Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

__________________Milli Kitabxana_________________________ 
149 
 
BİR AGAC YIXILDI 
 
Bir ağac yıxıldı yol qırağında,  
Bir hənir yox oldu yol qırağından,  
Bir igid qaməti gərildi yerə,  
Bir gəlin saçları sərildi yerə.  
Bir bulaq ağladı hey xısın-xısın,  
Tutuldu gözləri o yetim qızın.  
Qırıcı qırğılar marıq itirdi,  
Balalı sərçələr qoruq itirdi.  
Baxışlar zilləndi o aşan yerə,  
Bir zaman nəşələr toplaşan yerə  
Baxdılar; təəccüb...  
Baxdılar: təəssüf...  
Bir vaxt kölgəsində tumarlanardı,  
Bir vaxt kölgəsində xumarlanardı,  
Onlar, o birilər... sənlər və mənlər...  
Onun kölgəsində dinclik əmənılər  
Dibi oyulanda görməzdi onu,  
Dibi yuyulanda görməzdi onu.  
Kökü əziləndə titrəməsindən,  
Zoğu kəsiləndə büdrəməsindən  
Zövq alardılar. Onda bunlar nəydi? - 
əyləncəydi. 
Onu neçə səmtə qanırardılar,  
Qollu-biləklilər tanınardılar!  
Onda bunlar nəydi? - 
əyləncəydi. 
Talelər uçuran bu "əyləncələr",  
Bu "qəlbi incələr, ruhu incələr"  
Elə baxarlar ki, donar gözləri,  
Donar baxışları, donar özləri;  
Qoldan yapışana təəccüblənər,  
Qıçdan yapışana təəssüflənər...  
Elə heyrətlənər, heyrətlənərlər,  
Elə heyrətlərdə qeyrətlənərlər. 
 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
150 
 
ŞAHDAĞI 
 
Qar əridi, sinən coşdu sinəmtək,  
Nə gözəldir ilk baharın, Şahdağı.  
Elsiz olsan selin olar göz yaşı,  
Budur gəldi obaların, Şahdağı. 
 
Gördüm Bazaryurdu, Yataqdərəni,  
Keçdim quş keçməyən dağı, dərəni;  
Döysə də yay günü boran, qar məni,  
Od oldu qəlbimdə qarm, Şahdağı. 
 
Könlüm dilə gəldi elin səsindən,  
Səs aldım gurşadın, selin səsindən,  
Yüz qız nəğməsindən, gəlin səsindən  
Duydum nəfəsini yarın, Şahdağı. 
 
Omrün-günün dərdsiz-qəmsiz deyildi,  
Çox ananın dərdi sənə deyildi.  
Çox şah gəlib ətəyində əyildi,  
Əyilmədi şah vüqarın, Şahdağı. 
 
1956 
  


__________________Milli Kitabxana_________________________ 
151 
 
DAĞLARA QAR DÜŞDÜ 
 
Dağa qar düşdü, qar düşdü 
Yada yar düşdü, yar düşdü... 
 
(El sözü) 
 
Dağlara qar düşdü, qar düşdü yenə,  
Məhzunluq ələndi oda-ocağa.  
Çaylar vida deyib gülüşlərinə,  
Başladı aramla gumuldanmağa. 
 
Dağlara qar düşdü, uyudu dağlar,  
Dağlar həm qocaldı, həm ucaldılar.  
Mələyə-mələyə quzu bulaqlar  
Daşların dibində yetim qaldılar. 
 
Sanki bir-birindən küsdü zirvələr,  
Qayalar necə də boynu buruqdur!  
Kiminsə yolunda quyu qazdı şər,  
Kiminsə qəsdinə hicran durubdur. 
 
Dəli uçurumlarda ütülü görkəm,  
Qartal qıyıjtısı itib dərində,  
Hamilə qadıntək yuxusu möhkəm,  
Qucağı doludur dərələrin də. 
 
Dağlara qar düşdü, 
deyirəm yəqin:  
Adamlar bu saat 
kövrəkdir, mumdur.  
Hamı cızığından çıxıb fitnənin,  
Harayı bir-biriylə hal-əhval tutur. 
 
Dağlara qar düşdü... görüşlər, ahlar,  
Vidalı baxışlar yadıma düşdü.  
Çoxdan görmədiyim dostlar, qohumlar,  
Simsarlar, tanışlar yadıma düşdü. 
 
 
 


__________________Milli Kitabxana_________________________ 
152 
 
Gəncliyim atından nə zaman yenib,  
Elə doluxsundum uşaq sayağı...  
Sürüşə-sürüşə dağlardan enib  
Gəlirdi elə bil qocalıq çağım. 
 
Dağlara qar düşdü, elə qəmginəm...  
Dağlara qar düşdü... bilirəm bu dəm  
Anamın qəbri də qar altındadır,  
Anamın qəlbi də qar altındadır.  
 
Neçə demədiyi əfsanə, nağıl  
Onun sinəsində - qar altındadır".  
Neçə oxunmamış bayatı, ağı  
Donub sinəsində - qar altındadır  
 
Tək bircə baş daşı tənha, mükəddər  
Qardan baş qaldırıb yolumu gözlər... 
Dağlara qar düşdü, qəribsəyirəm,  
Qəlbimə bir həmdəm qəlb istəyirəm. 
 
Yalta, 1968 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


__________________Milli Kitabxana_________________________ 
153 
 
ŞƏHRİYAR GƏLMƏDİ 
 
Bu  şeir çoxdan - böyük Vaqifın anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son 
təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu boyük bayramına ustad Şəhriyarı da 
dəvət eləmişdik. Lakin o zamankı sahlıq üsul-idarəsi Azorbaycanın işığını, böyük nailiyyətlərini 
Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın  şeirlərini toplarkən 
arxivimdə qalmış  həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım...  Şeri olduğu kimi 
köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucuiarla bölüşməyi məsləhət bildim. 
 
Baxışlar asıldı təyyarələrdən,  
Ümidlər yollara sərili qaldı.  
Bu ağır xəbərdən, bu nəs xəbərdən  
Güllər güllüklərdə dərili qaldı,  
Şəhriyar gəlmədi... 
 
Gümanlar diplomat paltarı geydi,  
Gümanlar özündən yollar düzəltdi.  
Gümanlar bır soldat paltarı geydi, - 
Dənizə gözətçi, göyə gözətçi...  
Gümanlar açmamış qapı qoymadı,  
Gümanlar siyasət sapı qoymadı,  
Dartıb çözələdi, düyünlər açdı,  
Hardasa sap qaçdı, düyün dolaşdı,  
Hansı "hiyləninsə" dodağı qaçdı,  
Hansı "niyə"ninsə barmağı "çaşdı",  
Qələm "olmaz" atdı, "olar" yerinə,  
"O", borclu da qaldı "onlar" yerinə.  
Eşitdim səsini mən Əlibəyin:  
"Ay ata, bu sənin bəxtindi yəqin,  
Sənin şənliyinə o tac gəlmədi,  
Sənin şənliyinə o tay gəlmədi."  
Şəhriyar gəlmədi.  
Bu həqiqətdi. 
İnandıq, inanmaq istəməsək də,  
Həsrətlər boynunu birdən dikəltdi. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə