Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   29   30   31   32   33   34   35   36   37

__________________Milli Kitabxana_________________________ 
193 
 
OCAQ YANIR, GÖRƏN YOXDUR 
 
Öz əlinlə qalamışdın bu ocağı,  
İndi ona çovğun, külək 
gərək deyil. 
Bəsdir elə özü üçün tək yarmıağı,  
İndi ona su əndərmək 
gərək deyil. 
Qovrulacaq, burulacaq dilim-dilim,  
Hayandasa qor düşəcək qamqalağa.  
Bir işım köz aparacaq qarsan əlin  
Neçə əlin tüstüsündən dəm qalağa; 
Yanmayacaq, ürəyindən od üfürsən,  
Közərsə də görəcəksən: odu bumbuz...  
Görəndə ki, od içində üşüyürsən  
Yada düşər o ilk görüş,  
İlk qorumuz. 
Min ocağın odunu tök, qala indi,  
Nəfəs yoxsa, oddan oda kərəm yoxdur.  
Ha desəm ki, öz-özümə tüstüləndim,  
Ocaq yanır, yanmağını görən yoxdur. 
Ürəyimin od donunu soyub getdin.  
İndən belə od bölüşmək deyil asan.  
Bir ocağı yana-yana qoyub getdin;  
Bir ocağı sönə-sönə aparırsan... 
 
 Yanvar, 1977 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
194 
 
 
MƏNİM DƏ YAŞIM AZ DEYİL 
 
Mənim də yaşım az deyil,  
Bu dünyada nə görmədim!  
Bir-birinə yamaq gördüm,  
Calaq qərinə görmədim! 
 
Çiçəyindən alağı çox,  
Kişisindən papağı çox,  
Köpəyindən yalağı çox,  
Bu dünyada nə görmədim! 
 
Dolu gödən kürkə sığmaz,  
Boş balqabaq börkə sığmaz,  
Yəhər qanmaz, tərkə sığmaz.  
Bu dünyada nə görmədim! 
 
Nöqtə boyda ölkə - vulkan,  
Dərya boyda diyarı qan,  
Biri tikən, biri yıxan,  
Bu dünyada nə görmədim! 
 
Raketlər döş kimi dolu,  
Gələn nəslə əmzik əlu,  
Kimin qolu, kimin yolu...  
Bu dünyada nə görmədim! 
 
Boş inaddan, könül, əl çək!  
Özündən özünə yol çək.  
Bu boyda əyri dünyanın  
Bir üzü ağdı həmişə,  
Vüqarı şaxdı həmişə. 
  


__________________Milli Kitabxana_________________________ 
195 
 
TƏLƏSDİM 
 
Dağlar gördüm, dağlarımın oxşarı,  
Zirvələrin görüşünə tələsdim.  
Küləkləri saçlarımı oxşadı,  
Boranına, yağışına tələsdim. 
 
Ağ kağızda söz ucalır, söz yenir;  
Közərtili könüllərdə söz yeni...  
Hara çəkdi söz qədəmi, söz yönü – 
Enişinə, yoxuşuna tələsdim. 
 
Ay köçərim, ürəyimdə qal qışı – 
Kərəm kimi qar altında qalmışın.  
Günlərimdən qova-qova qar-qışı,  
İllərimin qar-qışına tələsdim. 
 
El sazında səsım qala bircə sim,  
El yazında nəsim olam bircə əsim,  
Harda olsam, ey eşqimin bircəsi,  
Harda olsan, çağrışına tələsdim. 
 
Torpağımdan duman kimi yığılsam,  
Son nəğməmin uçrumuna sıxılsam,  
Qəfil qəza yıxmaz məni, yıxılsam,  
Ana yurdum, ağuşuna tələsdim. 
 
Pitsunda, oktyabr, 1980 
  
 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
196 
 
 
İLHAMIM 
 
Xudu Məmmədova 
 
Yenə dağ döşündə dənərləndi qar,  
Yenə zirvələrin həsrətində qal,  
Sel qopdu, dərəyə düşdü qalmaqal...  
Bir ocaq başında bir isinməsək  
Sən kimə gərəksən,  
Mən kimə gərək?! 
 
Şimşək yelkəninə qoşulu anlar,  
Göy bizi yamanlar, yer bizi danlar.  
Görüm ayılmaya gec ayılanlar...  
Dolular qırımlı, daşlar döyənək...  
Sən kimə gərəksən,  
Mən kimə gərək?! 
 
Bax donqar dəvənin səbət yükünə,  
Bənzəyir içi boş şöhrət yükünə.  
Ömür karvanmın sənət yükünə  
Bir-iki qeyrətli söz yükləməsək  
Sən kimə gərəksən,  
Mən kimə gərək?! 
 
Tarix qayalarda yazı qalırmı?  
Çoxu çoxdan itib, azı qalırmı?  
Dağ öz duruşundan razı qalırmı?  
Yalan-yarğanlara nağıl söyləsək,  
Sən kimə gərəksən,  
Mən kimə gərək?! 
 
Bu dağlar qardaşım, bu çaylar bacım,  
Özündən gəlməyən özündən qaçır.  
Zaman qapımızda əlində qayçı...  
Hər adi ölçüyə, ülgüyə gəlsək  
Sən kimə gərəksən,  
Mən kimə gərək?! 
  
 


__________________Milli Kitabxana_________________________ 
197 
 
Keçək dərələrin boğanağından,  
Keçək dolayların doğanağından,  
Günəşin zirvədə doğan anından  
Nur alıb, bu yurda səpələməsək  
Sən kimə gərəksən,  
Mən kimə gərək?! 
 
Yanvar, 1977 
 
 
 
OD KİMİ, SU KİMİ... 
 
Hələ yeriyirəm qəlbimlə qoşa,  
Hələ çoxlarına öpməyəm, bala!  
Qoca büdrəyəndə büdrəyən qoca,  
Körpə ağlayanda körpəyəm, bala! 
 
Ömürsüz ömürdən çox asılıyam,  
Gərəkdir söz deyəm, söz yastılayam.  
Hardasa gül üzə gül yastığıyam,  
Hardasa ilana köynəyəm, bala! 
 
Bəlalı başında nə dövlət, nə quş...  
Təbriz nə istəyir? - Təbriz qurtuluş..  
Bax indi pətəyi suya tutulmuş  
Arı topasından köynəyəm, bala! 
 
Dünyamız bir sapla asılı göydən,  
Səsim, bu torpağın səsinə köhlən!  
Desələr şerimin avazı köhnə...  
Od kimi, su kimi köhnəyəm, bala! 
 
  
1981 
 
  
 
 
 
 


__________________Milli Kitabxana_________________________ 
198 
 
  
QIZIL QAYA 
 
Nə yaxşı bu boyda qızıl deyilsən, 
Adicə qayasan, 
Adicə daşsan. 
Minlərin gözündən gilələnib sən 
Birinin boynundan asılmamısan. 
 
Kürəyin söykəli nəhəng bir dağa,  
Bir bulaq nəğməsi başlar dibindən.  
Şöhrət aparmadın özgə torpağa  
Fateh xurcununda,  
Oğru cibində. 
 
Qocadan qocasan, cavandan cavan;  
Döşündə ildırım nərəsi sınar.  
Sellər yedəkləyən, küləklər çapan  
İgidlər son anda sənə sığınar. 
 
Qızıldır vətənsiz gələn dünyaya,  
Qızıldır hər üzə irişən qadın,  
Nə qədər xoşbəxtsən, a Qızıl qaya,  
Bu boyda daş oldun,  
Qızıl olmadın. 
 
Qızıl tabaqlarda qızıl badələr  
Qızıl qan daşıdı həris şahlara.  
Sən boyda qızıl da azlıq edərdi  
Xəzinə içində ac tamahlara. 
 
Başında sızıldar səhər yelləri.  
Dibində qaqqıldar urun, kəkliyin.  
Sinənin mamırsız, hamar yerləri  
Dağ kəli yalayan yerlərdi yəqin. 
 
Nə yaxşı lal oldu bu boyda yalan,  
Riyalar, məkrlər çovğuna düşdü.  
Nə qədər qan-qada, nə qədər talan  
Yarğana tuşlandı,  
Uçruma düşdü. 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə