtisadiyyatın 

monetləşdirmə  səviyyəsinin  aşağı  olması  (təqribən  25%), 

dollarlaşma səviyyəsinin yüksək olması (təqribən 80%) müşahidə 

olunur, bu da pul dövriyyəsinin sağlam vəziyyətdə olmadığını 

göstərir. Eyni zamanda, kommersiya kreditləri üzrə çox yüksək 

dərəcələr  müşahidə  olunur.  Məlum  olduğu  kimi,  inkişaf  edən 

ölkələrin  iqtisadiyyatının  monetləşdirmənin  normal  səviyyəsi 

ÜDM-nin 60-100% olmalıdır. Azərbaycanın Mərkəzi Bankı təkrar 

maliyyələşdirmə kreditlərini lazımi qədər təqdim etmədiyindən, 

manat milli iqtisadiyyatın artmasının investisiya resursu olmadı. 

Azərbaycanda  korporativ  və  milli  elektron  pulların  meydana 

gəlməsi halda, iqtisadiyyat inflyasiya əsasında olmayan iqtisadi 

artımın  sürətləndirilməsi  resursuna  malik  olacaq.  Bu  zaman, 

elektron pulların fiat pulları əvəz etməsi haqda söhbət getmir. 

Əlbəttə  yox.  Fiat  pullarının  emissiyası,  onların  dövriyyəsi, 

valyuta  dəyişməsi  və  kredit  əməliyyatları  mərkəzi  bankın  və 

kommersiya  bankların  səlahiyyətində  olaraq  qalmalıdır.  Eyni 

zamanda,  elektron  pullar  cəmiyyətə  və  dövlətə  gələcəkdə 

iqtisadiyyatı kreditləşdirən bank sistemini öncə “müalicə etmək” 

zərurətliyi  olan  xətt  strategiyası  əsasında  hərəkət  etməməyə 

imkan  verəcək.  İndi  bunu  paralel  etmək  olar.  Əslində,  söhbət 

nəğdsız  və  qeyri  kredit  əsasında  iqtisadiyyatın  qeyri  maliyyə 

sektorunu lazımi ödəniş vəsaitlər ilə - elektron pullar ilə təmin 

edəcək, ikinci, qapalı pul konturun yaranması haqda gedir. Birinci 

kontur  fiat pul konturu qalır. Bir konturdan digərinə giriş və çıxış 

yaxşı maliyyə “səhhətinə” malik olan bir necə müvəkkil banklar 

vasitəsilə həyata keçirilə bilər.

Cəmiyyətdə böhrandan yorğunluq müşahidə olunur. Hamı 

mükəmməlləşmək və inkişaf etmək istəyir. Düşünürük ki, daha 

cəld  fəaliyyət  göstərməyə,  o  cümlədən,  maliyyə  sahəsində 

innovasiyaları tətbiq etməyə vaxt gəlib.




H

İFƏ



39

Virtual valyuta

 

ağıllı  



kontraktlar

MÜASİR ÖDƏNİŞ VASİTƏLƏRİ PUL KÖÇÜRMƏLƏRİ 

İLƏ MƏHDUDLAŞMIR. XXI ƏSRDƏ ELEKTRON 

VALYUTA GENİŞ VÜSƏT ALDI. BU GÜN 

İNTERNET İSTİFADƏÇİLƏRİ ARASINDA  

KRİPTOVALYUTA, RƏQƏMSAL VALYUTA

VİRTUAL VALYUTA, ELEKTRON 

VALYUTA VƏ S. ANLAYIŞLARI ÇOX 

RAHAT QƏBUL EDİLİR

K

ompüter  texnologiyalarının 



və  internetin  sürətli  inkişafı 

kriptovalyutanın,  həmçinin  onun 

tərkib  hissəsi  olan  virtual  valyutanın 

yaranmasına səbəb oldu. 

Elektron valyuta – milli ödəniş vahidinə bağlı 

olmayan rəqəmsal mexanizmdir. Bir çox sənədlərdə 

virtual  valyuta  və  elektron  valyuta  anlayışlarını 

eyniləşdirirlər.  Lakin  əslində  bu  anlayışlar  bir-birindən 

fərqlənir. Elektron pul milli valyutanın rəqəmsal vasitəsini ifadə 

edir və milli valyutanın dəyərinin elektron köçürülməsi üçün 

nəzərdə  tutulub.  Elektron  pul  qanuni  ödəniş  vasitəsidir. 

Elektron valyuta isə şəxsi ödəniş vahidinə malikdir və bir 

virtual sistem sərhədlərində fəaliyyət göstərir. Buna 

misal  olaraq  Webmoney  sisteminin  elektron 

valyutasını göstərə bilərik. Bu sistemdə pul 

vasitələri    Webmoney-nin  uyğun  pul 

qablarına  köçürülür;  WMR  –  rubl, 

WME – avro, WMZ – dollar və s. 

Onlar  Webmoney  sisteminin 

şəxsi  valyutasına  konvertasiya 

edilir.

Elektron  valyutaların  ayrılmış 



sistemi  kriptovalyutadır.  Kriptovalyuta 

–  kriptoqrafiya  (hesablama  vasitələrinin 

köməyi  ilə  açıq  şifrələmə  alqoritmlərinin 

istifadəsi)  üsullarına  əsaslanan  virtual  köçürmə 

vasitəsidir. 

Virtual valyuta

Virtual valyuta - rəqəmsal formada satıla bilən qiymətin 

rəqəmsal vasitəsidir. Virtual valyuta köçürmə və/və ya hesabi 

pul  vahidi  və/və  ya  qiymətin  saxlanması  vasitəsi  kimi  həyata 

keçirilir.  Virtual  valyuta  qanuni  ödəniş  vasitəsi  statusuna  malik 

deyil.


Rəqəmsal valyuta həm virtual, həm də milli valyutanın rəqəmsal 

ifadəsidir.  Virtual  valyuta  mərkəzləşdirilmiş  idarəetmə,  nəzarət 

Elektron valyuta – milli 

ödəniş vahidinə bağlı 

olmayan rəqəmsal 

mexanizmdir

i.e.d. ARZU HÜSEYNOVA 



Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə