370
Macəra turizmi – fiziki cəhətdən ağır, çox vaxt isə həyat üçün təhlükəli olan anlayışdır. Belə turların
təşkili
zamanı «macəralar kompleksi» çox vaxt öncədən, xüsusi olaraq hazırlanmaqla yanaşı eyni zamanda turistlərin
təhlükəsizliyi üçün bütün mümkün vasitə və imkanlardan istifadə olunur.
Kənd turizmi – turistlərin kənd yerlərinə müvəqqəti səfəridir.
Kəndli-fermer turizmi – fəaliyyətdə olan fermaları (ranço, plantasiya) turizm fəaliyyətininin ayrı-ayrı növlə-
rindən (yerləşdirmə, qidalanma, fermada işə cəlb edilmə) əlavə gəlir götürmək məqsədi ilə, özlərində turizm
bölmələri yaratmasıdır.
Ekoturizm – təbiət turizmin xüsisi forması kimi, ətraf mühitə qayğı ilə bağlı turizmdir.
Xüsusi məqsədli turizm – ictimai tədbirlərdə iştirak etmək üçün həyata keçirilən səyahətdir.
Məqsədli turizm – müxtəlif kütləvi tədbirlər təşkil olunan səyahət.
Dini turizm – hər hansı bir dini mərasimlərin, missiyaların, ibadətlərin yerinə yetirilməsi məqsədi ilə həyata
keçirilən səyahətdir.
Ritual turizm- qohumların, həlak olan döyüşçülərin məzarını ziyarət edilməsi məqsədi ilə həyata keçirilən
səyahətdir.
Karavaninq turizm-
təkərlər üzərində olan kiçik, mobil evlərdə həyata keçirilən səyahətdir.
Su turizmi – çayda, kanallarda, göllərdə, dənizlərdə üzən teploxodda, yaxtada və çay, dəniz gəmilərinin di-
gər növlərində səyahətdir.
İxtisaslaşmış turizm – hər hansı bir yerin spesifik
xüsusiyyətini öyrənmək, fərdi təcrübəsini artırmaq, idman
normalarını yerinə yetirmək, fəal istirahət və digər ixtisaslaşmış tur alan turistləri müəyyən etmək üçün istifadə
olunan termindir. İxtisaslaşmış turlarda ərazinin təbii şəraitinin, eyni zamanda səyahətçinin professional (peşə)
və müxtəlif idman turist maraqları ilə bağlı geniş diapazonlu məsələlərin öyrənilməsinə diqqət veir. Bu turizm
çox zaman özfəaliyyət və ya idman turizmi adlandırılır.
Turizm formalarının başqa növləri
Safari – ovçuluq və ya fotoovçuluq balıq ovu, heyvanları müşahidə etmək məqsədilə təbiət
qoynuna edilən
səyahət.
İdman – idman tədbirlərində iştirak etmək üçün səyahət.
Trofi – avtomobillə müəyyən marşrut üzrə çətin keçilən ərazilərdən təşkil olunmuş tur.
Şop – bazarlıq etmək məqsədi ilə səyahət.
Müəmmalı – (sirli) məkanı və məqsədi öncədən elan edilməyən səyahət. Macəra turizminin növlərindən biri-
dir.
Şəhərətrafı – məzuniyyət dövründə və ya istirahət günlərində sakinlərin şəhər ətrafına səyahəti.
Piyada – nəqliyyatdan istifadə edilməyən səyahət (turizmin şəhərətrafı, kənd, dini, ritual və s. formalarının
növ müxtəlifliyi.)
Zamana (müddətə) görə turizm növlərinin təsnifatı. Turizm müxtəlif tərzdə təsnif oluna bilər. Ən mühüm
əlamətlər – mövsümilik, hadisələrlə bağlılıq və müştərinin səyahətə ayırdığı vaxtdır. Turist regionlara müntəzəm
olaraq, il boyu davam edən turist axını, daimi turizm adlanır.
Bir sıra regionlar turistləri əsasən ilin müəyyən mövsümündə özünə cəlb edir. Bu, mövsümi turizmdir. Tu-
ristlərin regiona gəlişinin intensivlik dərəcəsinə görə:
a) qızğın (turistlərin ən çox olduğu); b) sakit (turistlərin sayının orta səviyyədə olduğu); v) ölü (turistlərin ən
az olduğu və ya olmadığı) mövsümə ayırmaq olar: qısa müddətli və uzun müddətli. Qısa müddətli turizmdə sə-
yahət 3 gündən artıq davam etmir. Uzun müddətli (davamiyyətli) turizmdə isə səyahət müddəti 3 gündən artıq
olur. Səyahətin müddətindən asılı olaraq, turizmin tələbatı da əsaslı surətdə dəyişir.
Tələbatına görə turizm növləri.
Müştərilərin bir hissəsi öz səyahəti üçün ənənəvi marşrutlar seçirlər.
«Müştərilərin fərdi sorğusu» əlamətinə görə turagent, müştərinin arzusu kimi aşağıdakı sorğulara hazır olma-
lıdır:
-
səyahətin marşurutu haqqında:
-
səyahətin vaxtı haqqında:
-
əyləncə proqramının hazırlanması haqqında:
-
Nəqliyyat
vasitələrinin, xüsusi ləvazimatların icarəsi, eyni zamanda yemək rejiminə və ya pəhrizə fərdi
tələbə uyğun olaraq qidalanmasının təşkili:
-
Müştərinin maliyyə imkanlarının nəzərə alınması:
Bundan başqa, müştərinin maliyyə vəziyyəti səyahətin vəziyyətinə də təsir edə bilər. Bu əlamətə görə turiz-
min aşağıdakı növlərini ayırmaq olar.
Qrup halında, işlənmiş marşrutlar üzrə – digər bərabər şərtlər daxilində səyahətin daha ucuz forması.
Fərdi, işlənmiş marşrutlar üzrə qrup halında – qrupun optimal sayı toplandığı təqdirdə (məsələn turist avto-
busundakı yerlər tam satıldıqda) və ənənəvi istirahət yerləri fərdi marşrutlara daxil edildikdə güzəştlər verilə bi-
lər.
371
Fərdi
marşrutlar üzrə, fərdi qaydada – səyahətin ən bahalı formasıdır, yuxarıda qeyd edilən endirim güzəştlə-
rinin heç biri bu səyahətlərə şamil edilmir.
Üçüncü minilliyin əvvəllərində turizmin yeni sahəsi – Kosmik turizm meydana gəlmişdir. İnsanlar öz maraq
dairələrini daha da genişləndirmək, əvvəllər məlum olmayan yeni hiss və duyğular keçirmək məqsədilə çox ba-
ha qiymətə başa gələn kosmik səfərdə iştirak etməyə can atırlar. 2001-ci ilin aprelində kosmosa uçmuş ilk turist,
ABŞ vətəndaşı Denis Titoya bu səyahət 20 mln. dollara başa gəlmişdir.
Kosmik turizm inkişaf yolundadır. Rusiyanın kosmonavtlar hazırlayan mərkəzi «Kosmik məcaralar» adlı te-
leşou keçirmək barədə Avstraliya və ABŞ-la müqavilə imzalayıb. Bu uçuşa 13 ölkədən 26 nəfər hazırlaşır.
q) Beynəlxalq turist marşrutları.
İstənilən hər hansı bir səyahətin (müvəqqəti qalma, turlar) öncədən seçilmiş marşrutu, gecələmək proqramı,
müəyyən davamiyyət və məqsədi olur.
Marşrut – siyahı üzrə qeyd olunmuş bütün coğrafi məntəqələrə və yerlərə gedilməsi nəzərdə tutulan və səya-
hət müddətində dayanacaqdan-dayanacağa qədər turistlər tərəfindən gedilən yoldur. Səyahətin başlanğıcı və so-
nu marşrutun çıxış və son nöqtələri hesab olunur. Marşrutun başlanğıcı – müqavilədə nəzərdə tutulduğu kimi,
turistə ilk, sonu isə axırıncı turist kimi xidmət göstərən məntəqədir.
Marşrut üzrə gedilən istiqamətdə yerdəyişmədən asılı olaraq, marşrutun xətti, dairəvi, radial (radius istiqa-
mətli) və kombinasiyalı (quraşdırılmış) növləri vardır.
Xətti marşrut – başlanğıcı və sonu müxtəlif coğrafi məntəqələrdə olan marşrut, məsələn, Bakı-Şəki-
Sumqayıt-Tiflis
(Sxem1).
Sxem 1. Xətti marşrut
Dairəvi marşrut – başlanğıcı və sonu eyni coğrafi məntəqədə olan marşrut, məsələn «Türkiyə turu» (İstanbul
– İzmir – Quşadası – Pamakqala – İstambul) (Sxem 2).
Sxem 2. Dairəvi marşrut
Radial marşrut – başlanğıcı və sonu eyni coğrafi məntəqədə olan marşrut.
Dairəvi marşrutdan fərqli olaraq, başlanğıc nöqtəsində yerləşən turist, həmin nöqtədən müxtəlif istiqamətlərə
səyahət edərək yenidən başlanğıc nöqtəsinə qayıdır. Məsələn, Bakı-Şamaxı-Bakı, Bakı-Gəncə-Bakı, Bakı-Şəki-
Bakı, Bakı-Nabran-Bakı (Sxem 3).