__________________ Milli Kitabxana_________________________
79
Gilavar qızı bəs?
O bar qızı bəs -
Sahil bağlarına yol açmayıb ki?
Saçı qayalara dolaşmayıb ki?
Arazdan nə xəbər, Kürdən nə xəbər,
Sənin çay qızların bəlkə bilələr...
San ey ana südüm, cy ana nəğməm,
Mən hara gedirəm, hara gedirəm
Səni aparıram pasportum kimı.
Nəğmə ordum kimi, söz ordum kimi.
Məndən sonışanda: - Sən kimsən? - onda
Nəsimi oluram alov donunda.
Bəzən üfüq adlı bir Nizamiyəm,
Demək mən xilqətəm, demək hamıyam.
Bəzən Füzuliyəm, -
Bir planetəm.
Bəzən bir ulduzam,
Bəzən kometəm...
Sabirəm, Üzeyirəm, Bülbüləm, kiməm...
Azəri nəğməsi, bilmirəm kiməm,
Nəçiyəm mən sənsiz, nəyə qayiləm,
Sonsiz nə eşqim var, nə də ailəm.
Ey mənim ilk laylam, by son bayatım,
Az qaldı özümü qayadan atım
Dünən.
Eh, dalğalar yamandı dünən,
Hava dalğaları qısqandı dünən,
Bizi ayırdılar.
Qaçdım şəhərə.
Girdim hər yerə,
Şəklini axtardım bəstəkarların,
Yox idi Üzeyir, yox idi Qara,
Fikrətin adını yazdım yollara,
Çıxdım qayalığa, girdim meşəyə,
Yarpaqlar bir nəğmə oxusun, - deyə...
Yox-yox, oxumasın, hey, hey, bir dayan,
Şövkətdir oxuyan, Habildir çalan!
__________________ Milli Kitabxana_________________________
80
Bu Tofiq, bu Arif, bu da Cahangir,
Yarpaqlar onları tanıdı sanki,
Elə əl çaldılar,
Haray saldılar,
Qayalar bu səsə heyran qaldılar.
Qayalar səsimi yazdı lentinə,
Qaya maqnitafon dilləndi yenə:
"Hey, hey! Bir dayan,
Şövkətdir oxuyan, Habildir çalan!
Bu Tofiq, bu Arif, bu da Cahangir..."
Qopdu qayalardan Koroğlu cəngi,
Nərələr kükrəyib daşdan töküldü,
Dağlar silkələndi, kırslar söküldü...
Ey nəğməm, gör sənsiz nə günə düşdüm,
Bir dibsiz sükunət gölünə düşdüm.
Mənim zərifliyim, mənim sərtliyim,
Mənim zəifliyim, mənim mərdliyim
Azəri nəğməsi, dünəndən bəri
Səndən ötəri
Necə də, necə də duzsuzlamışam,
Necə də, necə də susuzlamışam...
Yalta, yanvar 1968
__________________ Milli Kitabxana_________________________
81
VƏSİYYƏT
Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd-qara.
Qoy qara kağızım olsun
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim;
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi,
Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi...
O rəngə hörmətimdir,
Şəvəgözlülər, qarabuğdayılar.
O rəngli kirpiklərin kölgəsində
Əksım yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra,
Tünd-qara.
Fəqət soy-adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üftiqə doğru gedən
Ağ yola bənzəyim.
Bakı, fevral 1968
__________________ Milli Kitabxana_________________________
82
DUMAN ÖMRÜ
Ölüm istəyirəm.
Qəfil bir ölüm.
Birkibrit ölümü.
Barıt ölümü.
Bir anda bir ovuc dumana dönüm,
İstədiyim səmtə tutum yönümü.
Görüm, hər qonanda dağlar qaşına,
O dağdan, o çəndən necə yazmışam?!
Görüm, hər enəndə bulaq başına,
Çiçəkdən, çəməndən necə yazmışam?!
Görüm dumanlara qoşula bilmək,
Ayrılıb didərgin olmaq, necədir?!
İstəksiz dərədən daşına bilmək,
İstəksiz dərəyə dolmaq, necədir?!
Görüm bir necədir yerlərə hopub,
Vətən torpağının şehinə dönmək.
Kiçik bir qayanın döşündən qopub
Böyük bir dünyanın mehinə dönmək.
Görüm, hər tutanda kəndi, şəhəri
Fatehlər bu dəmdə nə görüb axı?
Nənəmin Allahı min ildən bəri
Nənəmin yurduna nə verib axı!
Eh, xoşbəxt olardım onda necə də -
Araza baş qoyub yata bilərdim.
Davasız, tüfəngsiz bircə gecədə
Sahili sahilə çata bilərdim.
Qorxmazdım diplomat notalarından,
Barışlar, sazişlər gəlməzdi yada.
Qəfil tufanımdan, Qəfil qarımdan
Paylardım bir azca adamlara da.
__________________Milli Kitabxana_________________________
83
Bəli, duman olum. Duman. Bir çəngə.
Mənim öz yağışım,
Öz qanın olsun.
İstədiyim yerə yükümü çəkən
Hökmüm, ixtiyarım, qərarım olsun.
Birinin düzündə çiçok bitirən,
Birinin gözündə bitən olmayım.
Seyrək dumanları qovan, itirən,
Qalın dumanlarda itən olmayım.
Mənim sərhəddimdən dalğası keçən
Yaman fikirləri daş edə bilim.
Namərd qılıncmın qabağında mən
Qara kötükləri baş edə bilim.
Nə qədər yol getdim fikirlər ilə,
Hələ mənzilimin uzağı qalıb.
Üfüqlər dalında nə qədər hələ
Arzumun əlləri uzalı qalıb.
1967
__________________ Milli Kitabxana_________________________
84
MƏNDƏN OTDÜ,
QARDAŞIMA DƏYDİ...
Bəxtiyar Vahabzadəyə
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Küləkləşən, dumanlaşan ruhumla sən
Ayağa dur, səninləyəm!
Səs geməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə son: -
Sənə gələn, səndən
Ötən
Nəydi belə? -
Səndən ötüb qardaşına dəydi belə?
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı'?
O zamanmı bitdi bizim
dilimizin
"sənin", "mənim" qabarı da?
O zamanmı bitdi bizim
dilimizin
"haralısan" damarı da?..
Səninləyəm, ulu babam!
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çokıb, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram.
Ruhunuzu qıyma-qıyma doğrayaram,
Qara Çoban,
Dəli Domrul.
Dostları ilə paylaş: |