Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

__________________Milli Kitabxana_________________________ 
66 
 
 
Qolundan yapışıb vüqarla,  
Fikrinizi beyninə  
Vurmusunuzmu 
elmi mismarla?  
Yox, professor, yox!  
Giley qəhrəmanımız çox,  
Dil pəhləvanımız çox!  
Bəlkə də bir qədər  
Tünd oldu yazım,  
Mübaliğə rəngini  
Çox etdi şair ehtirasım.  
Axı daş beyinləri sən  
Gərək vaxtında deşəsən!  
Bir də ki, Adi dərdinə də  
Heç dözüm yoxdu məndə – 
Axı anamdır Xəzər!  
Bəlkə Ölü dənizi də  
Bir vaxt belə öldürüblər,  
Ona da çirkablar  
Gəmilərdən deyil,  
Şüursuz beyinlərdən axıb,  
Hələ də açılmamış  
Sirli düyünlərdən axıb.  
Bir gözəlin saçını kəsiblər,  
Qolunu-qıçını kəsiblər,  
Qulağından mirvarini açıblar,  
Sonra bu düzün ortasında  
Lüt-üryan qoyub qaçıblar.  
Soyuq qurudub buz eləyib,  
Günəş əridib duz eləyib...  
Bu gün mən 
Bu fikirlər içində gəzirkən  
Sandım ki, bir əfsanəvi quşam,  
Gələn əsrlərin 
Hansı budağınasa qonmuşam:  
Görürəm əlində tor - 


__________________Milli Kitabxana_________________________ 
67 
 
 
İki professor  
Ləpələri o üzə,  
Bu üzə çevirir.  
Bərk mübahisə gedir:  
Biri deyir, bir zaman  
Xəzərdə canlı varmış,  
Onu ikiayaqlı canlılar  
Qırıb qurtarmış.  
Biri deyir: 
- Yox, elə bu dəniz ölüdür,  
Əzəldən şüşəgözdür...  
Əsəbim burda dözmür,  
Daha dozmür, uçuram 
Əsrimin indisinə.  
Xəzər kimi hayqırır 
indi sinəm;  
Xəzəri qorumağa  
Silah istəyir,  
Yunan əsatirindən  
Allah istəyir,  
Dənizlər Allahı!  
Yox, professor, sabahı  
Sabah bu gün qorumalıyıq!  
Sabahın bu günkü kefindən 
qorunmalıyıq!  
Bu gün çürüyən toxum  
Sabah bərəkət olmur!  
Qənaət olmayanda,  
Bərəkət sərvət olmur...  
Biz bağların barını  
Ömürlük dərsək,  
Gələcək nəsilə  
Quru ağac versək,  
Adımızı, ruhumuzu  
Çəkərlər dara.  
Sümüyümüzü yığıb  
Qoyarlar toplara... 


__________________Milli Kitabxana_________________________ 
68 
 
 
Şerim sərbəstdir bir qədər,  
Birdən ahəngdarlıq 
sevən Xəzər  
Məndən küsər.  
Mən qəsdən belə yazdım, 
professor, 
Mən şeri qırmazdım, professor,  
Qırılan sətirləri  
Qırılan balıqların 
sürüsünə bənzədirəm.  
Seyrələn nöqtələri  
Xəzərin seyrələn  
Kürüsünə bənzədirəm.  
Xəzərin taleyinə baxamda,  
Bax, belə sərbəstlik var, 
professor!  
Sərbəstlikdən betər  
Sərməstlik var, professor! 
 
1966 
  


__________________Milli Kitabxana_________________________ 
69 
 
BABAMIN SƏSİ 
 
Babamın gur səsi vardı, 
Babam bəzən 
Elə bərkdən danışardı - 
Az qalardı taxçadakı 
çıraq sönə. 
Yarpaqlar 
tab gətirməzdi 
gülüşünün 
ləpəsinə. 
Babam elə danışardı, 
Bəlkə də bir 
Qərbli qonaq 
Deyərdi ki, 
Insane bax!  
Adətə bax!...  
O coşanda,  
O qəzəblə danışanda  
Deyərdin ki, bu saatca  
Sinəsindən şir çıxacaq...  
Bəli, babam  
Dağ oğluydu!  
Dağ sinəli 
olmalıydı.  
O, səsini 
Şimşəklərlə cilalayıb,  
Gurşadlarla yumalıydı!  
Babama da bu gur səsi,  
Köhlən yoran  
Bu nəfəsi – 
Miras verən babalardı,  
Min illəri yola salan  
Bu dağlardı,  
Dərələrdi,  
Obalardı. 
Qıjıltısı qulaq tutan çay dərəsi – 
Keçməliydi onun səsi. 


__________________Milli Kitabxana_________________________ 
70 
 
 
Quzuların mələşməsi, 
Qartalların qıyıltısı, 
Arıların guyultusu, 
Dağ selləri, 
Dağ yelləri 
Maqnit olub 
Səsi-ünü 
tutan yerdə, 
Ağız açan mağaralar 
Top nərəsi udan yerdə - 
Torpağın axın-axın 
At dımağı görən igid, 
Xoş günürta 
Əldə qılınc - 
At belində sürən igid 
Gur səslə de, 
Harayla da - 
İlkin hasar oldu yada, 
Meşələrin sükutuna 
Batan kəndlər, 
Dərələrin boğazında 
yatan kəndlər 
Nərələrdən qalxmalıydı. 
Bu nərələr 
Basqınlara, 
Silahlanmış azğınlara 
İgidlərin ən birinci 
qalxanıydı.  
Bəzən elə bir nərə də  
Sıldırımlı bir dərədə  
Səda verib min olurdu.  
Qoca dağlar silkələnib  
Düşmən üstə uçulurdu...  
Qoy bu günün düşməni də  
At çapmasın harın-harın,  
Torpaq altda gizlətmişik  
Gur səsini babaların!.. 
  
1966 
  


__________________Milli Kitabxana_________________________ 
71 
 
UÇQUN 
 
Baxdıqca dağlara, dərələrə mən  
Qəribə fıkirlər başıma gəlir.  
Bəzən ilk baxışda xoşa gəlməyən  
Uçqunlar yamanca xoşuma gəlir. 
 
Görürsən bir anda dağ dərəsində  
Uçqunlar özgə bir həyat yaradır.  
Min illik təzadlar mənzərəsində  
Uçqunlar təzə bir təzad yaradır. 
 
Uçqundan bir bulaq gəlir dərəyə,  
Uçqun bir talanın sönən yazıdır.  
Uçqun təbiətdə nəyinsə nəyə  
Təbiət dilində etirazıdır. 
 
Ayırır bir dağı bir dağdan uçqun,  
Qarın göz yaşını selə döndərir.  
Qartal yuvasını dağıdan uçqun,  
Bir düzü sonalı gölə döndərir. 
 
Birdir qabağında ağ da, qara da,  
Palıdı vələsə çatıb aparır.  
Ən güclü sayılan qayaları da  
Gücsüzlər içində qatıb aparır. 
 
Dağıdır bir əli, tikir bir əli,  
Onun daş biləyi, daş bənnası var.  
Nə bərbad edəndə çəkinir əli,  
Nə abad edəndə təmənnası var. 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə