Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

__________________Milli Kitabxana_________________________ 
177 
 
QAYIT DEDİM 
 
Bir bahara əl uzatdım, bir qışa  
Qayıt, dedim, qayıtmadı.  
Bir səhraya Qəfil düşən yağışa  
Qayıt, dedim, qayıtmadı. 
 
Yazımın son bənövşəsi - küsənim,  
Günəş sənin, torpaq sənin, su sənin.  
"Ay ətrindən doymadığım süsənim, 
" Qayıt, dedim, qayıtmadı. 
 
İnadına qamçı vurub ötürmə,  
Uçan dağın daş ömründən ömür nə?  
Qaya yıxdım, bir do qaya ömrünə  
Qayıt, dedim, qayıtmadı. 
 
Daş ayıltdı, su kiritdi bu havar;  
Qocalığa nə tələsək, bu ha var.  
Gəncliyimi harayladım bu hava:  
Qayıt, dedim, qayıtmadı... 
 
1980 
  
 
  
 
  
 
 
  
 
  
 
  
 
  
 
  
 


__________________Milli Kitabxana_________________________ 
178 
 
MƏN BİR ZAMAN ŞAİR İDİM 
  
Mən bir zaman şair idim,  
Zirvələrdən zirvələrə  
Şığıyan bir şahin idim.  
Dağ kəlləri bərəsində  
Ovçuların marığına 
şahid idim.  
İlxı görüb havalanan  
Göy ürgənin yalmanına şərid idim.  
Zoğal çomaq dəyanətim,  
Ala köpək hayanımdı.  
Qara arxac dibindəki  
Üçbucaq daş ocağım da  
Ha közərir, ha yanırdı... 
 
Çiynimdəki ala xurcun  
Quzulara nənni idi.  
Obaş ertə yaylımında  
Ulduzları dənləyirdim.  
Qırğı kimi vuran-tutan,  
Qarğı kimi çəlimsizdim.  
Varaqsızdım, qələmsizdim.  
Bilməz idinı: 
forma nədir;  
Bölgü nədir; 
Tənqid adlı döngə-dolay,  
Tərif adlı bəlkə nədir.  
Dik baxırdım dağlara dik!  
İldırımlar yazmamışdı  
Başəyməklik, əlöpməklik  
Yazmamışdı, yapıncımın 
Ətəyinə, kürəyinə, yaxasına.  
Bax beləcə dağa sığan, 
daşa sığan...  
Hər ağrını, har acını  
Bir qırımla tulazlamaq  
Qüvvəsinə qail idim,  
Mən bir zaman şair idim... 
  
1982 


__________________Milli Kitabxana_________________________ 
179 
 
 NƏ GUNAH 
 
Bu ömürdü, öz baharı, öz qışı;  
Gələn yazda, gcdən qışqa nə günah.  
Xirtdəyəcən günahlarabatmışı  
Yuya bilməz, qar-yağışda nə günah. 
 
Göylər qala buludları axımlı,  
Yer körpəli, yer cavanlı, ahıllı.  
"Dəli" - deyib daşlayanda ağıllı  
Xəncər qapan ağlıçaşda nə günah. 
 
Yekə-yekə xırdalanan "addılar"  
Heç bilinməz çapardılar, atdılar;  
İki itə para sümük atdılar;  
Qarabaşda, Alabaşda nə günah. 
 
Qara külək tumanını qaldıra,  
Xırmançının samanını qaldıra.  
Dəyirmançı dabanını qaldıra,  
Bir-birini yeyən daşda nə günah. 
 
Hər havaya çiyninə baş qoymayan:  
Fırfıra tək fırlanmaqdan doymayan...  
Bu başlarla aşıq-aşıq oynayan  
Çevik əldə, ayıq başda nə günah. 
 
Bəlkə əlli misrası yox əllimin,  
Bu titrəyiş günahıdır əlimin...  
Qollarında dost əli var əlli min,  
Məmməd Araz, əlli yaşda nə günah. 
 
1982 
  
 


__________________Milli Kitabxana_________________________ 
180 
 
BİR OMUR YOLUNDA 
 
Dostum Fuad Əfasgərova 
 
Bir ömür yolunda yollar görmüşəm,  
Çoxu da başlanıb dost qədəmindən... 
 
"Bir ömür yolunda"... bu başlıq nədi?  
Bir köhnə xalçada bir köhnə yelən.  
Köhnə söz bir əldə təzəcə dəndi,  
Bir əldə min illik boz qumdu elə. 
 
İllərim qum oldu, dən oldu harda? – 
Gərək unudam da, gərək yazam da.  
Zamanın nəfəsi divarlarımda,  
Zamanın addımı yazı masamda! 
 
Xatirə bitəndi ürəklə əksən,  
Yaddaş itirıni kağız itirmir,  
Yaxşılar yol çəkən, pislər yol sökən,  
Miyanə adamlar yuxuma girmir. 
 
Ötən gün yaxşıdı ötən gün kimi,  
Geriyə baxmaqla sağalmaz yaram.  
Dönsə, heç demirəm pis günlərimə,  
Yaxşı günlərimə yiyə durmaram. 
 
Kimlər cilovunu tutdu atımın,  
Dalımca daş atdı kimlər bu yolda – 
Kimin sapandında dağdan atıldım,  
Kimlər hənirimi dinlər bu yolda?.. 
 
Yüz dərdim dağılıb dost nəfəsiylə,  
Zülmətdə işaran ağı görmüşəm.  
Doğruluq, əyrilik tərəzisində  
Yaxşını yamandan ağır görmüşəm. 


__________________Milli Kitabxana_________________________ 
181 
 
 
Qəlbimin səsindən sözüm doğulub,  
Külək olmamışam yanan şamlara.  
Olsa da pislərin özündən olub – 
Pislik eləmişəm pis adamlara. 
 
Dağda yıxılanda dağdan yapışdım,  
Enmədim kiçiyin kiçik dizinə.  
Əldən yapışanda haqdan yapışdım,  
Əldən yapışmadım əlim isinə! 
 
Hər fikir yolçusu yollara sığmaz,  
Yol adlı çəhlim də, şimşək də gördüm.  
Heç yoldan başlamaz, heç yola çıxmaz  
Yolları həmişə yedəkdə gördüm... 
 
Ömrümə kibrit çək dost əlləriylə,  
Ömürdü, - bir çango küləşdi, - deyim!  
Döşümə düymə tik dost əlləriylə,  
Sinəmdən göyərən günəşdi, - deyim! 
 
27 iyun, 1982 
 
 
 
 
 
 
 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
182 
 
EYHAM 
 
Kürsü - ağılların qalxdığı zirvə,  
Söz də ağılların bəhəri üçün...  
Sən sözü alçaltdın özündən əvvəl,  
Alçaltdın bir ağız afərin üçün. 
 
Həqiqət sözüdür sözün Allahı,  
O, qala uçurdu, o, qala qurdu.  
Gətir xəyalına Xətai şahı  
Qılınca hökmran, qələmə quldu. 
 
Hündürlər çox idi Vaqif dağından,  
Sənət ucalığı uca dağ oldu.  
Sözü ayaqlara atmadığından  
Özü vəzir oldu, sözü şah oldu. 
 
... Yüz səmtə fırlandın kürsülərdə sən,  
Axır ki, şərqini, qərbini tapdın.  
Özündən aşağı hündürlüyündən  
Sənə əl uzadan qəlbini tapdın. 
 
Yerini tanıdın, haqqını qandın,  
Bir məlum hikmətin dodağı qaçır:  
Qoltuğa öyrəşdi - qoltuqda qaldı,  
Qol-budaq atmadı qoltuq ağacı. 
 
Birsən, birincisən "yürüşdə" demə!  
Səninlə yanaşı çapan da vardır.  
Qarışqa iyləməz, çəyirtkə yeməz  
Sözləri dilindən qapan da vardır. 
 
Düşün ki, bugünlə qurtarmır zaman  
Sabah var, sabahın sabahı da var.  
Günlərin birində tutub qolundan  
Yenidən kürsüyə çıxaracaqlar. 
 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə