Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

__________________Milli Kitabxana_________________________ 
144 
 
  
"Əhsən tərif- qılıncına,  
Əhsən tərif külüngünə,  
Dayazlığı, dərinliyi yerindədir,  
Sağ ol, - dedim, - reyçi qardaş,  
Durub indi məzarıma  
Enə billəm yavaş-yavaş..." 
1973 
 
 
GÜNDƏLİK SUAL-CAVAB 
 
- Nə vaxt böyüyürsən? 
- Böyüyəm ki, mən! 
Qırxı haqlamışam, 
Bundan da böyük!.. 
- Yox; 
hələ biz deyən böyük deyilsən, 
Yanına girəndə qapı döymürük... 
- Nə vaxt səyirdirsən 
qara maşını? 
- Yolları yormayıb ayağım hələ! 
- Nə vaxt çoxaldırsan 
bəs maaşını? 
- Qarnıma enməyib damağım hələ!.. 
Yüklər gəvəzələr ürək yükünü,  
Nə deyim bu ağlı dumanlara mən.  
Adicə bir insan böyüklüyünü  
Tanıdam bu təhər insanlara mən... 
  
Noyabr, 1970 
  
 


__________________Milli Kitabxana_________________________ 
145 
 
QURD XASİYYƏTİ 
 
(Ovçu söhbətlərindən) 
 
Qurdlar yatışarlar ağız-ağıza,  
Qurdlar bir-birinin gözündə yatar.  
Dönüb öz yamnda geriyə baxsa,  
Qurd öz balasma diş çaqqıldadar.  
Geco qurd yuxusu qurd yuxusundan  
Çimir də istəməz  
Öz qorxusundan.  
Səhər dumanında birgələşərlər,  
Axşam toranında birgələşərlər.  
Girəvə-manqda yatar birisi,  
İtlərin başım qatar birisi,  
Quzunu dərəyə dartar birisi...  
Birgə geyişərlər, didişdirərlər,  
Birgə yeyişərlər, didişdirərlər...  
Paxıllıq aclığı başlar yenidən,  
Qurdlaşar qayalar - daşlar yenidən.  
"Qurdlar yatışarlar ağız-ağıza",  
Köçür bu sözləri, köçür kağıza,  
Oxu adamlara, Bir hikmət ara... 
Ovçu hey danışar, qulaq asaram,  
Gizli köçürərəm, gizli yazaram:  
Yaşar min illərlə bu qurd xisləti,  
Ütüyə, ülgüyə, qəlibə gəlməz!  
Ancaq, qəribədir, qurd xasiyyəti  
Bəzi adamlara qəribə gəlməz! 
 
Sentyabr, 1970 
  
 
  
 
  
 
  
 
  
 


__________________Milli Kitabxana_________________________ 
146 
 
 YUXU 
 
Qəribə bir yuxu gördüm bu gecə mən,  
Qopub qaçmaq istəsəm də 
bu gecədən, Bacarmadım,  
Gördüm mən: dəfn eləyir 
beş-on adam.  
Mən özüm də 
məzarımın kənarında dayanmışam.  
Deyirlər ki, mənə buyur:  
"Düş, ölç görək qəbrini bir!"  
Sevinirəm: 
nə iştqlı, nə genişdir!  
Heç olmayıb bu dəzgahda evim mənim.  
Kimdir, belə sevib məni?!  
Bir xısıltı eşidirəm: 
- Mən qazmışam, mən qazmışam. 
Seçəmmirəm, kimsən axı. 
- Mən - xəyanət dostunam ki, 
tanımadın? 
- Tanımadın!.. 
Birdən məni boğur hirsım;  
Qışqırıram: -  
"Özü qazıb, özü girsin!"  
Harayıma küləkləri çağırıram,  
Mərd əllərdən kürəkləri çağırıram. 
"Gəlin, gəlin: dəfn eləyək bu iblisi".  
O, qeyb olur, yoxa çıxır səsi-izi.  
Yüyürürəm dalısınca:  
"Hey, qoymayın onu qaça!"  
Ayılıram, sevinirəm: ölməmişəm...  
Ölməmişəm... ey dostlarım, sız arxayın...  
Yox, dostlarım,  
Xəyanəti yuxuda da yaxalayın. 
 
Fevral, 1971 
  


__________________Milli Kitabxana_________________________ 
147 
 
EL ÜÇÜN AĞLAYAN... 
 
Qonşuda ağlayan bir uşaq  
Yuxuma daş atdı 
bu gecə.  
Fikrimdə qəribə 
duyğular oyatdı bu gecə.  
Özüyçün ağlayır indi o,  
Gör necə xoşbəxtdı:  
Ata da oyaqdı,  
Ana da oyaqdı!  
Dərdini qapmağa müntəzir  
İki qəlb - 
ayaq üstdə əsir...  
Bəs sabah görəsən
bəs sabah 
Böyüyüb ağlasa o uşaq?  
Onun göz yaşına 
qonşu olan tapılacaqmı?  
Onun el dərdinə qoşulan 
tapılacaqmı? 
Yoxsa ki, ona da mənim tək  
Bir macqal deyəcək: 

Hayla, bala, hayla... 

Ay usta, Pirqulu əminin xışı 
İlişib daşa, 
Qoy qaçaq yapışaq... 

Hayla, bala, hayla! 
El üçün ağlayan gözsüz qalar...  
Sıxıram bu sözü ovcuma,  
Dağılır əlimdən, tökülür şuma.  
Bir dəni düşüb 
qalır yaddaşımda...  
Bir uçqun başında  
Ağlayıram bir gün: 
hi, hi...  
Özünü yetirir Məşədi İbrahim. 
- Nədi, bala, nədi; 
Nə vanavsədi?.. 
  
 


__________________Milli Kitabxana_________________________ 
148 
 
- Fatma 
xalanın bircə inəyi vardı, 
Onu da sel apardı. 
- Yüyür 
naxırı hayla, bala, 
El üçün ağlayan gözsüz qalar...  
Bir gün də su üçün  
Enirəm çaya.  
Baxıram o taya,  
Görürəm alışıb 
yanır bir zəmi.  
Qışqırıq salıram: 
- Ay 
əmi, ay əmi, 
Gəl, gəl... 
- Nə olub, gədə? 
- Nə olacaq, 
yanır bax! 
Başıma bir selə qapaz,  
Bir yumru 
yumruq Ehmalh ilişdi...  
(Bunlardan bir neçə cütü də 
əvvəllər dəymişdi...)  
Oyatdın - əmini, oyatdın!  
Oyatdın, fikrində bükülüb  
Uyumuş qəmini, oyatdın!  
O vaxtdan gözlərim 
pis görür, bala. 
Fəqət sən ağla!  
Böyüyüb ağlınla ağla!  
Gözündən ellərə su çəkən 
ərləri 
Uyutmaz nağıllar.  
Nağıllar dəmində  
Uyuyan ağıllar  
Hırıltı sevərlər,  
Hayqırtı sevməzlər.  
Nə qədər ölməyib,  
Koroğlunu,  
Nə qədər itməyib,  
Qıratı sevməzlər. 
  
1969 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə