Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

__________________Milli Kitabxana_________________________ 
119 
 
NAZİMƏ TÜRKİYƏ SOVQATI 
 
Fikrimdə nə vaxtdan 
uyumuş bir xəbər  
Oyandı bu gecə.  
Bir ağ xəbər.  
Onda qaranlıq da vardı, 
ağlıq qədər.  
Deyirlər:  
Lev Oşanin  
Türkiyə torpağı 
gətirib,  
Nazimin 
qəbrinə səpibdi – 
Nazimin qəbri də  
Nazimin qəlbinə səpibdi.  
O torpaq içində 
görünməz 
Bir ana dodağı gətirib – 
Nazimin qəbrini öpübdü.  
Nazimin qəbri də  
Nazimin qəlbini öpübdü.  
Nazim vətəninə "İnfarktım" - demiş.  
Nazimin sinəsi 
həsrətdən sönük.  
Nazimin sinəsi 
bundan da böyük,  
Bundan da məhrəm —  
Bir sovqat - məlhəm 
görməmiş!  
Sağ ikən  
Vətənə Gözimdən qəlbinə,  
Qəlbindən gözünəcən,  
Qələmindən mizinəcən  
Gedə bilərdi 
Nazimin dərdi.  
Eh, indi sağ olsa, 


__________________Milli Kitabxana_________________________ 
120 
 
 
Bir ovuc torpaqdan  
Bir ölkə düzəldərdi, 
Nazimin dərdi.  
Orada İstanbulu,  
Ankarası  
Öz şair oğluna 
kabinet -"zindan" axtarardı.  
Orada gözünün ağı-qarası – 
şeir-sənət balası ata geyimli 
İnsan axtarardı.  
O ölkə yenə də 
bu Yerə yamanar, 
fırlanar, fırlanar,  
Orbitə tullardı Nazimi, 
deyərdi:  
"Bu Vətən - kürrəni 
uzaqdan seyr elə Ay kimi", 
deyərdi.,. 
Deyərdi...  
Yox, heç ne deməzdi.  
Günahı nə idi - 
desəydi, -  
nə derdi.  
Nə desə, yenə də  
Nazim deyərdi.  
Nə lazım: 
bu uzun-uzadı bəlkələr,  
Bu adi fakt özü bəlkə də  
Nə qədər vicdanı silkələr.  
Şairə bir ovuc torpaq çatdı  
Bir dünya bildiyi ölkədən.  
Yatdığı zindanın 
nəmindən sovqat!  
Səsləri bu nəmə hopulmuş,  
Özləri yox olmuş  
Zindan oxucularmın 
qəmindən sovqat!  
Nazim yaşadı 
nə qədər yaşadı, - 
Özündə bir ölkə yaşatdı. 


__________________Milli Kitabxana_________________________ 
121 
 
Bir ölkə adından  
Dalmca neçəsi daş atdı.  
Nazim bu xəyanət 
daşlannı yaşatdı.  
Yaşatdı 
pilləli 
misralar 
şəklində: 
"Gör, ölkəm, bu satqın daşları  
Sinəni tapdayan 
insanlar 
şəklində" 
Bir sinə bir ölkə yaşatdı.  
Bir sinə dünyanın 
şeir-sənət limanlarına  
Qırx il, qırx il Türkiyə yükü boşaltdı!  
Bir sinə bir ölkə yaşatdı,  
Bəs onda şairə nə çatdı? – 
Bir ovuc torpaq!  
O da ki qəbrinə qismət oldu!  
Eşidirsənmi, Anadolu?  
Qəbrinə qismət oldu... 
 
Fevral, 1971 
  


__________________Milli Kitabxana_________________________ 
122 
 
DAĞLARA ÇAĞIRIŞ 
Musa Yaquba 
 
Şair, qayalara, dağlara söykən,  
Mənim də arzumu sən yaşat barı.  
Özülsüz şöhrətlər uçurub sökən  
Zamana bənzəyən dağ gurşadları  
Min il də göz yumub, açsa ağzını,  
Yuya bilməyəcək daş xınasını.  
Bu dağlar özəyi, özülü möhkəm,  
Şair, qayalara, dağlara söykən! 
 
Ən ağır anında dağlarla danış,  
Ən ali loğmandır o müdrik qoca.  
Nə qədər, nə qədər qaysaqlanmamış  
Dərdlər tullasan da dərə boyunca,  
Dağ çayı çökdürüb çay daşlarına,  
Duruldub bənzədər göz yaşlarına.  
Dağlar öz hökmündə güzəştsiz,  
Ötkəm, Şair, qayalara, dağlara söykən! 
 
Dağlar sevgisində bir ulu ata,  
Dağlar ərköyünlər atası deyil.  
Kimini xurcuntək çiyninə atan,  
Hellənc sapandına qoyub kimini  
Dərələr dibinə atası deyil.  
Hətta ildırımlar dağlar çibini,  
Dağların qorxusu, xətası deyil.  
İgidlər çiynini dağlara tikər,  
Şair, qayalara, dağlara söykən! 
 
Başından sağsağan əskik olmayan  
Donqar qoz ağacı pıçıldasa da,  
Gözündə gözəllər əksi olmayan 
Lil bulaq qıyqacı pıçıldasa da, 
 
 


__________________Milli Kitabxana_________________________ 
123 
 
Söykənmə möhrəsi nəm divarlara,  
Söykənmə özülü kəm divarlara.  
Ucalıq enilməz dağlar var ikən,  
Dağlara söykənən dağlara söykən! 
 
Dağlar dağ oyadan qıyıltıları  
Bütün dərələrə paylaya bilir.  
Ötəri, itəri vıyıltıları  
Bəzən min illərlə quylaya bilir.  
Beləcə səbr öyrən o dağ önündən.  
Yorulub, beziksən dağ aləmindən,  
Mənim ünvanıma qarğıyıb, söylən,  
Məni bu dağlara çağırıb, söylə: -  
Buyur, qayalara, dağlara söykən!  
Şair, qayalara, dağlara söykən! 
 
1972 
  


__________________Milli Kitabxana_________________________ 
124 
 
QARABAG DÜZÜ 
 
 
Bu gün mənim dənizimdi 
Qarabağ düzü, 
Kəhər atın tozanağı "Doqquzuncu bal". 
Bu gün mənim söz düzümdü – 
Qarabağ düzü. 
Sonsuzluğun son xəttini gəzirdi xəyal. 
Bu gün mənim çörəyimdi 
Qarabağ düzü. 
 
Hər əlimdə Kür çayından bir bıçaq arxım,  
Yoğuracaq, yapacaqdım gecə-gündüzü,  
Sonra halal süfrələrə doğrayacaqdım.  
Bu gün mənim tariximdi 
Qarabağ düzü. 
 
Bu gün üfüq bir üzükdü – Nizami qaşdı.  
Geri fırlan, Yer kürəsi, zamandan küsüb  
Nüşabənin kocavəsi təpədən aşdı... 
 
Qədim Bərdə Tərtər üstən yüz körpü atdı,  
Xəyanətin adlaması böyük ar oldu.  
Hanı tarix cünglərinə yubanmış atlı? – 
Azərbaycan qadınından hökmdar oldu! 
 
Bu gün mənim bir düz kürsüm – 
Qarabağ düzü. 
Qanadımdı qız alqışı, qadın alqışı. 
Bu gün mənim bacım Gülsüm —  
Qarabağ düzü. 
 
Doluxsunma, bir də gələr şair qardaşın,  
Bu gün bizə quzu kəsdi Hüseyn qağa,  
Baxdım: sürü adaları göy düzdə üzür.  
Bir dostluğa, bir süfrəyə, bir eşqə sığan,  
Bir dənizdi yer üzünün Qarabağ düzü... 
 
İyun, 1972 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə