66
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Təbiət elmləri seriyası 2011
UOT 5796463140
SELLÜLOZA PARÇALAYAN BAKTERİYALARLA
BİTKİLƏRİN QARŞILIQLI MÜNASİBƏTİ
S.Ə.QULİYEVA
Bakı Dövlət Universiteti
rahib-azari @ rambler.ru
Məqalə 4 növ bitkinin rizosferasında yayılmış sellüloza bakteriyaları, mikroskopik
göbələklərlə bitkilərin qarşılıqlı münasibətinə həsr edilmişdir. Müəyyən olunmuşdur ki, ri-
zosferada sellüloza bakteriyaları Sorangium sellulosum viridis, Sorangium compesitum
ochraceus, Sorangium sellülosum virescens, Sorangium compositum nigrum miksobakte-
riyaları ilə təmsil olunmuşlar, onların buğda, arpa, noxud və qarğıdalı bitkilərinin rizo-
sferasında inkişafı, azotlu və fosforlu birləşmələrin bitki tərəfindən mənimsəməsinə təsiri
öyrənilmişdir. Müəyyən olunmuşdur ki, sellüloza parçalayan bakteriyalar bitkilərin rizo-
sferasında zəif inkişaf edirlər. Birinci il bitkinin böyümə və inkişafını stimulə etmirlər, yalnız
noxud bitkisinin rizosferasında müsbət təsir müşahidə edilmişdir. Buna səbəb paxlalı bitki-
lərin rizosferasında kökyumurusu bakteriyaların azotlu birləşmələrlə zənginləşdilməsidir.
Tədqiqatın 2-ci ili bitkilərin inkişafı sürətlənir və müəyyən olunmuşdur ki, bu hadisə
rizosferada sellüloza bakteriyalarının çürüməsindən alınan azotlu və fosforlu birləşmələrin
hesabına baş verir.
Açar sözlər: rizosfera, selluloza, rizosfera еffekti, vegetasiya.
Ədəbiyyatda ali bitkilərlə mikroorqanizmlər arasında qarşılıqlı müna-
sibətə həsr olunmuş elmi - tədqiqat işləri az deyil [1, 2, 4, 5]. Bu və ya digər
alimlərin nəticələrindən məlum olur ki, ali bitkilərin kökü ətrafında külli
miqdarda müxtəlif fizioloji qrupdan olan mikroorqanizmlər yayılmışlar və
onlar bitkilərin böyümə və inkişafında mühüm rol oynayırlar. Bəzi müəl-
liflər isə sellüloza bakteriyalarının bitkilərin rizosferasında digər mikroor-
qanizmlərdən zəif inkişaf etdikləri barədə məlumat verirlər [3, 6-8]. Bu
alimlərin fikirincə sellüloza ilə zəngin azotdan kasıb olan samanın üzvi
maddələrinin parçalanması nəticəsində sellüloza bakteriyaları torpaqdan
azotlu birləşmələri mənimsəyərək bitkilərin məhsuldarlığına təsir göstər-
mirlər. Təcrübənin ikinci ilində isə bitkilərin böyümə və inkişafı bərpa
olunur. Tədqiqatlar göstərir ki, buna səbəb torpaqda toplanmış sellüloza
bakteriyalarının çürümə məhsullarının təsiridir [9].
Bəzi müəlliflərin nəticələrinə görə torpağa verilmiş saman paxlalı bit-
kilərin rizosferasında sellüloza bakteriyalarının inkişafına təsiri nəticəsində
məhsuldarlığın 8 % artdığını qeyd edirlər [10, 11].
67
Bizim tədqiqatımızın məqsədi bitkilərin rizosferasının sellüloza bakte-
riyalarına nə dərəcədə təsir göstərməsini müəyyən etmək və bu bakteriyala-
rın bitkinin inkişafına təsiri və onların torpaqda və rizosferada azot və
fosforlu birləşmələrin mənimsənilməsinə təsirini müəyyən etmək olmuşdur.
Tədqiqatın obyekti və metodları
Tədqiqat obyekti olaraq Şamaxı rayonunun qara və karbonatlı qara
torpaqları və onlardan ayrılmış sellüloza bakteriyaları olmuşdur. Rizosfera
effektini aşkar etmək üçün buğda, arpa, qarğıdalı və noxud bitkiləri istifadə
edilmişdir.
Tədqiqatın məqsədi bitkilərlə onların rizosferasında yayılmış sellüloza
bakteriyalarının qarşılıqlı münasibətinin və torpaqda azotlu və fosforlu bir-
ləşmələrin mənimsənilməsinə onların təsirinin tədqiqi olmuşdur. Təcrübə
üçün noxud, qarğıdalı, buğda və arpa bitkiləri götürülmüşdür. Təcrübələr
xüsusi vegetasiya qablarında (həcmi 6 kq torpaq tutan) yerinə yetirilmişdir
(qabların bir qismi pasterizə olunub: (1 saat ərzində 2 atm.). Qablarda tor-
paq sellüloza bakteriyalarının kulturası ilə yoluxdurulmuşdur (Şorangium
sellulosum ochraceus).
Miksobakteriyanın kulturası Petri kasasında filtr kağızı üzərində aqarlı
mühitdə becərilmiş, bakteriyaların tam örtük əmələ gəldikdən sonra ondan 4
sm
2
kəsik hazırlayıb həvəngdə steril su əlavə etməklə əzib, əmələ gəlmiş
biokütlə 100 ml-lik kolbaya köçürülərək, suspenziya hazırlanmış, ondan
təcrübə torpaqlarına əlavə edib qarışdırılmış və 23 % rütubəti saxlamaq
üçün su əlavə edilmiş və bu rütubət bütün təcrübə boyu saxlanılmışdır. Hər
vegetasiya qabına 5 toxum əkilmiş, sonra onlardan 3-ü saxlanılmış, ikisi
kənarlaşdırılıb, bitkilərin biokütləsi tərəzidə çəkilmişdir.
Tədqiqatın nəticələrinin analizi
Tədqiqatın nəticələri 1,2 saylı cədvəllərdə verilmişdir. Cədvəldən ay-
dın olur ki, noxud bitkisinin rizosferasında sellüloza bakteriyalarının inkişa-
fı nisbətən yüksəkdir. İstər steril torpaq və istərsə də steril olmayan variant-
larda rizosferada onların intensiv inkişafı müşahidə olunur. Steril olmayan
torpağın 1 qramında (rizosferadan kənar) bakteriyaların miqdarı toxum əkil-
miş variantlarda yüksəkdir. Əgər bir qram steril olmayan torpaqda kökdən
kənarda 48 min bakteriya aşkar olunubsa, bitkinin rizosferasından götürül-
müş torpağın bir qramında 164 min bakteriya aşkar edilmişdir. Ələlxüsus bit-
kinin rizosferasında bakteriyaların sayı nəzərəçarpacaq dərəcədə yüksəkdir.
İki saylı cədvəldə qarğıdalı bitkisinin rizosferasında sellüloza bakteri-
yalarının miqdarının noxud bitkisinin rizosfera nəticələri ilə müqayisə et-
dikdə qarğıdalı bitkisinin rizosferasında sellüloza bakteriyalarının inkişafı
çox aşağıdır və vegetasiya dövrünün sonuna kimi aşağı düşməkdə davam
etmişdir.
68
Cədvəl 1
Sellüloza bakteriyaları və mikroskopik göbələklər bitkilərin
rizosferada, karbonatlı və adi qara torpaqda
(vegetasiya dövründə orta hesabla) koloniyaların sayı
Bakteriyalar Göbələklər
Torpaq Rizosfera Torpaq Rizosfera
Bitkilər
Karbonatlı qara
torpaq
Qara
torpaq
Karbonatlı
qara torpaq
Qara
torpaq
Karbonatlı qara
torpaq
Qara
torpaq
Karbonatlı qara
torpaq
Qara
torpaq
1 2 3
4
5 6 7 8 9
1. Arpa
129
–
132
–
158
–
135
–
2. Buğda 150 162
122
135 144 134 126 134
3.
Noxud 111 174
119
201 105 143 110 128
4.Qarğıdalı
151 222
130
214 119 132 113 122
Cədvəl 2
Torpaqda bitkilərin sellüloza miksobakteriyalarının inkişafına və
bitkilərin rizosferasında təsiri (boz qonur torpaqlarda
(karbonatlı qara torpaqda) vegetasiya dövrü ərzində
Miksobakteriyalar:
Şorangium sellulosum
viridis
Miksobakteriyalar:
Şorangium sellulosum
ochraceus, Sor. cellulosum
ochraceus, Sor. sellulosum
virescens və Sor.compositum
virecseus və Sor.compositum
nigrum
Bitkilər
Torpaq Rizosfera
Artım Torpaq
Rizosfera
Aşağı
düşmür
1. Buğda-sort.cah. 3 7
+4
107
48
-
59
2. Arpa
6
93
+87
122
18
- 104
3. Noxud
36
53
+17
73
54
- 19
4. Qarğıdalı
33
53
+20
112
71
- 35
5. Günəbaxan 6
25
+19
120
98
-
22
6. Buğda 24
48
+24
121
69
-
52
Sellüloza bakteriyaları ilə paxlalı və dənli bitkilərin qarşılıqlı müna-
sibətinin belə formasını onunla izah etmək olar ki, onların nisbətən aktiv
inkişafı noxud bitkisinin rizosferasında nəzərə çarpır, burada kökyumrusu
bakteriyalarının atmosfer azotunu mənimsəməsi nəticəsində rizosfera azotlu
birləşmələrlə zənginləşir, amma qarğıdalı və digər dənli bitkilərə torpağa
azotlu birləşmələr verilsə belə sellüloza bakteriyalarının yüksək inkişafı
nəzərə çarpmır.
Sellüloza bakteriyalarının inkişafı ləngiyir, saman verilmiş variantlar-
da qarğıdalı bitkisində dənin rizosferasında, bitkinin yarpaq və gövdəsində
azotun miqdarı azalır. Analizin nəticələri göstərir ki, buna səbəb sellüloza
bakteriyalarının inkişafları üçün torpağın azotlu birləşmələri mənimsəməsi
səbəb olmuşdur (cədvəl 2). Yuxarıda qeyd etdiyimiz kimi yalnız sonrakı
mərhələlərdə sellüloza bakteriyalarının çürüməsi nəticəsində torpaq azotlu
birləşmələrlə zənginləşir, bu özünü bitkinin böyümə, inkişafı və məhsuldar-
69
lığının artmasında, torpağın azotlu birləşmələrlə zənginləşməsində özünü
göstərir.
Nəticələr
1. Tədqiq olunmuş torpaq tiplərində sellüloza parçalayan bakteriya, mik-
roskopik göbələklər geniş yayılmışlar və sellülozanın çürüməsində aktiv
iştirak edirlər.
2. Sellülozaparçalayan bakteriyalar bitkilərin rizosferasında zəif inkişaf
edir və onun parçalanmasında da zəif iştirak edirlər. Yalnız təcrübənin
ikinci ilində sellülozaparçalayan mikroorqanizmlər öldükdən sonra çü-
rümə nəticəsində torpaq qida maddələri ilə zənginləşir və bitkinin in-
kişafı və məhsuldarlığı artır.
3. Sellülozanın rizosferada parçalanmasını bakteriyalarla yanaşı mikrosko-
pik göbələklər də həyata keçirirlər. Bunlardan Dematium, Stachibotrys,
Penicillum, Truchoderma, Chaetomium-u və s. cinsləri göstərmək olar.
ƏDƏBİYYAT
1. Красильников М.А. Микроорганизмы и высшие растения М.: Наука, 1954, 175 с.
2. Мишустин Е.М. Микрофлора почв северной и средней части СССР. М.: Наука, 1984,
300с.
3. Красильников М.А. Лучистые грибы. М.: Наука, 1970, 560 с.
4. Гасымзаде М.А. Мик рофлора серо-бурой почвы Абшерона. Автореф. дисс. на соис-
кание канд. биол.наук, Баку, 1970, 21 с.
5. Ибрагимов А.Ш. Влияние микроэлементов на микроорганизмы при прикорневой
зоне хлопчатника. Автореф. на соискание канд. биол.наук, Баку, 1971, 21 с.
6. Мавзолеева Л.Г., Кряков А.А. Голдобина Е.В. Влияние гербицидов на активность разло-
жения клетчатки целлюлозоразрушающими микроорганизмами в почвах / Сб.тр. Ку-
банский Государственный Университет, Краснодар, 2001, в. 390, с. 139-143
7. Узбек И.Х. Целлюлозоразрушающие микроорганизмы как компонент биологичес-
кого почвообразования / Автореф. дисс. канд. биол. наук, М., 2006, 16 с.
8. Санданова И.Б. Микробиологическая деструкция растительного опади стенных эко-
систем юго-восточного Забайкалья / Aвт.канд.дисс., 2005, 18 с.
9. Хвостов М.В. Влияние соломы возделываемых культур на динамику целлюлоза раз-
рушающей активности почвы. Ульяновск, 2002, ч.1, с.319-320.
10. Думова В.А., Круглов Ю.В.Ассоциация бактерий утилизирующих целлюлозу //
Микробиология. 2009, т. 78, № 2, с.268-274.
11. Широких А.А. Влияние предпосевного протравливания семян на структуру ком-
плексов актиномицетов в ризосфере озимой ржи // Агрохимия. № 9, 2005, с.51-55.
70
ВЗАИМООТНОШЕНИЯ ЦЕЛЛЮЛОЗОРАЗРУШАЮЩИХ
БАКТЕРИЙ С РАСТЕНИЯМИ
С.А.ГУЛИЕВА
РЕЗЮМЕ
В статье даны результаты о распространении целлюлозных бактерий и мик-
роскопических грибов в ризосфере 4-х видов растений. Выявлено, что миксобактерии
в ризосфере пшеницы, ячменя, кукурузы, гороха слабо развиваются, и в первый год
опыта не стимулируют рост и развитие растений, исключение составляет растение го-
рох, в ризосфере которого обнаружены положительный эффект благодаря развитию
клубеньковых бактерий. На втором году опыта заметно улучшается рост и развитие
всех исследованных растений и опыты показывают, что причиной тому являются вы-
мирание и разложение целлюлозных бактерий, обогащения почвы азотными и фосфор-
ными соединениями.
Ключевые слова: ризосфера, целлюлоза, ризосферный эффект, вегетация.
RELATIONSHIP OF CELLULOLYTIC BACTERIA WITH PLANTS
S.A.GULIYEVA
SUMMARY
The article deals with the results of the distribution of cellulosic bacteria and micro-
macroscopic fungi in the rhizosphere of 4 kinds of plants. It was revealed that mixobacteries
in the rhizosphere of wheat, barley and maize poorly developed and in the first year of
experiment do not stimulate plant growth and development, pea plants the rhisosphere of
which undergoes positive effects due to the development of root nodule bacteria are excepted.
In the second year of experiment the growth and development of all the investigated plants
markedly improved and the experiments show that the reason for this is the extinction and the
decomposition of cellulose bacteria, the enrichment of soil nitrogen and phosphorus com-
pounds.
Key words: rhisoshere, cellulose, rhisospheric effect, vegetation.
Redaksiyaya daxil oldu: 15.05.2011-ci il.
Çapa imzalandı: 27.07.2011-ci il.
Dostları ilə paylaş: |