Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

__________________Milli Kitabxana_________________________ 
113 
 
Gərdəyindən döyüşlərə ər göndərdi.  
Ər sözünü, yar sözünü 
qaçıb daşa deyə bildi.  
Daşlar ona: 
"Daşcanlı ol, dözüb yaşa!" - 
deyə bildi.  
Bayaqdandır qulaq verib daş xoruna, 
daş səsinə,  
Utanıram, utanıram 
mən tarixin əvəzinə... 
 
Şuşa-Bakı, avqust, 1970 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
114 
 
 
NƏ BİLİM... 
  
Səndən mənə bir ömürlük xatirə,  
Məndən sənə nə qalacaq, nə bilim?  
Çətin bir də: daş üstə daş bitirəm,  
Niyə uçdu bu qalaçiq, nə bilim... 
 
Damağımda bal sevdanın turş adı... 
Uşaq ağlım inadım qurşadı. 
Nə hönkürdü bu naqafil gurşadı? 
Kimə dedim, - dedi, - ancaq: "nə bilim!" 
 
Günlər mənə gün yazmağı unutdu,  
Gülüm, günün güllərimi qurutdu.  
Bu oyunda kim uduzdu, kim uddu,  
Peşimanı kim olacaq, nə bilim?.. 
 
Mən Arazam, səsim tutqun Arazdı,  
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.  
İndi daha qaynar təbim ayazdı,  
İsinərmi bir od-ocaq, nə bilim... 
 
Avqust, 1970 
 
  


__________________Milli Kitabxana_________________________ 
115 
 
* * * 
 
Mənli də, mənsiz də bu dünya vardı,  
Göy belə göy idi, qar belə ağdı.  
Bu dünya elə bir nəğməli valdı,  
Mənli də, mənsiz də oxuyacaqdı. 
 
Çıxıb bu dünyanın yoluna mən də,  
Dönüb durmalıydım bir astanada.  
Üfüq saralanda, toran düşəndə  
Səsləməli idim səni astadan. 
 
Belə olmalıydi yəqin ki, belə...  
Qəlbim intizarda döyünməliydi:  
Sonra bu vəfalı döyüntülərlə  
Yeni görüşəcən öyünməliydi. 
 
Əhd-ilqar tumuydu bu döyüntülər,  
Mən keçən yollarda göyərməliydi.  
Sinəmi bir daşa söykəsəm əgər,  
O da insanlaşıb, köyrəlməliydi. 
 
Belə olmalıydı yəqin ki, belə:  
Çiynimə bu yükü götürməliydim.  
Ağlımın hökmünü mən bılə-bilə  
Qəlbimin hökmündə itirməliydim. 
 
Bu gün də beləcə... bir dönəcəkdə  
"Sevgi məhkəməsi" qurulmalıymış.  
Bu şərtlər, o şertlər... məşəl ürəkdə  
Məhəbbət bir işım qor olmalıymış... 
 
Biz ayaq saxladıq nahaqca yerə,  
Məhəbbət yoluna çıxdın, dayanma!  
Cəsarət gərəkdir ilk sevənlərə - 
Yalandı kül olmaq, yalandı yanmaq! 
  
Yanvar, 1973 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
116 
 
 
BULAQ BAŞINDA 
  
(nəğmə) 
 
O qızı görəndə bulaq başında,  
Qəlbimdə kükrəyən bulağı gördüm,  
Laləli-nərgizli çəmən içində  
Laləyə rəng verən yanağı gördüm. 
 
Saçı sarışındı, qaşları qara,  
Baxışı baxanı çəkirdi dara.  
Könül verməmişdi hələ bir yara,  
Dodaq görməmişdi dodağı, gördüm. 
 
Ona könül açdım, çatıldı qaşı,  
Söz deyə bilmədi sözümə qarşı.  
Bu dəmdə böyürdən çıxdı qardaşı,  
Tutuldu tez qaşı-qabağı, gördüm. 
 
Sevənlər dilsiz də danışacaqdır,  
"Gələn görüşümüz - dedim - nə vaxtdır?"  
Qız dönüb gözaltı gözümə baxdı,  
Bu gizlı baxışda sabahı gördüm... 
 
 
1956 


__________________Milli Kitabxana_________________________ 
117 
 
 EYFEL QÜLLƏSİNDƏ... 
 
Eyfel qülləsindən Parisə baxdım,  
Par-par parıldayan Pari, Paridır.  
Hər küçə alışan bir boyunbağı,  
Hər bina bəzəkli bir mirvaridir. 
 
Seçilir qülləli, uca kilsələr,  
Qələbə tağları baxır göylərə.  
Bəlkə bir binanı silkələsələr,  
Bir şəhər işığı tökülər yerə. 
 
Evlər arxasında atlı krallar  
İtir qəzəbiylə, əsəbiylə bir.  
Uzaqdan hamının yoludu yollar,  
Uzaqdan qəbristan şəhər kimidir... 
 
Eyfel qülləsindən Parisə baxdım,  
Dünya nə işıqlı, dünya nə gözəl!  
Dünyanı yaxından görmək istəsən,  
Parisi Eyfeldən tamaşaya gəl. 
 
Bulon meşələri təbiət-muzey,  
Yelisey çölləri abidə-meydan.  
Varlıqdan şikayət, yoxluqdan giley  
Burda bir anlığa çıxdı yadımdan. 
 
Sandım kimlərinsə ev darlığından  
Qaçıb küçələrdə yaşamır bu nur.  
Şampan şərabının xumarlığında  
Qadınlar lüt-üryan soyundurulmur. 
 
Eyfel qülləsindən dünyaya baxdım,  
Analar körpəli göründü bu gün.  
Eyfel qülləsindən Senaya baxdım, - 
Arazlar körpülü göründü bu gün. 
  


__________________Milli Kitabxana_________________________ 
118 
 
 
Şəhərə qaranlıq olmasın deyə,  
Kasıblar çəkilib qısıldı tinə.  
Bu gün yer yağışı yağmadı göyə,  
Toplar nəfəsini çəkdi içinə. 
 
Elə bil yatmışdı aclar, hərislər,  
Tamahlar, iştahlar ayıq deyildi.  
Kiminin miniyi - çaylar, dənizlər;  
Kiminin miniyi - ayaq deyildi. 
 
Eyfel qülləsindən Parisə baxdım,  
Elə bil gözümdə "düzəldi" dünya.  
Eyfel qülləsindən Parisə baxdım,  
Eyfel qüliəsində gözəldi dünya... 
 
Paris, fevral, 1970 
 
 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə