Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

__________________Milli Kitabxana_________________________ 
165 
 
DAĞLAR   KÜSÜB 
 
Neçə yazdı düşmür yolum,  
Yəqin dağlar küsüb məndən.  
Gedib öpüm, qurban olum,  
Yəqin dağlar küsüb məndən. 
 
Çoxdan dağa-daşa yadam,  
Salmır qonun-qonşu yada.  
Əlim yatmır qoşmaya da.  
Yəqin dağlar küsüb məndən. 
 
Kəklik uçmur çopur daşdan,  
Dağ kəlləri baxmır qaşdan.  
Bulaq tutqun, çay pərişan,  
Yəqin dağlar küsüb səndən. 
 
Sağsağanlar səksəkəli, - 
Kim baltalı, kim gülləli?..  
Yarpaq gördüm qan ləkəli,  
Yəqin dağlar küsüb məndən. 
 
Düzlərimə şöhrət Araz,  
Harayıma həsrət Araz.  
Gecikmisən, Məmməd Araz,  
Yəqin dağlar küsüb səndən. 
 
 Oktyabr, 1976 
  
 
  
 
 


__________________Milli Kitabxana_________________________ 
166 
 
DÜNYA SƏNİN, DÜNYA MƏNİM... 
  
Bir taleyin oyununda cütlənmiş zərik,  
Yüz il qoşa atılsaq da qoşa düşmərik.  
Bir zərrənin işığına milyonlar şərik,  
Dünya sənin,  
Dünya mənim,  
Dünya heç kimin... 
 
Çevrəsindən çıxsa əgər sevda fırfıran,  
Bir ümidin ətəyindən tutub da fırlan,  
Eşidirsən: pıçıldayır yıxılan, duran,  
Dünya sənin,  
Dünya mənim,  
Dünya heç kimin... 
 
Bu get-gəllər bazarma dəvədi dünya,  
Bu ömür-gün naxışına həvədi dünya.  
Əbədiyə qoh-qəh çəkər əbədi dünya,  
Dünya sənin,  
Dünya mənim,  
Dünya heç kimin... 
 
Ayaq saxla, dövrənə bax ötəri belə,  
Min illərdir Araz belə, Həkəri belə.  
Axşamların, səhərlərin təkəri belə,  
Dünya sənin,  
Dünya mənim,  
Dünya heç kimin... 
 
Gülünclərə gülünc gələn bu ada güldüm,  
Yüyəninə hər əl yelən bu ata güldüm,  
Mən özümlə oynadığım şahmata gükildim...  
Dünya sənin,  
Dünya mənim,  
Dünya heç kimin... 
may-iyul 1976 


__________________Milli Kitabxana_________________________ 
167 
 
QONŞU ÇƏPƏRİ 
  
Qonşu qardaş, az qurdalan o çəpər boyu,  
Əsəbini, qəzəbini hörmə çəpərə,  
Bizə tərəf əyilməkdən tikan quruyub,  
Pozma onun yatımını hədərcə yerə. 
 
Bizim bağa su axıdır açdığın bərə,  
Bizim tutdan sizin bağa kölgə düşəcək.  
Gözümüzü gözümüzdən qorusaq belə,  
İtlərimiz macal tapıb həvirləşəcək. 
 
Tüstü qalxar iki evin həndəvərindən,  
İki tüstü bir havada əriyəcəkdir.  
"Sizin", "bizim" dediyimiz sədd çəpərində  
Qarışqalar eyni yüklə yeriyəcəkdir. 
 
Sənin baban bulaq çəkdi, ya mənim babam?  
Nə fərqi var? - Su - çəkənin, su - içənindir?  
Yol boyunca cərgələnən bu qoz, bu badam,  
Əkənindi? Yeyənindi? – Nə deyək indi? 
 
Olmasaq da bir süfrədə bir dəmə ortaq,  
Günümüzün gəlişi bir, axan birdir.  
Dağa çıxaq, düzə enək, göyə dırmanaq,  
Yolumuzun kilidi bir, açarı birdir. 
 
Yüz ocağa od veribdir o qara təndir.  
Çəpərlərdə bitən gördüm qaratikanı.  
İki qarış torpaq udsan - biri sənindi,  
Dünyagirlər yemədilər quyruq dünyanı. 
 
Mən Təbrizli, Naxçıvanlı, mən 
Gəncəliyəm, 
Çox görmüşəm hasar üstdə ölənləri də.  
Mən torpağı bölünməyə öyrəncəliyəm,  
Heç qazanan görmomişəm bölənləri də... 
  
Pitsunda, 30 avqust, 1981 
  
 


  
Milli Kitabxana  
 
 
 
 
KÖHNƏ QAFİYƏLƏR - ÇAYLAQ DAŞLARI 
 
Şairlər, sözləri buxovlamayın, 
Gəlin yığışdıraq qafiyələri! 
Təzə fikirlərə yaxın qoymayın 
Üzülmüş, süzülmüş qiyafələri. 
 
Nə qədər çaydaşı çaylağı ovsun? 
Çay bezər — sel təzə daş gətirməsə 
Bəlkə ovçuluqdan doyar da ovçu 
Hərdən torbasını boş gətirməsə. 
 
Məlum qafiyələr ekiztay quzu; 
Kərəsi, kürəsi, təpəli birdir. 
Şığıyıb birini apardı quzğun... 
Hansını?.. çobanın özü də bümir. 
 
Sürtük qafiyəni min qələm yonub, 
Ələnib, sovrulub bitli dən kimi. 
Bəzisi dalında gizlənir onun, 
Qurd kəsək dalında gizlənən kimi. 
 
Gəlin, cındırından sap çəksin hərə, 
Tapaq bu sözlərə ayrı bir peşə; 
Bəlkə biz onları yığıb bir yerə 
Yollayaq Xaqani iyirmi beşə? 
 
Yüyürək özümüz onlardan qabaq 
Köhnə qafiyələr muzeyi açaq. 
Onda söykənəcək "ürək" "dirəyə" 
Onda yapışacaq "gərək" "görəyə". 
 
Onda sığınacaq "yovşan" "dovşana" 
“Yalancı” “plançı” dirsək-dirsəyə, 
“Talançı”, “palançı” kürək-kurəyə. 
Özünü axtarar “axur”, “naxır da”,  
Onlara qoşulmaq istər “paxır” da 
Sonuncu qafiyə “və ilaxır” da.... 
 
 
 
168 


__________________Milli Kitabxana_________________________ 
169 
 
Gözlər torlananda, çənə əsəndə  
Gəlin çaş salmayaq sozlə əsanı.  
Şairlər, bu "can-can" çeynəməsindən  
Canını qurtaraq "Azərbaycanın..." 
 
Daş əzdi, qum sıxdı - yağ alınmadı:  
Heybəli, xurcunlu, çarıqlı şerim.  
Nə qədər çalışdın "ağ" alınmadı,  
Köhnə qafiyəsiz darıxdı şerim... 
 
1982 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
170 
 
YAŞADIM 
  
Öz ömrümü şum elədi üz əlim,  
Yazında gül, payızında xəzəlim.  
Gündoğandan günbatana mənzilim...  
Bu da belə bir ömürdü, yaşadım. 
 
Zarımağa ömür deyib ağlama,  
Hər ölümə ölüm deyib ağlama,  
Tale döyüb, haqlı döyüb, ağlama,  
Bu da belə bir ömürdü, yaşadım. 
 
Oğlun yoxdu - sonun yoxdu, dedilər,  
Sağın yoxdu, solun yoxdu, dedilər,  
Odun boyda suyun yoxdu, dedilər,  
Bu da belə bir ömürdü, yaşadım. 
 
Gah özümü özüm qovdum, yoruldum,  
Öz diqtəmin buyruğuna qul oldum.  
Vətən göyü göylüyündə duruldum,  
Bu da belə bir ömürdü, yaşadım. 
 
Zirvədəki əl çatmayan qala mən.  
Ətəkdəki sinə - cığır tala mən.  
Xudafərin harayından qalan mən...  
Bu da belə bir ömürdü, yaşadım. 
 
Ocaq oldum, ocaq daşı olmadım,  
Hər çalaya axan naşı olmadım,  
Arazımla yol yoldaşı olmadım,  
Bu da belə bir ömürdü, yaşadım. 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə