257
Ərazinin ekoloji şərait kompleksindən asılı olaraq torpaqlar daha kiçik taksonomik vahidlərə bölünürlər.
Onların bonitet balları torpaq tipikliyindən sapmaya (şorlaşma, şorakətləşmə, eroziya, qranulometrik tərkib və
s.) təshih əmsallarının köməyi ilə müəyyən edilir.
Torpaq tipinin balını və aqroistehsal qrupunu bilməklə, kənd təsərrüfatı və meşə sahələri torpaqlarının
köklü yaxşılaşdırılması üçün bu və ya başqa aqronomik tədbirlərin (meliorasiya, gübrələmə, eroziyaya qarşı
tədbirlər, suvarma və s.) hansı torpaqlarda aparılmasının zəruriliyini müəyyən etmək olar.
12.17.Azərbaycanın torpaq kadastrının ekoloji xüsusiyyətləri
Azərbaycanın torpaq ehtiyatları müxtəlif gipsometrik ölçülü, çox vaxt kəsişən, parçalanan relyefi və çox dik
yamacları olan ərazilərdən təşkil olunmuşdur; bu ərazinin 50%-dən çoxu dağların payına düşür. Bütün bunlar
onlardan səmərəli istifadəyə, eləcə də kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinə təsir göstərir.
Azərbaycanda torpaq kadastrı aparılmasının vacibliyi relyefin, iqlimin, torpaq örtüyünün rəngarəngliyi, tor-
paq fondunun yüksək kənd təsərrüfatı mənimsənilməsi, onun əhali üçün böyük əhəmiyyəti, kənd təsərrüfatının
inkişaf etmiş ixtisaslaşması, onun səviyyəsinin yüksəldilməsi perspektivi və zərurəti ilə müəyyən edilir.
Azərbaycanda torpaq kadastrı ilə bağlı işlər 1961-ci ildən aparılır. Bu işlər torpaqların irimiqyaslı xəritələş-
dirilməsi üçün materialların axtarışı və ümumiləşdirilməsindən başlanmışdır. Bu isə ayrılmış xüsusi kadastr ra-
yonlarında kadastr işlərinin aparılmasının əsasını qoymuşdur. Bu vacib tədbirin keçirilməsi üçün torpaq fondu-
nun keyfiyyətcə qiymətləndirilməsi prinsiplərinin daha da təkmilləşdirilməsi və dərinləşdirilməsi tələb olunur-
du. Azərbaycan şəraitində həmin prinsiplər V.R. Volobuyev və başqa alimlər tərəfindən əsaslandırılmışdır.
Azərbaycanda torpaqların kadastrı üzrə işlərdə çıxış vəziyyəti – bitkilərin tələblərinin, kənd təsərrüfatının
regional ixtisaslaşmasının nəzərə alınması ilə, torpaq novlərinin qruplarda – aqroekoloji baxımdan kifayət qədər
eyni keyfiyyətli dərəcələrdə birləşdirilməsi ilə başa çatan hərtərəfli qiymətləndirilməsi olmalıdır. Torpaqların
bonitirovkası, yəni onların nisbi dəyərinin müəyyən edilməsi artıq formalaşmış aqroekoloji torpaq qruplarından
(torpaq dərəcələrindən) istifadə yolu ilə aparılmalıdır. Torpaqların ümumi xassələrinin dərin və hərtərəfli aqroe-
koloji xarakteristikası – onların aqronomik, istehsal baxımından düzgün qiymətləndirilməsinin zəruri əsasıdır.
V.R. Volobuyevin (1961) qeyd etdiyi kimi, yer ərazilərinin ümumi torpaq tədqiqatları proqramı aqroekoloji təd-
qiqatlarla əsaslı surətdə tamamlanmalıdır.
Azərbaycan torpaqlarının ilk, daha iri bölünməsi kimi zonal bölgü xidmət edir. Çünki zonal torpaq-iqlim şəraiti
kənd təsərrüfatı ixtisaslaşmasının, eləcə də meşə təsərrüfatının əsas elementlərini müəyyən edir.
Torpaqların zonadaxili təbii-kənd təsərrüfatı (kadastr) rayonlarına bölünməsi və onların bonitirovkası tor-
paq xassələrinin və bitkilərin bu və ya başqa xassəyə reaksiyasının daha ətraflı öyrənilməsinə söykənməlidir.
Torpaq proseslərini idarə etmək və ya aqrotexniki üsulların və meliorasiyanın köməyi ilə torpaqların bu və ya
başqa xassələrinin dəyişdirilməsi imkanlarını da bilmək zəruridir. İzahat üçün deyək ki, eyni bir torpaq müxtəlif
bitkilər üçün müxtəlif qiymətə malikdir.
Öz dövründə B.T.Nəzirova (1982) torpaq-kadastr rayonlaşdırılması xəritəsini tərtib etmişdir. Burada res-
publika 13 rayona bölünmüşdür. Respublika torpaqlarının bonitet ballarının toplam şkalalarından (cədv. 12.13)
çıxış edərək, ixtisaslaşmanı (aqrosenozların tələbatı) və aqroekoloji şəraiti nəzərə alaraq Q.Ş. Məmmədov
(1989, 1998, 2000) tərəfindən hər bir kadastr rayonu üçün torpaqların bonitet balları şkalası və ayrı-ayrı torpaq-
kadastr rayonları üzrə torpaqların nisbi dəyərlilik əmsalları tərtib edilmişdir (cədv.12.14).
258
Azərbaycan torpaqlarının bonitet ballarının
ümumi şkalası
Cədvəl 12.13.
№ Torpaqların adı Bonitet
balları
Sahəsi
ha %
1 2 3
4
5
1 İbtidai dağ-çəmən 20
150980
1,75
2 Qalıq karbonatlı dağ-çəmən
70
24300
0,28
3 Torflu
dağ-çəmən 95
27370
0.32
4 Çimli
dağ çəmən 89
218440
2,53ı
5 Qaratorpağabənzər dağ-çəmən 90
63570
0,74
6 Dağ-çəmən çöl
86
54920
0,64
7 Dağ meşə-çəmən
72
74640
0,86
8 Tipik
qonur
dağ-meşə 87
37720
0,44
9 Lessivajlı qonur dağ-meşə 80
291160
3,37
10 Qalıq-karbonatlı qonur dağ-meşə 76
7500
0,05
11 Bozqırlaşmış qonur dağ-meşə 88
19170
0,22
12 Tipik
sarı dağ 68
36910
0.43
13 Podzollu
sarı dağ-meşə 79
34570
0,40
14 Çimli-karbonatlı dağ-meşə 87
9000
0,10
15 Yuyulmuş qəhvəyi dağ-meşə 84
235260
2,72
16 Tipik
qəhvəyi dağ-meşə 85
310970
0,60
17 Karbonatlı qəhvəyi dağ-meşə 87
64410
0,75
18 Bozqırlaşmış qəhvəyi dağ-meşə 69
100850
1,17
19 Mədəniləşmiş qəhvəyi dağ-meşə 90
61140
0,71
20 İnkişaf etməmiş qəhvəyi dağ-meşə
14
7200
0,08
21 Çəmən qəhvəyi
85
432150
5,00
22 Tünd
dağ-boz qəhvəyi 69
148850
1,72
23 Adi
dağ-boz-qəhvəyi 63
189990
2,20
24 Açıq dağ-boz qəhvəyi 45
33040
0,38
25 Yuyulmuş dağ-qaratorpaq 100
14400
0,17
26 Karbonatlı dağ-qaratorpaq 86
8100
0,09
27 Tipik
dağ-qaratorpaq 85
31870
0,37
28 Mədəniləşmiş dağ-qaratorpaq 100
19170
0,22
29 İnkişaf etməmiş dağ-qaratorpaq\ 20
2700
0,03
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
Tünd dağ-şabalıdı
Adi dağ şabalıdı
Açıq dağ-şabalıdı
İnkişaf etməmiş dağ-şabalıdı
Podzollu-sarıtorpaq
Qleyli podzollu-sarıtorpaq
Tünd şabalıdı
Adi şabalıdı
Açıq şabalıdı
Qədimdən suvarılan şabalıdı
İnkişaf etməmiş şabalıdı
Çəmən-şabalıdı
Qədimdən suvarılan çəmən-şəbalıdı
Tünd boz
Tipik boz
65
60
59
11
78
94
84
80
53
77
19
56
74
82
66
27740
299420
125250
105600
28170
57440
57710
437550
87420
368840
47440
261850
9900
93980
331430
0,32
3,47
1,45
1,22
0,33
0,66
0,67
5,06
1,01
4,27
0,55
3,03
0,11
1,09
3,84