Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

H

İFƏ



40

müəssiəsinə  malik  deyil.  Buna  görə  də  bazar  iştirakçıları 

birbaşa alqı-satqı apara bilərlər. Virtual valyuta – müəyyən 

alqoritmə  hesablanan  şifrdir.  Kriptovalyutaların  virtual 

emissiyası xüsusi paylaşdırılmış kompüter şəbəkəsində baş 

verir. Bu prosesdə insan faktoru böyük rol oynamır. Xüsusi 

avadanlıq qoşulduqdan sonra və virtual valyuta buraxılmağa 

başlayanda  insana  ehtiyac  olmur.  Kompüter  hər  şeyi  özü 

edir. Bu prosesin təşkili böyük hesablama gücü tələb edir.

Kriptovalyuta  anonimdir,  məzənnə  kursuna  nəzarət 

etmək və ona təsir etmək mümkün deyil. Məzənnə tələblə 

müəyyən edilir.Ona görə də virtual valyuta heç bir təminata 

və heç bir zəmanətə malik deyil. Başqa sözlə, virtual valyuta 

maksimal riskə malikdir.

Virtual  valyutanın  yüksək  səviyyəli  təhlükəsizliyi  təmin 

edilməlidir. Bu isə çoxlu ehtiyatlar tələb edir. 

Virtual  valyuta  yalnız  müəyyən  mühitlərdə  işlədilir 

və  ənənəvi  pul  atributlarına  malik  deyil.  Virtual  valyutaya 

misal olaraq Bitcoin-i göstərə bilərik. Bitcoin dəyişən kursa 

malikdir. Onun real analoqu və milliyyəti yoxdur. Lakin bu 

virtual valyuta bəzi internet-maqazinlərdə keçərlidir. Bitcoin 

xüsusi  on-line  dəyişmə  məntəqələrində  və  birjalarda 

ənənəvi pula dəyişdirilir.

1.  Virtual  valyuta  konvertasiya  edilə  bilən 

və  konvertasiya  edilə  bilməyən  olur.  Başqa 

sözlə,  açıq  və  bağlı  olur.  Açıq  virtual 

valyutaya misal olaraq Bitcoin, E-gold, 

Liberty  Reserve,  Second  Lifelinden 

Dollars,  Webmoney  göstərə 

bilərik.  Konvertasiya  edilə 

bilən  valyuta  milli  valyutada 

ekvivalent  qiymətə  malikdir  və 

milli valyutaya və tərsinə dəyişdirilə 

bilər.  Bağlı  virtual  valyutaya  misal 

olaraq  Project  Entropia  Dollars,  Q-Coins 

və  World  of  Warcraft  Gold  göstərə  bilərik. 

Konvertasiya edilə bilməyən valyuta dəqiq virtual 

mühitdə  istifadəsinə  xidmət  edir.  Milli  valyutaya 

çevrilə bilməz.

2.  Virtual  valyuta  mərkəzləşdirilmiş  və  qeyri-

mərkəzləşdirilmiş  olur.  Bütün  konvertasiya  edilə  bilməyən 

virtual  valyuta  mərkəzləşdirilmiş  olur.  Onlar  mərkəzi 

administrator  tərəfindən  idarə  edilir.  Administrator 

konvertasiyanın  məhdudlaşdırılması  üzrə  qaydaları 

müəyyənləşdirir(on-line oyunlarda, e-maqazinlərdə istifadə 

edilə bilər). Konvertasiya edilə bilməyən virtual valyutadan 

fərqli olaraq konvertasiya edilə bilən virtual valyuta 2 alttipə 

bölünür: mərkəzləşmiş və qeyri-mərkəzləşmiş.

Mərkəzləşmiş  virtual  valyuta  sisteminin  vahid 

administratoru  olur.  Administrator  valyutanın  istifadə 

qaydalarını  müəyyən  edir,  ödənişlərin  mərkəzləşmiş 

reyestrini aparır və valyutanı dövriyyədən çıxarma hüququna 

malikdir.  Buna  misal  olaraq  Second  Lifelinden  Dollars, 

Perfect money, WM-units və World of Warcraft Gold göstərə 

bilərik. Konvertasiya edilə bilən virtual valyutanın məzənnəsı 

«üzən»  və  ya  «fiksə  edilmiş”  olur.  Başqa  sözlə  məzənnə 

virtual valyutanın bazar təklif-tələbi ilə müəyyən edilir və ya 

administrator  tərəfindən  milli  valyutanın  verilmiş  dəyərinə 

və  ya  “real  dünya”  da  istifadə  olunan  digər  dəyərlərə 

(məsələn, qızıl və ya valyuta səbətinə) bağlanır. Hal-hazırda, 

virtual  valyutalarla  aparılan  ödəmə  əməliyyatlarının  böyük 

əksəriyyətində  mərkəzləşdirilmiş  virtual  valyutalar  istifadə 

olunur.  Belə  virtual  valyutaya  misal  olaraq  E-gold,  Liberty 

Reserve,  Second  Lifelinden  Dollars,  Webmoney  göstərə 

bilərik.

Qeyri-mərkəzləşdirilmiş virtual valyuta paylaşmış olur. O, 

riyazi prinsiplərə əsaslanan şifrələnmiş açıq giriş koduna malik 

olur,  mərkəzı  administratorı  və  mərkəzləşdirilmiş  nəzarət 

olmur. Buna misal: Bitcoin, LifeCoin, Ripple, Ethereum.

İstənilən innovasiya kimi virtual valyutanın iş prinsipinin 

öyrənilməsi  də  mürəkkəb  görünə  bilər.  Onlar  qeyri-

leqal  fəaliyyət  üçün  yeni  risk  və  yeni  imkanlar  yaradır.  Bu 

texnologiya böyük potensial və yeni imkanlar gətirir.

Virtual valyuta təbiətindən asılı olaraq  anonim, qorunan, 

zəmanətli  və  qeyri-mərkəzləşmiş  olmaması  kimi  xarakterik 

xüsusiyyətlərə malikdir.



Ağıllı kontraktlar

Virtual  valyutanın  müasir  inkişaf  istiqamətı  ağıllı 

kontraktlardır.  Ağıllı  kontraktlar  (Smart  contract)  - 

kriptovalyutanın perspektivli inkişaf istiqamətidir. 

Ağıllı  kontraktlar  blokçeyn  texnologiyaları  ilə 

kontraktların bağlanma və yerinə yetirilmə 

prosesinin  avtomatlaşdırılması  üçün 

nəzərdə tutulan elektron alqoritmdir. 

Ağıllı  kontrakt  –  maliyyə 

kontraktlarını  sadələşdirməyə 

və 

avtomatlaşdırmağa 



imkan  verən  kompüter 

protokoludur.

Blokçeyn 

(blokchein) 

– 

informasiyaya  malik  müəyyən  qayda 



ilə sıralanan kəsilməz ardıcıl bloklar zənciri, 

şəbəkəyə birləşmiş çoxlu kompüterlərin qeyri-

mərkəzləşmiş  sistemdir.  Onun  əsas  üstünlüyü: 

vasitəçiyə ödəniş edilmir, əsəb və vaxta qənaət edilir.

Blokçeynin  öz  çatışmazlıqları  var,  lakin  o,  ənənəvi 

sistemlərdən sürətli, etibarlı və təhlükəsizdir. Ona görə də 

bank  və  hökumət  təşkilatları  bu  texnologiyalardan  özləri 

üçün istifadə edirlər.

Ağıllı kontraktlar ideyası ilk dəfə 1994-cü ildə Nik Gabo 

tərəfindən  təklif  edilmişdir.  O,  qeyri-mərkəzləşdirilmiş 

reyestrin  köməyi  ilə  “ağıllı  kontrakt”  bağlamağın  mümkün 

olduğunu  başa  düşmüşdü.  Smart-kontraktın  praktiki 

realizəsi 2008-ci ildə blokçeyn texnologiyaları yarandıqdan 

sonra mümkün oldu. Belə kontraktlar sistemdə kod şəklində 

yazıla, saxlanıla və çoxaldıla bilər. Onların yerinə yetirilməsini 

blokçeyn  ilə  idarə  edilən  kompüter  şəbəkəsi  təmin  edir. 

Həmçinin  reyestr  ilə  bir-birinə  pul,  məhsul  və  ya  xidmət 

köçürə bilər. Ağıllı kontraktlar pul, əmlak, səhm və ya digər 

aktivlərin mübadiləsini təmin edir.

Ağıllı kontraktlar satış avtomatları kimi işləyir. Avtomata 

(reyestrə)  bitcoin  atılır  və  sifariş  verilən  üçüncü  şəxsdə 

saxlanılan  kontrakt  hesaba  gəlir.  Ənənəvi  razılaşmalardan 

fərqli  olaraq,  ağıllı  kontraktlar  tərəflərin  vəzifələri  və 

cərimələri haqqında informasiyanı saxlamaqla müqavilənin 



MƏQALƏDƏ 

VİRTUAL VALYUTA VƏ 

AĞILLI KONTRAKTLARIN 

TƏBİƏTİNİN ÖYRƏNİLMƏSİNƏ, 

ÜMUMİ VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİN 

MÜƏYYƏNLƏŞDİRİLMƏSİNƏ, BU MALİYYƏ 

ALƏTİNİN AÇDIĞI YENİLİKÇİ İMKANLAR, 

ÜSTÜNLÜKLƏRİ VƏ MƏNFİ 

CƏHƏTLƏRİ TƏHLİL EDİLİL, 

ONLARİN TƏSNİFATI 

VERİLİR


Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə