Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

__________________Milli Kitabxana_________________________ 
79 
 
Gilavar qızı bəs? 
O bar qızı bəs - 
Sahil bağlarına yol açmayıb ki? 
Saçı qayalara dolaşmayıb ki? 
Arazdan nə xəbər, Kürdən nə xəbər, 
Sənin çay qızların bəlkə bilələr... 
San ey ana südüm, cy ana nəğməm, 
Mən hara gedirəm, hara gedirəm 
Səni aparıram pasportum kimı. 
Nəğmə ordum kimi, söz ordum kimi. 
Məndən sonışanda: - Sən kimsən? - onda 
Nəsimi oluram alov donunda. 
Bəzən üfüq adlı bir Nizamiyəm, 
Demək mən xilqətəm, demək hamıyam. 
Bəzən Füzuliyəm, - 
Bir planetəm. 
Bəzən bir ulduzam, 
Bəzən kometəm... 
Sabirəm, Üzeyirəm, Bülbüləm, kiməm... 
Azəri nəğməsi, bilmirəm kiməm, 
Nəçiyəm mən sənsiz, nəyə qayiləm, 
Sonsiz nə eşqim var, nə də ailəm. 
Ey mənim ilk laylam, by son bayatım, 
Az qaldı özümü qayadan atım 
Dünən. 
Eh, dalğalar yamandı dünən, 
Hava dalğaları qısqandı dünən, 
Bizi ayırdılar. 
Qaçdım şəhərə. 
Girdim hər yerə, 
Şəklini axtardım bəstəkarların, 
Yox idi Üzeyir, yox idi Qara
Fikrətin adını yazdım yollara, 
Çıxdım qayalığa, girdim meşəyə, 
Yarpaqlar bir nəğmə oxusun, - deyə... 
Yox-yox, oxumasın, hey, hey, bir dayan, 
Şövkətdir oxuyan, Habildir çalan! 
 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
80 
 
Bu Tofiq, bu Arif, bu da Cahangir, 
Yarpaqlar onları tanıdı sanki, 
Elə əl çaldılar, 
Haray saldılar, 
Qayalar bu səsə heyran qaldılar. 
Qayalar səsimi yazdı lentinə, 
Qaya maqnitafon dilləndi yenə: 
"Hey, hey! Bir dayan, 
Şövkətdir oxuyan, Habildir çalan! 
Bu Tofiq, bu Arif, bu da Cahangir..." 
Qopdu qayalardan Koroğlu cəngi, 
Nərələr kükrəyib daşdan töküldü
Dağlar silkələndi, kırslar söküldü... 
Ey nəğməm, gör sənsiz nə günə düşdüm, 
Bir dibsiz sükunət gölünə düşdüm. 
Mənim zərifliyim, mənim sərtliyim, 
Mənim zəifliyim, mənim mərdliyim 
Azəri nəğməsi, dünəndən bəri 
Səndən ötəri 
Necə də, necə də duzsuzlamışam, 
Necə də, necə də susuzlamışam... 
 
Yalta, yanvar 1968 
  


__________________Milli Kitabxana_________________________ 
81 
 
VƏSİYYƏT 
 
Qara cilddə çap eləyin kitabımı 
Məndən sonra. 
Qara cilddə. 
Tünd-qara. 
Qoy qara kağızım olsun 
O kitab dostlara, tanışlara. 
Mən o rəngi sevərdim; 
Boynu bükülü dərdim, 
Pardaxlı sevincim 
O rəngdə geyinərdi
Mən o rəngi sevərdim. 
O rəngdəydi varaqlarda 
Fikrimin yazı geyimi... 
O rəngə hörmətimdir, 
Şəvəgözlülər, qarabuğdayılar. 
O rəngli kirpiklərin kölgəsində 
Əksım yaşardı. 
O rəngin bir ev dolusunda 
Vəslim yaşardı. 
O rəngin ən durusu, 
Safıdır 
Məni oxşayan ağılar. 
Qızlarımın gözündə 
O rəngin özü ağlar. 
Qara cilddə çap eləyin kitabımı, 
Məndən sonra,  
Tünd-qara.  
Fəqət soy-adımı  
Süd rəngiylə həkk edin ora.  
Daha nə deyim,  
Qoy mən 
Qara torpaq üstündə  
Üftiqə doğru gedən  
Ağ yola bənzəyim. 
  
Bakı, fevral 1968 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
82 
 
DUMAN  ÖMRÜ 
 
Ölüm istəyirəm.  
Qəfil bir ölüm. 
Birkibrit ölümü. 
Barıt ölümü. 
Bir anda bir ovuc dumana dönüm, 
İstədiyim səmtə tutum yönümü. 
 
Görüm, hər qonanda dağlar qaşına,  
O dağdan, o çəndən necə yazmışam?!  
Görüm, hər enəndə bulaq başına,  
Çiçəkdən, çəməndən necə yazmışam?! 
 
Görüm dumanlara qoşula bilmək,  
Ayrılıb didərgin olmaq, necədir?!  
İstəksiz dərədən daşına bilmək,  
İstəksiz dərəyə dolmaq, necədir?! 
 
Görüm bir necədir yerlərə hopub,  
Vətən torpağının şehinə dönmək.  
Kiçik bir qayanın döşündən qopub  
Böyük bir dünyanın mehinə dönmək. 
 
Görüm, hər tutanda kəndi, şəhəri  
Fatehlər bu dəmdə nə görüb axı?  
Nənəmin Allahı min ildən bəri  
Nənəmin yurduna nə verib axı! 
 
Eh, xoşbəxt olardım onda necə də - 
Araza baş qoyub yata bilərdim.  
Davasız, tüfəngsiz bircə gecədə  
Sahili sahilə çata bilərdim. 
 
Qorxmazdım diplomat notalarından,  
Barışlar, sazişlər gəlməzdi yada.  
Qəfil tufanımdan, Qəfil qarımdan  
Paylardım bir azca adamlara da. 


__________________Milli Kitabxana_________________________ 
83 
 
 
Bəli, duman olum. Duman. Bir çəngə. 
Mənim öz yağışım, 
Öz qanın olsun. 
İstədiyim yerə yükümü çəkən 
Hökmüm, ixtiyarım, qərarım olsun. 
 
Birinin düzündə çiçok bitirən,  
Birinin gözündə bitən olmayım.  
Seyrək dumanları qovan, itirən,  
Qalın dumanlarda itən olmayım. 
 
Mənim sərhəddimdən dalğası keçən  
Yaman fikirləri daş edə bilim.  
Namərd qılıncmın qabağında mən  
Qara kötükləri baş edə bilim. 
 
Nə qədər yol getdim fikirlər ilə,  
Hələ mənzilimin uzağı qalıb.  
Üfüqlər dalında nə qədər hələ  
Arzumun əlləri uzalı qalıb. 
 
1967 
  


__________________Milli Kitabxana_________________________ 
84 
 
MƏNDƏN OTDÜ,  
QARDAŞIMA DƏYDİ... 
 
Bəxtiyar Vahabzadəyə 
 
Ey daşlaşan, torpaqlaşan, 
ulu babam!  
Bu günümdən dünənimə uzaqlaşan 
ulu babam! 
Küləkləşən, dumanlaşan ruhumla sən  
Ayağa dur, səninləyəm! 
Səs geməyən, 
əl yetməyən  
Qədim tarix dərəsindən  
Səs ver mənim səsimə son: -  
Sənə gələn, səndən  
Ötən 
Nəydi belə? - 
Səndən ötüb qardaşına dəydi belə?  
Bununlamı neçə dəfə  
Ata-oğul, qardaş hissi haçalandı,  
Bir şəhərin 
Beş qardaşın xanlığına parçalandı'?  
O zamanmı bitdi bizim 
dilimizin 
"sənin", "mənim" qabarı da?  
O zamanmı bitdi bizim 
dilimizin 
"haralısan" damarı da?..  
Səninləyəm, ulu babam!  
Bu məsəli kimdi yazan?  
Hansı soysuz ata idi  
Ataların imzasını  
Çokıb, ona möhür basan?!  
Adınızı dastanlardan oğrayaram.  
Ruhunuzu qıyma-qıyma doğrayaram,  
Qara Çoban,  
Dəli Domrul. 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə