Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

__________________Milli Kitabxana_________________________ 
159 
 
Mənə şərəflidir belə ölümlər:  
Qoy batsın sinəmə, batsın min nizə,  
Arazdan, Cənubdan yazmağım əgər  
Dünyada ən böyük cinayət isə. 
 
Mənim də dağım var, mənim də göyüm,  
Siz mənim arabir qəzəb qarımsız.  
Siz mənim bir az sərt, bir az ərköyün,  
Bir az da dəlisov övladlarımsız. 
 
Sizdə nə günah var, döyürsə zaman,  
Sizi yazan mənəm, günahkar mənəm.  
Qayıdan haqlıdır, yoxsa qaytaran,  
Hələ heç özüm də deyə bilmirəm... 
 
Məchul sııallarda bazən çaşıram,  
Bəzən də lüzumsuz cığallaşıram,  
Adi hesablarda dolaşıram ınən,  
Hər vaxt bir almıram bir dəfə birdən... 
 
Cavabı mürəkkəb cəbr alınarmış  
Bir dəfə birdən.  
Bir tale beləcə iki olarmış  
Birdəfə bırdən. 
 
Bəşər anamızda bu təbiət var:  
Onda həm intiqam, həm mərhəmət var,  
Bəzən bir əliylə boynumu vurar,  
O biri əliylə heykəllər qurur. 
 
Dadına yetməyir ac qalan zaman  
Öləndə hay salır, "Öldü acından",  
Bəşər anamızda bu mərhəmət var:  
Ölən qəhrəmana sahib tez tapar! 
 
Qalın arxivimdə, şıltaq hisslərim,  
Siz san simləri itən tarımsız.  
Ən pis yaxşılarım, yaxşı pislərim,  
Mənə çox oxşayan yazılarımsız! 
 
14 yanvar, 1968 


__________________Milli Kitabxana_________________________ 
160 
 
DAGLAR MƏNİ TANIMADI 
 
Xam otlağı yara-yara  
Göy yastana çıxdı maşın.  
Bulud endi, çən çəkildi  
Üz-gözünə dağın-daşın,  
Dağlar məni tanımadı. 
 
Qartal uçdu, bir daş qapıb  
Kölgəsiylə otüşmədim.  
Keçən ceyran sürəyinin  
Tozuna da yetişmədim,  
Dağlar məni tanımadı. 
 
Şəlaləylə qurşaq tutan  
Günlərimi saldını yada;  
Çaya ayaq atan kimi  
Yıxdı məni mamırlı daş,  
Dağlar məni tanımadı. 
 
At istədim, bir dəli at,  
Şahə qalxdı sarı kürən,  
Yüyəninə əl atanda  
Ayaq çıxdı üzəngidən,  
Dağlar məni tanımadı. 
  


__________________Milli Kitabxana_________________________ 
161 
 
YOXDU ÖZGƏ UMACAĞIM 
 
Yolum düşdü Şalıbulağa payızda,  
Gəlib çıxdım ocaq üstə, pay üstə,  
Könlüm dedi: bu rənglərdən pay istə,  
Yoxdu özgə umacağım. 
 
Dağ döşündə boz duman - boz qurğuşım,  
Boz qayadan seçmək olmur boz quşu.  
Mənim ola zirvənin tox duruşu,  
Yoxdu özgə umacağım. 
 
Qayalara həkk olmayan söz itər,  
Bu bahardan o bahara iz itər,  
Üzüm dəyə çiçəklərə üzü tər.  
Yoxdu özgə umacağım. 
 
Günlərim var: gah paslı, gah qalaylı,  
Gah lal axan, galı ildırım haraylı...  
Bu torpağın daşı olub qalaydım,  
Yoxdu özgə umacağım... 
  
1975 
  
 
 
  
 
  
 


__________________Milli Kitabxana_________________________ 
162 
 
DÜNYA GÖZƏL DÜNYADI 
  
(Nəğmə) 
 
Yenə gördüm gördüyümüz dağları  
Nəfəsindən əriyirdi dağ qarı.  
Yenə elə durnaların qatarı,  
Yenə elə dərə, düzən dünyadı – 
Dünya gözəl, dünya gözəl dünyadı. 
 
Gündüzündə çiçəklənər duyğumuz,  
Gecəsində gülablanar yuxumuz,  
Oyunumuz, inadımız, uyğumuz,  
Ömrümüzdən bir gül üzən dünyadı,  
Dünya gozəl, dünya gözəl dünyadı. 
 
Dumanların çağrışına yar olma,  
Tufanlarin qəzəbinə qor olma,  
Yoxuşunda ayaq saxla, yorulma;  
Səndən əzəl, məndən əzəl dünyadı,  
Dünya gözəl, dünya gözəl dünyadı. 
 
Baxışında üfüqlərin baxarı,  
Gülüşündə çaylarının axarı,  
Əllərində işığının açan,  
Kimə gülzar, kimə gozəl dünyadı,  
Dünya gözəl, dünya gözəl dünyadı. 
  
1978 


__________________Milli Kitabxana_________________________ 
163 
 
ƏL DƏYDİ, ÇAXMAQ DAŞIYAM 
  
Dostum Ağayara 
 
Təklikda çaylaq daşıyam,  
Məni qoymayın təklənəm!  
Əl dəydi, çaxmaq daşıyam!  
Məni qoymayın təklənəm! 
 
Bir dəryadır hər zərrəcik,  
Dəm zərrəcik, dərd zərrəcik,  
Namərdə də mərd zərrəcik  
Dəni qoymayın təklənə! 
 
Dağsız duman yalnız ahdı,  
Qara bulud yalqız axdı.  
Çən təkləndi - yalquzaqdı,  
Çəni qoymayın təklənə! 
 
Xəlbirlənə kaş omür də,  
Boş il düşa boş ömürdən...  
Xoş an qalar xoş ömürdən,  
Anı qoymayın təklənə! 
 
Yaman çoxalıb bu azlar,  
Bu kəndirsiz kəndirbazlar!  
Körpülənin, ay Arazlar,  
Məni qoymayın təklənəm!  
 
Dekabr, 1980 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 


__________________Milli Kitabxana_________________________ 
164 
 
 
İNAM 
   
Qoru eşqimizi, böhtandan qoru,  
Məhəbbət bulaqsa, böhtan da lildir.  
Bir bala ceyranın gözündən düru  
Bulaq da sel vaxtı bulana bilir! 
 
Bir damcı böhtanın gurşad gücü var,  
Bəzən özülündən yıxır bir evi.  
Məhəbbət aləmi inam, etibar,  
Bir də ki, bir də ki, etiraf sevir. 
 
Bilirəm, sənə çox xəbərlər gəlir,  
Qəlbinin telləri çəkilir tarım.  
Bu sənə bir təhər, bir təhər gəlir:  
Çoxdur qadın dostum, qız tanışlarım... 
 
Mən bu məsəlimi danan deyiləm:  
Şair gözəlliyin göz dustağıdır!  
Bir qadın gozündə qəm duysam, o dəm  
Sanıram ömrümün qürub çağıdır. 
 
Ehtiram gərəkdir hər gözəlliyə,  
Demə ki, budaqlar gəzən bir quşam.  
Bir baxış miikafat alaram deyə,  
Mən sənin eşqini tapdamamışam. 
 
Nə danım, dostum var qız da, qadın da,  
Bunun min nidalı "niyəsi" yoxdur;  
Mənim hörmətimdə, zarafatımda  
Bir umu, təmənna hiyləsi yoxdur. 
 
Nə elə göyçəyəm, nə adlı-sanlı,  
Mənim hörmətimi bu sirdə ara:  
Həmişə evcatılı, ailəcanlı  
Kişilər xoş gəlir çox qadınlara... 
  
 
 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə