Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   29   30   31   32   33   34   35   36   37

__________________Milli Kitabxana_________________________ 
188 
 
TARİXÇİ ALİMƏ 
 Çox da tərifləmə bu qalaçanı,  
Babalar adından danışma çox da.  
Kimin əlindəydi onun açarı? – 
Yazanı qalmayıb, biləni yoxdu. 
 
Zaman nə zamandı, kimdi qorunan?  
Hər daşda hənir var - ayağa qaldır.  
O kərpic qocanın yapış qolundan,  
Bəlkə hər divarın özülü qandır? 
 
Tarix əlifbası daşdan başlanır,  
Əl dəydi, yumşalır, göyərir indi.  
Başdı - daş olubdu, daşdı - baş olub,  
Bunları seçmək də hünərdir indi. 
 
Tarixə dəyməsin yalan barmağı,  
Haqqım yox quşun da haqqını danam.  
Mən öz keçmişinə heykəl yonmağı  
Alnına yazdıran oğullardanam.... 
 
Bir daşa tarixim yazılıbdısa,  
Düz oxu, qoy olsun ikicə kəlmə.  
Genişdi - geniş yaz, qısadı - qısa:  
Üstündən götürmə, üstünə gəlmə. 
 
Dilimin ətrindən dili kallaşan,  
Təzə dil axtaran dillərdən qorun.  
Dünənki tarixi bugünkü daşa  
Yamayıb, basdıran əllərdən qorun. 
 
Bu qala bəlkə bir əsrin günahı...  
Hər şamda min gözün yağı yanıbdı.  
Qalaca küncünə qısılan şahın  
Xalqı palçıq kimi tapdalanıbdı. 
 
Çox da tərifləmə bu qalaçanı,  
Axtar dünənimdə bu günü, axtar.  
Kimin əlindəydi onun açarı? – 
Axtar, bu birinci düyünü axtar... 
16 fevral, 1983 


__________________Milli Kitabxana_________________________ 
189 
 
 SÖZSÜZ OLANDA 
 
Qəiəmim yol çəkə, dağ yara bilmir,  
Yoxdu sözlüyümdə sözdən ayrı dən.  
Qələmim bəşəri qurtara bilmir,  
Əməli əyridən, əli əyridən. 
 
Əlini kəsənə əl verir bəşər,  
Səs verir, kürsüyə çıxardır da bir.  
Qələmim axtarır ayrı bir peşə  
Elə ki, kəsərli söz tapa bilmir. 
 
Yalan satmağından əl çəkmir yalan,  
Düzə dirsək vurur, düz baxa-baxa.  
Su olur yandıran, su tapmır yanan,  
Göz də oğurlanır göz baxa-baxa. 
 
Qalır balinasız ümman suları,  
Sahildə raketlər baş-başa, min-min.  
Cavab istəyəndə ərzin sualı  
Dili topuq vurur natiq qələmin. 
 
Qorxuram daş yağa çörək təknəmə - 
Söz ki, ağsaqqallıq eləyə bilmir.  
Qəzəb çəlləyinə barıt tökənə  
Qələmim yağ-ballıq eləyə bılmir. 
 
Bəlkə qələmimi eşitmir masam,  
Şahların əsası ondan hökmlü!  
Neruda harayı dəfn olmayıbsa  
Çili qayaları niyə hönkürur?! 
 
Hardasa bir xalqın itir bayrağı,  
Hardasa bir səngər vətəndir demək.  
Toplar dinməyirsə ərzin bayramı,  
Şəhriyar dinmirsə matəmdir demək! 
  


__________________Milli Kitabxana_________________________ 
190 
 
Sən də bloklara qoşul, qələmim,  
Qırmızı qələmlər bloku yarat!  
Döyüb qapısını qonşu qələmin,  
Dünya sularına qoşun çıxaraq. 
 
Silah bazaları üstündəcə biz  
Tikək söz bazası - ondan da uca.  
Uzaq mənzilləri vuran səsimiz  
Hər dildə danışar, hər eldə uçar... 
 
Hərdən qulaqlarım gözsüz olanda  
Ürəyim dünyanı eşidə bilmir.  
Sözlü olmayanda, sözçü olanda  
Qələmim dərinə işləyə bilmir... 
 
1981 
  


__________________Milli Kitabxana_________________________ 
191 
 
MEHMANXANA XİDMƏTÇİSİ 
 
Orta yaşlı, çox şirindil bir qadındı, 
Elə belə soruşdum ki, "adın nədir?" 
Çox sevincək: 
-Asuriyadır - dedi - adım, 
Ad soruşan qonaqlardan xoşum gəlir... 
- Ad 
soruşan qonaqlardan... 
Elə niyə? 
- Keçmişimi oyadıram bu sualla. 
Baş əyirəm "qədim dövlət" bir mücrüyə,  
Keçmişimə qayıdıram bu sualla.  
Asuriya! Özü yoxdur, adı mənəm,  
İndi sönmüş bir ocağı üfürürəm...  
Qəhərini boğa-boğa gedir qadın,  
Bəzəkli bir mücrü ilə dönür geri,  
Elə bil ki, ilk övladı, son övladı  
Bu mücrüdür, qucağından qoymur yerə. 
- Aysorların tarixidir bu sandıqça, 
Gərək sənə üç min ildən söhbət açam... 
 
Faytonlara şir qoşublar, bir yaxşı bax,  
Bu pullara həkk olunub o zamanlar;  
Çoxlarına gülünc gəlir bu yarışımaq,  
İndi məni mən olmayan çətin anlar.  
Assur adlı şəhər olub paytaxtımız,  
Qızıl kərpic döşənərmiş küçələrə,  
Sonra Kalxu şəhərində son taxtımız 
 
Xatmurani səltənəti çöküb yerə.  
Bir əbədi yırtıcılar, bir də - dedi – 
Mütilərdir tarix boyu yurdsuz qalan.  
Hərdən belə ürəyimi bu qəm didir:  
Gərək axı uçmayaydı mənim qalam. 
- Gərək axı... gərəklərə qalsa gərək 
"Avesta" da yanmayaydı, 
Babəkin qılıncı oğurlanmayaydı. 
  
 
  
 


__________________Milli Kitabxana_________________________ 
192 
 
Onda gərək günəş özü  
Yetişəydi Nəsiminin imdadına,  
İldırımlar qoşulaydı ınadına... 
 
"Gərəklərin" tarixini yazmır tarix;  
Onda kağız, qələm olur, ürək olmur.  
Tarix, qanla yazanda da kövrək olmur.  
Min il ağla, ağlayana torpaq vermir.  
Versə, versə ümid verir
bayraq vermir.  
Axı taxta çıxanların 
öz məntiqi, 
Onu vurub yıxanların öz məntiqi,  
Bu tarixi yazanların öz məntiqi,  
Onu cırıb-pozanların oz məntiqi...  
Bəzən olub: 
İgidləri doğanlar da alqışlanıb,  
Körpələri boğanlar da alqışlanıb...  
Yer üzündə Asuriya olub bir vaxt,  
Bacım, indi keçən keçib, olan olub.  
Öz yerinə sancılanda neçə bayraq  
Gözgörəti talan olub, Yalan olub... 
Baş əyirəm, müqəddəsdir qızıl mücrün,  
Asuriya dönən deyil ağlamaqla,  
Tale sənə bir süpürgə verib bu gün;  
Bax beləcə, otaqları təmiz saxla... 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə