Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

H

İFƏ



36

RƏQƏMSAL 

QİTƏ

Böhranlar təzə nəyinsə 

meydana çıxmağına 

imkan verir. Eyni hal indi 

də baş verir. 

ELEKTRON PULLAR

Materialı ifadə etməyə başlamazdan əvvəl, müəlliflər bir sıra 

istifadə olunan terminləri dəqiqləşdirməyi məqsədə uyğun hesab 

edirlər. Kriptovalyutalara emitenti məlum olmayan elektron pullar 

aid  edilə  bilər  (məsələn,  bitcoin),  yaxud,  bu  da  əhəmiyyətlidir, 

emissiyanın  əsas  məqsədi  heç  bir  aktivlərə  əsaslandırılmamış 

yüksək səviyyəli spekulyativ maliyyə alətinin yaradılmasıdır. Elektron 

fiat olmayan pullar (daha sonra EP) bizim üçün adət halını almış 

şəkildə pul deyil, o maddi (deyək kağız) formada mövcud deyil, 

Mərkəzi  Bankın  öhdəlikləri  deyil  (banknotlar)  və,  daha  doğrusu 

qapalı  vəzifələrin  yerinə  yetirilməsi  üçün  jetonlardır  (tokenlər). 

Elektron fiat olmayan pullar üç qrup emitentlər tərəfindən buraxılır: 

korporasiyalar, regionlar və şəhərlər, milli hökumətlər. Bu halda, EP 

emitenti  bazarda  tanınır,  söhbət  bölgələr  və  hökumətlər  haqda 

getdiyi halda öz aktiv və passivləri, və/və ya vergi, inzibati və digər 

resursları  ilə  öz  öhdəliklərinin  yerləşdirilməsini  təmin  edir.  Digər 

mühüm amillərdən biri, əsasında kriptovalyutalar və elektron pullar 

inkişaf edilən baza texnologiyası blokçeynin olmasıdır, bu da əvvəlki 

pul dünyasının paradiqmaları çərçivəsində bank sahəsi tərəfindən 

odənilən  xidmət  üzrə  daha  uçuz  olan  demərkəzləşdirilmiş 

informasiya və ödəmə sistemlərin yaradılmasına imkan verir. Çox 

vaxt deyirlər ki, blokçeyn texnologiyaları dünyada inqilab edirlər, 

o  cümlədən  maliyyə  sahəsində.  Bu  fikri  təsdiqləyən  bir  neçə 

aspektləri göstərmək istərdik. Məsələn, köhnə paradiqma əsasında 

mövcud olan bank sistemi çoxdan milli çərçivədən çıxmış şaquli 

iyerarxiyaya malikdir. Məsələn FATCA tələbləri yalnız bank sirrini 

deyil, həmçinin bir çox ölkələrin bank sahəsinin milli suverenliyinin 

qalıqlarınıda ləğv ediblər. Ənənəvi bank – maliyyə sahəsi yüksək 

tranzaksion  xərclər  yaradır,  ödənişlər  uzun  müddət  ərzində 

keçirilir (bəzən bir həftə və daha çox), özünü DDOS-dan qoruya 

FƏRHAD ƏMİRBƏYOV 

ESMİRA ƏHMƏDOVA

A

merikanın  qiymətli  kağızlar  bazarının,  subordinar 



ipoteka istiqrazlarının 2007-ci ildə iflası milli sərhədləri 

tez bir zamanda ötüb bütün dünyanı heyrətləndirdi. 

2008-ci ildə başlayan dünya maliyyə böhranının başa 

çatması gözlənilmir. Lakin, vaxtaşırı olaraq, böhranlar 

təzə  nəyinsə  meydana  çıxmasına  imkan  verir.  Eyni  hal  indi  də 

baş verir. Bir sıra ölkələr və sahələr böhrana qapıldıqda, salamat 

qalmaq məqsədi ilə özünə pul və müxtəlif güzəştlərin ayrılmasının 

lobbisini həyata keçirdikdə, digərləri sürətli artım nümayiş etdirirlər. 

Bu məqalədə biz inanılmaz artım və inkişaf yaşayan sahələrin birini 

göstərmək istəyirik. Söhbət elektron fiat olmayan pullardan gedir.




H

İFƏ



37

bilmir – müştərilərin hesablarına hücum və pulların oğurlanması. 

Öz növbəsində, blokçeyn – hamı bir-biri ilə bağlı olan paylaşma 

şəbəkəsidir, ödənişlər 10 və daha çox dəfə ucuz olaraq bankların 

vasitəçiliyinə  ehtiyac  olmada  onlayn  şəklində  həyata  keçirilir. 

Bununla belə, blokçeyn texnologiyasına əsaslanan məhsullar və 

xidmətlər inanılmaz rəqabət üstünlüyünə malikdir.

RƏQƏMSAL QİTƏ

Məlum olduğu kimi, əvvəlki böyük böhranlar, kapitalizm əmək 

bölgüsü sisteminə daha çox xalqlar və ölkələr daxil edərək, bütün 

qitələrə ayaq basaraq, pulun tədavül sferasının və satış bazarlarının 

genişləndirilməsi  hesabına  aradan  qaldırırdı.  Lakin  21-ci  əsrin 

əvvəlində, genişlənməyə, frontiri, üfüqü yerindən tərpətməyə daha 

imkanı olmadan, kapitalizm sistemli böhrana daxil oldu. Kapitalizm 

özünün  indiki  modelində  kapitalın  səmərəliliyinin  tükənməsi  və 

məcmu borcunun genişləndirilməsində inkişaf tavanına dirənib, 

həmçinin  təbii  ehtiyatlar  üzrə  ətraf  mühitə  ekoloji  yüklənmə 

həddinə yaxınlaşıb. Yer kürəsində mənimsənilməsi üçün yeni qitə 

qalmayıb. Lakin, gözlərimiz önündə yeni “qitə” - rəqəmli yaranır! 

Belə ki, onun mənimsənilməsini niyə başlamayaq? Oxucuya həmin 

fenomenə  diqqət  yetirmək,  yeni  imkanları  qiymətləndirmək 

imkanı verən rəqəmsal qitənin bir neçə xarakteristikalarını təqdim 

edəcəyik.

Dünya  sənaye  (modern)  istehsal  üsullarından  postsənaye 

üsullarına  (postmodern)  doğru  keçid  şəraitində  yaşayır. 

Postmodernin  əsas  xüsusiyyəti  məhsulun  tiraj  olması  (istehsalı) 

prosesində, həm də belə istehsalın operativ idarəetmə prosesində 

insanın  olmamasıdır.  Əmək  bazarı  strukturu  yaşadığı  prosesləri 

D.Autorun  əyrisi  yaxşı  nümayış  etdirir.  D.Autor  tərəfindən 

keçirdiyi  tədqiqatın  nəticəsi  orta  sinif  ənənəvi  olaraq  məşqul 

olduğu  peşələrin  robotizasiyasının  və  avtomatlaşdırılmasının 

sürətlənməsinin  baş  vermə  faktının  ifşa  edilməsidir.  Əmək 

bazarında olan insanlar istehsalın müasir texnologiyaların tətbiqi 

mümkün  və  ya  rentabel  olmayan  aşağı  və  az  ödənişli  olan 

seqmentinə sıxışdırılıb aradan çıxardırlar. Əmək bazarının yuxarı 

seqmentini  motivasiya  yarada  bilən,  rəqəmsal  texnologiyalar 

(rəqəmvizasiya)  vasitəsilə  idarəetmə,  məhsulların  yaradılması 

ilə  məşğul  olan  peşə  nümayəndələri  tutur.  Əlbəttə,  istehsal 

üsullarının dəyişilməsi əmək bazarı vasitəsilə cəmiyyəti dəyişərək 

sosial  münasibətlərin  dəyişilməsinə  gətirib  çıxarır.  Əgər 

premodern dövründə hakimiyyətin mənbəyi torpaq sahibi olmaq 

və  orada  məhsullar  (mal-qara,  məhsul)  yaratmaq  idi,  modern 




Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə